Quba-xaçmaz iQTİsadi rayonunda atmosfer yağintilarinin



Yüklə 56,31 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü56,31 Kb.
#5950


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4                            Təbiət elmləri seriyası                                  2010 

 

 

 

 

QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA ATMOSFER YAĞINTILARININ 

VƏ HAVANIN NİSBİ RÜTUBƏTLİYİNİN ÇOXİLLİK DƏYİŞMƏ 

TENDENSİYASININ QİYMƏTLƏNDİRİLMƏSİ 

 

S.H.SƏFƏROV

*

, M.M.MƏHƏRRƏMOVA

**

*

Milli Aviasiya Akademiyası, 

**

Bakı Dövlət Universiteti 

meteo@naa.edu.az 

 

Təqdim olunan məqalədə Quba-Xaçmaz iqtisadi rayonu ərazisində atmosfer yağın-



tılarının və havanın nisbi rütubətliyinin aylıq qiymətlərinin çoxillik dəyişmə tendensiyaları 

təhlil edilmişdir. Bu məqsədlə 1961-2005-ci illərin müşahidə  məlumatlarından istifadə edil-

məklə iqlimşünaslıqda qəbul edilmiş fərq və trend üsullarının köməyilə bu elementlərin qlobal 

və regional istiləşmə fonunda dəyişmələri qiymətləndirilmişdir.  

  

Atmosfer yağıntıları iqlimin vacib xarakteristikalarından biridir. Yağıntılar 



haqqında məlumatlar kənd təsərrüfatı işlərinin aparılmasında, hidrotexniki qurğuların 

inşasında və bir sıra digər vacib məsələlərin həllində istifadə olunur. Müasir qlobal və 

regional iqlim dəyişmələri fonunda atmosfer yağıntılarının hər bir ölkə iqtisadiy-

yatının müxtəlif sahələrinə  təsirini qiymətləndirmək üçün onun regional dəyişmə 

xüsusiyyətlərinin tədqiqi vacib elmi və praktiki əhəmiyyət kəsb edir. İqlimşünaslıq 

elmində atmosfer yağıntılarının miqdarı əsas iqlim göstəriciləri və ya ərazinin iqlim 

ehtiyatları kimi qəbul olunduğu üçün onların müasir dəyişmə tendensiyalarını 

qiymətləndirməklə, atmosfer yağıntıları kimi əhəmiyyətli iqlim ehtiyatının da 

dəyişmələri haqqında əsaslandırılmış elmi fikir yürütmək mümkündür. 

İqlim dəyişmələri istiqamətində aparılan çoxsaylı  tədqiqatların nəticələrinə 

görə müəyyən olunmuşdur ki, qlobal və regional miqyasda iqlim elementlərinin 

ekstremal qiymətlərinin təkrarlanmasının tezliyi artmağa başlamışdır. Belə hallar 

özünü son onillikdə havanın temperaturunun daha sürətlə artması, yüksək tempe-

raturla müşayiət olunan quraqlıq və müxtəlif ölkələrin ərazilərinin katastrofik subas-

ması hadisələrinin daha tez-tez təkrarlanması formasında büruzə verməyə başla-

mışdır. Bununla əlaqədar olaraq bir sıra digər vacib parametrlərin də çoxillik dəyişmə 

tendensiyaları  tədqiq olunmalıdır. Bunlara havanın rütubətliyi göstəricisi olan nisbi 

rütubətliyi, küləyin sürət və istiqamətlərini, havanın maksimal və minimal 

temperaturlarını və s. aid etmək olar.  

Azərbaycan Respublikası  ərazisində atmosfer yağıntılarının çoxillik dəyişmə 

tendensiyasının qiymətləndirilməsi üzrə aparılan tədqiqatlar göstərmişdir ki, 1997-ci 

ilə qədər olan dövrdə bu iqlim elementinin əhəmiyyətli dəyişkənliyi, demək olar ki, 

müşahidə olunmamışdır [2]. Oxşar nəticələr Gürcüstanın Böyük Qafqazın cənub 

yamacındakı ərazilər və  Cənubi Gürcüstan üçün də [7] alınmışdır. Yağıntıların əhə-

miyyətli artması isə Moldova [1] və Belarus Respublikaları [5] ərazisində, həmçinin 

 

153




Rusiya Federasiyasının bəzi bölgələrində müşahidə olunmuşdur. Atmosfer yağıntı-

larının miqdarının Şimali Qafqazın mərkəzi hissəsində müxtəlif fəsillər üzrə dəyişmə 

tendensiyasının tədqiqi göstərmişdir ki, yağıntıların miqdarının davamlı artımı  qış, 

yay və payız fəsillərində baş verdiyi halda, yaz fəslində azalması baş vermişdir [6]. 

Bütün bunlar göstərir ki, yeni müşahidə  məlumatları  əldə olunduqca müvafiq 

tədqiqatlar davam etdirilməlidir. 



 Son vaxtlar iqlim normaları hesablanarkən orta qiymətin hesablanması döv-

rünün seçilməsi vaxtı iqlim sistemindəki müxtəlif stasionarlıq hesabına normaların 

dəyişməsinin minimallaşdırılması ehtimalı ortaya çıxır. Digər tərəfdən, hesablama 

dövrünün seçilməsinin fiziki və statistik meyarlarından  əlavə, həm də iqlim norma-

larının hansı  məqsədlər üçün hesablanması  nəzərə alınmalıdır.  İqlim normalarının 

hesablanması dövrünün seçilməsi [5]-də lazımi səviyyədə  əsaslandırılmış, havanın 

orta temperaturunun və atmosfer yağıntılarının aylıq, fəsillik və illik iqlim normaları 

[2] və [3]-də  təhlil edilərək qiymətləndirilmişdir. Bunları  nəzərə almaqla, biz də 

apardığımız tədqiqatlarda havanın nisbi rütubətliyinin aylıq iqlim normalarını 

hesablamaq üçün 1961-1990-cı illərin müşahidə məlumatlarından istifadə etmişik. 

Havanın nisbi rütubətliyin qiymətlərinin zamana görə dəyişməsi orta kvadratik 

sapma kəmiyyəti ilə xarakterizə olunur. Məlumdur ki, bu göstəricilərin zamana görə 

dəyişməsi normal paylanma qanunu ilə  şərtləndirilir. Buna görə  də orta kvadratik 

sapma kəmiyyətinə əsasən onların iqlim normalarından müxtəlif qiymətli sapmaların 

təkrar olunması (və yaxud təminatı) haqqında mülahizə yürütmək olar. Məsələn, 

±2,3σ olduqda R=2%, ±2,0σ olduqda R=5%, ±1,6σ olduqda R=10%, ±1,3σ olduqda 

R=20%, 

±0,84σ olduqda R=40% təşkil edir. Məsələn, 10%-li illərdə baxılan göstə-



ricilər (normadan) 

±1,6σ qiymətindən artıq olan kəmiyyət qədər fərqlənəcək və 90%- 

li illərdə bu 

±1,6σ diapazonunda tərəddüd edəcək [5]. Yağıntıların zamana görə 

dəyişkənliyi isə variasiya əmsalı ilə qiymətləndirilir. 

Atmosfer yağıntıları.  Atmosfer yağıntıları  tədqiq olunan ərazinin  əsas iqlim 

ehtiyatlarından biridir. Atmosfer yağıntılarının ərazi üzrə paylanması bir sıra amillərlə 

və bunlardan ən  əsasları ümumi və yerli atmosfer sirkulyasiyasının xüsusiyyətləri, 

oroqrafiya və yer səthinin xarakteristikalarıdır. 

Atmosfer yağıntılarının iqlim normaları  tərtib olunarkən istifadə olunan sıra-

ların variasiya əmsalları da hesablanmışdır. Belə ki, bu kəmiyyət yağıntıların 

miqdarının zamana görə dəyişməsinin tarazlığını xarakterizə edir. 

Quba-Xaçmaz iqtisadi rayonu ərazisindəki hidrometeoroloji stansiyalarının 

aylıq yağıntı normalarının müəyyən qiymətləri [2 və 3]-dən götürülmüş, digərləri isə 

hesablanmış  və  ərazinin iqlim ehtiyatlarının təhlilinin tamlığını  təmin etmək üçün 

onların qısa təhili aparılmışdır. Bu qiymətlər cədvəl 1-də verilmişdir. 

Dekabr ayında yağıntı normaları Quba-Xaçmaz iqtisadi rayonu ərazisi üzrə 

21,8 – 36,1 mm, yanvarda 18,2- -31,3 mm, fevralda isə 23,7 – 31,2 mm intervalında 

paylanmışdır. Cədvəl 1-dən göründüyü kimi, yağıntıların minimal miqdarı dekabr və 

yanvarda Qırız stansiyasında, fevralda isə Siyəzəndə müşahidə olunmuşdur.  Ən çox 

yağıntı isə Xaltanda düşmüşdür. 

Yaz fəslinin bütün aylarında düzənlik  ərazilərdə (Siyəzən, Xaçmaz) yağıntı-

ların miqdarı 23,1 – 30,2 mm intervalında olduğu halda, dağətəyi və dağlıq hissələrdə 

yağıntıların miqdarı artmaqda davam etmiş və martda 37,6-42,1 mm-dən mayda 54,9-

85,4 mm-ə qədər dəyişmişdir. 

 

154



Yay fəslinin iyun və iyul ayları  ərzində düzənlik və dağətəyi  ərazilərdə 

yağıntıların miqdarı azalmağa başlamış, dağlıq hissədə isə iyunda maksimum yağıntı 

norması müşahidə olunmuşdur. 

Avqust-oktyabr aylarında artıq düzənlik və dağətəyi  ərazilərdə yağıntıların 

miqdarı artmağa, dağlıq hissədə isə azalmağa başlamışdır. Noyabr ayında isə bütün 

baxılan ərazidə yağıntının miqdarı oktyabr ayına nisbətən azalmışdır. 

 

Cədvəl 1 



Yağıntı normalarının aylıq qiymətləri (mm) 

Aylar  

Stansiyalar 

01 02 03 04 05 06 07 08 09 10 11 12 

Siyəzən 22,7 23,7 23,1 29,2 27,3 19,6

8,6 

13,0 28,8 34,1 



30,1 

24,4 


Xaçmaz 23,4 24,3 24,3 30,2 26,0 18,2 11,8 14,8 32,7 36,6 

32,9 


31,6 

Quba 31,3 30,3 37,6 47,8 54,9 47,5 29,8 33,7 62,1 64,0 

47,0 

36,1 


Qırız 18,2 25,0 41,1 67,9 85,4 91,1 56,5 53,5 48,2 48,7 

28,6 


21,8 

Xaltan 30,1 31,2 42,1 58,8 58,8 42,9 33,4 33,8 57,1 59,6 

45,1 

34,5 


 

Havanın nisbi rütubətliyi. Havanın rütubətliyini xarakterizə etmək çün bir sıra 

göstəricilərdən istifadə olunur. Praktiki cəhətdən bunlardan ən vacibi havanın nisbi 

rütubətliyidir. Belə ki, o, havanın su buxarı ilə doyma səviyyəsini xarakterizə edir. 

Çünki, havanın temperaturunun artması ilə doymuş su buxarının elastiklik təzyiqi 

sürətlə artır, bu vaxt havanın nisbi rütubətliyi azalır. Buna görə də nisbi rütubətliyin 

illik gedişi havanın orta temperaturunun illik gedişinə  tərs mütənasibdir. Havanın 

nisbi rütubətliyinin normalarının aylıq qiymətləri cədvəl 2-də verilmişdir. 

 

Cədvəl 2 



Havanın nisbi rütubətliyi normalarının aylıq qiymətləri, % 

Aylar  

Stansiyalar 

01 02 03  04  05 06 07  08 09 10 11 12 

Siyəzən 


 

82 82 81  77  73 67 64  65 62 78 82 83 

Xaltan 

 

78 78 72  74  75 75 73  73 71 79 76 73 



Xaçmaz 

 

83 83 81  76  73 68 66  68 75 81 84 85 



Quba 

82 84 83  75  72 68 65  67 76 82 82 83 

Qırız 

56 60 64  66  71 75 77  76 73 66 57 55 



 

Cədvəl 2-dən göründüyü kimi, qış aylarında havanın nisbi rütubətliyi düzənlik 

və orta dağlıq ərazilərdə 73-85% intervalında paylandığı halda yüksək dağlıq hissədə 

bu göstərici 55-60% təşkil etmişdir. Mart və aprel aylarında təxminən eyni tendensiya 

müşahidə olunduğu halda, mayda bu göstərici bütün ərazi üzrə  təxminən eyni ol-

muşdur (71-75%), Yay aylarında isə düzənlik və orta dağlıq hissədə ən az (64-68%), 

yüksək dağlarda isə ən çox (73-77%) nisbi rütubət müşahidə olunmuşdur. Sentyabrda 

ən aşağı nisbi rütubətlik Siyəzəndə qeydə alındığı halda (62%), oktyabr və noyabrda 

Qırızda müşahidə olunmuşdur. 

Tədqiq olunan mövzunun aktuallığını alaraq burada Quba-Xaçmaz iqtisadi 

rayonu ərazisi üzrə aqroiqlim ehtiyatlarının formalaşmasında mühüm rol oynayan bir 

 

155




sıra iqlim ehtiyatlarının çoxillik dəyişmə tendensiyaları ən son illərin (1961-2005-ci 

illər) məlumatlarına əsasən qısa da olsa təhlil olunur.  

Quba-Xaçmaz iqtisadi rayonu ərazisində atmosfer yağıntılarının və havanın 

nisbi rütubətliyinin müasir dəyişmə tendensiyalarını qiymətləndirilməsi fərq və xətti 

trend üsulu ilə həyata keçirilmişdir.  

Fərq üsulundan istifadə etdikdə baxılan iqlim ehtiyatlarının 1991-2005-ci il-

lərdəki orta qiymətləri ilə bu göstəricilərin 1961-1990-cı illər üzrə hesablanmış norma 

qiymətlərinin fərqləri təhlil edilmişdir. Belə yanaşma IPCC tərəfindən tövsiyyə edil-

mişdir. Belə ki, hər bir region üzrə bu səpgili məlumatlar almaqla, dünya üzrə alınmış 

nəticələri unifikasiya etmək və real dəyişmələri qiymətləndirmək mümkündür [4]. 

Xətti trend üsulundan istifadə etdikdə, baxılan göstəricilərin, ancaq 1991-2005-

ci illər dövründə  dəyişkənliyi qiymətləndirilmişdir. Belə üsulla qiymətləndirilmə 

aparmaqla, həm fərq üsulu ilə alınmış  nəticələrin doğruluğunu təsdiqləmək, həm də 

son 15 ildə iqlim elementlərinin mümkün ola bilən dəyişmə sürətini müəy-

yənləşdirmək olar. 

Bu göstəricilərin hər iki üsulla dəyişkənliyinin qiymətlərinin iqtisadi rayon əra-

zisi üzrə paylanması təhlil olunmuş, təhlilin nəticələri cədvəl və qrafik formalarında 

verilmişdir.  



Atmosfer yağıntılarının çoxillik dəyişmə tendensiyası. Atmosfer yağıntılarının 

dəyişkənliyinin fərq üsulu ilə qiymətləndirilməsinin nəticələri cədvəl 3 və cədvəl 4-də 

verilmişdir. 

 

Cədvəl 3 



1991-2005-ci illərdə atmosfer yağıntılarının 1961-1990-cı illər dövrünə 

nisbətən (norma qiymətləri) dəyişməsi tendensiyası (aylar üzrə, %)

Aylar  

Stansiyalar 

 

01 02 03  04  05 06 07  08 09 10 11 12 

Siyəzən 


0 13 -32 -31 -10 -4  32  41 25 24  4  -12 

Xaltan 


-21

6  -12 -38  13 39 -12 -16 13 -14 -12 -6 

Xaçmaz 

0  7 -11 -47 -20 -1 28  -4 35 21  8 -22 



Quba 

-11 29 -4  -33 -16 -14

-13  22 18  5  19 11 

Qırız 


-29

0  -2  -34 -20 -23

-29 -10 31 -14 36 -17 

 

Bizim apardığımız tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, avqust 



ayında havanın temperaturunun bütün rayon ərazisi üzrə artımı baş vermişdir. Bu 

fonda, Quba stansiyası istisna olmaqla, atmosfer yağıntılarının azalması baş vermişdir 

ki, bu da klassik iqlimşünaslıq nəzəriyyəsinin prinsiplərinə uyğun gəlir. Bununla 

bərabər, qeyd etmək lazımdır ki, avqust ayında yağıntıların azalması statistik 

cəhətdən əhəmiyyətli olmamışdır. 

Havanın nisbi rütubətliyinin çoxillik dəyişmə tendensiyasının təhlili 

göstərmişdir ki, bu iqlim göstəricisinin sıralarında  əhəmiyyətli dəyişkənliklər aşkar 

etmək mümkün olmamışdır (bax cədvəl 5).  

 

 



 

156



Cədvəl 4 

Atmosfer yağıntılarının aylıq qiymətlərinin dəyişkənliyinin statistik əhəmiyyət-

liyinin Styüdent (kəsrin altı) və Fişer (kəsrin üstü) meyarları ilə qiymətləndirilməsi 

(«+»  işarəsi dəyişkənliyin statistik cəhətdən  əhəmiyyətliyini,  «-»  işarəsi isə  əhə-

miyyətsizliyini göstərir) 

Aylar 

Stansiya 

01 02 03 04 05 06 07 08 09 10 11 12 

- - - - -  - + + - + + - 

Siyəzən 

- - - - - - - - + - - - 

- + - - + + -  - + -  - + 

Xaltan 


- - - - - - - - - - - - 

- + - - + + -  - + -  - + 

Xaçmaz 

- - - - - - - - - - - - 



- - - + - - - - - - - - 

Quba 


- - - - - - - - - - - - 

- - - + 


+ - - - - - - - 

Qırız 


- - - + - - - - - - - - 

 

Cədvəl 5 



1991-2005-ci illərdə havanın nisbi rütubətliyinin 1961-1990-cı illər dövrünə 

nisbətən (norma qiymətləri) dəyişməsi tendensiyası (aylar üzrə, %)

Aylar  

Stansiyalar 

 

01 02 03  04  05 06 07  08 09 10 11 12 

Siyəzən 


-5 

-3 -3 4  3 3 4  3 2 6 -5 -4 

Xaltan 

-5 -7 -2  -9  -1 -1 -2  2  2  -2 -3 -1 



Xaçmaz 

-3 


-2 -2 -2 0 1 2  1 2 2 3 3 

Quba 


1 -2 -2 -2  2  0 -1  1  2 -1 1  1 

Qırız 


8 6 5  5  3 2 2  4 5 3 9 11 

Bunlar nəzərə alınaraq havanın nisbi rütubətliyinin məkan və zamana görə 

paylanmasının ətraflı təhlil aparılmamışdır. 

 

ƏDƏBİYYAT 

1.Прогноз  климата  Молдовы  на  начало XXI века  /под  ред.  А.В.  Гольберта  и 

З.А.Мищенко. Кишинев, 1993, 117с. 

2.Сафаров С.Г. Современная тенденция изменения температуры воздуха и атмосферных 

осадков в Азербайджане. Баку: Элм, 2000, 300 с. 

3.Xəlilov S.H., Səfərov S.H. Azərbaycan Respublikasında havanın temperaturunun və 

atmosfer yağıntılarının aylıq normaları (1961-1990). Bakı, 2001, 109 s. 

4.Climate Change 1995. The Science of Climate Change /J.T.Houghton et.al (Ed.). 

Cambridge, 1996, 572 p. 

5. Климат Беларуси / чл.-корр. Логинова В.Ф. Минск, Институт геологических наук АН 

Беларуси, 1996, 234 с. 

6.  Ашабоков  Б.А.,  Бисчоков  Р.М.,  Деркач  Д.В.  Исследование  изменения  режима 

атмосферных  осадков  в  центральной  части  Северного  Кавказа // Метеорология  и 

гидрология, 2008, №2, с.98-102. 

7.Элизбарашвили  Ш.Э.  Моделирование  и  геоинформационное  картографирование 

атмосферных  осадков  в  горных  условиях  (на  примере  горных  регионов  Грузии) / 

Автореф. дис. на соиск. академической степ. доктора географии. Телави, 2008, 13 с. 

ОЦЕНКА МНОГОЛЕТНЕЙ ТЕНДЕНЦИИ ИЗМЕНЕНИЯ АТМОСФЕРНЫХ 

 

157




ОСАДКОВ И ОТНОСИТЕЛЬНОЙ ВЛАЖНОСТИ ВОЗДУХА  

В ГУБА-ХАЧМАЗСКОМ ЭКОНОМИЧЕСКОМ РАЙОНЕ  

 

С.Г.САФАРОВ, М.М.МАГЕРРАМОВА 

 

РЕЗЮМЕ 

 

В  представленной  статье  проанализирована  многолетняя  тенденция  изменения 

месячных  значений  количества  атмосферных  осадков  и  относительной  влажности 

воздуха. С этой целью были использованы данные наблюдений за 1961-2005 годы и с 

помощью методов разности и тренда были оценены изменения этих элементов на фоне 

глобального и регионального потепления климата.  

 

 

ESTIMATION OF THE MULTIYEAR TENDENCY OF THE CHANGE  



OF ATMOSPHERIC PRECIPITATION AND RELATIVE HUMIDITY  

IN GUBA-KHACHMAZ ECONOMIC REGION 

 

S.H.SAFAROV, M.M. MAHARRAMOVA 

 

SUMMARY 

 

The current article presents an analysis of multiyear tendency in the change of monthly 

indicators of the atmospheric precipitation quantity and relative humidity. For this purpose, 

data of surveillance for the period of 1961-2005 have been used. Changes of these elements 

against the background of global and regional climate warming have been estimated through 

methods of difference and trend. 

 

 

 



 

 

 



158

Document Outline

  • Cədvəl 1
  • Havanın nisbi rütubətliyi normalarının aylıq qiymətləri, %
  • 1991-2005-ci illərdə atmosfer yağıntılarının 1961-1990-cı illər dövrünə nisbətən (norma qiymətləri) dəyişməsi tendensiyası (aylar üzrə, %)
  • 1991-2005-ci illərdə havanın nisbi rütubətliyinin 1961-1990-cı illər dövrünə nisbətən (norma qiymətləri) dəyişməsi tendensiyası (aylar üzrə, %)

Yüklə 56,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə