Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə1/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
  1   2   3   4   5   6   7   8   9   ...   15








BİZİ ƏHATƏ EDƏN MÜHİT

1.  HƏRƏKƏT MATERİYANIN XASSƏSİDİR

2.  TƏBİƏTDƏKİ QARŞILIQLI TƏSİRLƏR

3.  ENERJİ VƏ ENERJİ ÇEVRİLMƏLƏRİ

4.  İNSAN VƏ ƏTRAF MÜHİT

5.  MEŞƏLƏR PLANETİMİZİN “AĞCİYƏR”İDİR




1. HƏRƏKƏT MATERİYANIN XASSƏSİDİR

Uzun yay tətilindən sonra məktəbə qayıdan uşaqlar sinif yoldaşları ilə

görüşdüklərinə görə çox sevinirdilər. Artıq ilk dərs həftəsinin ikinci günü idi. Bu gün

fizika dərsi var idi. Müəllim şagirdlərə 6-cı sinifdə keçdiklərini təkrarlatmaq

məqsədilə suallar yazılmış vərəqlər payladı.

Vaqif gəminin üzməsi, yarpaqların Günəşə doğru çevrilməsi, almanın ağacdan

düşməsi, xizəkçinin qarlı yamacdan sürüşməsi, Günəş şüalarının yeri isitməsi,

ildırım boşalması və əlləri bir-birinə sürtdükdə onların qızması hadisələrini

qruplaşdırmalı idi.

Sizcə, Vaqif bu hadisələri necə qruplaşdıra bilər?

Ətrafımızdakı cisimlərin bir qisminin hərəkətli, bir qisminin isə nisbi sükunətdə

olduğunu həmişə müşahidə edirik. Həyat və hərəkət arasında sıx əlaqə vardır.

Canlılara xas olan əlamətlərdən biri məhz hərəkətdir. Bizə hərəkətsiz kimi görünən hər

hansı bir obyekt, əslində mövcud olduğu sistemlə birgə hərəkətdədir. Bütün varlıqların

hərəkətini adi gözlə müəyyən etmək bir qədər çətindir.



Hərəkət materiyanın mühüm xassələrindən biridir. Hərəkət materiyanın varlıq

formasıdır.





Zəlzələni, güclü küləkləri, vulkanı, bitkilərin qidalanmasını hərəkətlə necə

əlaqələndirə bilərsiniz? Bunu yoldaşlarınızla müzakirə edin

Ətrafımızda baş verən mexaniki, istilik, işıq, səs hadisələrinin hamısı, hətta bizə

hərəkətsiz görünən bitkilərin boy artması, yarpaqların işığa doğru, köklərin isə suya və

torpağa doğru yönəlməsi hərəkətin mövcudluğu ilə əlaqədardır.

Bitkilər və digər canlıların hüceyrələrində su, mineral maddələr və bir çox üzvi

maddələr hərəkət edir. Bu hərəkət nəticəsində canlılar qidalanır, tənəffüs edir,

böyüyür və s. Ürəyin yığılıb-açılaraq bütün üzvləri qanla təchiz etməsi nəticəsində

əksər heyvanlarda müxtəlif növ hərəkətlər baş verir.

Küstümotu bitkisinin yarpaqlarına toxunduqda yarpaqlar dərhal müvəqqəti olaraq

yığılır, günəbaxanın çiçək səbəti Günəşə doğru çevrilir. Bunlar hərəkətdir.

Top, uşaq arabası, qatar kimi cansız varlıqların hərəkət etməsi üçün onlara hər hansı

bir qüvvə ilə təsir edilməlidir. Necə bilirsiniz, iynəni, kağız qırıntılarını hərəkətə

gətirmək üçün onlara hansısa qüvvə təsir etməlidirmi?

Təbiətdə baş verən hadisələr: zəlzələ, sunami, atmosfer hadisələri də hərəkət

nəticəsində baş verir. Ən böyük dağıdıcı qüvvəyə malik olan zəlzələ zamanı Yer

səthində müəyyən ərazi qalxa, müəyyən ərazi isə enə bilər.

Çəkilmə hadisəsi

Atmosferdə, demək olar ki, hər gün müxtəlif hadisələrin baş verməsinin şahidi oluruq.

Bu hadisələrin bir qismi dağıntı, insan tələfatı ilə nəticələnir. Havanın hərəkəti

nəticəsində yaranan küləyin gücünün artması qorxulu təbiət hadisələrinə səbəb ola

bilir. Tornado və tayfunlar bu cür dağıdıcı külək növləridir.




Dünya okeanında su daim hərəkətdədir. Okeanda suyun hərəkətinə külək, sualtı

zəlzələ və vulkan püskür-




mələri ilə yanaşı, Ay və qismən Günəşin cazibə qüvvəsi təsir edir. Ay və qismən

Günəşin cazibə qüvvəsinin təsiri nəticəsində suyun qurunu basması – qabarma, sonra

isə geri qayıtması – çəkilmə baş verir.

Gördüyünüz kimi, təbiətdə baş verən hadisələr səbəbsiz deyil. Bu hadisələrin sirrini

açmaqda sizə əldə edəcəyiniz bilik və bacarıqlar yardımçı olacaq.

1.  Otağın bir küncünə ətir dağılarsa, onun iyi tez bir zamanda bütün otağa

yayılar. Sizcə, buna səbəb nədir?

2.  Su damcıları krandan bir düz xətt üzrə düşür. Bunu hərəkət adlandırmaq

olarmı? Səbəbini izah edin.

3.  Nüvə silahının hər hansı bir ərazidə sınaqdan keçirilməsi, ətraf ərazilərdə də

radiasiyanın yayılmasına səbəb olur. 

Bunu necə izah edə bilərsiniz?

4.  Dağların hansı təbii proseslərin təsiri ilə yaranması haqqında məlumat

toplayın.

2. TƏBİƏTDƏKİ QARŞILIQLI TƏSIRLƏR

Qədim zamanlarda insanlar təbiətdə baş verən bir çox hadisələrin səbəblərini

bilmirdilər. Zaman keçdikcə aparılan müşahidələr, araşdırmalar, tədqiqatlar,

təbiətdə baş verən hadisələrin səbəbləri haqqında çoxlu məlumat əldə etməyə

imkan vermişdir.

Təbiətdə baş verən hadisələr müxtəlif olduğu kimi, onlar arasındakı qarşılıqlı təsir

də müxtəlifdir. Bir çox hadisələrin başvermə səbəbi də məhz qarşılıqlı təsirlə izah

olunur


Təbiətdə baş verən hansı hadisələri qarşılıqlı təsirlə əlaqələndirmək olar?


Verilmiş mətnə əsasən qarşılıqlı təsirləri

müəyyənləşdirin.

Qızmar yay günlərindən biri idi. İki dost alma ağacının kölgəsində oturmuşdu.

Onlardan biri cibindən iki rezin şar çıxarıb üfürdü və bir-birinə sürtdü. Şarları əlinə

toxundurduqda onların əlinə yapışdığını nümayiş etdirdi. Digəri isə üfüqün

cəhətlərini müəyyən etmək üçün kompası işlək vəziyyətə gətirdi. Bu zaman əsən

külək ağacdan bir neçə almanı yerə saldı.

 

Qarşılıqlı təsirin bu növləri barədə ətraflı məlumatı siz yuxarı siniflərdə əldə



edəcəksiniz.

Bütün cisimlər hərəkət prosesində bir-birinə qarşılıqlı təsir edir. Müşahidə olunan

qarşılıqlı təsirlər müxtəlifdir: əsən külək ağacı silkələyir, meşə zolağı isə küləyin

sürətini azaldır. Bütün cisimlər bir-birini cəzb edir. Maqnitin eyniadlı qütbləri bir-birini

itələyir. Eyni işarəli yüklənmiş iki cisim bir-birini itələyir, müxtəlif işarəli yüklənmiş

cisimlər isə bir-birini cəzb edir.



Qarşılıqlı təsir cisimlər arasında toxunma ilə və ya toxunma olmadan da baş

verə bilər.

Təbiətdə dörd növ qarşılıqlı təsir mövcuddur:

qravitasiya

elektromaqnit

qüvvətli

qarşılıqlı təsir

zəif qarşılıqlı

təsir


Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə