Еколоэийа вя ятраф мцщитин мцщафизяси dos. A. B. Dolxanov


Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix04.02.2018
ölçüsü0,55 Mb.
#24375
1   2   3   4   5   6   7   8   9   ...   14

Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

UOT 550.349 

 

ĠSKƏNDƏROVA H.D., ĠSMAYILOVA Z.R., AĞAYEVA S.K., MƏMMƏDOV T.Q. 

 

MAKA, T.K.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu. 

 

ZƏLZƏLƏ VƏ ONUN NƏTĠCƏLƏRĠ 

 

Açar  sözlər:  zəlzələ,  Rixter  cədvəli,  vul-

kan püskürməsi, təbii dağıdıcı proseslər. 

Azərbaycan  bütün  tarix  boyu  təbii  fəla-

kətlərə məruz qalmış və ona qarşı mübarizə-

lər  aparmışdır.  2010-cu  ilin  may  ayından  

başlayaraq  güclü  sel  və  daşqınlar,  zəlzələlər 

ölkəmizin tarixində görünməmiş fəsadlar tö-

rətdi,  onlarla  yaşayış  məntəqəsini,  kənd  və 

qəsəbələri  dağıtdı,  minlərlə  hektar  əkin 

sahəsini məhv etdi. 3500-dən çox fərdi ev su 

altında qaldı, zəlzələ nəticəsində yollar, kör-

pülər dağıldı, regionun infrostrukturunu sıra-

dan  çıxartdı.  Bütün  bunlar  nə  qədər  ağrılı-

acılı  olsa  da,  bu  dəhşətli  fəlakətə  qarşı  ölkə 

ictimai  vəziyyətinin  reaksiyası  çox  qüvvətli 

oldu.  Bu  sahə  ilə  məşğul  olan  Fövqəladə 

Hallar  Nazirliyinin  əməkdaşları  səfərbər  ol-

dular. 

Zəlzələyə  qarşı  dayanıqlığı  zəif  olan  bi-



naları  yenidən  qurmaqla  yüksək  dərəcədə 

təhlükəsizliyə nail olmaq mümkündür. Əgər 

insanlar zəlzələnin əvvəlcədən baş verməsini 

bilsəydilər  qorunma  tədbirləri  görərdilər. 

Bunun  üçün  də  binaların,  məktəblərin,  uşaq 

bağçalarının və digər yaşayış məntəqələrinin 

zəlzələ  zamanı  fəlakət  riskinin  azaldılması 

üçün maariflənmək lazımdır. Mühüm obyek-

tlərdə  infrostrukturun  mühafizəsi  məqsədilə 

müvafiq tikinti norma və standartlardan isti-

fadə etməklə fəlakəti azaltmaq olar.   

Məlumdur ki, ölkəmizdə seysmik müha-

fizə  tədbirləri  görülmədən  tikilmiş  yaşayış 

binaları və obyektlər mövcuddur. Zəlzələnin 

intensivliyi  və  hava  zərbə  dalğasının  izafi 

təzyiqi  arasındakı  mütənasiblikdən  istifadə 

olunur.  Tikinti  norma  və  qaydalarına  riayət 

edilməməyin nəticəsində zəlzələ zamanı  Za-

qatala zonasında evlər yararsız vəziyyətə dü-

şmüşdür. 

Bilirik  ki,  Azərbaycan  Respublikasının 

50%-i  seysmik  aktiv  təhlükəli  ərazi  sayılır. 

Buna  görə  də  belə  ərazilərdə  tikilən  ictimai 

və  yaşayış  binaları  seysmik  tələblərə  və  ti-

kinti  normalarına  cavab  verən  səviyyədə 

olmalıdır. 

Xəzər dənizində baş verən müxtəlif təbii 

proseslər  nəticəsində,  səviyyənin  enib-qalx-

ması sahilboyu ərazilərin təsərrüfatlarına çox 

böyük iqtisadi zərər vurur. Həmçinin baş ve-

rən zəlzələnin episentrinin dənizdə olması da 

buna sübutdur.2000-cu ilin  noyabrında Bakı 

şəhərində 7-8 bal gücündə baş verən zəlzələ 

hələ də yaddaşlardan silinməyib.İki güclü tə-

kan  nəticəsində  köhnə  evlərin  damı  uçdu, 

bəzi binalarda çatlar əmələ gəldi. Zəlzələ za-

manı  hava  qaranlıq  olduğundan  qoca,uşaq, 

xəstə hamı özünü çölə atıb, nə edəcəyini bil-

mədilər. Bu zaman işıqlar söndü, rabitə  əla-

qəsi  kəsildi.  İnsanlar  o  gecəni  küçədə  gecə-

ləməli  oldular.Stres  keçirən,  qorxu  içində 

olan adamlar bir neçə gün evlərində qalmağa 

qorxdular.  Zəlzələnin  episentri  Xəzər  dəni-

zində  olduğuna  görə  zərər  çəkən  çox  insan 

olmadı.  O  gündən  insanlar  özlərini  zəlzələ 

zamanı  hazır  etməyə  başladılar.  Sənədləri, 

həyat üçün zəruri əşyaları bir çantaya yıgıb, 

hazır  vəziyyətdə  saxladılar.  Zəlzələ  zamanı 

nə  etməli  olduqlarını  artıq  dərk  edib,  təbii 

fəlakətdən  qorxmadılar.  Hal-hazırda  əhali 

zəlzələ zamanı nə etdiyini bilir.  

Təbii fəlakətlərdən qorxulusu da zəlzələ-

dir.  Son  170  il  ərzində  Abşeron 

yarımadasında  26  zəlzələ  qeydə  alınıb.  7-8 

bal  gücündə  olmuş  zəlzələ  nəticəsində  700 

fərdi daş ev tam dağılıb, Bakı  şəhərində isə 

1500-ə  qədər  bina  müxtəlif  dərəcədə 

zədələnmiş,  600  bina  isə  yararsız  hala 

düşmüşdür.  Dəniz  sahilyanı  ərazilərdə 

yerləşən binalar ən çox zəlzələyə məruz qa-

lan binalardır. 2000-ci ilin Bakı zəlzələsi 23 

nəfərin  ölümünə  səbəb  olmuşdur.  İnsanlar 

zəlzələ  vaxtı  kəskin  stres,  müxtəlif 

xəstəliklər yaşamışlar.  

Zəlzələnin olabilmə ehtimalını gözləmə-

dən  şəhərdə  bütün  yaşayış  fondu  möhkəm 

olmalı,  yaşayış  üçün  yararsız  və  qəzalı  və-



Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

ziyyətdə olan binalarda yaşayan insanlar təh-

lükəsiz ərazilərə köçürülməlidir. Zəlzələdən, 

müxtəlif  tikintilərin  seysmik  mühafizəsi 

üçün layihələr işlənib hazırlansa da, zəlzələ-

yə davamlı mühəndis tikinti üsullarından is-

tifadə  edilsə  də,  bu  məsələ  ilə  məşğul  olan 

təçkilatlar daima diqqətli olmalıdırlar. 

 

Zəlzələ –  yerüstü  zərbələr  və  yerin  üst 

qatının titrəməsidir. Bu həm tektonik proses-

lərlə  müsayiət  olunan,  həm  də  partlayış,  su 

bəndlərinin  doldurulması,  dağlarda  yeraltı 

sürüşmələrlə  baş  verir.  Vulkanların  püskür-

məsi zamanı da kiçik yeraltı təkanlar baş ve-

rir. 

Güclü  yeraltı  təkanlar  evləri  və  tikililəri 



uçura  və  yer  sürüşmələri  əmələ  gətirə,  nəti-

cədə adamların həlakına səbəb ola bilir. Zəl-

zələ nəticəsində  yerin üst  qatı formasını də-

yişir. Zəlzələ ilə məşğul olan elmə seysmolo-



giya deyilir. 

Zəlzələ Yerdə baş verən dinamik proses-

lər  nəticəsində  baş  verir.  Zəlzələlər  əsasən  

layların  sərhəd  zonalarında  əmələ  gəlir. 

Müxtəlif  layların  bir-birinə  nəzərən  sürüş-

məsi  və  toqquşması  yeraltı  təkanlara  səbəb 

olur.  Nəticədə  yeraltı  tektonik  təkanlar  baş 

verir. 


Yer  qabığının  dərinliklərində  toplanan 

potensial  enerjinin  təsiri  ilə  yer  səthinin  ani 

vaxt  ərzində titrəməsinə  zəlzələ  deyilir.  Xə-

ritədə eyni zəlzələ şiddətindəki nöqtələri bir-

ləşdirən xətlərə izoseystlər deyilir. Zəlzələlər 

əmələ  gəlmə  şəraitinə  görə  2  yerə  ayrılır: 

1.Vulkanik mənşəli zəlzələlər. (Vulkan püs-

kürməsindən) 2.Tektonik mənşəli zəlzələlər. 

(Litosfer  tavalarının  sərhəddindəki  daxili 

gərginlikdən). Zəlzələ 12 ballıq Rixter şkala-

sı ilə ölçülür.   

Müasir elm zəlzələləri 3 tipə ayırır: 

1.

 

Denudasiya zəlzələləri. 



2.

 

Vulkanik zəlzələlər. 



3.

 

Tektonik zəlzələlər. 



Denudasiya  zəlzələləri  torpağa  süzülən 

su, onun bəzi hissələrini həll edir və özü ilə 

aparır. Yeraltı sular dağıdıcı fəaliyyəti asan

-

lıqla həll olan süxurlarda, məsələn, daş, duz, 



gips,  əhəngdaşı  və  inkişaf  etdiyi  yerlərdə 

meydana  çıxır.  Bu  suların  yerinə  boşluqlar 

və  ya  mağaralar  əmələ  gəlir,  ağırlıq  qüvvə

-

sinin təsiri altında aşağı uçur və şiddətli yerə 



dəyərək  zəlzələnin  əmələ  gəlməsinə  səbəb 

olur. 


II tip zəlzələlər vulkanik fəaliyyətlə əla

-

qədardır.  Burada  vulkan  fəaliyyətinin  ən 



dəhşətli  dövrünü  xatırlamaq  kifayətdir:  hər 

bir partlayış zamanı müxtəlif böyüklükdə ol-

an  bərk  püskürmə  məhsulları  atılır,   krate-

rin dibi  titrəyir.  Püskürmədən  əvvəl  vulkan 

ətrafında hiss olunan müxtəlif  yeraltı  zərbə-

lər bu qəbildəndir. Vulkanik zəlzələlərin sə-

bəbləri  üstdəki  layların  təzyiqinə  üstün  gələ 

bilməyən qazların partlamasından ibarətdir. 

III tip zəlzələlər Yer qabığında qırışıqla-

rın və çatların əmələ gəlməsi ilə əlaqədardır. 

Tektonik  zəlzələlər  vulkanik  və  karst 

zəlzələsindən aşağıdakı xüsusiyyətlərinə gö-

rə fərqlənir: 

 



yayıldığı sahənin böyüklüyü

 



əmələ gəldiyi parçalanma və pozulmaların 

böyük ölçüdə olması; 

 

əhəmiyyətli  məsafədə  zərbələrin  eyni  za-



manda baş verməsi; 

 



bu  zəlzələnin  mərkəzi  müxtəlif,  bəzən  bö-

yük dərinlikdə olması ilə fərqlənir. 

Zəlzələlərin  ancaq  əhəmiyyətsiz  hissəsi 

vulkanizm, mağara tavanlarının uçması, şax-

talarda  uçqunların  baş  verməsi  ilə  əlaqədar-

dır. Demək olar ki, zəlzələlərin hamısı tekto-

nik zəlzələlərdir 

Ümumiyyətlə, zəlzələ haqqında əvvəlcə-

dən xəbər verən bir sıra əsaslandırılmış üsul-

lar vardır. Bu üsullar yalnız zəlzələ ərəfəsin-

də  yaxşı  nəticə  verə  bilər.  Zəlzələnin  inten-

sivliyi  yer səthində titrəyişin dərəcəsini gös-

tərir və balla ölçülür. Ölkəmizdə 12 bala bö-

lünmüş seysmik cədvəldən (şkaladan) istifa-

də olunur.  

Dərinlik  xüsusiyyətinə  görə  zəlzələlər  4 

qrupa bölünür. 

 



Səth  zəlzələləri  (hiposentr  10  km-ə  qədər 

dərinlikdə yerləşir) 

 

Normal  zəlzələlər  (hiposentr  10-60  km 



dərinlikdə yerləşir) 

 



Dərinlik  zəlzələləri  (hiposentr  60-300  km 

dərinlikdə yerləşir) 

 

Çox böyük dərinlikli zəlzələləri (hiposentr 



300-700 km dərinlikdə yerləşir) 

Məskunlaşma  massivinə  ən  yaxın  xəstə-

xana,  aptek,  xilasetmə,  polis,  təcili  yardım 

məntəqələri  ailə  üzvləri  tərəfindən  əvvəlcə-

dən bilinməlidir. Zəlzələ zamanı ailədə  yaş-



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə