Еколоэийа вя ятраф мцщитин мцщафизяси dos. A. B. Dolxanov


Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix04.02.2018
ölçüsü0,55 Mb.
#24375
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

məklə  onu  qorumaq  mümkündür.  Kompa-

und üzvi (qatran, bitum, yağ) və qeyri - üzvi 

(alüminium  fosfat,  metal  metfosfat)  maddə-

lərin  əsasında  yaradılmış  bir  quruluşdur. 

Kompaundla  germetikləşdirilmədə  modulun 

elektrik  izolyasiya  və  mexaniki xarakteristi-

kaları  yaxşılaşdırılır.  Ancaq,  əksər  kompa-

undların  istilikkeçiriciliyi  aşağı  olduğundan 

istilik ötürməni pişləşdirir və təmir prosesini 

məhdudlaşdırır.  Bu  zaman  daxili  gərginlik 

detallarin  və  elektrik  birləşdiricilərinin  bü-

tövlüyünün pozulmasına səbəb olur. 

Blokların və şkafların tam olaraq germe-

tik  örtükdə  germetikləşdirilməsi,  baha  başa 

gəlməsinə  baxmayaraq  gorunmanın  ən  ef-

fektiv  üsulu  sayılır.  Bu  zaman  xüsusi  kor-

pusların,  aralıq  qatların,  xarici  elektrik  bir-

ləşdiricilərinin  germetikləşdirilmə  üsulları, 

hörmə naqillərin çıxışları, indikasiya və ida-

rəedici elementləri yenidən işlənməlidir. Va-

kuum şəraitində məmulatın germetikləşdiril-

miş divarı məmulatın daxili və xarici təzyiq-

lər fərqinə görə müəyyən olunmuş qüvvə ilə 

müqavimət  göstərməlidir.  Nəticədə,  kons-

truksiyanın  möhkəmliyinin  artırılması  nəti-

cəsində  onun  ölçüləri  və  kütləsi  böyüyür. 

Tam  germetikləşmədən  istifadə  etdikdə  mə-

mulatın  konstruksiyasına  korpusun  daxilin-

dəki  təzyiqi  azaltmaq  üçün  nizamlayıcşı 

qapaq əlavə etmək lazımdır. 

Germetikləşdirilmənin  çoxlu  sayda  müx-

təlif  üsulları  mövcuddur.  Qapaqla  korpus 

arasında  yerləşdirilən  elastik  sıxlaşdırılmış 

altlıqlardan geniş istifadə olunur (şəkil 1).  

 

Şəkil 1. Elastiki(rezin) altlıqlarla 



germetikləşdirmə:  

1 - korpus; 2 - qapaq; 3 - vint; 4 - altlıq 

 

Sıxılma  anında  onlar  qapaqla  korpus 



arasındaki  qovuşma  yerinə  bərkidilir.  Al-

tlığın  sıxılmasından  sonra  bərkidilmiş  yer-

dən qazın itkisinin 25.....30 % - i təkcə diffu-

ziya  nəticəsində  baş  verir.  Böyük  güvvə  ilə 

sıxılma məsləhət görülmür. Buna səbəb altlı-

ğın  intensiv  olaraq  köhnəlməsi  nəticəsində 

onun  tez  sıradan  çıxmasıdır.  Eninə  kəsikli 

altlıqların  formaları müxtəlif ola bilər. Düz-

bucaqlı  formada  hazırlanmış  altlıqlar  isteh-

sal  edilməsinə  görə  sadə  olmaqla  yanaşı, 

asan  istifadə  edilir.  Böyük  ölçülü  məmulat-

ların  havadan  germetikləşdirilməsini  təmin 

etmək  xüsusiyyətlərinə  baxmayaraq,  su  bu-

xarının təsirindən konstruksiyanı qoruya bil-

mir. 3 sıxıcı vintinin təsiri ilə altlıq asan de-

formasiya  olunduğundan  qapaq  və  korpus 

arasındakı təzyiq aşaği alınır. Germetikləşdi-

rilmənin altlıq materialı kimi yüksək elastik-

liyə  və  asanlıqla  formasını  dəyişmə  qabiliy-

yətinə  malik  olan  rezindən  istifadə  olunur. 

Böyük  qapaqlarda  yüksək  sərtliyə  və  kiçik 

yivli çoxlu sayda sıxıcı vintlərlə rezin altlıq 

bərkilidir. Germetikləşdirilmənin  etibarlı  ol-

ması üçün bu növ altlıqlar tokar dəzgahların-

da hazırlanır. 

Müəyyən  zaman  müddətində  nəmlik 

bütün üzvi materiallardan keçdiyi üçün, üzvi 

materialdan  hazırlanmış  altlıqlı  məmulatlar 

su  buxarından  yalnız  bir  neçə  həftə  qorun-

manı təmin edə bilər. 

Əgər  germetikləşdirilmiş  məmulatın  da-

xili temperaturu ətraf mühitin temperaturun-

dan  aşağı  olarsa,  onda  məmulatın  daxilində 

yüksək  rütubətin  nəticəsində  nəmlik  suya 

çevrilərək imtinaya səbəb olur. Lövhənin və 

elektrik birləşdiricilərinin şaquli istiqamətdə 

olması məmulatdakı altlıqdan nəmliyin təbii 

yolla 


çəkilməsini 

təmin 


edir. 

Kons-


truksiyadan  nəmliyin  asanlıqla  çəkilməsi 

üçün onun səthi hamar olmalıdır. 

Germetik  aparatların  daxilində  nisbi 

rütubətin müəyyən olunmuş həddə qədər sa-

bit  qalması  üçün  məmulatın  daxilinə  aktiv 

udma qabiliyyətli maddələr yerləşdirilir. Hə-

min maddələrə silikat, kalsium xlor, fosforlu 

susuz kalsium - sulfat aid edilir. Məsələn, si-

likat özünün quru kütləsinin 10%-ə qədərin-

də  nəmliyi  udur.  Beləliklə,  aparatın  daxilin-

də nisbi rütubət 80%-i keçmir. 

Germetikləşdirilmədə germetikliyə sərt 

tələblər  qoyulduqda  korpusun  bütün  peri-

metri boyunca qaynaq və ya lehimləmə apa-

rılır (şəkil 2). 

Məmulatın  korpusunun  konstruksiyası 

bir  neçə  dəfə  germetikləşməyən/germetiklə-

şən əməliyyatları  yerinə yetirməlidir. 1 kor-




Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

pusunun  küncünə  ən  yüksək  hərarətə  da-

vamlı  2  rezin  altlıq  quraşdırılır  ki,  3  qalay-

lanmış  polad  məftil  yerləşdirilsin.  Məftil 

məmulatın  konturu  boyunca  korpusa  lehim-

lənməklə  qaynaq  yeri  yaradır.  Məftilin  boş 

qalan  ucu  keçirici  qismində  5  qapağındakı 

çıxıntıya qoşulur. Məmulatın  germetikləşdi-

rilməməsində qaynaq yeri qızdırılır və lehim 

məftillə birlikdə asanlıqla ondan ayrılır. Ger-

metikləşdirilməni  dəfələrlə  təkrar  etmək 

mümkündür. Rezin  altlıq məmulatı lehimlə-

mə zamanı qızmaqdan qoruyur. 

 

 



Şəkil 2. Qaynaq yerinin və məftilinin 

germetikləşdirilməsi: 

1 - korpus; 2 - altlıq; 3 - məftil; 

 4 - lehim; 5 - qapaq 

 

Ətraf  mühitin  mühafizəsində  istifadə 



olunan elektron aparatlarında germetikləşdi-

rilmə  üsullarınin  seçilməsi  istismar  şəraitin-

dən,  istifadə  edilən  material  və  altlıqlardan, 

həmcinin elektrik montajina olan tələblərdən 

təyin  olunur.  Germetikləşdirilmə  üsullunun 

seçilməsinin qəti qərarı nəmlik kamerasında 

EA-in natural sınağının keçirilməsindən son-

ra qəbul edilə bilər. 

 

ƏDƏBIYYAT 

 

1.M.F.Binnətov, X.I.Abdullayev, E.F.Nama-

zov.  Radiotexniki  vasitələrin  konstruksiya 

edilməsi,  texnologiyası  və  materialları. 

Bakı, MAA, 2009. 

2. M.F.Binnətov. Radiotexniki vasitələrin da-

şıyıcı konstruksiyaları. Bakı, AzTU, 2009. 

3. A.A. Xəlilova, M.F. Binnətov, G.X. Kəri-

mova.  Radioelektron  vasitələrin  istismar 

prosesində əməyin mühafizəsi işlərinin bə-

zi məsələləri. Bakı, Elmı əsərlər XXIII bu-

raxılış,  Azərbaycan  Ali  Hərbi  Dənizçilik 

Məktəbi, 2014, səh. 60-63 

4. Панков Л.Н. идр. Основы проектирова-

ние  электронных  средств.  Владимир. 

Изд-во ВГУ, 2007. 

5. Уваров  А.С.  Проектирование  и  конст-

руктирование  электронных  устройств. 

М. “Горячая линия – Телеком”, 2004. 

 

XÜLASƏ 



 

          Məqalədə ətraf mühitin mühafizəsində 

istifadə  olunan  elektron  aparatlarının  məruz 

qaldıqları  əsas  xarici  təsirlər(nəmlik  təsiri, 

toz təsiri) araşdırılmış və istismar müddətin-

də  konstruksiya  elementlərinə  mənfi  təsirlə-

rin növləri göstərilmişdir. Elektron aparatla-

rının  xarici  təsirlərdən  qorunmasının  təmin 

edilməsi  üçün  germetikləşdirilmə  üsulları 

təklif edilmişdir. 

 

РЕЗЮМЕ 

 

       В данной статье рассмотрено воздей-

ствие  внешних  факторов  (влажности,  за-

пылен-ности)  на  электронные  аппараты, 

используемые в охране окружающей сре-

ды  и  показано  вредное  воздействие  на 

конструкционные элементы в режиме экс-

плуатации. В целях защиты электронных 

аппаратов от внешних воздействий пред-

ложены методы герметизации.       

 

Məqaləyə AzMİU-nun  



Fövqəladə hallar vəhəyat fəaliyyətinin 



təhlükəsizliyi



 kafedrasının dosenti  



Ş.D. Danyalov rəy vermişdir. 

 

UOT 620.92 

A.Ə. RƏġĠDOVA   

 

BAKI ġƏHƏRĠNDƏ BƏRK MƏĠġƏT TULLANTILARININ   

TOPLANMASI VƏ DAġINMASI 

 

 Bakı  şəhərində  Bərk  Məişət  tullantıları-

nın  toplanması,  ərazinin  təmizlənməsi  və 

yerləşdirmə işləri iki qrup “Xidmət göstərən-

lər” tərəfindən həyata keçirilir; 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə