Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Dilçiliyə giriş kursunun obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 79,27 Kb.
səhifə3/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   2   3   4   5   6   7   8   9   ...   28
Dilçiliyə giriş cavablar

Dilçiliyə giriş kursunun obyekti, predmeti, məqsəd və vəzifələri.

Məlumdur ki, hər bir elmin müstəqilliyyini şərtləndirən ilk növbədə onun öz müstəqil obyekt və predmetinin olmasıdır. Dilçilik elminin də öz obyekt və xüsusi predmeti vardır. Uzun müddət dilçilikdə obyektlə predmet bir-birindən fərqləndirilməmişdir. Bunun əsas səbəbi bu iki sözün eyni mənalı olmasıdır.
Dilçilik elminin obyekti insanın nitq fəaliyyəti olan danışıqdır. Nitq bir sıra elmlərin obyektidir. Məntiq, psixologiya, loqopediya, dilçilik və s. hər biri insan nitqindən öz predmetini seçir. Dilçilik isə insan nitqindən dil qanunlarını öyrənir. Beləliklə, dilçiliyin obyekti insan nitqi, predmeti isə dildir. Buna görə də dilçilik dil haqqında elmdir.
Dilçilik elminin hüdudları genişləndikcə onun qarşısında yeni-yeni sahələr açılır. Dilçilik dil haqqında elm olduğundan, onun birinci vəzifəsi dil üzərində tədqiqat aparmaqdır. Lakin dilə yeni yanaşma üsulları meydana gəldikcə, dilçiliyin də fəaliyyit dairəsi genişlənir.
Prof. B. N. Qolovin dilçilik elmi qarşısında duran vəzifələri doqquz bənddə ümumiləşdirir:
Ümumi dilçiliyin birinci vəzifəsi – dilin təbiəti və mahiyyətidir. Burada dilin cəmiyyətə və təfəkkürə münasibəti əsas götürülür. İkinci, dilin quruluşu və qurulmasını əhatə edir. Buraya B. N. Qolovin dilin səs və söz tərkibinin öyrənilməsini, qrammatik quruluşu, nitq hissələrini, cümlə üzvlərinin və cümlələrin, tədqiqini daxil edir. Üçüncü problem kimi B. N. Qolovin dilin sisteminin öyrənilməsini irəli sürür. Başqa sözlə, dildaxili əlaqə və münasibətləri, onların dil vahidlərini yaxınlaşdırması və uzaqlaşdırması problemləri dili ciddi bir sistem kimi öyrənməyi tələb edir. Dördüncü problem dilin ümumi qanunları əsasında səs və söz səviyyəsində, hətta qrammatik quruluşun səviyyəsində dilin dialekt və ədəbi normalarının öyrənilməsindən ibarətdir. Beşinci problem olaraq B. N. Qolovin yazının əmələ gəlməsi və inkişafı məsələlərini götürür. Qrafika, yazı, onun növləri, səsin işarəyə nisbəti və s. bu problemdə öyrənilir. Altıncı problem kimi B. N. Qolovin dillərin qrammatik tipi və bu parametrə görə təsnifıni qəbul edir. Yeddinci problem dilçiliyin öz obyektinə, predmetinə yanaşma üsullarını, metodlarını əhatə edir. Səkkizinci problem ildən ilə genişlənən bir sahə də maşın tərcüməsi, dilçilik və məktəbləri, habelə təcrübi dilçilik məsələlərini əhatə edir. Doqquzuncu problem kimi B.N.Qolovin dilçiliyin başqa elm sahələri ilə əlaqəsini götürür.


  1. Yüklə 79,27 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə