Dərs vəSAİTİ 49. Köməkçi nitq hissələri



Yüklə 19,2 Kb.
Pdf görüntüsü
tarix24.10.2017
ölçüsü19,2 Kb.
#6498
növüDərs


FƏNNİ ÜZRƏ ELEKTRON DƏRS VƏSAİTİ



Köməkçi nitq hissələri

Modal 


sözlər

Bağlayıcı 

Qoşma 

Ədat


Nida 

1. Leksik mənaya malik olmur.

2. Ayrılıqda cümlə üzvü kimi işlənə bilmir.

3. Müstəqil suala cavab olmur.




50. Bağlayıcı


Sözlər, cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan 

köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Bəzən bağlayıcılar ayrı-

ayrı müstəqil cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini 

bir- birinə bağlayır.

Tabesizlik bağlayıcıları

Tabelilik bağlayıcıları

1. Cümlənin həmcins üzvlərini 

əlaqələndirir.



Atalar  və analar övladını 

xoşbəxt görmək istəyir.

2. Tabesiz mürəkkəb cümləni 

əmələ gətirən sadə cümlələri 

əlaqələndirir: 



Bahar gəldi və çəmənlikdə 

güllər açdı.

Tabeli mürəkkəb cümlənin 

tərkib hissələri arasında olur.

Mən düşünürəm ki, bu xəbəri 

ona demək lazımdır.

Bağlayıcı 



51. Bağlayıcıların quruluşu


Bağlayıcıların quruluşu

Bir sözdən ibarətdir: 

və, ilə, amma, ancaq

Iki və daha artıq sözdən 

ibarətdir: 

ya da ki, gah da ki, həm də, yəni 

ki

Sadə


Mürəkkəb


52. Bağlayıcıların mənaca 

növləri



Bağlayıcıların mənaca növləri

Tabesizlik bağlayıcıları

Birləşdirmə 

bağlayıcıları



Və, ilə, (- la ²) 

Qarşılaşdırma 

bağlayıcıları

Amma, ancaq , lakin

Bölüşdürmə 

bağlayıcıları

Ya, ya da ki, və ya, gah, gah da,istər, istərsə

İştirak bağlayıcıları



Həm, həm də, o cümlədən, habelə, hətta

İnkarlıq bağlayıcıları Nə, nə də, nə də ki

Aydınlaşdırma 

bağlayıcıları



Yəni, yəni ki, məsələn


Bağlayıcıların mənaca növləri

Tabelilik bağlayıcıları

Səbəb bağlayıcıları

Çünki, ona görə ki, buna görə ki

onun üçün, ondan ötrü

Şərt bağlayıcıları



Əgər, hərgah, madam, indi ki, bir 

halda ki

Güzəşt bağlayıcıları



Hərçənd, hərçənd ki

Aydınlaşdırma

bağlayıcıları

Ki, belə ki



53. Bağlayıcılardan əvvəl və

ya sonra vergülün işlənməsi




Bağlayıcılardan əvvəl və ya 

sonra vergülün işlənməsi

1. Cümlədə təkrar olunan nə, gah, həm, ya bağlayıcılarından əvvəl 

(I-dən başqa) vergül qoyulur: Gah külək əsir, gah da yağış 

yağırdı.

2. Amma, ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur: 

Onu gördüm, amma danıdırmağa ürək etmədim.

3. Cümlədə təkrar olunan da, də bağlayıcısından sonra vergül 

qoyulur: Mən də, sən də, Gülşən də tədbirdə olmalıyıq.

4. Mürəkkəb cmləni təşkil edən sadə cümlələri bağlayan çünki, 

ona görə ki bağlayıcılarından əvvəl vergül qoyulur: O tez getdi, 

çünki təcili işi var idi. 

5. Yoxsa bağlayısından əvvəl vergül qoyulur: Danış, yoxsa elə 

bilərlər ki, də



54. Bağlayıcıların 

fərqləndirilməsi




Bağlayıcıların fərqləndirilməsi

1. Da, də bağlayıcı və ismin yerlik hal şəkilçisi. Bağlayıcı 

vurğusuz olur, ayrı yazılır. Mən də dərsə gecikdim. Məndə 



maraqlı kitab var.

2. Ki- bağlayıcı. Sifət düzəldən şəkilçi: bağlayıcı mürəkkəb 

cümləni əmələ gətirən sadə cümlələri bir- birinə bağlayır. Sifət 

düzəldən ki şəkilçisi zaman bildirən sözlərə artırılır. Mən dedim 

ki, onu tutmaq olmur. Səhərki hadisə məni sevindirdi.

3. İlə- bağlayıcı, qoşma: Qoşma kimi işlənərkən qoşulduğu 

sözlərlə birlikdə bir suala cavab verir, bir cümlə üzvü olur. 



Sənin ilə

İlə- bağlayıcı kimi işləndikdə onu vergül işarəsi ilə, yaxud da və 

bağlayısı ilə əvəz etmək olur.



4

Yüklə 19,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə