ÌÖÒßËËÈÌ ÀÁÁÀÑÎÂ, ÀÊÈÔ ßËÈÉÅÂ
ÊÈÌÉÀ
7-úè ñèíèô
ÌÖßËËÈÌ Ö×ÖÍ ÌÅÒÎÄÈÊ ÂßÑÀÈÒ
Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí
24.07.2014-úö èë òàðèõëè 842 ¹-ëè ÿìðè èëÿ
òÿñäèã åäèëìèøäèð.
«ÀÑÏÎËÈÃÐÀÔ»
ÁÀÊÛ—2014
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
© Азярбайъан Республикасы
Тящсил Назирлийи, 2014
Ìöÿëëèôëèê ùöãóãëàðû ãîðóíóð. Õöñóñè èúàçÿ îëìàäàí áó
íÿøðè âÿ éàõóä îíóí ùÿð ùàíñû ùèññÿñèíè éåíèäÿí ÷àï åòäèð-
ìÿê, ñóðÿòèíè ÷ûõàðìàã, åëåêòðîí èíôîðìàñèéà âàñèòÿëÿðè èëÿ
éàéìàã ãàíóíà çèääèð.
Àááàñîâ Ì., ßëèéåâ À.
À13 Êèìéà. 7-úè ñèíèô. Ìöÿëëèì ö÷öí ìåòîäèê âÿñàèò.
Áàêû, «Àñïîëèãðàô», 2014, 88 ñÿù.
Ðÿé÷èëÿð:
Èõòèñàñ ðåäàêòîðó:
Äèë ðåäàêòîðó:
Èõòèéàð Áÿùðàì îüëó Áÿõòèéàðëû,
êèìéà öçðÿ åëìëÿð äîêòîðó, ïðîôåññîð
Àêèô ßìèðàñëàí îüëó Òåéëè,
êèìéà öçðÿ ôÿëñÿôÿ äîêòîðó,
Áàêû øÿùÿð 83¹-ëè ìÿêòÿá-ëèñåéèí ìöÿëëèìè
Ñåâäà Ìèðñàíè ãûçû Õóäàâåðäèéåâà,
Áàêû øÿùÿð 23¹-ëè òàì îðòà ìÿêòÿáèíèí ìöÿëëèìè
Àüàïàøà Êîðîüëó îüëó ßùëèìàíîâ,
Êèìéà-áèîëîýèéà òÿìàéöëëö Ðåñïóáëèêà Ëèñåéèíèí ìöÿëëèìè
Àñèô Íÿñèá îüëó Ìÿììÿäîâ,
êèìéà öçðÿ åëìëÿð äîêòîðó, ïðîôåññîð
Èñìàéûë Áàáàø îüëó Êàçûìîâ,
ôèëîëîýèéà öçðÿ åëìëÿð äîêòîðó, ïðîôåññîð
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
GİRİŞ
XXI əsrdə dünya ölkələrinin əksəriyyətində təhsil sistemləri dəyişməkdə və yeni -
ləşməkdə davam edir. Təhsil sahəsində İslahat Proqramı (1999-cu il) əsasında Azər -
baycanda həyata keçirilən kurikulum islahatlarının məqsədi təhsilin məzmununu, təlim
strategiyalarını və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərini əsaslı şəkildə
yeniləşdirmək, inkişaf etmiş ölkələrin təhsil standartlarına uyğunlaşdırmaqdır. Ümum -
təhsil sistemində islahatlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
qəbul edilmiş «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Mil li Kuriku-
lumu)» (2006-cı il) və «Ümumi təhsil pilləsinin dövlət standartı və proq ramları (kuri ku -
lumları)» (2010-cu il) adlanan təhsil sənədləri ilə reallaşdırılır.
Kurikulum islahatlarının məktəb praktikasında reallaşdırılmasında şagirdlər üçün
nəzərdə tutulmuş yeni dərsliklər və müəllimlərin fəaliyyətini istiqamətləndirən metodik
vəsaitlər mühüm rol oynayır. Kimya fənni üzrə hazırlanan metodik vəsaitdə VII sinifdə dərs
aparacaq müəllimlər yeni dərsliklə iş zamanı, əsasən, aşağıdakı suallara cavab alacaqlar:
1. Kimya fənn kurikulumunun məzmunu necə müəyyənləşdirilib?
2. Sinfin təhsil standartları hansı məzmuna uyğundur?
3. Kimya fənninin VII sinif üçün məzmun standartlarının öz aralarında və başqa
fənn standartları ilə nə kimi əlaqələri var (necə inteqrasiya olunur)?
4. Müasir dövrdə kimya təliminə hansı tələblər qoyulur?
5. Kurikulumun tətbiqində şagird qiymətləndirilməsinin hansı növlərindən istifadə
edilir?
6. Qiymətləndirmə standartları nədir və onlardan necə istifadə olunur?
7. Kimyanın tədrisində hansı yeni təlim texnologiyalarından istifadə etmək
əlverişlidir? Onların səciyyəvi cəhətləri nədir?
8. İllik planlaşdırma nümunəsində (səh.14) nəzərdə tutulan dərs mövzularının
tədrisi necə aparılmalıdır?
Metodik vəsait kimya kurikulumunun tələbləri əsasında tərtib olunmuş yeni
dərsliyin məzmununa uyğun olaraq yazılmışdır. Vəsaitdə tədris materiallarının yeni
texnologiyalarla, fəal təlim üsulları ilə öyrənilməsinə üstünlük verilmişdir. Dərs möv -
zularının tədrisi tədris vahidlərinə aid bilik və bacarıqların yoxlanması və qiy mə t -
ləndirilməsi dərsləri ilə yekunlaşdırılır. Dərs ili ərzində beş summativ (3 kiçik,
2 bö yük) qiymətləndirmə aparılması nəzərdə tutulmuşdur.
Vəsaitdə təklif olunan metodik yanaşmalar respublikamızın və inkişaf etmiş
ölkələrin, həmçinin müəlliflərin şəxsi iş təcrübəsi və tədqiqatlarına əsaslanır.
Müəllimlər dərslərə hazırlaşarkən bu vəsaitlə yanaşı, hazırda mövcud olan müasir
pedaqoji ədəbiyyatdan, dövri mətbuatdan, əldə etdikləri internet məlumatlarından
istifadə etməlidirlər. Kimyanın tədrisi metodikasına aid ən vacib pedaqoji ədəbiyyatın
siyahısı vəsaitin sonunda göstərilmişdir.
Vəsaitin gələcəkdə daha da təkmilləşdirilməsi üçün müəllimlərimizin bizə gön -
dərəcəyi təkliflərə görə dərin təşəkkürümüzü bildiririk.
3
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
1. Kimya fənn kurikulumunun
məzmunu barədə
Kimya fənn kurikulumunun məz mu -
nu təlim nəticələri (məzmun standartları)
şəklində müəyyənləşdirilir. Məzmun
standartı təhsilin müəyyən mərhələsində
(məsə lən, bir sinifdə) şagirdlərin bilik,
bacarıq və vərdişlərinin səviyyəsinə qoyulan dövlət tələbidir. Standartlar öz
məzmununa görə siniflər üzrə dəyişməyən (əsas standartlar) və sinifdən sinfə
keçdikcə tədricən sadədən mürəkkəbə, asandan çətinə doğru dəyişən (alt-
standartlar) olurlar. Eyni sinfin standartları və müxtəlif siniflərin standart -
ları ara
sın
da, eləcə də başqa fənlərin standartları arasında əlaqələr,
inteqrasiya mövcuddur.
Hər sinfin standartları məzmun xətləri üzrə qruplaşdırılır. Məzmun xətləri
fənnin məzmununun ayrı-ayrı istiqamətləri, sahələridir. Kimya kurikulumu
dörd məzmun xəttində qruplaşdırılmışdır:
1. Maddə və maddi aləm;
2. Kimyəvi hadisələr;
3. Eksperiment və modelləşdirmə;
4. Kimya və həyat.
Sinif standartları məzmun xətləri üzrə kodlarla ifadə olunur. Məsələn:
1.2.1. Atomun tərkibini, atom-molekul təlimini izah edir və ya:
2.2.2. Sadə reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.
Bu standartlarda yuxarıda göstərilən ardıcıllığa uyğun olaraq birinci
rəqəmlər 1-ci (Maddə və maddi aləm) və 2-ci (Kimyəvi hadisələr) məzmun
xəttini, ikinci rə qəmlər isə 1-ci və 2-ci məzmun xətlərinə aid əsas standartları
ifadə edir.
Standartların məzmunu 2 hissədən ibarət olur: bilik və bacarıq (və ya fəa -
liyyət).
1.2.1. altstandartında «Atomun tərkibini, atom-molekul təlimini» hissəsi
biliyi, «izah edir» hissəsi isə bacarığı ifadə edir.
Standartlar reallaşdırılarkən onlara uyğun məzmunun müəyyənləş diril -
məsi, məzmuna müvafiq mövzu seçilməsi böyük diqqət tələb edir. Elə standart
var ki, onu bir neçə mövzu ilə ifadə etmək mümkündür və əksinə, bir mövzu
bir neçə standartda ifadə oluna bilər. Müəllim məzmun standartları və
dərslikdəki mövzularla tanış olduqdan sonra, hansı standartların hansı mövzu-
larda ifadə edildiyini müəyyənləşdirməyi bacarmalıdır. Yalnız bu halda o,
dərsliyin dövlət standartlarına uyğun tərtib edildiyi barədə fikir söyləyə bilər.
Bu işdə müəllimlərə kömək məqsədilə aşağıdakı cədvəli təqdim edirik.
4
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil