Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə91/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   102

 
357 
duz, hormon və s.) həssas olan xemoreseptiv mexanizmlər  əldə 
etmişdir. Kimyəvi həssaslıq və ya xemoresepsiya ilk baxışda sadə 
mexanizm kimi görünsə  də  əslində kimyəvi hissiyyat növü 
heyvan və insan orqanizmi üçün güclü və uzunmüddətli hisslər 
oyatmağa qabildir. Ali məməlilərin həyatında qoxu 
xemoreseptorları orqanizmin daxili mühitinin kimyəvi tərkibinin 
nisbi sabit vəziyyəti (homeostazı) təmin etməkdə, daxili 
hissiyyatların təşəkkülündə mühüm əhəmiyyət kəsb edir. Kimyəvi 
hissiyyat növləri 4 kateqoriyaya ayrılır: ümumi kimyəvi hissiyyat, 
daxili xemeresepsiya, qoxu və dad hissiyyatları. Ümumi kimyəvi 
həssaslıq bütün heyvani hüceyrələrə xasdır. Onlar spesifik 
molekullara, habelə kimyəvi maddələrə  həssasdırlar, öz 
reaksiyaları ilə sinir siqnalları doğura bilirlər. Daxili 
xemoreseptorlar orqanizmin daxili mühitinin kimyəvi tərkibi, 
məsələn, qanda oksigenin gərginliyi,  şəkərin miqdarı, daxili 
mayelərdə hidrogen ionlarının qatılığı, (PH), hormonların 
səviyyəsi haqqında sinir impulsları yaradırlar. Qoxu və dad 
hissiyyatları ayrı-ayrı sensor modallıqlar kimi yaranır. Qoxu 
havadakı  və ya qəbul edilən qidalardakı iyli maddələrə, dad – 
ağıza düşən maddələrin və ya qidaların müəyyən xassələrə olan 
həssaslıqdır. 
Bu sensor mexanizmlərin spesifik fəaliyyət prinsipləri 
ümumən oxşardır: kimyəvi maddə ilə xemoreseptorun qarşılıqlı 
əlaqə və təsiri verilmiş reseptiv və ya sinir reaksiyasının orqanizm 
üçün  əhəmiyyəti ilə müəyyənləşir. Stimuləedici kimyəvi 
maddələr, hansılar ki, hüceyrə, toxuma və ya orqan səviyyəsində 
metabolik və ya funksional əhəmiyyət kəsb edir, yaxud zərərli, 
zədələyici təsir effekktə malikdir, onlar az və ya çox müddətdə 
təsir qabiliyyətləri qorunub saxlayan hisslər oyada bilirlər. 
Stimuləedici kimyəvi maddələr, molekullar və ya ionlar 
reseptorları oyadır və spesifik reaksiyaları  işə salır. Orqanizmə 
zəruri olan spesifik maddələrə kimyəvi həssaslıq müxtəlif tip 
reseptor hüceyrələr vasitəsilə  təmin edilir. Adətən, spesifik 
reseptor mexanizmlər eyni tip hüceyrələrdə  təmsil olunur və bu 
hüceyrələr qruplaşaraq bu və ya digər kimyəvi sensor orqanı 
 
358 
əmələ gətirir. 
Onurğasızlarda 
ən yaxşı öyrənilmiş somatovisseral 
xemoreseptiv orqan molyuskların osfordial orqanıdır. Bu orqan 
molyuskun mantiya qabığının altında yerləşir, mantiya 
boşluğundan keçən suyun kimyəvi tərkibinə  həssasdır. Mantiya 
boşluğuna su bilavasitə xarici mühitdən daxil olduğuna görə 
osfordial orqan daxili mühitin kimyəvi tərkibi tənzimləmək üçün 
vacibdir. Həşəratlarda və digər onurğasızlarda xemoreseptiv 
orqanlar rolu oynayan rəngarəng törəmələr mövcuddur. 
Onurğalılarda daxili və xarici xemoresepsiya xeyli dərəcədə 
ixtisaslaşmışdır. Bu, əlbəttə, onların təkamül inkişafının səviyyəsi 
və müxtəlif həyat tərzləri, geniş adaptiv imkanları ilə bilavasitə 
əlaqədardır. 
Qoxu üzvləri və qoxu hissi. 
İnsanda qoxu zonasının səthi 5 sm
2

qoxu kirpiklərin ümumi səthi bundan yüzlərlə dəfə çoxdur. Qoxu 
hissi qoxu üzvləri vasitəsilə xarici mühitdə olan müxtəlif 
maddələrin müəyyən xassələrinin (iyləri, qoxuları) bilavasitə 
duyulması  və qavranılmasıdır. Quruda yaşayan heyvan 
orqanizmləri iyli (qoxulu) maddələri onlardan havaya yayılan 
kimyəvi maddə buxarları (molekulları)  şəkilində su hövzələrinin 
(dəniz, göl, gölməçə, çay və s.) heyvan sakinləri isə suda həll 
olunmuş kimyəvi maddələrin ion və ya molekulları  şəkilində 
duyurlar. 
Qoxu hissi kimyəvi və ya xemoresepsiyanın bir növü olub 
aşağı  həssaslıq həddi (qapısı) ilə xarakterizə olunur, kimyəvi 
stimula (qıcığa) qarşı fərdi duyğuların əmələ gəlməsi ilə müşayiət 
edilir, siqnal əhəmiyyəti daşıyır. Müxtəlif növ heyvanlarda (həm 
onurğasızlarda, həm də onurğalılarda) qoxu orqanlarının inkişaf 
dərəcəsi və qoxu hissinin davranış reaksiyalarında rolu 
müxtəlifdir. Bu əlamətə görə onurğalı heyvanlar arasında qoxu 
hissi yaxşı inkişaf etmiş növlər-makrosmatiklər (məməlilərin 
əksər növləri), qoxu hissi zəif inkişaf etmiş növlər-mikrosmatiklər 
(quşlar, su itləri, bəzi balina növləri, meymunlar) və qoxu 
hissindən tamam məhrum olan növlər - anosmatiklər (dişli 
balinalar və s.) seçilir. 
downloaded from KitabYurdu.org


 
359 
Qoxu hissi heyvanlara və insana qida axtarışı və qidaları seçmə 
reaksiyaları,  şikarı dişləmək, düşmənlərindən xilas olmaq, 
biooriyentasiya və biokommunikasiya üçün əhəmiyyət kəsb edir. 
Heyvanlararası kommunikativ əlaqələr və intim hisslər bədən 
əzalarının ifraz etdikləri feromonlar və kayramonlar adlanan qoxu 
maddələrinin təsirləri ilə sıx bağlıdır. İnsanlar üçün çox hallarda 
xarici mühitdə yaranan pis və ya xoş qoxulu maddələr, qidaların 
qoxuları, az hallarda isə başqa fərdlərin bədən qoxuları əhəmiyyət 
kəsb edir. Qidaların iylərini duymaqdan məhrum olan insanlar 
tez-tez qida zəhərlənmələrinə məruz qala bilər. 
Bir sıra iyli maddələr üçün qoxu hədləri–qoxu hissi doğuran ən 
az miqdarları  məlumdur.  İnsan, məsələn, 1 sm
3
 havada trinitro-
butiltoluolun miqdarı 5
⋅10
-15
 qram (bu təxminən 10 mln. molekul 
təşkil edir) olduqda onu hiss edə bilər.  İpəkqurdu (barama) 
kəpənəklərinin erkəkləri dişi kəpənəklərin ifraz etdiyi cinsi 
feromonun (bambikul) 1 sm
3
 havada çox cüzi miqdarı -100 
molekulu hiss edə bilirlər.  İtlər bəzi iyli maddələrə olduqca 
həssasdırlar. Qoxu hədləri o qədər aşağı ola bilər ki, bəzi qoxu 
reseptorları havadakı iyli maddənin, hətta 1 molekulunun 
təsirindən oyanırlar. Qoxu reseptorları bu və ya digər iyli 
maddələrə müxtəlif həssaslıq göstərməkdə uyğunlaşmışdır.  İyli 
maddələrin geniş spektrinə həssas olan reseptorlarla yanaşı yalnız 
tək-tək iyli maddələrə çox yüksək həssaslıq göstərən qoxu 
reseptorları da mövcuddur. 
Orqanizm üçün bioloji əhəmiyyət kəsb edən kimyəvi 
molekullar orqanizmdən müəyyən məsafələrdə yerləşən 
mənbələrdən təsir göstərir. Deməli, qoxu reseptorları distant 
reseptorlara aid edilə bilər, lakin qoxulu maddə molekulalrı qoxu 
reseptoru ilə bilavasitə təmas olunduqda qoxu hissi yarandığından 
qoxu reseptorları eyni zamanda kontakt reseptorlara aid edilə 
bilər. Qoxulu maddələrin mənbəyi bitki, yırtıcı,  şikar, başqa 
fərdlər, havaya səpələnmiş iyli üzvi və ya qeyri-üzvi maddə  də 
oynayır. Artıq qeyd olunduğu kimi eyni cinsə  mənsub olan iki 
fərd arasında kimyəvi siqnallaşma (kimyəvi kommunikasiya) 
xüsusi vəzilərin ifraz etdiyi feromonlar – kimyəvi tərkibinə görə 
 
360 
terpenoidlər; streoidlər, spirtlər, doymuş  və doymamış yağ 
turşuları, aldehidlər qrupuna aid olan qoxulu üzvi maddələr 
vasitəsilə həyata keçir. 
Feromonlara, onlara attraktakanlar da deyilir, habelə digər 
qoxulu maddələrə qarşı hisslər (olfaktor hisslər) heyvanların 
böyük  əksəriyyəti üçün zəruridir. Onurğasızlar arasında qoxu 
hissi daha çox ictimai həşəratlarda (arılar, qarışqalar və s.) 
əhəmiyyət kəsb edir. Bal arısında ayrı-ayrı qoxulu maddələri hasil 
edən ekzokrin vəzilər fəaliyyət göstərir. Onlarda qoxu reseptorları 
bədəninin baş hissəsində nazik bığcıqlarda (antenalar) 
yerləşmişdir. Bəzi müəlliflərə görə, bal arısının hər iki əsas 
bığcığında qoxu reseptorlarının ümumi sayı 40 mindən 200 minə 
qədərdir. Erkək ipəkqurdunun qoxuları qəbul edən iki iri antenası 
vardır. Hər bir antena çoxlu sayda tükcüklərlə (sensillər) təchiz 
olunmuşdur. Bir sensila bir və ya bir neçə qoxu reseptora, hər 
reseptor isə öz növbəsində bir neçə periferik kiprikciyə (dendritə) 
malikdir. 
Bığcıqlara təsir edən cinsi feromonlar (attraktakanlar) çox 
yüksək hissi təsir gücünə malikdirlər. Hesablanmışdır ki, 
feromonun bir molekulu kifayətdir ki, bığcıqlardakı qoxu 
reseptorunda aydın qeyd edilən cavab reaksiyası (reseptor siqnalı) 
doğursun, feromonun 200 molekulu isə erkək həşəratda cinsi 
davranış reaksiyası oyada bilər. 
Onurğalılarda qoxu hissi yaradan orqan kimi burun 
boşluğunun arxa hissəsinin epitel qişasında düzülmüş kiprikcikli 
qoxu reseptorları fəaliyyət göstərir. 
İbtidai onurğalılarda (balıqlar, suda-quruda yaşayanlar) burun 
boşluğu nisbətən sadə quruluşlu kisəcik formasındadır və qoxu 
reseptorları onun divarlarında düzülmüşdür, iyli maddələri 
saxlayan su və ya hava axınları bilavasitə reseptor təbəqəninin 
üzərindən keçir. 
Məməlilərdə qoxu hissi orqanları bir qədər başqa daha 
mürəkəb  şəkildə qurulmuşdur. O məməlilər ki, daha incə qoxu 
hissələrinə malikdirlər, onlarda burun boşluqlarının quruluşu və 
reseptor hüceyrələri heyrətamiz dəyişikliklərə  məruz qalmışdır. 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə