Sadə mexanizim-qüvvənin istiqamətini dəyişən,qüvvədə qazanc verən sadə qurğudur



Yüklə 0,61 Mb.
tarix15.11.2018
ölçüsü0,61 Mb.
#79757


Sadə mexanizmlər.Ling






















  • Blok-çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir.



  • Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir.

  • Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir. İkinci növ ling - qollara təsir edən qüvvələr lingin dayaq nöqtəsindən müxtəlif tərəflərdə olan sadə mexanizmdir. Sadə mexanizmlər qüvvəni dəyişmək üçün işlədilən alətlərdir. Tarazlıq şərti: Fr=mgr və F=mg. Yəni,tərpənməz blok qüvvədə qazanc vermir.



  • SON



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə