Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил
ЕКОЛОЭИЙА ВЯ ЯТРАФ МЦЩИТИН МЦЩАФИЗЯСИ
dos. A. B. DOLXANOV
BDU
KÜR – ARAZ OVALIĞINDA, TUQAY MEŞƏ
FONDU TORPAQLARINDA MEŞ
Ə
EKOSISTEMLƏRININ TƏBII - TARIXI Ş
ERAITININ QIYMƏTLƏNDIRILMƏSI
VƏ MÜASIR EKOLOJI VƏ IQTISADI TƏLƏBLƏRƏ UYGUN BƏRPA METODLARI
Təbiət bizi əhatə edən canlı dünyadır, böyük
və mürəkkəb sistemdir, bir-biri ilə əlaqəsi olan
kosmik planetar, planet daxili, fiziki, kimyəvi,
bioloji və digər sistemdən asılıdır. Onların hər
biri özlərinin parametrləri və element tərkibi ilə
bir-birinə təsirinə və bir-birindən asılılığına
görə fərqlənən ətraf mühitin ən vacib elementi və
sərvətlərindən biridir.
Təbii sərvət olan bitki aləminin ən yüksək
forması ağaclıqdır. Meşələr insanlara neinki bö-
yük xeyir gətirir, torpaqları bəzəyir, sağlamlaş-
dırır, təmiz və bol su sərvətini yaradır. O, həm
də planetin havasını oksigenlə zənginləşdirir,
yer kürəsində həyatın özünü qoruyub saxlayır.
Bitki çeşidlərinin (müxtəlifliyinin) qorunması və
onun daima səmərəli istifadə olunması bizim
epoxanın çox vacib və Azərbaycan Respublika-
sının bütün ərazisinin qlobal problemidir.
Hərçənd ki, təbii sərvətlərə qayğı ilə yanaş-
maq, yer kürəsinin genetik fondunun qorunması,
ekoloji sağlamlıq və başqa qlobal problemlər
hər bir ölkəni ayrı-ayrılıqda fikirləşməyə məcbur
edir. Yalnız birgə səylərin nəticəsində bunların
hamısını həll etmək mümkündür.
Heydər Əliyev
Aran zonasında meĢələrin paleocoğrafi-
yası. Paleocoğrafi tədqiqatlardan aydın
olmuşdur
ki, təxminən 25-30 milyon il bundan qabaq,
üçüncü dövr adlanan geoloji mərhələnin ikinci
yarısında bütün Aran zonası (Kür-Araz ovalığı)
o zamankı Sarmat dənizinin suları altında ol-
muşdur.
Geniş dəniz ayrı-ayrı adalar kimi yüksələn
Böyük və Kiçik Qafqaz və Talış dağlarında xeyli
yumşaq və rütubətli iqlim şəraiti yaratmışdır.
Belə iqlimin təsiri nəticəsində dağların yamacları
zəngin subtropik bitki ilə örtülməyə başlamışdır.
Sonralar dəniz sahəsinin tədricən kiçilməsi nəti-
cəsində su altından çıxan düzənliklərdə isti və
quru iqlim yaranmışdır. Düzənlik rayonların qu-
ru və isti iqlimi bunlarla yanaşı olan dağətəyi zo-
nanın zəngin subtropik bitki örtüyünə öz mənfi
təsirini göstərmiş və bu rayonların iqlimi tədri-
cən quraqlaşmışdir.
Eramızdan əvvəl 13-7-ci minilliklərdə, yəni
daş dövründə havalar yenidən istiləşməyə başla-
mışdır. Heyvanat və bitki aləmi yeni şəraitə uy-
ğunlaşmış və təxminən müasir dövrün növlərinə
çox oxşamışdır. Beləliklə bitki və heyvanat alə-
minin buzlaşmalar dövründən sonrakı inkişafı əl-
verişli iqlim şəraitinə malik olmuşdur. Tarixçi
Plutarxın yazdığına görə Makedoniyali Iskəndər
ordusu ilə indiki Şimali Azərbaycanın istiqamət-
lərindən Arazı keçərkən qalın bataqlıq və sıx
meşədən ibarət ərazinin keçə bilməyərək hərəkə-
tinin istiqamətini dəyişmişdir. Sonralar respubli-
kamızın bir sıra rayonlarında, xüsusilə düzənlik
zonada insan fəaliyyətinin güclənməsi nəticəsin-
də bitki və heyvanat aləmi xeyli dəyişikliyə uğ-
ramışdır.
Əlverişli iqlim şəraiti qədim Azərbaycanda
bağ və bostançılığın yayılmasına imkanlar yarat-
mışdır. Tarixçilərin göstərdiyinə görə IX-X əsr-
lərdə Azərbaycanda bağ və bostan sahələri bö-
yük ərazini tuturdu. Ölkədə üzümçülüyun, bağçı-
lığın yetişməyinə şərait yaranmışdır. Yuxarıda
göstərildiyi kimi respublikamızın ərazisinin ək-
sər hissəsi vaxtilə sıx meşə ilə örtülü olmuşdur.
Zaman keçdikcə təbii və ictimai amillərin təsiri
nəticəsində bu meşələrin xeyli hissəsi məhv edil-
miş və beləliklə də meşə sahələri gözə çarpacaq
dərəcədə azalmışdır.
Tarixi sənədlərdən məlumdur ki, Sasanilərlə
Bizans arasında mübarizə meydanına çevrilən,
Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил
ərəblərin, monqolların, İran şahlarının basqınla-
rına məruz qalan Azərbaycanın ərazisində şəhər
və kəndlərlə yanaşı meşələr də qırılır, yandırılır,
məhv edilirdi. Dövlətlər arasında gedən mühari-
bələrdən meşələrin necə ziyan çəkdiyini M.Kiril-
lov 1915-ci ildə yazırdı ki, -«müharibə zamanı
hər yerdə, hər addımda qoşunların yolunu kəsən
və əməliyyatlarına maneçilik törədən meşələrədi
də qırmaq və yandırmaqla mübarizə etmək lazım
gəlirdi. Bu məqsədlə meşələrə odla və balta ilə
hücum edilir, qədim keçilməz meşələr dağıdılır-
dı».
A.A.Yaşenko- Xmelevski və Q.V.Kandela-
ki göstərirlər ki, köhnə Gəncədə aparılan arxeo-
loji qazıntılar zamanı XII əsrə aid Eldar şamının
oduncağı tapılmışdır. Müəlliflər hesab edirlər ki,
ola bilsin, Gəncədən 20 km şimalda yerləşən, in-
di tamamilə meşəsiz Bozdağda XII əsrdə Eldar
şamı bitirmiş.
Akad.A.A.Qrossheym
yazırdı ki,
insanlar
ayrı-ayrı meşə və meşə massivlərini tələf etmiş-
lər. Meşələrin tələf edilməsi və əkin yerləri üçün
təmizlənməsi insanın ovçuluqdan əkinçiliyə ke-
çilməsi ilə əlaqədardır. O, daha sonra göstərmiş-
dir ki, həmçinin Kiçik Qafqazın şimal yamac-
larında, Gədəbəy rayonunda ümumi meşə fon-
dunda olan meşəsiz yerlərdə və şübhəsiz, möv-
cud vəziyyət meşələrin insan tərəfindən məhv
edilməsinin təzahürüdür.
1861-ci il Rusiyadakı islahatdan sonra Azər-
baycanda yaxşı torpaqların hamısı xanlara, bəy-
lərə, varlı ailələrə verilmişdi. Bu zaman kəndlilər
meşələri qırıb, yerində taxıl və başqa kənd təsər-
rüfatı bitkiləri əkmək məcburiyyətində idilər.
Kasıb vəziyyətə düşmüş kəndlilər dolanışıq yo-
lunu yalnız meşələrin qırılmasında və meşə tor-
paqlarının əkilməsində tapırdılar. Otlaq yerləri-
nin olmaması yaxud azlığı kəndlilərin mal-qara-
sını meşələrdə otarmağa məcbur edirdi.
Hələ XIX əsrdə Həsən bəy Zərdabi 1899-
cu ildə «Kaspi» qəzetində «Zaqafqaziya bozqır-
larının meşələşdirilməsi» adlı məqaləsində ətraf-
lı yazmışdır: təəssüf ki, vilayətin tarixi, xüsusən
onun topoqrafiyası naməlum qaranlıqla örtülü-
dür və ona görə də qədimdə olan meşələrimiz
barəsində ətraflı danışmağa mümkünatımız yox-
dur, lakin Muğan, Mil, Küdrü-Şirvan və bozqır-
larında köhnə suvarma kanallarının, qədim şə-
hərlər və kəndlərin qalıqları, eləcə də Mil düzü-
nün bəzi yerlərində, xüsusi ilə Örənqala adlanan
ərazidə müsəlmanların «peyğəmbər» deyərək
saxladığı ağaclar onu göstərir ki, burada həyat
vaxtilə bulaq kimi qaynayırdı, ucaboy ağaclar bi-
tirdi.
Akad. A.A.Qrossheym qədim dövrlərin qa-
zıntılarından tapılan bitki qalıqlarının təhlilinə
aid materiallara əsaslanaraq göstərir ki, Zaqaf-
qaziyada təbaşir dövründə sekvoya, şam, çinar,
qovaq, evkalipt və s. ağaclar bitirmiş. Üçüncü
dövrün başlanğıcına yaxın zamanlarda bitki örtü-
yünün tərkibində idi, yalnız tropik yerlərdə rast
gələn formalar üstünlük təşkil edirmiş. Üçüncü
dövrün müxtəlif mərhələlərində meşələrdə əksə-
rən həmişə yaşıl ağaclar bitirmiş. Sonralar, mate-
rikin (Qafqazın) böyüməsi, müxtəlif iqlim şərai-
tinin yaranması və digər materiklərin təsiri ilə
əlaqədar olaraq əsrlər keçdikcə üçüncü dövr flo-
rası tədricən dəyişmiş, Şimal, Cənub və Aralıq
dənizi rayonlarından gələn növlərin hesabına da-
ha da zənginləşmişdir. Lakin, buzlaqlar dövrün-
də bü zəngin flora əlverişsiz iqlim şəraitinə düş-
müş, nisbətən kasıblaşaraq Qafqaz ərazisində
yalnız iki guşədə Talış və Kolxidada qalmış, qa-
lan sahələrdə isə tələf olmuşdur. Yalnız buzlaq-
lardan sonrakı dövrdə hazırkı floraya oxşarlığı
olan flora meydana çıxmış, meşələrin əksəriyyəti
qışda yarpağını tökən ağaclar təşkil etmişdir.
Beləliklə, geoloji dövrlərin inkişafı və iqli-
min kəskin dəyişilməsi ilə əlaqədar olaraq Yer
kürəsində, o cümlədən Avropanın əksər rayonla-
rında bitki örtüyünün əsaslı surətdə dəyişməsinə
baxmayaraq arkto-üçüncü, cənub-üçüncü və
Aralıq dənizi florası məhv olmamış, keçmiş təbi-
ətin canlı yadigarı olaraq bizim dövrümüzə qə-
dər gəlib çıxmışdır. Deməli, Azərbaycanda səhra
və yarımsəhra iqliminin hakim olduğu bəzi ov-
alıqlarında və düzənliklərdə aran (ovalıq) meşə-
ləri adı ilə məşhur olan meşələr inkişaf etmişdir.
İran tarixində göstərilir ki, Nadir şahın tac-
qoyma mərasimini öz tacını başına 200 il bundan
qabaq Muğanda həyata keçirilmişdir. Deməli
200 il bundan qadaq Muğanda abad şəhərlər və
kəndlər olmaqla yanaşı yaşıl meşələr olmuşdur.
Əlbəttə ki, əhalinin bağı və s. var idi. Beləliklə,
bizim şərqi Zaqafqaziyanın bozqırları (çölləri)
yaxın keçmişdə meşə ilə örtülü imiş. Bu meşələr
buranın yarımköçəri sakinləri və mal-qara tərə-
findən məhv edilmişdir. Tuqay meşələrinin Kür
qırağı boyunca Xəzər dənizinə qədər uzanıb ya-
yılması prof. L.T.Prilipko tərəfindən də təsdiq
edilir. O yazır ki, Tuqay meşələri Xəzər dənizinə
qədər çatırdı. İndi də Qızılağac qoruğunda allü-
vial torpaqların altında qalan qatlarda vaxtilə
başdan-başa meşə massivləri əmələ gətirən ağ-
yarpaq qovaq ağaclarının yarımçürümüş kötük-
ləri tapılır.
Məlum olduğu kimi ölkəmizin nəinki dağ-
ları, düzənlikləri də vaxtilə qiymətli meşələrlə
zəngin olmuşdur. Bu meşələr təxminən 100 il
bundan qabaqkı dövrə qədər xeyli hisəsini ya-
radır. 1950-1960-ci illərdən sonrа Tuqay meşələ-
ri, Qarabağ-Şirvan düzündəki Lək və Soltanbud