E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə7/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   2   3   4   5   6   7   8   9   10   ...   121

 
17
həm quru, həm də  dəniz akvatoriyasından çıxarılır. Quru ərazilərdən mexaniki üsulla neft 
çıxarılması 1847-ci ildən, dənizdən isə  əsaslı surətdə yüz il keçdikdən sonra, 1949-cu ildən 
başlanmışdır. Bütün dövrlərdə Azərbaycanda  çıxarılan neftin təqribən 80%-i dəniz neft-qaz 
yataqlarının payına düşür. Aşağıdakı  cədvəldə Azərbaycanda neft-qaz hasilatının dinamikası 
verilmişdir.
 
Cədvəl 5 
1995 - 2002-ci illərdə Azərbaycanda neft-qaz hasilati 
 
Quruda 
Dənizdə 
İLLƏR 
Neft 
/mln.ton/
 Qaz 
/mln.m
3
/
 
Neft 
/mln.ton/
 Qaz 
/mln.m
3
/
 
1995 
2,3 237 7,5 6407 
1996 
2,4 299 7,5 6066 
1997 
1,6 255 7,5 5712 
1998 
1,6 228 9,2 5338 
1999 
1,5 243 12,6 5754 
2000 
1,5 232 12,4 5427 
2001 
1,6 242 13,2 5293 
2002 
1,6 245 13,7 5582 
 
Ümumiyyətlə, mütəxəssislərin fikrincə, respublikanın Böyük və Kiçik Qafqaz, Talış 
dağları istisna olmaq şərti ilə digər bütün əraziləri və  həmçinin Xəzər dənizi neft-qaz cəhətcə 
perspektivlidir. Odur ki, heç də  təsadüfi deyildir ki, indi dünyanın bir çox iri neft şirkətləri 
Xəzərdən neft-qaz çıxarılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 
/ARDNŞ/ ilə birlikdə fəaliyyət göstərirlər. 
Azərbaycanda neft-qaz istehsalının inkişafı bir neçə  mərhələdən keçmişdir.  Birinci 
mərhələ 1806-1920-ci illəri əhatə edir. Bu dövrdə ilk neft quyusu Abşeronun Suraxanı kəndində 
qazılmışdır. Bu da heç də  təsadüfi deyil, çünki Suraxanı  kəndi  ən qədim dövrlərdən özünün 
«daimi odları» və  ağ «müalicə» nefti ilə dünyada tanınmışdır. Hazırda Suraxanıda keçmiş 
atəşpərəstlərin, dindarların məbədi sayılan «Atəşgah» qalmaqdadır. Ən qədim dövrlərdə İran və 
Hindistan atəşpərəstləri buraya sitayiş etməyə  gəlmişlər. Bu mərhələdə Bakı  mədənlərində 
birdən-birə elə neft fontanları olur ki, bu hər gün min tonlarla neft çıxarmağa imkan verir. Belə 
hal Azərbaycanın milli burcuaziyasının güclü inkişafına səbəb olur və adi adamlar birdən-birə 
milyonların sahibkarlarına çevrildilər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev,  Şəmsi 
Əsədullayev, Murtuz Muxtarov, İsabəy Hacınski və sair belə varlananlardan idi. Lakin, yüksək 
mənfəət götürmək ehtirası  və neft yataqlarının vəhşicəsinə istismarı  nəticəsində Azərbaycanda 
neft hasilatı 7,7 miliyon tona endi /1913/ və daha sonralar, yəni 1920-ci ildə 2,9 miliyon tona 
qədər azaldı. Beləliklə, Azərbaycanda Sovet hakimiyyəti qurulması  ərəfəsində neft sənayesi 
bərbad vəziyyətdə idi. Minlərlə istismar quyuları dayanmış, bir çox sahədə neftli horizontları su 
basmışdı. Qazma işləri demək olar ki, aparılmırdı. Birinci mərhələdə Azərbaycanda neft 
hasilatının dinamikası aşağıdakı cədvəldə verilmişdir. 
Cədvəl 6 
Azərbaycanda 1873-1920-ci illərdə neft hasilatinin dinamikasi 
/min ton
İllər 
Hasilat 
İllər 
Hasilat 
İllər 
Hasilat 
1873 
66  1889 3249 1905 6784 
1874 
82  1890 3737 1906 7452 
1875 
105  1891 4499 1907 7934 
1876 
183  1892 4658 1908 7815 
1877 
248  1893 5381 1909 8303 
1878 
329  1894 4808 1910 8232 
1879 
395  1895 6256 1911 7537 
1880 
343  1896 6365 1912 7799 


 
18
1881 
656  1897 6949 1913 7669 
1882 
818  1898 8014 1914 7101 
1883 
983  1899 8014 1915 7481 
1884 
1460 1900 9866 1916 7894 
1885 
1884 1901 10979 1917 6646 
1886 
1876 1902 10504 1918 3435 
1887 
2327 1903 9854 1919 3739 
1888 
2986 1904 10182 1920 2915 
 
İkinci mərhələ 1921-1991-ci illəri  əhatə edir. Bu dövrdə Azərbaycanın neft sənayesinin 
bərpası və inkişaf etdirilməsi üçün mühüm tədbirlər işlənib hazırlanmış və həyata keçirilmişdir. 
Geoloji-axtarış  işlərinin böyük miqyas alması, kəşfiyyat-qazma işlərinin genişləndirilməsi, 
yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, yeni texniki avadanlıqlardan istifadə edilməsi
neft-mədən proseslərinin başdan-başa elektrikləşdirilməsi nəticəsində neft hasilatı sürətlə 
artmağa başladı. Beləliklə, 1927-1928-ci illərdə neft hasilatı 1913-cü il səviyyəsini ötüb keçdi. 
Bu dövrdə Azərbaycanın Abşeron yarımadasında Qala, Qaraçuxur, Zığ, Puta, Korgöz və sair neft 
yataqları kəşf edilib istismara verildi. 1940-cı ildə Azərbaycanda neft sənayesi keçmiş SSRİ neft 
hasilatının 3/4-ü qədər neft verdi. Böyük Vətən müharibəsi illərində Azərbaycan neft sənayesi 
qarşısında cəbhəni yanacaqla təmin etmək kimi ağır və şərəfli vəzifə qoyuldu. İndi fərəhlə demək 
olar ki, Azərbaycan neftçilərinin fədakarlığı  nəticəsində 1941-ci ildə 23541 min ton neft 
çıxarıldı. Azərbaycan alimlərinin və mühəndis-texnik işçilərinin gərgin əməyi ilə yüksək oktanlı 
benzin alınması texnologiyası işlənib hazırlandı. 1941-1945-ci illərdə Azərbaycan neft sənayesi 
ölkəyə 75 miliyon ton neft, 22 miliyon ton benzin və başqa neft məhsulları verdi. Müharibədən 
sonra Azərbaycan neft sənayesinin inkişafında yeni dövr başlandı. 1948-ci ildə Xəzər dənizində 
neft-mədən estakadaları tikilməyə başlandı. 1949-cu il noyabrın 7-də açıq dənizdə, Neft 
Daşlarında qazılmış kəşfiyyat quyusundan neft güclü fontan vurdu. 1971-ci ildə Azərbaycanda 1 
milyard ton neft çıxarıldı. Azərbaycan neft sənayesinin inkişaf perspektivləri dəniz yataqlarının 
işlənilməsi ilə  əlaqədardır. Dəniz neft mədənlərində  çıxarılan neft Azərbaycanın ümumi neft 
hasilatının 2/3-ni verir. Bununla belə quruda da neft hasilatını artırmaq üçün işlər görülür. 
Küryanı, Kür-İori çayları arası, Şamaxı-Qobustan, Xəzəryanı-Quba sahələrində axtarış-kəşfiyyat 
işləri aparılır, köhnə neft-qaz quyularında hasilat artırılır, neftçıxarma texnologiyası 
yaxşılaşdırılır, daha səmərəli metodlar tətbiq edilir, təsərrüfat mexinizmi təkmilləşdirilir və s. 
Keçmiş SSRİ-də neft yataqlarının kəşfiyyatı, qazılması  və  işlənilməsi, mütərəqqi 
texnikanın və texnoloji üsulların tətbiqinə dair bir çox yeniliklər ilk dəfə Azərbaycan neft 
sənayesində  həyata keçirilmişdir. Bu səbəbdəndir ki, Azərbaycan keçmiş SSRİ-də neft elminin 
mərkəzi sayılır, Bakı isə neft akademiyası adlandırılırdı. 1921-1990-cı illərdə neft hasilatının 
dinamikası aşağıdakı cədvəldə verilmişdir.  
Cədvəl 7 
Azərbaycanda 1921-1990-ci illərdə neft hasilati 
/min ton
İllər 
Hasilat 
İllər 
Hasilat 
İllər 
Hasilat 
1921 
2437 
1946 
11934 
1971 
19203 
1922 
2945 
1947 
13412 
1972 
18386 
1923 
3485 
1948 
13890 
1973 
18265 
1924 
4125 
1949 
14352 
1974 
17755 
1925 
4663 
1950 
14777 
1975 
17203 
1926 
5514 
1951 
15215 
1976 
15609 
1927 
6810 
1952 
15656 
1977 
14785 
1928 
7574 
1953 
15706 
1978 
14155 
1929 
8683 
1954 
15217 
1979 
13058 
1930 
10521 
1955 
15284 
1980 
13054 
1931 
13153 
1956 
15560 
1981 
12626 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə