E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə18/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   14   15   16   17   18   19   20   21   ...   121

 
39
Həmin ekspert karbohidrogenlər marketinqi sahəsində beynəlxalq nüfuza malik 
olmalıdır. Bu zaman ekspert bağlanmış sazişin ingiliSCə  mətnindən istifadə edir. 
Təyin olunduqdan 30 gün sonra ekspert öz qərarı haqqında yazılı  məlumat verir və 
onun qərarı qəti hesab olunur, yəni bu qərar həm ARDNŞ-i və həm də podratçı üçün 
məcburi hesab edilir. Ödənişlər və hesablamalar aparmaq məqsədilə cari təqvim 
kvartalı üçün xam neftin və ya sərbəst təbii qazdan gedirsə, sərbəst təbii qazın «xalis 
ixrac dəyəri»ni müəyyən etməkdən ötrü müvəqqəti olaraq, yəni həmin dövrdə  tətbiq 
edilə bilən «xalis ixrac dəyəri» qəti müəyyənləşdirilənə qədər əvvəlki təqvim kvartalı 
üçün müəyyən olunmuş «xalis ixrac dəyəri» əsas götürülür. Lazım gəldikdə müvəqqəti 
hesablaşmalara və ödənişlərə düzəlişlər tətbiq oluna bilən bu cür «xalis ixrac dəyəri» 
qəti müəyyən edildikdən sonra 30 gün ərzində keçirilir; 
e.
 
xam neftin və ya sərbəst təbii qazın tətbiq oluna bilən «xalis ixrac dəyəri» müəyyən 
olunarkən aşağıdakılar nəzərə alınır: satış  məntəqəsində xam neftin və  sərbəst təbii 
qazın üzərində mülkiyyət hüququnun tərəflərdən alıcıya keçdiyi an satış anı hesab 
edilir; «Satış məntəqəsi» elə joğrafi nöqtə və ya nöqtələrdir ki, satışın hansı şərtlərlə - 
istər FOB, SİF, Sİ  və FAS  şərtləri ilə, istərsə  də beynəlxalq neftqazçıxarma 
sənayesində hamılıqla qəbul edilmiş  hər hansı başqa  şərtlərlə aparılmasından asılı 
olmayaraq orada xam neftin və ya sərbəst təbii qazdan söhbət gedirsə, sərbəst təbii 
qazın üzərində mülkiyyət hüququ satıcıdan alıcıya keçir. Mümkün satış məntəqələrinin 
nümunələri sırasına ixrac boru kəmərinin son məntəqəsindəki terminalın çıxış 
flansında qoyulmuş buraxılış sayğacı, neftayırma zavodundakı giriş sayğacı  və ya 
tankerdəki giriş flansı daxildir; nəqetmə itgiləri isə ümumi hasilatdan çıxılır. 
Karbohidrogenlərin dəyərinin müəyyən edilməsində mühüm məsələlərdən biri ixrac neft və 
sərbəst təbii qazın həcminin ölçülməsidir. Podratçının çıxardığı karbohidrogenlərin həcmi və 
keyfiyyəti beynəlxalq neft-qazçıxarma sənayesinin hamılıqla qəbul edilmiş standartlarına uyğun 
metodlar və cihazlar ilə ölçülür və ölçmə  əməliyyatları  tərəflərin daima nəzarəti altında 
saxlanılır. Podratçı ölçmə qaydasının müddəalarına uyğun olaraq karbohidrogenlərin həcmlərini 
ölçmək və keyfiyyətini müəyyən etmək üçün istifadə olunan cihazları yoxladığı və kalibrlədiyi 
haqqında ARDNŞ-ə yazılı  məlumat verir. ARDNŞ-in yoxlamada və kalibrləmədə müşahidə 
aparmaq və iştirak etmək üçün öz hesabına və məsuliyyəti öz üzərinə götürməklə mütəxəssislər 
göndərməyə ixtiyarı vardır. Ölçmə metodu və ya istifadə edilmiş cihazlar hasilatı artıq və ya 
əskik göstərirsə,  əgər başqa hal sübut olunmayıbsa, hesab edilir ki, ölçü cihazlarının son dəfə 
yoxlandığı vaxtdan başlayaraq səhvə yol verilmişdir. Səhvin yol verildiyi dövr üçün orta dəyər 
üzrə zəruri düzəlişlər edilir. 
 
 
3.2. Karbohidrogenlər hasilatina çəkilən xərclərin azaldilmasi ehtiyatlari və 
amilləri 
 
Karbohidrogenlər hasilatına çəkilən xərclərin azaldılması ehtiyatlarından və onun xalq 
təsərrüfatı  əhəmiyyətindən danışmamazdan öncə istehsal xərclərinin, məhsulun /işin, xidmətin
dəyəri və maya dəyərinin mahiyyətindən, onlar arasındakı qarşılıqlı  əlaqədən söhbət açmaq 
lazımdır. 
İstehsal xərcləri - məhsulun /işin, xidmətin/ hazırlanmasına çəkilən canlı və maddiləşmiş 
əmək məsrəfinin məcmusudur. Əmtəə-pul münasibətləri şəraitində dəyər formasında çıxış edir. 
İjtimai istehsal xərcləri və müəssisənin  əmtəə istehsalına çəkdiyi pul məsrəfləri fərqləndirilir. 
İjtimai istehsal xərclərinə istehlak edilmiş istehsal vasitələrinin keçirilmiş dəyəri və bütün yeni 
yaradılmış  dəyər daxildir. Bu xərclər  əmtəə  dəyərinə  bərabərdir və  məhsulun satış qiymətinin 
müəyyənləşdirilməsində  əsas götürülür. Müəssisə üzrə istehsal xərcləri vergiqoyma məqsədilə 
müvafiq normativ aktlarda təsdiq edilmiş limitlər, normalar və normativlər  əsasında müəyyən 
edilir. Müəssisənin  əmtəə istehsalına çəkdiyi pul məsrəfləri  əmtəənin dəyərindən azdır. Bu 


 
40
xərclər məhsulun maya dəyəri formasında çıxış edir; maya dəyərinə isə istehlak edilmiş maddi 
ehtiyatlara və  işçilərin  əməyinin ödənilməsinə  çəkilən xərclər daxil edilir. Deməli maya dəyəri 
müəssisədə buraxılan məhsulun ona neçəyə başa gəldiyini göstərir. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 avqust 111 saylı  qərarı ilə 
təsdiq edilmiş «Məhsulun /işin, xidmətin/ maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında» 
Əsasnaməyə görə məhsulun /işin, xidmətin/ maya dəyəri istehsal prosesində istehlak olunan təbii 
ehtiyatların, xammal və materialın, yanacağın, enerjinin, əsas fondların,  əmək ehtiyatlarının 
qiymətləndirilmiş  dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər xərcləri 
özündə  əks etdirir. Məlumdur ki, məhsulun maya dəyəri istehsalın iqtisadi səmərəliliyini 
xarakterizə edən ümumiləşdirilmiş göstəricilərdən biridir. Bu göstəricidən yeni texnika və 
mütərəqqi texnologiyanın, həmçinin yeni növ xammal və metarialların tətbiqinin, istehsalın və 
əməyin təşkilinin təkmilləşdirilməsinin iqtisadi səmərəliliyinin məqsədəuyğunluğunun 
müəyyənləşdirilməsində istifadə edilir. Qeyd edək ki, məhsulun maya dəyərində material 
ehtiyatlarından istifadə olunması  səviyyəsi və  əmək məhsuldarlığının  əldə edilmiş  nəticəsi öz 
əksini tapır, yəni məhsulun maya dəyəri onun hazırlanması prosesində  əmək vasitələrindən və 
əmək cisimlərindən, həmçinin əməyin özündən nə qədər səmərəli istifadə olunduğunu göstərir. 
Bu baxımdan, məhsulun maya dəyərinin aşağı salınması və istehsal xərclərinin zəruri səviyyəyə 
qədər azaldılması müəssisənin mənfəətinin artırılmasının əsas mənbələrindəndir. 
Bəzən məhsulun maya dəyəri ilə istehsal xərclərini, onun dəyəri ilə qiymətini 
eyniləşdirirlər.  Əslində isə onlar bir-birilərindən fərqlənirlər. Məsələn, məhsulun maya dəyəri 
həmişə istehsal xərclərindən kəmiyyətcə artıq olur, yəni məhsulun maya dəyəri istehsal 
xərclərindən  əlavə, istehsaldan kənar xərcləri də özündə  əks etdirir. İstehsaldan kənar xərclər 
dedikdə, məhsulun realizəsi ilə  əlaqədar müəssisə  xərcləri nəzərdə tutulur. İstehsaldan kənar 
xərclərə aiddir: tara və qablaşdırma xərcləri; məhsulun stansiyaya və ya yola salma məntəqəsinə 
daşınması  və vaqonlara /gəmiyə/ yüklənməsi xərcləri; məhsulun realizəsi zamanı onların 
topdansatış qiymətlərindən satış  təşkilatlarına ödənilən güzəştlərin məbləği və sair. İstehsaldan 
kənar xərclər bəzi hallarda məhsulun maya dəyərinə birbaşa  əlavə olunur, bəzən də onlar 
məmulatın kütləsinə, həcminə  və istehsal maya dəyərinə görə  məmulatlar arasında mütənasib 
bölüşdürülür.  Bundan başqa, məhsulun maya dəyəri və dəyəri arasında həm keyfiyyət, həm də 
kəmiyyət fərqləri vardır. Məhsulun maya dəyərinin onun dəyərindən kəmiyyətcə  fərqi ondan 
ibarətdir ki, sənaye müəssisələrində yaradılan mənfəət maya dəyərinin tərkibinə daxil edilmir, 
həmin məhsulun dəyərinin tərkibinə isə daxil edilir. Məhsulun maya dəyərinin onun dəyərindən 
keyfiyyət fərqi ondan ibarətdir ki, istehlak edilən istehsal vasitələri məsrəfləri ilə  həmin 
vasitələrə qoyulan qiymətlər arasında fərq mövcuddur, yəni məhsulun maya dəyəri həmin 
müəssisədə onun hazırlanmasına çəkilən xərclərin fərdi kəmiyyəti ilə, dəyəri isə - ictimai zəruri 
əmək məsrəfləri ilə müəyyən edilir. 
Məhsulun maya dəyəri ilə onun qiyməti arasında da sıx qarşılıqlı  əlaqə vardır. Belə ki, 
məhsulun maya dəyəri onun topdansatış qiymətinin  əsasını  təşkil edir. Adətən, məhsulun 
topdansatış qiymətinin tərkibində onun maya dəyərinin xüsusi çəkisi təqribən 80-85%-ə  qədər 
olur. Deməli, məhsulun topdansatış qiyməti onun maya dəyərindən aşağı ola bilməz, çünki belə 
halda müəssisə  zərərlə  işləmiş olar. Odur ki, məhsulun qiymətini azaltmaq üçün, digər  şərtlər 
eyni qalarsa, onun maya dəyərini, deməli istehsal xərclərini aşağı salmaq lazımdır. 
Sənaye müəssisələrində  məhsulun maya dəyərinin aşağı salınması  və istehsal xərclərinin 
azaldılması texniki tərəqqi və  əmək kollektivinin mədəni-texniki səviyyəsinin yüksəldilməsi 
əsasında əmək məhsuldarlığının müntəzəm surətdə artması, maddi-enerji və əmək ehtiyatlarından 
səmərəli istifadə olunması, istehsalın təşkilinin və üsullarının təkmilləşdirilməsi sayəsində 
mümkün olur. İstehsal xərclərinin azaldılması əsasında məhsulun maya dəyərinin aşağı salınması 
müəssisənin mənfəətinin artırılmasının, deməli istehsalın rentabellik səviyyəsinin 
yüksəldilməsinin  əsas mənbəyidir və  həm də  məhsul buraxılışı  həcminin artırmağın vacib 
amilidir. Məhsulun maya dəyərini canlı  və maddiləşmiş  əməyə  qənaət etmək hesabına aşağı 
salmaq olar. Maddi ehtiyatlarda maddiləşmiş keçmiş  əməyə  qənaət eyni miqdarda materialdan 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə