Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Dilin lüğət tərkibinin bölgüsünə dair; 26. Əsas və köməkçi sözlər



Yüklə 79,27 Kb.
səhifə17/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
Dilçiliyə giriş cavablar

24. Dilin lüğət tərkibinin bölgüsünə dair; 26. Əsas və köməkçi sözlər;
Azərbaycan dilinin lüğət tərkibi həyatla, məişətlə bağlı olaraq yaranmış və formalaşmışdır. Dil yaranandan onun lüğət tərkibi yaranmış, inkişaf etmiş və formalaşmışdır. Bu mənada lüğət tərkibi sabit qalmamış, dəyişmiş və yeniləşmişdir.
Dildəki anlayışları ifadə edən sözlər, onların omonim, sinonim və antonimləri nə qədər çox olarsa, dilin lüğət tərkibi bir o qədər zəngin olar.
Dilin lüğət tərkibinin dəyişməsi 3 hal üzrə daha çox diqqəti cəlb edir:

  1. Yeni sözlərin yaranması hesabına;

  2. Köhnəlmiş sözlərin hesabına;

  3. Sözlərin mənasının dəyişməsi hesabına.

Dilin lüğət tərkibinin əsas və əlavə (köməkçi) hissəsi.
Dilin lüğət tərkibində olan sözlərdən hamı eyni şəkildə istifadə etmir. Sistematik istifadə olunan sözlər dilin lüğət tərkibinin əsas hissəsinə, sistematik istifadə olunmayanlar isə əlavə hissəsinə daxil olur. Bu mənada dilin lüğət tərkibi əsas və əlavə hissələrdən ibarətdir.
Əsas hissə zəruri əşyaların, predmetlərin, məhfumların adıdır.
Dilin lüğət tərkibinin əlavə hissəsi isə zəruri olmayan predmetlərin, əşya və məhfumların adıdır. Bura – dialektizmlər, arxaizmlər, loru sözlər, vulqarizmlər, terminlər və s. daxil etmək olar.
25. Əsas sözdüzəltmə üsulları. Konversiya.
Söz yaradıcılığının aşağıdakı üsulları vardır:

  1. Söz kökünə müxtəlif şəkilçilər artırılmaqla söz düzəldilməsi;

  2. Söz kökünə söz artırılmaqla söz düzəldilməsi;

  3. Sözün bir nitq hissəsindən başqa nitq hissəsinə keçməsi ilə söz düzəldilməsi;

  4. Sözə yeni məna verməklə söz düzəldilməsi.

Bunlardan ilki, dilçilik ədəbiyyatında morfoloji üsulla söz yaradıcılığı da adlanır.
Söz yaradıcılığının ikinci üsulu, dilçilikdə daha çox sintaktik yolla söz yaradıcılığı adlanır.
Sözün bir nitq hissəsindən başqasına keçməsi ilə söz düzəltmə nitq hissələrinin xüsusi morfoloji əlamətləri, daha doğrus, sözdüzəldici şəkilçiləri olmayan dillərdə geniş yayılmışdır. Söz yaradıcılığının bu üsuluna konversiya da deyilir. Konversiyanı nitq hissələrinin müxtəlif cümlə üzvləri vəzifəsində işlənməsi kimi sintaktik hadisə ilə məhdudlaşdırmaq olmaz. Bu, konversiyanın yalnız bir növü, bəzilərinin göstərdiyi kimi, təsadüfi konversiya hesab edilə bilər.
Konversiyanın müxtəlif növləri vardır: substantivləşmə, pronominallaşdırma, verballaşma, adverbiallaşma, konyunksionallaşma və s.
Konversiya özünü 4 səviyyədə göstərir:

  1. Sintaktik konversiya;

  2. Morfoloji konversiya;

  3. Semantik-sintaktik konversiya;

  4. Semantik konversiya.


Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə