Еколоэийа вя ятраф мцщитин мцщафизяси dos. A. B. Dolxanov


Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix04.02.2018
ölçüsü0,55 Mb.
#24375
1   ...   6   7   8   9   10   11   12   13   14

Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

1.Dövlət  sektoruna  aid  xidmət  göstərən  şir-

kətlər 

 



Dövlət departamentləri 

 



Dövlətə məxsus Açıq Səhmdar Cəmiyyət-

lər, 

2.

 

Özəl sektora aid xidmət göstərənlər 

Mövcud  toplama  və  daĢıma  sistemi  – 

Əsas  xidmət  göstərən  şirkətlər  tərəfindən 

həyata  keçirilən  Bərk  Məişət  Tullantılarının 

toplanması  Böyük  Bakı  ərazisində  ümumi 

əhalinin  (2013-cü  ilə  kimi  3,488,000  nəfər) 

74.16%-ni  (2,635,018  nəfər)  təşkil  edir.  Bu 

da  o  deməkdir  ki,  ümumi  əhalinin  25.84%-i 

(təxminən  849,619  nəfər)  Bərk  Məişət  Tul-

lantılarının  toplanması  xidmətindən  kənarda 

qalır.  


Məlumata  əsasən  yaşayış  sahələrinin  sa-

yı təxminən 740,000 olduğu üçün, əsas xid-

mət  göstərən  şirkətlərin  xidmət  sahəsində 

olan  yaşayış  sahələrinin  təxmini  sayı 

(555,000) şəhər olan ümumi yaşayış sahələ-

rinin  75%-ni  təmsil  edir.  Tullantı  tutumu 

1,445.08  ton  olan  9728  ədəd  konteynerlər 

şəhərdə  3987  toplama  məntəqələrində  yer-

ləşdirilib.  

Toplama fəaliyyətini əhatə edən sfera-

lar və onun inkiĢafı – Böyük Bakı şəhərin-

də  Bərk  Məişət  Tullantılarının  toplanması 

xidmətindən  istifadə  edən  ev  sakinləri 

2,635,018  (ümumi  əhalinin  74.16%-i,  2013-

cu ilə kimi  3,288,000 nəfər) nəfərdir.  Bu da 

o  deməkdir  ki,  ümumi  əhalinin  25.84%-i 

(təxminən  849,619  nəfər)  Bərk  Məişət  Tul-

lantılarının  toplanması  xidmətindən  kənarda 

qalır.  

Lakin,  aşağıdakı  başlıca  işlər  Azərbay-

canda bərk məişət tullantılarının vahid idarə-

çiliyi  layihəsi  (BMTVİL)  çərçivəsində  fəa-

liyyət dövründə (2006-2012) yerinə yetirilib; 

 



Dövlət 2006-cı ildən 2012-ci ilə kimi pres-

ləmə avadanlığı olan 117 ədəd tullantı top-

lama maşını təchiz edib. 2011-ci ildə Bakı 

Şəhər  İH-nin  Mənzil  və  Kommunal  Xid-

mət  Departamenti  tərəfindən  istismar  olu-

nan  presləmə  avadanlıqlı  tullantı  toplayan 

maşınların sayı 150-yə çatdı. Beləliklə, şə-

hərdə toplanmış BMT-nin 82.29%-i, 2011-

ci  ildə  orta  çəkisi  9.97  ton  olan  presləmə 

avadanlıqlı avtomobillərlə daşınıb.  

 

Bakı  Şəhər  İH-nin  Mənzil  və  Kommunal 



Xidmət  Departamentinin  və  Təmiz  Şəhər 

ASC-nin verdiyi məlumata əsasən, 2007-ci 

ildə  Balaxanı  poliqonuna  gətirilən  zibilin 

miqdarı 528 kiloton olmamasına baxmaya-

raq,  bu  rəqəm  təxminən  111%  artaraq 

1,117 kilotona çatmışdır.  

 

Əlavə  olaraq  bildirilməlidir  ki,  BMTVİL-



nin başlanması rəsmi bərk tullantıların ida-

rə edilməsi sistemi vasitəsi ilə əhaliyə gös-

tərilən xidmətin göstəricisinin 25 % (2006-

cı ildən 50%-dən 2011-ci ildə 75%-ə kimi) 

artmasına  nailliysəbəb  olmuşdur.  Nəticə 

etibarı ilə, BMT xidmət haqları ödəyən ya-

şayış  evlərin  sayı  2011-ci  ildə  ümumi  ya-

şayış evlərinin 97%-nə qədər artdı.  

 

Şəhərdə təxmini ümumi tullantı konteyner-



lərinin  sayı  2006-cı  ildə  5000  ədəd  idisə, 

bu  rəqəm  2011-ci  ildə  təxminən  95%  ar-

taraq 9728-ə çatdı. 

Toplama  tezliyi  –  Tullantıların  toplan

-

ması  tezliyi  ölkənin  Sənaye  və  Məişət  Tul



-

lantıları  haqqında  Qanunda  dəqiq  müəyyən 

edilmir



Bu  barədə  Nazirlər  Kabinetinin  74 



№-li, 21 aprel tarixli vardır və o xəstəxana-

larda, məktəblərdə, uşaq bağçalarında və re-

gionaal  açıq  bazae  yerlərində  əmələ  gələn 

tullantıların  daşınmasından  bəhs  edir  (mad-

də  4.8).  Tədqiqat  ərazisində  toplama  tezliyi 

ümumi olaraq gündə bir dəfədir. Lakin şəhə-

rin mərkəzi ərazilərində və hündür mərtəbəli 

binaların  sıx  yerləşdiyi  ərazilərdə  KXD  və 

digər  xidmət  şirkətləri  tullantıları  gündə  iki 

dəfə  toplayır  Gün  ərzində  iki  toplama  dövr-

ləri  arasındakı  vaxt  qrafiki  aşağıdakı  kimi-

dir; 

 

Gecə vaxtı: 8.00 PM – 04.00 AM 



 

Gündüz vaxtı: 8.00 AM – 04.00 PM 



Toplama  briqadaları  adətən  həftənin  bü-

tün  günləri  24  saat  işləyirlər  və  hər  briqada 

bir sürücü və  iki  fəhlədən ibarət olmaqla üç 

nəfərdən ibarət olur. 



Toplama marĢrutları  Hal hazırda stan-

dart toplama marşrutları MKXB-lərin MKX 

işçiləri tərəfindən yalnız MKX əraziləri üçün 

müəyyən edilir və bunlar peşəkar olaraq qiy-

mətləndirilmir.  Lakin  MKX-lərdə  bərk  tul-

lantıların  toplanmasına  rəhbərlik  edən  şəxs-

lərin  demək  olar  ki,  hamısı  öz  ərazilərində 

toplama marşrutları  ilə əlaqədar problemlər-

lə  geniş  təcrübəsi  vardır  və  bu  problemləri 

müvəqqəti  və yoxlama və səhv taktikası ilə 

həll  edirlər.  MKX-lərin  hər  biri  özəlləşdiril-



Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

miş köhnə dövlət binalarında və bəzi rayon-

larda  tək  ailəli  evlərdə  yaşayan  təxminən 

6000-6500 nəfər sakini təmsil edir.   

Adətən  hər  bir  MKX-nə  KXD-nin  bir 

ədəd presləyici qurğusu olan tullantı toplama 

maşını  ayrılır.  Sıx  məskunlaşmış  binaların 

yerləşdiyi  və  sıx  ticarət  obyektləri  ilə  qarış-

mış ərazilərdə toplama marşrutlarına iki ma-

şın ayrılır, ya da gün ərzində iki növbə tətbiq 

edilir. Qeyd etmək lazımdır ki, bu cür topla-

ma  marşrutu  yalnız  Bakı  şəhərinin  mərkəzi 

rayonlarında  tətbiq  edilir  və  MKX-lərinin 

cavabdeh olduğu ərazilərdəki köhnə özəlləş-

dirilmiş bina qruplarından ibarətdir.  

Şəhərin  digər  yerlərində  MKX-lərin  ob-

yektləri arasında və ya onların qonşuluğunda 

yerləşməsindən  asılı  olmayaraq,  bina  və  ya 

ticarət  obyekti  /təşkilat  toplama  rüsumunu 

razılaşdırmaqla  tullantı  xidməti  şirkəti  ilə 

müqavilə  bağlamalıdır.  Bu  təcrübə  cari  tul-

lantı toplama və daşıma sistemində geniş ya-

yıldığından, toplama marşrutlarının çoxu bi-

nalar və ya bina rəhbərliyi tərəfindən xidmət 

şirkətinin toplama tezliyinin dəyişdirilməsin-

dən asılı olaraq dəyişə bilər.  

Xəzər,  Sabunçu,  Binəqədi,  Qaradağ  və 

Suraxanı  kimi    rayonların  çoxunda  toplama 

yerlərinin  yerləşdiyi  əsas  nəqliyyat  marşrut-

ları boyunca bir toplama marşrutu vardır.  

Tullantı  poliqonuna  və  geriyə  toplama 

marşrutunun  bütün  xidmət  şirkətləri  tərəfin-

dən ən çox qəbul edilən orta uzunluğu 29.5-

30  km-dir  (59-60  km/2).  Lakin  Məsləhətçi-

nin hazırladığı təhlillərin nəticələrinə əsasən, 

şəhərdə  tullantı  toplama  marşrutunun  orta 

uzunluğu təxminən 70.56 km-dir. 

Tullantıların  daĢınması    MKXD,  TŞ 

ASC,  ARDNŞ  və  özəl  xidmət  şirkətlərinin 

yaxşı  keyfiyyətli  maşınları  və  avadanlıqları 

vardır.  Bələdiyyələr  və  MKXB-ləri  BMT, 

üstəgəl  küçə  süprüntülərinin  toplanılması və 

daşınması  xidmətlərinin  həyata  keçirilməsi 

üçün  heç  bir  münasib  və  ya  kifayət  qədər 

maşın və ya avadanlıqlara malik deyillər. Bu 

idarələrdə  yalnız presləyici avadanlıqsız, üs-

tü açıqyük maşınları vardır.  

Küçə süprüntüləri daxil olmaqla, şəhərdə  

toplanılan BMT-nin təxmini miqdarı ildə 

840,964,2  tondur  (3,822,565.55  m³/il).  Top-

lanılan tullantıların təxminən 88%-i  46 döv-

lət  şirkəti  tərəfindən  yığılır.  Toplanılan 

BMT-nin  6.25%-idövlətə  məxsus  üç  səhm-

dar şirkət, 6%-i isə üç özəl şirkət tərəfindən 

toplanılır.  

Heç  bir  presləyici  avadanlığı  olmayan 

maşınların sayı yolda olan BMT toplama və 

daşıma  maşınlarının  51.46%-ni  təşkil  etsə 

də,  onların  demək  olar  ki,  hamısı  18-20  il 

yaşı  olan  nəqliyyat  vasitələridir  və  iqtisadi 

baxımdan səmərəli şəkildə  istismar üçün ar-

tıq yararlı deyillər. Presləyici avadanlığa ma-

lik  maşınlar  şəhərdə  toplanılan  BMT-nin 

yalnız  17.64%-ni  daşıya  bilir  ki,  bu  da  öz 

növbəsində  yollarda  olan  tullantı  maşınları-

nın ümumi səmərəliliyini aşağı salır.  

ÇatıĢmazlıqlar  və  boĢluqlar    Mövcud 

toplama  sxemi  tək-axınlı  toplama  fəaliyyəti 

ilə kifayətlənir və bu sahədə tullantıların ay-

rılması  prosesi  baş  vermir.  Tullantı  kontey-

nerləri  küçə  boyunca  toplama  məntəqələrin-

də qrup şəklində yerləşdirilib. Mövcud BMT 

toplanması və daşınması xidməti keyfiyyəti-

nə uyğun olaraq gəlirli deyil.   

 

Nəticə 

 

Məqalədə  Bakı  şəhəri  üzrə  əsas  xidmət 

göstərən şirkətlər tərəfindən həyata keçirilən 

Bərk  Məişət  Tullantılarının  toplanması,  on-

ların çeşidlənməsi, Bakı şəhəri  daxilində ra-

yonların  çoxunda  toplama  yerlərinin  yerləş-

diyi  əsas  nəqliyyat  marşrutları  boyunca  bir 

toplama  marşrutu  haqqında  bəhs  edilmişdir. 

Sonda məqalədə istifadə olunan ədəbiyyatla-

rın siyahısı verilmişdir.   



 

Summary 

 

Transfering, selection of solid waste ma-

nagement  by  different  waste  management 

companies in Baku city and regions of  Baku 

city    and  transporting  wastes  is  offered    on 

this article.  



 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə