Azərbaycan dilinin morfologiyası-sözün leksik və qrammatik xüsusiyyətləri Bizi əhatə edən aləmdə hər bir əşya, hərəkət, əlamət, hadisə və s müəyyən bir sözlə ifadə olunur. Bu sözlər dilin lüğət tərkibini təşkil edir



Yüklə 14,94 Kb.
tarix06.02.2018
ölçüsü14,94 Kb.
#26236

Ad:
Soyad:


Kurs:1
Qrup:
Fakültə:Biznes və Menecment
Mövzu :Azərbaycan dilinin morfologiyası-sözün leksik və qrammatik xüsusiyyətləri
Azərbaycan dilinin morfologiyası-sözün leksik və qrammatik xüsusiyyətləri
Bizi əhatə edən aləmdə hər bir əşya, hərəkət, əlamət, hadisə və s. müəyyən bir sözlə ifadə olunur. Bu sözlər dilin lüğət tərkibini təşkil edir.

Dilin lüğət tərkibindəki sözlərin cəmi leksika (yunanca leksis -söz, ifadə deməkdir) adlanır.

Dilçiliyin leksikasını öyrənən bölməsi leksikologiya adlanır.

Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.

Sözün leksik və qrammatik mənası

Hər bir sözün ifadə etdiyi məna onun leksik mənası adlamr.

Sözlərin leksik mənası izahlı lüğətlərdə verilir. Sözün leksik mənası müxtəlif yollarla izah olunur:

  1. Sözün məzmununu, əlamət və xüsusiyyətlərini izah etməklə: pərvanə – işığa, oda can atan kiçik kəpənək.

  2. Sözə yaxmmənalı sözlər (sinonimlər) seçməklə: xəsis – simic.

  3. Sözə əks mənalı sözlər (antonimlər) seçməklə: sevinc – kədər.

  4. Sözün hissələrini izah etməklə. Bu yolla, əsasən, düzəltmə və mürəkkəb sözlərin leksik mənalarım izah etmək olar. Bədbin – dilimizdə bu söz «ümidsiz, küskün, hər şeyə inamsız baxan, gələcəyə inanmayan» mənasında işlənir. «Bədbin» sözünün əks mənası «nikbin»dir. «Bəd» sözü fars dilində «pis», «bin» isə «görmək» mənasındadır.

  5. Sözün leksik mənası ilə yanaşı qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hansı nitq hissəsi olduğunu, bir nitq hissəsi olaraq hansı xüsusiyyətlərə malik olmasını, hansı sintaktik vəzifə daşıya bilməsini bildirir.

Hərəkət – isimdir, ? sualına cavab verir, sadədir, ümumidir, mücərrədir, mübtəda, tamamlıq və xəbər vəzifəsində işlənə bilər.

Həm əsas, həm köməkçi nitq hissələrinin, həm də şəkilçilərin qrammatik mənası olur.

Leksik məna

Söz

Qrammatik məna

küləyin gücündən dənizin şiddətlə dalğalanması; tufan, qasırğa

fırtına

isimdir, sadədir, ümu- midir, cümlədə mübtəda, tamamlıq və xəbər vəzifəsində işlənə bilər

sürətlə getmək, ötüb keçmək

şütümək

feldir, sadədir, təsirsizdir, məlum növdədir, məsdər formasındadır

Sözün Qramatik mənası deyildik də isə onun hansı nitq hissəsinə aid olduğu nəzərdə tutulur.Bunu daha aydın yuxardakı misalda görmək olar.
Yüklə 14,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə