E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə6/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   2   3   4   5   6   7   8   9   ...   121

 
15
Neftə ilk adı midiyalılar vermişdir. Onlar Yer altından çıxan bu yanan maddəni «Nafata», 
yəni sızan, süzülən adlandırmışlar. Məlumdur ki, Midiya dövləti eramızdan əvvəl IX-XI əsrlərdə 
indiki Cənubi Azərbaycan və  şimali-qərbi  İranın  ərazilərində yerləşmişdir. Daha sonralar 
«Nafata» tədricən «Nafat» və nəhayət isə «Neft» sözü ilə əvəz edilmiş və hal-hazırda da həmin 
adda bir çox dünya xalqlarının dillərində işlədilir. 
Təbii qazlar - Yer qabığında sərbəst halda, suda və neftdə  məhlul  şəklində, süxurlarda, 
xüsusilə qazıntı kömürlərdə udulmuş halda rast gələn qazlardan ibarətdir. Qaz əmələ  gətirən 
proseslərdən asılı olaraq 9 genetik qrupa ayrılır. Bunlardan katagenetik, metamorfik, vulkanik, 
biokimyəvi, radioaktiv və hava mənşəli qazlar daha mühümdür. Kimyəvi tərkibinə görə  təbii 
qazlar üç əsas qrupa bölünür: karbohidrogenli, azotlu və karbon qazlı. Qazların sərbəst və həll 
olmuş şəkildə miqrasiya etməsi xassəsi onların müxtəlif mənşəli qazlarla qarışmasına və təbiətdə 
geniş yayılmasına səbəb olur. 
Azərbaycan ərazisi mühüm neftçıxarma rayonu kimi dünyada məşhurdur. Azərbaycan neft 
yataqlarından indiyədək 1,3 milyard tondan çox neft çıxarılmışdır.  Əsas neft-qaz yığımları 
məhsuldar qat çöküntüləri ilə  əlaqədardır. Hazırda böyük dərinliklərdə  də  /5500-6500 metr
neftli-qazlı horizontlar kəşf edilmişdir. Azərbaycan nefti dünyada ən yüksək keyfiyyətli 
neftlərdən biridir. Azərbaycanda yanacaq neftindən  əlavə, dünyada yeganə müalicə nefti də 
vardır ki, bu da Naftalan neft yatağından çıxarılır. Bundan başqa, Azərbaycanda həm quruda, 
həm də Xəzər dənizi akvatoriyasında neft və qaz-kondensat çıxarılır. 
Neft və qaz yataqları neftli-qazlı hövzələrdə yerləşir. Dünyada məlum olan təqribən 350 
neftli-qazlı hövzənin 140-ında neft və qaz çıxarılır, qalanları perspektivli hövzələrdir. Neftli-qazlı 
hövzələrin sahəsi bir neçə min m
2
 bir neçə miliyon m
2
-dək olur. Neftin təşəkkülü əsasən, çökmə 
süxurlarla, nadir hallarda isə maqmatik süxurlarla /Azərbaycanda Muğanlı neft yatağında olduğu 
kimi/ əlaqədardır. 
Neft və qazın böyük iqtisadi əhəmiyyəti vardır. Neft maye yanacaq, sürtgü yağları, 
müxtəlif neft məhsulları  və kimya sənayesi üçün xammaldır.  İndi iqtisadiyyatın elə bir sahəsi 
yoxdur ki, orada bu və ya digər formada neft məhsullarından və  təbii qazlardan istifadə 
edilməsin. Neft məhsullarından və təbii qazdan kimya sənayesində daha çox istifadə olunur. Belə 
ki, neft və təbii qazdan 2000-dən çox müxtəlif növ kimyəvi məhsullar və maddələr əldə edilir. 
Üzvü turşular, spirtlər, sintetik kauçuk, zəhərli maddələr, süni liflər, plastik materiallar, sintetik 
yağ, partlayıcı maddələr, gübrə, dərman preparatları  və sair neft və  təbii qazdan alınır. Xam 
neftdən müxtəlif üsullarla əldə edilən məhsullardan iqtisadiyyatda ən çox istifadə olunanı benzin, 
ağ neft və mazutdur. Neft qalığı olan mazutdan isə qiymətli mühərrik yanacaqları, sürtgü yağları 
və digər mühüm maddələr alınır.  İqtisadiyyatın mühüm sahələrindən olan nəqliyyat və  kənd 
təsərrüfatı da neft sənayesi ilə  sıx  əlaqədardır. Neftin müxtəlif məhsullarından hava 
nəqliyyatında, xüsusilə reaktiv təyyarələrdə və kosmik gəmilərdə, kənd təsərrüfatı maşınlarında 
geniş istifadə edilir. Məlumdur ki, insanlar məişətdə  və ictimai təsərrüfatlarda müxtəlif növ 
yanacaqlardan: daş kömürdən, neft məhsullarından, torfdan, təbii qazdan, oduncaqdan və sairdən 
geniş istifadə edirlər. Lakin, bütün yanacaq növlərindən ən çox istifadə olunanı neft məhsulları, 
daş kömür və torfdur. Bu onunla izah edilir ki, yanacaqlar içərisində göstərilən yanacaq növləri 
ən yüksək istilikvermə qabiliyyətinə malikdirlər. Bundan başqa, neft məhsullarını  nəql etmək 
digər yanacaq növlərinin nəql edilməsinə nisbətən asandır. Beləliklə, neft məhsulları hazırda heç 
bir xammalla əvəz olunmayan təbii sərvət olaraq qalır və yeni enerji mənbələri yaradılana kimi 
neft məhsullarından istifadə ediləcəkdir. Alimlər belə hesab edirlər ki, 50-60 ildən sonra 
məişətdə və ictimai təsərrüfatlarda şirin sudan geniş miqyasda enerji mənbəyi kimi istifadə etmək 
mümkün olacaqdır. 
Neft və qaz yataqlarının kəşfiyyatında  əsas məqsəd neft və qaz yataqlarını  aşkar etmək, 
onları geoloji-iqtisadi cəhətdən qiymətləndirmək və  sənaye üsulu ilə istifadəyə hazırlamaqdır. 
Kəşfiyyatda geoloji, geofiziki, geokimyəvi metodlardan və quyu qazılmasından istifadə olunur. 
Adətən, geoloji kəşfiyyat işləri iki mərhələyə ayrılır: axtarış  və  kəşfiyyat mərhələləri. Axtarış 
mərhələsi məhəlli geoloji-geofiziki işləri, sahələrin dərin axtarış qazmasına hazırlanması  və 


 
16
yatağın axtarışı mərhələlərini əhatə edir. Kəşfiyyat mərhələsində isə yataq işlənməyə hazırlanır. 
Yerin təkindən çıxarılan neftlər müxtəlif tərkibdə olurlar. Odur ki, neftləri təsnifləşdirmək 
zərurəti yaranır. Adətən, neftlər aşağıdakı əlamətlərə görə təsnifləşdirilir: 
1
 
tərkibindəki karbohidrogenlərin miqdarına görə - neftlər dörd qrupa ayrılır: 
 
metanlı neftlər - yüngül neftlər olub, tərkibində 66%-dən çox metan sıraları 
karbohidrogenlər vardır; 
 
naftenli neftlər - tərkibində 66%-dən çox naften sıralı karbohidrogenlər olur; 
 
naftenli-metanlı neftlər - tərkibində metanın və naftenli karbohidrogenlərin birlikdə 
miqdarı 66%-dən artıq olur: 
 
aromatik neftlər - tərkibində, əsasən, karmatik karbohidrogenlər olur. 
2
 
tərkibindəki kükürdün miqdarına görə - neftlər üç qrupa bölünür: 
 
az kükürdlü neftlər /belə neftlərin tərkibində kükürdün miqdarı 0,5%-ə qədər olur/; 
 
kükürdlü neftlər /belə neftlərin tərkibində kükürdün miqdarı 0,5%-dən 2%-ə  qədər 
olur/; 
 
çox kükürdlü neftlər /kükürdün miqdarı 2%-dən çox olur/. 
3
 
tərkibindəki qətranın miqdarına görə - neftlər üç qrupa ayrılır: 
 
az qətranlı neftlər /qətranın miqdarı 8%-dən az olur/; 
 
qətranlı neftlər /qətranın miqdarı 8-28% olur/; 
 
çox qətranlı neftlər /qətranın miqdarı 28%-dən çox/. 
4
 
tərkibindəki parafinin miqdarına görə - neftlər yenə də üç qrupa bölünürlər: 
 
parafinsiz neftlər /parafinin miqdarı 1,5%-ə qədər olur/; 
 
az parafinli neftlər /parafinin miqdarı 1,51-6,0% olur/; 
 
parafinli neftlər /belə neftlərin tərkibində parafinin miqdarı 6%-dən çox olur/. 
5
 
tərkibindəki benzinin miqdarına görə neftlər aşağıdakı qruplara ayrılır: 
 
yüksək oktanlı neftlər /belə neftlərin tərkibində oktan ədədi 72-dən artıq olur/; 
 
orta oktanlı neftlər /oktan ədədi 65-71/; 
 
aşağı oktanlı neftlər /oktan ədədi 65-dən az olur/. 
6
 
tərkibindəki yağların potensial miqdarına görə - neftlər dörd qrupa ayrılır: 
 
ən az yağlı neftlər /tərkibində yağların miqdarı 15%-dən az olur/;  
 
yağlı neftlər /yağın miqdarı 15-20% olur/; 
 
çox yağlı neftlər /yağın miqdarı 21-25% olur/; 
 
yüksək yağlı neftlər /yağın miqdarı 25%-dən çox/. 
7
 
yağların keyfiyyətinə görə - neftlər iki qrupa ayrılır: 
 
yağın özlülük indeksi 85-dən artıq olan neftlər; 
 
yağın özlülük indeksi 40-85-ə qədər olan neftlər. 
 
 
1.3. Azərbaycanda karbohidrogenlər hasilati və onlarin inkişaf perspektivləri 
 
Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin təmin olunması, digər əsaslı şərtlə və 
amillərlə yanaşı,  ərazisindəki mövcud təbii sərvətlərdən, iqtisadi resurslar və elmi-texniki 
potensial imkanlarından dolğun istifadədən də birbaşa asılıdır. Bu baxımdan, Azərbaycan 
Respublikası keçmiş SSRİ-nin tərkibində olan digər respublikalardan xeyli fərqlənərək üstün 
cəhətlərə malikdir. Odur ki, yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının dirçəldilməsində onun 
təbii sərvətləri, xüsusilə  də yeraltı  sərvətləri mühüm rol oynayacaqdır. Ona görə  də bazar 
iqtisadiyyatına keçid dövründə  əsas məsələ, Azərbaycan iqtisadiyyatına maraq göstərən xarici 
ölkələrin kapitallarını xammal istehsal edən sahələrin inkişafına deyil, üstün olaraq əhali üçün 
son məhsullar buraxan sahələrin inkişafına yönəldilməsinin təminatı daha mühümdür. Xüsusi 
olaraq vurğulanmalıdır ki, Azərbaycan  ərazisi maye və qaz halında olan faydalı qazıntılarla 
zəngindir. Belə ki, maye və qaz halında olan faydalı qazıntılardan neft və qaz respublikamızın 
iqtisadiyyatının əsasını təşkil edir. Özü də bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda neft və qaz 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə