Еколоэийа вя ятраф мцщитин мцщафизяси dos. A. B. Dolxanov


Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix04.02.2018
ölçüsü0,55 Mb.
#24375
1   2   3   4   5   6   7   8   9   ...   14

Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

meşələri  müstəsna  olmaqla  ya  məhv  edilmiş,  ya 

da pozulmuşdur.   

 

 



 

 Müasir  dövrdə  olduqca    kiçik  ərazilərdə 

saxlanılmış  aran  meşələri  qalıqlarına  Qarabağ 

düzündə, Xaçınçay sahilində (Sultanbud sahəsin-

də), Kür, Araz və s. çaylarının yataq-terrasların-

da cüzi meşələrə rast gəlmək mümkündür. Rütu-

bətlənmə  mənbəyinə görə aran meşələri iki yerə 

bölünür: Tuqay və ovalıq meşələri. Ovalıq (aran) 

meşələri  bitki  tərkibinə  görə  tuqay  meşələrinə 

çox yaxın meşələr tipidir. Tək-tək halları çıxmaq 

şərtilə  bu  meşələr  Azərbaycanda  əsasən  quru 

subtropiklərin  yarımsəhra  landşaftı  fonunda  in-

kişaf  etmiş  meşələrdir.  Ovalıq  meşələrinin  ən 

başlıca  xüsusiyyətlərindən  biri  onların  səthdən 

çox dayazda yerləşən qrunt suları ilə qidalanma-

sıdır. 


Ovalıq  meşələri  aşağıdakı  növlərə  bölünür: 

mülayim  rütubətli-subtropik  meşələr  (Lənkəran 

ovalığında  yayılmış  meşələrdir);  yarım  rütubətli 

subtropik  meşələr  (Qanıx-Həftəran  vadisi  meşə-

ləri);  mülayim quraq və quraq subtropik meşələr 

(Samur-Dəvəçi və Kür-Araz ovalığında yayılmış 

meşələr).  Bu  meşələrin  ən  böyük  sahələri  Sa-

mur-Dəvəçi ovalığında, Şirvan, Qarabağ, Qanıx-

Həftəran vadisində yerləşirdi. Bütün qalan sahə-

lərdə  bu  meşələr  tamamilə  qırılıb  yox  edilmiş, 

yaxud  onlar  çox  kiçik  talalar,  qrup  halında, tək-

tək yerləşən ağac və kollar şəklində qalmışdır. 

Rütubətlənmə  şəraitindən  asılı  olaraq  eyni 

regionda ovalıq meşələrində qovaq ağacının, qa-

rağacın, palıdın və saqqızın üstün olduğu, yaxud 

təmiz meşələr əmələ gətirdiyi sahələrdə rast gəl-

mək  mümkündür.  Kür-Araz  ovalığı  meşələrinin 

əsas  arealları  Şirvan  və  Qarabağ  düzənliyinə 

axan çaylarının gətirmə konusvarı olmuşdur. 

Hazırda bu meşələrin çox kiçik fraqmentləri 

Göyçayın  və  Xaçınçayın  gətirmə  konuslarında 

müşahidə  edilir.  Sultanbud  meşələrində  Kürün 

tuqay  meşələri  üçün  xas  olan  ərazi  fərqləri  (zo-

nallıq)  mövcuddur.  Xaçınçayın  sahilləri  üzrə 

qovaq,  palıd,  bir  qədər  arxada  seyrək  qovaq-pa-

lıd,  sonra  palıd-ardınc,  daha  arxada  isə  seyrək 

saqqız  ağacı  meşələri  yerləşir.  Burada  quraq se-

vən  kollar  (murdança),  qaratikan,  yovşan  meşə-

altı  örtük  əmələ  gətirir.  Meşə  və  kol  formasiya-

ları  keçmişdə  Azərbaycan  ərazisinin  təxminən 

60%-ə qədərini tuturdu. Lakin antropogen fakto-

run təsiri altında meşələrin sahəsi çox azalmış və 

hazırda 11%-dən artıq deyil. 

Tuqay  və  ovalıq  meĢə  fondu  torpaqların-

da,  müasir  vəziyyətin  qiymətləndirilməsi  və 

qloballaĢmağa  doğru  səbəblərin  araĢdırılma-

sı. 

Kür - Araz ovalığında meĢə 

ekosistemlərinin müasir vəziyyəti. 

 

 

 



  Azərbaycan meşələrinin hazırda ümumi sa-

həsi rəsmi məlumatlarda 1,180,000  min ha olub, 

ölkə ərazisinin 11,8%-ni təşkil edir. Burada me-

şələr  qeyri-barabər  paylanmaqla  48,7%-i  Böyük 

Qafqazın, 34,2%-i Kiçik Qafqazın, 14,6%-i Lən-

kəran-Astaranın və 2,5%-i isə Kür-Araz ovalığı-

nın payına düşür. 

 Mingəçevir  su  qovşağı  tikilənə  qədər  Kür 

çayı  hər  il  yaz  gürsuluğu  dövründə  yatağından 

çıxaraq  Kür-Araz  ovalığında  çay  ətrafı  zonaları 

basırdı və qrunt sularının səviyyəsini qaldırmaq-

la  yanaşı,  onların  üst  şirinsulu  təbəqəsini  əmələ 

gətirirdi. Beləliklə, istər gürsululuq dövründə, is-

tərsə  də  yay  və  payızda  (bütün  vegetasiya  müd-

dətində) tuqay meşələri zonasında torpağın nəm-

lik dərəcəsi ağac, kol və başqa meşəaltı bitkilərin 

inkişafı üçün optimal təbii şərait yaradırdı.  Op-

timal relyef- istilik-rütubətlənmə şəraitində Kür-

Araz, Samur, Qanıx, Əyriçay, Qabırrı çayları və 

Kürün  düzənlikdən  axan  qolları  ətrafında  tuqay 

meşə kompleksi sanki bir şəbəkə yaradırdı. Kü-



Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

rün  qolları  boyu  uzanan  daha  ensiz  və  çoxsaylı, 

eyni tərkibli meşə zolaqları Kürboyu meşə land-

şaftını  əsasən  Qarabağ  və  Şirvan  düzünün  aran 

meşələri  kompleksləri  ilə  birləşdirirdi.  Yüzillər 

ərzində xüsusilə XIX əsrin ikinci yarısından XX 

əsrin 60-70-ci illərinə qədər Azərbaycanın tuqay 

meşə  kompleksi  antropogen  təsir  altında  ciddi 

deqradasiyaya  uğradı.  Buna  görə  hazırda  əsl 

təbii tuqay meşə landşaftı dəyişmişdir. 

A.L.Qrossheym,  L.İ.Prilipko,  H.Ə.Əliyev, 

M.Y.Xəlilov və bir sıra başqa  alimlər Azərbay-

canın tuqay meşələrinə aid çox qiymətli tədqiqat 

əsərləri  yazmışlar.  Maraqlıdır  ki,  Qrosheym  və 

Prilipkonun  tədqiqiatları  Kür-Araz  ovalığında 

tuqay  meşə  kompleksinin  rütubətlənmə  şəraitin-

də ciddi dəyişiklik baş verməsinin başlıca səbəb-

lərinin  Mingəçevir  su  qovşağı  tikintisindən 

əvvəlki  dövrün  dəyişməsi  ilə  əlaqələndirmişlər. 

H.Əliyev və M.Xəlilovun tədqiqiatlarında isə hə-

min  dövr  əsasən  60-cı  illərin  və  70-ci  illərin  bi-

rinci  yarısını  əhatə  edir.  XX  əsrdə  (50-ci  illərin 

başlanğıcında)  Mingəçevir  və  son  zamanlar 

Şəmkir  su  qovşaqlarının  yaradılması  Tovuz  ça-

yın  mənsəbi  ilə  Mingəçevir  bəndi  arasında  120 

kilometrlik  məsafədə  tuqay  meşə  kompleksinin, 

xüsusilə  Kür,Qabırrı  və  Qanıx  çaylarının  birləş-

diyi  Mingəçevir  çökəkliyində  çox  geniş  sahədə 

yayılmış  məşhur  Samux  meşələrinin,  Tovuz 

çayın  mənsəbindən  aşğıda sol sahilboyu  uzanan 

Şabadın meşələrinin bir hissəsini əhatə edir. 

  

H.Ə.Əliyevin  və  M.Y.Xəlilovun  apardıq-



ları tədqiqatlar nəticəsində Gürcüstan sərhəddin-

dən Kürün deltasına qədər bütün Kür boyu tuqay 

meşələri  kompleksinin  vəziyyəti  dəqiq  müəy-

yənləşdirilmiş  və  irimiqyaslı  xəritə  tərtib  edil-

mişdir. Həmin tədqiqatlar göstərir ki, tuqay meşə 

kompleksinin müxtəlif antropogen modifikasiya-

ları  Qarayazı  düzündə  (Sadıxlı  və  Poylu  arasın-

da),  Həsənsu  və  Tovuzçayın  mənsəbi  arasında 

(əsasən  Kürün  sağ  sahil,  qismən  sol  sahil  yatq 

terrası  üzərində)  və  Şəmkirçayın  mənsəbi  ilə 

Yenikənd  arasasında  (sağ  və  sol      terrasında) 

saxlanmışdır.  Kür–Araz  ovalığında  tuqay  meşə-

ləri  adda-budda  (adalar  şəklində),    Kür  çayının 

sol  və  sağ  sahillərində,  əsasən  Yevlax-Körpü-

kənd  arasında,  cüzi  miqdarda  isə  Zərdab-Məm-

mədli,  Mollakənd-Hacalı  kəndləri  arasında,  Sa-

birabaddan  aşağıda  isə  olduqca  kiçik  sahələrdə 

qalmaqdadır.  Lakin  göstərilən  sahələrdə  tuqay 

meşələrinin  nadir  hallarda  invarianta  yaxınlığı 

var. Əksər hallarda bunlar təbii-antropogen kom-

plekslərdir.  Kür  qırağının  tuqay  meşə  komplek-

sindən  məhrum  olan  sahələrində  tək-tək  qovaq, 

palıd  ağaclarına,  çox  yerdə  söyüdlüklərə,yaxud 

qrunt sularının çox dayazda yerləşdiyi sahələrdə 

yulğunluqlara  rast  gəlmək  mümkündür.  Qalan 

sahələrdə  tuqay  meşələri  tamamilə  dəyişmiş, 

antropogen mənşəli meşələrə çevrilmişdir.    

  

Antrpogen təsirə məruz qalmamış, yaxud bu 



təsir  nəticəsində  olduqca  zəif  dəyişmiş  tuqay 

meşələrində,  aran  meşələrində  olduğu  kimi,  sar-

maşıqlar, ağaclara sarılmış cır üzüm, 2-ci mərtə-

bə  ağacları  və  müxtəlif  kollar  (tut,  iydə,  armud, 

alça, göyəm, yemişən, itburnu, zirinc, nar, qara-

murdarça,  qaratikan,  böyürtkən,  yulğun  və  s.) 

keçilməz  cəngəlliklər  əmələ  gətirir.  Əsasən  bu 

meşələr Yevlaxda,  Qarxun, Ağdaşda-Aslan, Ağ-

zıbir Kötavan, Bərdədə-Əyricə, Allak – qulular, 

Bük və Məmmədli meşə sahələrini misal göstər-

mək olar. Tuqay meşələrinin bu növündə ot bit-

kiləri olduqca zəif inkişaf edir. Sıx qovaq meşə-

lərində ən qızmar yay günlərində belə günəş şüa-

ları torpağın səthinə çatmır və  quru olsa da səth-

dən bir neçə sm aşağıda nəmliyini saxlayır. 

Meşənin bir qədər seyrək yerlərində müxtəlif 

kollarla yanaşı  dəlipişpişə, dəlicincilin, bağayar-

pağı,  hacı  qovaq,  boz  ağotu,  əvəlik,  gəndəlaş, 

quru  yerlərdə  bir  çox  başqa  ot  bitkiləri,  kənar 

zolaqda yovşan biyan və s.yabanı bitkilər  əmələ 

gətirir.  

H.Əliyev, M.Xəlilov və L.Prilpko tuqay me-

şələrinin  məhsuldarlığına  aid  araşdırmalarında 

göstərir  ki,  daha  yaşlı  (40-60  il),  yoğun  gövdəli 

(80-140 sm), ucaboylu (30-40m) sıx qovaq ağac-

larından  formalaşmış  yerlərdə  oduncaq  ehtiyatı 

600-1200  m

3

-ha  arasında  dəyişir.  Lakin  meşələ-



rin  müxtəlif  antropogen  modifikasiyalarında 

məhsuladarlıq 200-300m

3

-ha ilə 30-40m



3

-ha ara-


sında tərəddüd edir.  

Quru  subtropik iqlimə  malik  olan    Aran  zo-

nasında,  Samur-Dəvəçi  ovalıqlarında,  eləcə  də 

dağlıq  sahələrdə  hidromorf  landşaftların  əmələ 

gəlməsi xüsusi relyeftorpaq, hidroekoloji rejimlə 

əlaqədər olan ekoloji mühitlə əlaqədər olmuşdur. 

  

Hidromorf  landşaftların strukturunda antro-



pogen amilin təsiri  isə 50 ildə ciddi dəyişikliklər 

baş vermişdir. Kür və Araz çaylarının rejiminin 

tənzimlənməsi (güclü daşqınların qarşısının alın-

ması),  ovalıгda  daşqınların  miqyasını  azaltdı, 

hidрomorf  лandşaftların  su  rejimini  xeyli  dəyiş-

mişdir.  Bunun  nəticəsində  bir  sıra  tipik  hidro-

morf landşaft mərzləri başqa rejimdə inkişaf et-

məli oldu və  göl-bataqlıq, bataqlıq kompleksləri 

çala-çəmən,  çəmən-bataqlıq  rejiminə  keçdi.  Bu 

kimi hidromorf  dəyişgənliklər ən çox Lənkəran 

ovalığında  baş verdi. Burada göl-bataqlıq  land-

şaftları tamamilə aqrolandşaftlarla əvəz edildi.  

      Qeyd etmək lazımdır ki, tuqay meşələri vax-

tilə Kür çayı sahillərindən   uzaqlaşdıqca xüsusi 

təbii  zonalar  yaradırdı.  Çayın  subasar  kənarı  ilə 

söyüd meşəsi yayılıb,sahildən aralandıqca üstün-

lük ağyarpaq qovağa keçirdi. Daha sonra isə me-



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə