Mövzu: 13. İBTİDAİ SİNİFLƏRDƏ SİntaksiSİn təDRİSİ metodikasi sintaksis. Söz birləşməsi və cümlə mövzusunun tədrisi. Plan «Söz birləşməsi»



Yüklə 39,05 Kb.
səhifə1/3
tarix21.05.2023
ölçüsü39,05 Kb.
#111768
  1   2   3
ana dilinin tədrisi metodikası III kurs (11)


MÖVZU:13. İBTİDAİ SİNİFLƏRDƏ SİNTAKSİSİN TƏDRİSİ METODİKASI
Sintaksis. Söz birləşməsi və cümlə mövzusunun tədrisi.
Plan

  1. «Söz birləşməsi» və «Cümlə» mövzularının öyrədilmə metodikası.

    1. Cümlə üzvlərinə aid anlayışların öyrədilmə metodikası.

    2. Baş üzvlərin tədrisi

    3. Cümlənin II dərəcəli üzvlərinin tədrisi

  2. a)Sadə və mürəkkəb cümlələrin tədrisi.

b)Cümlənin intonasiyaya görə növlərinin tədrisi
ƏDƏBİYYAT
1. Y. Ş. Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.
3. A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.
4. B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.
5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
6. Ş. Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010
7. A. Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011
8. Y. Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005
9. İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,IVsiniflər üçün


Cümlə anlayışının formalaşdırılması yolları

İbtidai siniflərdə sintaksis praktik –nəzəri şəkildə tədris olunur. Burada əsas diqqət cümlə anlayışının formalaşdırılmasına verilir, çünki sintaksisin başlıca predimeti olan cümləni möhkəm dərk etmədən mükəmməl sintaktik biliyə yiyələnmək mümkün deyildir. Həm də bu anlayışların formalaşdırılması həmin anlayışlarla bir növ tanışlıq xarakteri daşıyır. Yəni həmin anlayışların bütün əlamət və xüsusiyyətləri yox, yalnız onların ən başlıca əlamətləri barədə şagirdlərə müəyyən məlumat verilir. Şagird məktəbə müəyyən cümlə ehtiyatı ilə gəlir. Yəni şagird cümlələr qurub öz fikrini bu və digər şəkildə ifadə edə bilir. A.Abdullayevin fikrincə, şagirdlər bunu iki yolla nail olur: 1. Ailədə, məişətdə, ünsiyyətdə, informasiya kanallarında eşitdikləri hazır cümlələrdən istifadə etmək yolu ilə; 2. Onların başa düşdüyü, mənasını anladığı sözlərdən müstəqil cümlələr qurmaq yolu ilə. Uşaq məktəbə gələnə qədər onun nitqindəki nəqli cümlələrlə bərabər sual cümlələri, nida cümlələri, əmr cümlələri də olur. Uşaq ona məlum olmayan cisim və hadisələr haqqında tez- tez suallar verir. Ailədə, məişətdə nəyi isə soruşur, sual cümlələrinin bəzi ifadə vasitələrindən (sual əvəzliklərindən sual ədatlarından, sual intonasiyasından) istifadə etməklə sual cümlələri qurur. Məsələn, “nənəm nə vaxt gələcək?”, “Əmim mənə hədiyyə alacaq?”, “Mənim oyuncaqlarıma dəymə ha!”, “Ata , mənə şəkilli kitab al!” və s. Deməli, uşaqların söz ehtiyatında xeyli cümlə növü mövcud olur, lakin məsələ burasındadır ki, şagirdlər onların cümlə olduğunu hələ yaxşı dərk etmirlər. Yəni şagird bunların sual, əmr və ya nida cümləsi olduğunu bilmir. Məktəbin vəzifəsi şagirdlərin cümlə ehtiyatı və cümlə qurmaq bacarığından istifadə etməklə bu zəmində onları cümlə tərkibi anlayışları ilə tanış etmək, nəqli, sual, nida cümlələri barədə onlara praktik yolla müəyyən nəzəri məlumatlar verməkdir. Bu məqsədlə də cümlə anlayışı ilə tanışlıq şagird məktəbə ilk qədəm qoyduğu gündən başlamalıdır. Nitqdən cümlələri ayırmaq, bu və ya digər sözü müəllimin tələbi ilə cümlədə işlətmək. Şəkillər üzrə cümlələr qurmaq (quş uçur, traktor yeri şumlayır, uşaqlar balıq tutur, bənna ev tikir, at qaçır və s.) şagirdlərdə cümlə anlayışının formalaşması üçün zəmin yaradır.


Hələ əlifbaya hazırlıq dövründə səs- heca təhlil tərkib üsulu ilə əlifba təliminə hazırlıq məqsədilə mətndən cümlələri ayırmaq, cümləni sözlərə, sözləri isə hecalara və səslərə ayırmaq üzrə aparmaq məşqlər, əlifba təlimi zamanı müəllimin tələbi ilə bu və ya digər sözü cümlədə işlətmək, şəklin altındakı sxemə uyğun şözlərə cümlələr qurmaq, şagirddə tanış olan bir hadisəni cümlə şəklində ifadə etmək və s. kimi təmrinlər şagirdlərdə cümlənin nə olduğunu anlamağa, dərk etməyə yönəldir və cümlə haqqında onlarda müəyyən təsəvvür yaradır.
III sinif şagirdlərinə «Söz birləşmələri» mövzusuna dair sadə məlumat aşılanır. Məktəblilər bu prosesdə öyrənirlər: Mənası bir-biri ilə bağlı olan iki sözə söz birləşməsi deyilir: gözəl çiçək, məktəb binası, çayın sahili. Söz birləşməsindəki sözlərin biri əsas, digəri asılı olur. Bunu sualların köməyi ilə bilmək mümkündür: 3) nəyin sahili? – çayın.

  1. necə çiçək? – gözəl; 2) nə binası? – məktəb

Söz birləşməsi bitmiş bir fikir bildirir. Mübtəda ilə xəbər birlikdə söz birləşməsi yaratmır. Onların birləşməsi fikir bildirməklə cümlə əmələ gətirir»
Şagirdlər söz birləşmələri və cümlələr üzərində müşahidə aparır, fərqi aşkara çıxarır və beləliklə, mövzunun şüurlu mənimsənilməsinə hazırlanırlar. Məsələn,

Söz birləşməsi

Cümlələr

Bulaq suyu

Bulağın suyu şirin olur

Taxıl zəmisi

Taxıl zəmisi dalğalanırdı

Ana vətən

Ana vətənim Azərbaycandır

Xəzərin sahili

Xəzərin sahili sərindir

Beləliklə, söz birləşmələrinə aid çalışmalar üzərində iş anlayışların aşılanması və möhkəmlənməsinə xidmət edir.
III sinif şagirdlərinə çatdırılır ki, söz birləşmələri iki müstəqil mənalı sözün birləşməsindən əmələ gəlir.
Söz birləşmələrini əmələ gətirən sözlərdən biri tabe söz, digəri tabeedici olur. Bir qayda olaraq tabe söz tabe edicini izah edir, konkretləşdirir, onun təyini olur. Məsələn,
Qalın kitab, balaca həyət, ahəngdar səs, qədim kitabələr, körpə ağac və s. Burada I tərəf ikinciyə yanaşır, necə? nə cür? hansı? Sualına cavab verməklə, II tərəfin təyini vəzifəsini daşıyır. Yəni bu birləşmələrdə I tərəf asılı, II tərəf əsas sözdür. Məsələn:

şirin

Çörək

sərin

Hava

söz

külək

çay

Su

Sonra şagirdlər öyrənirlər:
«Düzəltdiyiniz cüt sözlər söz birləşmələri adlanır. Söz birləşmələri iki cür olur: şəkilçisiz yaranan söz birləşmələri, şəkilçilərlə yaranan söz birləşmələri»
Məsələn,
1) günəşli şəhər, pəncərə şüşəsi, yaz havası, quş yumurtası, məktəbin həyəti, meyvənin şirəsi, sulu xörək, quş yuvası, taxıl biçini;
2) müqəddəs torpaq, azğın düşmən, yeddi oğul, yeni mənzil, kiçik məktub, geniş tala, ilk bahar və s.
Sonra şagirdlər öyrənirlər ki, «Nitqimiz cümlələrdən ibarətdir. Cümlə bitmiş fikri bildirir»;
«Sözlər mənasına görə müəyyən ardıcıllıqla düzüləndə bitmiş fikir bildirir. Cümlə bir və ya bir neçə sözdən əmələ gəlir və s.

Yüklə 39,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə