Mövzu 1:
Menecmentin bir elm və fəaliyyət sahəsi kimi
meydana çıxması və təkamülü
Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü
təsdiq etmişdir.
Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə
kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu
göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur. Arxeoloji
qazıntılardan məlum olur ki, hətta ibtidai icma dövründə yaşayan insanlar
mütəşəkkil qruplarda birləşmiş və birgə fəaliyyət göstərmişlər, daha doğrusu, idarə
olunmuşlar.
Müasir idarəetmənin bütün formalarını qədim dövrün çiçəklənən təşkilatlarında
görmək olar. Lakin həmin dövrdəki idarəetmənin xarakteri və strukturu
ümumiyyətlə bugünkündən fərqlənirdi. Məsələn, rəhbərlər və işçilər arasında fərq
daha az idi, həmçinin orta pilləli rəhbərlər daha az idi. O dövrün rəhbər işçiləri
çalışırdılar ki, idarəçilik pillələrinin sayı az olsun. Onlar bütün vacib qərarları
özləri qəbul edirdilər. Çox vaxt rəhbərliyi bir nəfər yerinə yetirirdi (tayfa başçısı və
yaxud padşah). Əgər idarəetmənin yüksək səviyyəsində olan şəxs yaxşı lider və ya
hökmdar idisə, məsələn, Makedoniyalı İskəndər, Yuli Sezar və ya Adrian kimi,
onda bütün işlər də yaxşı gedirdi, hakimiyyətə Neron kimi bacarıqsız rəhbər
gəldikdə isə ölkəni geriyə atırdı.
Təşkilatların tarix boyu mövcud olmalarına baxmayaraq, XX əsrə qədər heç kəs
onları elmi yolla və sistemli şəkildə idarə etməyi düşünməmişdir. XIX əsrin
əvvələrində Robert Ouen, çox hallarda öz müəssisələrində işləmək üçün kənar
adamları cəlb edirdi. O, işçilərinə rahatlıq yaradır, onların yaşayış və əmək şəraitini
yaxşılaşdırır, fəhlələrin əməyini ədalətli qiymətləndirməyin yeni üsüllarını - əlavə
əmək haqqının verilməsini tətbiq edir, yaxşı işləyənlərin maddi şəraitlərini
yaxşılaşdırırdı. Bu reformalar öz dövrü üçün fenomenal yenilik sayılırdı və insan