Еколоэийа вя ятраф мцщитин мцщафизяси dos. A. B. Dolxanov


Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix04.02.2018
ölçüsü0,55 Mb.
#24375
1   2   3   4   5   6   7   8   9   ...   14

Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

şəliyin  tərkbində  qovaq  azalır,  qarağac  və  palıd 

isə artırdı. Meşəliyin lap kənar hissəsində palıda 

saqqız  ağacı  qarışırdı.  Bəzən  saqqızağacı  təmiz 

meşəlik  yaradırdı.  Bu  qanuna  uygunluq  pozul-

muş, yalnız onların  əlamətləri qalmışdır. 

 

Tuqay meşələrinin xeyli hissəsi əvvəlki böl-



mədə  deyildiyini    kimi  hələ  1920-ci  ilə  qədər 

əkin sahələri əldə etmək məqsədilə qırılıb məhv 

edilmişdir. Yaxın keçmişdə 20min hekta qalmış-

dır.  10  min  hektara  qədər  tuqay  meşəsi  Şəmkir 

və Yenikənd su anbarlarının yaradılması məqsə-

dilə qırılıb məhv edilmişdir. Təssüf ki, tuqay me-

şələrinin  orda-burda  qalan  kiçik  sahələri  də  in-

sanların  təsərrüfatsız  fəaliyəti  nəticəsində  gözü-

müzün qabağında yoxa çıxır.  Ağdaş, Bərdə, Ağ-

cabədi və Saatlı rayonlarında meşələrin vəziyyəti 

daha  acınacaqlıdır.  Burada  tuqay  meşə  fondu 

torpaqları  başdan-başa  qışlaqlara  çevrilmişdir.  

Bunun nəticəsində təbii və süni salınmış meşələr 

seyrəlir,  kolluqlara  çevrilir  və  ən  mühümü  odur 

ki,  meşələrin  qoruyucu  funksiyası  zəifləyir  və 

gələcək nəsli kəsilir. Kür qırağında bu səbəbdən 

qovaq  və  söyüd  meşələrinin  yerində 6  min  hek-

tardan  çox  yulğun  kolluqları  əmələ  gəlmişdir. 

Digər  tərəfdən  meşə  ilə  örtülü  olmayan  100 

hektarlarla  sahədə  illər  boyu  qanunsuz  olaraq 

kənd təsərrüfatı bitkiləri becərilir.    

   Kür çayı sahillərində olan meşə sahələrinin eni 

Ağstafa  və  Ağdaş  meşə  təsərrüfatlarının  bəzi 

yerində  4-6  km-ya  çatır.  Əgər  meşənin  enini 

çayın  hər  iki  sahilində  0.5-1.0  km  qəbul  etsək, 

hazırda  Kür  qırağında  mövcud  olan  18  min 

hektar  meşə  ilə  örtülü  sahə  yalnız  90-100  km 

məsafədə  uzanır.  Halbuki,  qeyd  etdiyimiz  kimi 

Kürün uzunluğu respublikamızın  ərazisində 900 

km-yə çatır. Deməli, Kür boyunda 700-800 km-

dan artıq sahə meşəsiz qalmışdır. 

 

Azərbaycan  meşələrinin  vəziyyəti,  son  illər 



bir sıra tədbirlərin, o cümlədən meşəsalma işləri-

nin aparılmasına baxmayaraq, hələ də acınacaq-

lıdır.  Ona  görə  də  biosferin  çox  əhəmiyyətli  və 

əvəzsiz tərkib hissəsi olan meşə biogeosenozları-

nın  qorunması  və  artırılmasından  ötrü  respub-

likamızda  daha  ciddi  tədbirlərin  görülməsi  tələb 

olunur. 

Meşə  ehtiyatlarımızdan  istifadənin  ekoetik 

problemləri geniş aspekti (hüquqi, inzibati, təsər-

rüfat,  iqtisadi,  estetik,  mühafizə,  bərpa  və  s.) 

əhatə etsə də, burada hazırki mərhələdə əsas diq-

qət mövcud meşələrin mühafizəsinə və bərpa işl-

ərinə  yönəldilməlidir.  Şübhəsiz  ki,  meşələrin 

mühafizəsi  problemində  hüquqi,  inzibati  və  tə-

sərrüfat və s. xarakterli tədbirlər də nəzərdə tutu-

lur. Məsələn, meşələrin qırılmasına görə inzibati 

cəzaların  kəskinləşdirilməsi  (təsərrüfat),  xa-

ricdən  gələn  ağac  və  ağac  məmulatlarından  tut-

ulan vergilərin azaldılması  və  yerli meşə ehtiy-

atlarından  istifadə  dünyanın  birinci  qrup  meşə 

mühafizə  tələblərinə  uygun  olaraq  əhalinin  eko-

loji  tələblərə  əsaslanan  istifadəsinə  yönəltməklə 

təbiətdən  istifadənin  hüquqi  əsaslarına  uygun 

yerinə yetirilməsi vacibdir. Meşələrimizin bərpa-

sının elmi-nəzəri və praktiki əsaslarının işlənmə-

si  sahəsində  respublikamizda  kifayət  qədər  təc-

rübə  vardır.  Ona  görə  də  bu  məsələlərin  bir  qə-

dər  yeni  baxışla,  meşələrin  ekoetik  problemləri-

nin  geniş  aspekti  fonunda  nəzərdən  keçirilmə-

sinə böyük ehtiyac vardır. 

 

Düzən meşələrin mühafizəsi və bərpası məq-



sədilə kompleks tədbirlərin həyata keçirilməsi, o 

cümlədən:  İmkan  daxilində  (yer  quruluşu  layi-

hələrinə  əsasən)  Kür  çayı  boyu  hər  iki  sahildə   

270  m  enində  qoruq  zolağı  ayrılmalı  və  orada 

bütün  fəaliyyətlər  (meşənin  qırılması,  mal-qara 

otarılması  və  s.)  qadağan  edilməli,  yeni  tipli  tu-

qay  meşələrinin  bərpası  üçün  meşəsalma  işləri 

həyata keçirilməlidir. 

 

 

 



  

Azərbaycan  Respublikasında  meşələrin  bər-

pa edilməsi və artırılmasına dair Milli Proqramın 

Təbii meşələrin bərpası adlı I bölməsində göstə-

rilir  ki,  meşələrə  artan  təsirin,  meşə  sahələrinin 

azalması və onların vəziyyətinin pisləşməsi nəti-

cəsində  meşə  sahəsi  və  doluluğu  haqqında  olan 

müasir  məlumatlar  ölkənin  meşə  ehtiyatlarının 

real vəziyyətini əks etdirmir. Bunları nəzərə ala-

raq Aran meşə zonası o cümlədən Tuqay meşə-

lərinin Yevlaxda 1623 ha, Bərdədə 1414 ha, Ağ-

daşda  1496  ha,  Ağcabədidə  2243  ha,  İmişlidə 

346 ha, Sabirabadda 690 ha, Şirvanda 453 ha-da 

layihələşdirimə  bərpa  işlərinin  aparılması nəzər-

də tutulması mühim əhəmiyyət kəsb edir. 

Beləliklə, tuqay meşə fondu torpaqlarda, me-

şəsizləşmiş  ərazilərdə,  yalnız  suvarılan  şəraitdə 

meşə - bərpa tədbirlərini həyata keçirmək müm-

kündür. Xüsusi ilə aqro meşə-melorasiya elminə 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

əsaslanaraq,  ərazidə  tarixi  bitki  ötüyünü,  yəni 

genefondu  bərpa  etmək,  həmçinin  bağların  və 

plantasiyaların yaradılması, model  meşə tələblə-

rinə  uyğun  olaraq  həyata  keçirilməlidir.Belə  və-

ziyyətdə, meşə ətrafında yaşayan əhalinin maddi 

vəziyyəti  yaxşılaşmaqla,  həmdə  ətraf  mühitdə 

ekoloji  tələblərə  uygun  yaşıl  massivlərin  yaran-

ması  mümkün  olar.  Tuqay  meşə  fondu  torpaq-

larında,  hidroloji  sahəyə,onların  qurğularına 

xüqsusi  diqqət  yetirməklə,  əkin  üçün  nəzərdə 

tutulan  yerlərdə  torpaq  hazırlığı  işləri  müasir 

tələblərə uyğun aparılmalıdır. Tuqay meşələrinin 

müxtəlif  formada  bərpası  sinoptik  məlumatlara 

və  şəraitə  uyğun  olaraq,  tövsiyə  olunan  ağac  və 

kol  cinslərindən  təşkil  olunmalıdır.  Odur  ki, 

Kür-Araz  ovalığında  suvarılan  şəraitində,  azər-

baycanın  görkəmli  meşəçilərin  əsərlərindən  isti-

fadə olunması və yeni tədqiqat işləri müasir tələ-

blərə uyğun aparılmalıdır.  

 

 

 



Kür-Araz ovalığında uzun illər tədqiqat işləri 

aparmış H.Ə.Əliyevin, Ə.M.Hüseynovun, İ.S.Sə-

fərovun, Ə.H.Nağıyevin, A.S.Bukovun, A.B.Dol-

xanovun,  suvarılan  şəraitdə  meşə-bərpa,  bağ  və 

plantasiyaların, o cümlədən tarla qoruyucu meşə 

zolaqlarının  bərpası  ilə  əlaqədər  əsərlərindən  is-

tifadə olunması məqsədə uyğundur. Belə olduğu 

halda,  mövcud  vəziyyəti  qloballaşmağa  qoyma-

dan  meşə  ekosistemlərinin  müasir  tələblərə  uy-

ğun bərpası mümkündür.  Xüsusi ilə  Kür qırağı 

tuqay  meşə  fondu  torpaqlarında  yeni,  elektrik 

enerjisi ilə işləyən güclü nasos stansiyalarının və 

müasir hidrotexniki qurğuların müxtəlif ərazilər-

də inşa edilməsi aktualdır. Yanacaqla deyil, həm 

də  elektrik  enerjisi  ilə  fəaliyyət  göstərən  nasos 

qurğuları, faydalı iş əmsalına və ekoloji tələblərə 

görə daha üstündür.  

 

Ədəbiyyat 



 

1.

 



Ə.A.  Həsən.  “Характеристика  почвенного 

покрова  по  отдельным  элементам  рель-

ефа”  Bakı 1945г 

2.

 



B.P.Volobuyev. “Почва и климат” buraxılış 

AE Azərbaycan  Bakı, 1953 

3.

 

H.N.Vısotskiy.  “О  водоохраной  и  водоза-



щитной роли леса и болота” Moskva 1937 

4.

 



F.A.Hacıyev.  “Анализ  условий  развития 

антропогенной  эрозии  в  Азербайджане” 

Bakı, 1974 

5.

 



N.A.Moisseyev.  “Методические  основы 

долгосрочных  расчѐтов  пользования  и 

воспроизводства  лесных  ресурсов”  Жур-

нал  “Лесное хозяйство № 11, 1970” 

6.

 

”Лесная энциклопедия”. Т 1, Moskva 1985 



7.

 

L.İ.Prilipko “Лесная растительность Азер-



байджана” – Bakı 1954 

8.

 



”Флора Азербайджана” buraxılış AE Azər-

baycan  Bakı 1952, T 3 

9.

 

A.D.Eyubov. “Агроклиматическое райони-



рование Азербайджана” Bakı 1968, s. 187 

10.


 

A.S.Yablokov.  “Лесное  семеноводство  и 

селекции” 1949 стр.57 

11.


 

Международная 

научно-практическая 

конференция.  ”Теоритические  и  практи-

ческие аспекты развития современной  

      науки” – Москва 2011.  

12.

 

Статьи А.Б.Долханова: 1.“Биология и эко-



логия  технических  видов  ив  выращивае-

мых  на  опытных  участках  в  орошаемых 

условиях Азербайджана” стр.120  2. “Ход 

роста кипарисов в лесных полосах Ленко-

рано–Астаранской зоны БГУ”, стр.112 

 

Xülasə 



 

KürAraz  ovalığı  meşə  fondu  torpaqlarında  

tarixi  bitki  örtüyünün  öyrənilməsi,  mövcud  və-

ziyyətin  qiymətləndirilməsi,  və  elmi  əsaslarla 

müasir üsullarla bərpa yolları.  

 

Резюме 

 

Изучение  исторического  растительного  по-

крова в землях лесного фонда Кура-Аразской 

низменности,  оценивание  данного  условия, 

пути  восстановения  современно-научными 

методами. 

 

 

Məqaləyə AzMİU-nun  



Hidrotexniki  



qurğular və hidravlika



 kafedrasının  



dosenti Z.S. Musayev rəy vermişdir.

UOT 621. 384-027.31 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə