Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə93/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   102

 
365 
öyrənilmişdir. Dad sensor sistemi əsas etibarı ilə qidalı maddələrə 
həssaslığı ilə fərqlənir. Dad sensor modallığı olan hüceyrələr on-
urğasızların bəzi növlərində  bədən səthinin müəyyən yerlərində 
cəmləşmişdir. Dəyirmi qurdlarda (nematodlar) qoxu və dad 
orqanı kimi ağız aparatının yanında və quyruğunun sonunda 
yerləşən amfida aparatı  fəaliyyət göstərir.  İlbizlərdə  və osmino-
qlarda dad reseptorları ağızətrafı qollarda, bəzi boğumayaqlılarda 
isə ayaqların tükcüklərində lokallaşmışdır. Onurğasızların dad 
orqanlarının xarakterik morfoloji əlaməti mikroxortumcuqlara, 
çuxurları  və ya dəlikləri olan sensillərə malik olmasıdır; qidalı 
maddə suda və ya şirədə həll olunmuş formaya keçdikdən sonra 
xortumcuqlara sorulur, yaxud sensilyar aparatın çuxurlarına və ya 
dəliklərinə daxil olur və dad reseptorlarını oyadır. 
Həşəratlarda dad resepsiyasının fiziologiyası  ən yaxşı halda 
atmilçəyində öyrənilmişdir. Detye (Dethier, 1979) müəyyən et-
mişdir ki, bu həşəratda dad sensor hüceyrələri xortumcuqdakı 
sensor tükcüklərində (labellumlarda) və ayaqların distal 
seqmentlərində yerləşir. Hər labbellum 4 növ sensor hüceyrədən 
ibarətdir ki, onlar ayrı-ayrı tip kimyəvi molekullara qarşı seçici 
həssaslığa malikdir. Bu reseptor hüceyrələr suyun, şəkərin və 
duzların dadına həssaslıq göstərirlər. Milçəyin bir sensor tük-
cüyünün qatı şəkər məhlulu ilə stimulə edilməsi onda xortumcuğu 
geriyə dartma davranış reaksiyası doğura bilər. Həşəratda dad 
hisslərinin spektri və intensivliyi orqanizmin aclıq vəziyyətindən 
asılıdır. Detye göstərir ki, həşəratda sensor tükcük hüceyrə öz bio-
elektrik fəallığının xarakterik spektri ilə seçilir, deməli, həşəratın 
mərkəzi qanqlionar sinir sistemi kimyəvi maddələri bir-birindən 
fərqli maddələr kimi xarakterizə etmək üçün kifayət qədər sensor 
informasiya kombinasiyaları ola bilir. 
Onurğalı heyvanlar üçün qidalanma tərzi ilə dad orqanlarının 
yerləşməsi və sayı arasında korrelyasiya xasdır. Əksəriyyət onur-
ğalılarda dad reseptorları  və onların yerləşdiyi dad soğanaqları 
əsasən ağız boşluğunda dil və dodaqlarda, udlaq və qırtlaqda lo-
kallaşmışdır. Müxtəlif siniflərə  mənsub olan onurğalılarda dad 
soğanağlarının sayı müxtəlifdir. Məsələn, balıqlarda 20 minə 
 
366 
qədər, sürünənlərdə 200-ə qədər, quşlarda 50-400, məməlilərdə 2 
minə yaxın dad soğanağı olduğu göstərilir. 
Dadların qavrayışı heyvanların yaşadıqları ekoloji şəraitdən də 
asılıdır. Həşəratlar və  xırda heyvanlarla qidalanan bir çox quş 
növləri  şirin maddələrə  (şəkərlərə) laqeyiddir, amma turş 
maddələrə  həssasdırlar, bitki nektarları  və meyvələrlə qidalanan 
quş növləri,  əksinə,  şəkərə daha həssasdırlar. Məməlilərin dilin 
səthində olan şırımabənzər dad məməcikləri acı maddələrə, 
göbələyəbənzər dad məməcikləri isə  şəkərli maddələrə  həssaslıq 
göstərirlər. 
Dad məməciyi 10-15 reseptor hüceyrədən və bir neçə dayaq 
hüceyrədən ibarət olub, selikli qişanın çoxqatlı epitelisi altında 
yerləşir. Dad reseptorları dağılıb bərpa oluna bilirlər. Onların 
ömrü 3 sutkadan 20 sutkaya qədərdir. Aşağıdakı  şəkildə  (şəkil 
8.5) insanın dilində lokallaşan müxtəlif dad zonaları, dad 
məməciklərinin ayrı-ayrı tipləri, dad tumurcuğunun ultrastrukturu 
və inervasiyayası sxematik olaraq göstərilmişdir. 
 
 
Şəkil 8.5.  İnsanın dilində müxtəlif dad hissləri yaranan zonalar (A). 
Dad məməciklərinin əsas tipləri və dad soğanağının ultrastrukturu (B) 
(Murray, 1973). 
 
downloaded from KitabYurdu.org


 
367 
Dad orqanları, dad siniri və uzunsov beyində, dördtəpəli 
cisimdə  və baş beyin qabığında yerləşən dad sinir mərkəzləri 
birlikdə morfofunksional dad sistemi və ya dad analizatoru təşkil 
edir. Dad siqnallarının ilkin kodlaşdırılması xemoreseptorlar 
səviyyəsində həyata keçir, amma dad duyğularının təzahür olun-
masında əsas rol dad sisteminin mərkəzi strukturları oynayır. 
 
8.5. Daxili (visseral) hissiyyat və onların növləri 
 
İnsan və heyvanların orqanizmi öz daxili mühitində, orqan və 
toxumlarda, bioloji mayelərdə baş verən fiziki-kimyəvi, bio-
kimyəvi, mexaniki, termik, metabolik və funksional dəyişiklikləri 
haqqında cari informasiya verən sensor cihazlara malikdir. Onlara 
interoreseptorlar deyilir. İnteroresepsiya orqanizmin həyatında, 
fizioloji proseslərin tənzimində, bir sıra davranış reaksiyaların 
icra olunmasında və xarici mühit şəraitlərinə uyğunlaşmasında 
çox mühüm rol oynayır. 
İnteroreseptorlar insan və ya heyvan orqanizminin demək olar 
ki, bütün visseral toxuma və orqanlarında (ürəkdə, qan və limfa 
damarlarında,  əzələlərdə, oynaqlarda, həzm traktında, tənəffüs 
yollarında, dalaqda, böyrəklərdə  və s.) geniş yayılmışdır. Funk-
sional olaraq interoreseptorları bir neçə tipə ayırmaq olar. Bu 
xemoreseptorlar, mexanoreseptorlar, termoreseptorlar, ocmore-
septorlar, baroreseptorlar və proprioreseptorlardır. Axırıncılar 
əzələ hissi və kinesteziya (ətrafların hərəkət və  məkan 
vəziyyətləri barədə hisslər) haqqında informasiya verən sensor 
sistemini formalaşdırdığına görə onlar tamam ayrı-ayrı reseptorlar 
kimi xarakterizə olunurlar. 
İnteroreseptorların bəzi növləri öz morfoloji təşkilinə görə dəri 
reseptorlarına oxşayır. Lakin morfoloji cəhətdən fərqli interore-
septorlar da vardır. Oynaq və  vətərlərdə reseptor funksiya icra 
edən Holci orqanları buna misal ola bilər. Müəyyən morfo-
funksional parametrləri üzrə (qıcıq spesifikliyi, həssaslıq dərəcəsi, 
reaksiya sürəti, afferentasiyanın təşkili və s.) interoreseptorlar ek-
strasensorlardan fərqlənirlər. 
 
368 
İnteroreseptorlar daha çox orqanizmin daxili mühitinin 
kimyəvi, metabolik, homestatik, osmotik və barometrik 
göstəriciləri haqqında sensor siqnalları təmin edir. 
Daxili mühitin kimyəvi tərkibinin, qanın  şəkər (qlikemik) 
səviyyəsinin nisbi sabitliyi (homestazı), orqan və toxumaların, dax-
ili bioloji mayelərin PH qradiyentləri qorunub saxlanılmasında in-
teroreseptorların çox böyük rolu vardır. Vaxtilə  İ.M.Seçenov or-
qanizmin daxili mühitinin dəyişikliklərinin hiss edilməsi «qaranlıq 
hissiyat», yəni qavranılmayan, şüuraltı hissiyyat adlandırmışdır. 
Sağlam insan adi halda daxildən gələn qıcıqlanmaları hiss et-
mir, bu qıcıqlanmalar öz təsir qüvvəsinə görə fizioloji hədləri aş-
dıqda biz bunu ağrı kimi hiss etməyə başlayırıq. Bəzi 
tədqiqatçıların fikrincə interoreseptorlar arasında xüsusi ağrı re-
septorlarının varlığı mümkündür. 
İnteroreseptorlar visseral toxuma və orqanları sinirləndirən 
hissi sinir liflərinin sərbəst və ya morfoloji olaraq müəyyən statik 
forması olan ucları kimi təmsil olunmuşdur. Tədqiqatlar göstərir 
ki, daxili reseptorlar bir sıra qıcıqlara qarşı kifayət qədər 
həssasdırlar. Daxili xemoreseptorlar orqan və toxumalarda gedən 
maddələr mübadiləsinin səviyyəsi, qanda qlikemik reaksiyaların 
dinamik parametrləri və s. bu kimi funksional vəziyyətlərə tez 
reaksiya verirlər. Digər növ interoreseptorların (mexenoreseptor-
lar, osmoreseptorlar, baroreseptorlar) həssaslığı xeyli yüksəkdir
amma interoreseptorların hissetmə qabiliyyətləri ekstroreseptorlarla 
müqayisədə xeyli zəif olduğu barədə fikirlər mövcuddur. İnterore-
septiv qıcıqlanmalar  əsasında bir sıra  şərtsiz və  şərti reflekslər 
çətinliklə yaranır, bunun üçün nisbətən uzunmüddətli və güclü 
təsirlər seriyası  tələb olunur. Bəzi interoreseptorlar insanda iradi 
olaraq həyata keçirilən spesifik reflektor reaksiyaları (defekasiya 
aktı, sidik boşalma aktı) üçün effektiv siqnal mənbəyi rolu oynayır. 
Visseroxemoreseptorlar
 xarici mühitin, müxtəlif qoxu 
maddələrin və qidaların kimyəvi təsirlərinə reaksiya verən qoxu 
və dad xemoreseptorlarından fərqli olaraq daxili xemoreseptorlar 
orqanizmin daxili mühitinin kimyəvi tərkibinin dəyişiklikləri
orqan və toxumalarda maddələr mübadiləsinin səviyyəsi, homes-
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə