DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   45

1.8. Şüalanma
Bütün planetlərin, o cümlədən Yer kürəsinin əsas enerji mənbəyi Günəşdir. Alimlər
müəyyənləşdirmişlər ki, Yerdən 150000000 km uzaqlıqda olmasına baxmayaraq,
Günəşdən Yerə hər saniyədə 1014kC enerji ötürülür. Bu enerji atmosferi, torpağı,
dəniz və okeanları qızdırır, Yerdə həyatı təmin edir.
Günəşdən Yerə və digər planetlərə enerji verilməsi hansı üsulla baş verir?
ARAŞDIRMA-1
İstilik qəbuledicisi ilə eksperiment
Təchizat: istilik qəbuledicisi (2 əd.), rezin şlanq, mayeli manometr (2 əd.), gecə
lampası 
(2 əd.: 60 Vt və 100 Vt), ştativ altlığı.
İstilik qəbuledicisinin quruluşu. İstilik qəbuledicisi adlanan cihaz -nazik metal divarlı
kiçik silindrik qutudur. Qutu plastmas dəstəklə təchiz edilmişdir. Qutunun içərisində
hava vardır ki, o, cihazdaki borudan asanlıqla çıxa bilər. Həmin boru şlanq vasitəsilə
manometrə birləşdirilir. Qutunun bir səthi qara, digər səthi isə ağ rənglə boyanmışdır
(a).
İşin gedişi:
1.  Altlıqlara bərkidilən istilik qəbuledicilərini şlanq vasitəsilə manometrlərə
birləşdirib müxtəlif səthlərini qarşı-qarşıya çevirin.
2.  60 Vt-lıq lampanı yandırın və onu qəbuledicilərin arasında eyni məsafədə
yerləşdirin. 1 dəq gözləyin və manometrlərdə mayelərin səviyyələrinin
dəyişməsini müşahidə edin (manometrlər qutulardakı havanın təzyiqini
göstərir).
3.  Lampanı söndürüb onu 100 Vt-lıq lampa ilə əvəz edin və təcrübəni təkrarlayın.
Bu zaman manometrlərdə təzyiqin dəyişməsinə diqqət yetirin.


4.  Qara səthli istilik qəbuledicisini lampanın altında yerləşdirin və manometri
izləyin.
Nəticəni müzakirə edin:
Nə üçün lampanı yandırdıqda qara səthli istilik qəbuledicisinin birləşdiyi
manometr ağ səthli qəbuledicinin birləşdiyi manometrdən daha böyük təzyiq
göstərir (b və c)?
Lampanı daha parlaq lampa ilə əvəz etdikdə manometrlərdə təzyiq necə
dəyişdi?
Qara səthli qəbuledicini lampanın altında yerləşdirdikdə manometrdə təzyiqin
dəyişməsi sizə hansı nəticəni çıxarmağa əsas verir?
Lampadan istilik enerjisi qəbulediciyə hansı üsulla və hansı sürətlə verildi? Nə
üçün istilikvermə sürətlə baş verdi?
Şüalanma
Yer atmosferindən kənardakı fəza - Günəş ilə Yer arasındakı kosmik fəza - demək
olar, vakuumdur. Vakuumda isə enerjinin istilikkeçirmə və konveksiya ilə verilməsi
qeyri-mümkündür. Ona görə də deyəndə ki, Günəşdən Yerə külli miqdarda enerji
daxil olur, biz istilikvermənin yeni bir növü ilə qarşılaşmış oluruq, bu, şüalanmadır.
Şüalanma — enerjinin bir cisimdən digərinə şüalar (görünən və görünməyən)
vasitəsilə verilməsidir.
Şüalanma istilikvermənin digər növlərindən bir neçə xassəsi ilə fərqlənir: 
- vakuumda (heç bir maddə olmayan mühit) yayıla bilir; 
- böyük məsafələrə yayıla bilir; 
- çox yüksək sürətlə (≈ 3 · 10  km 
san) yayıla bilir; 
- bütün istiqamətlərə yayıla bilir.
5


Şüalanma mənbəyi təbii və süni (insanların yaratdığı) ola bilər. Yer üçün ən böyük
təbii şüalanma mənbəyi olan Günəş həm işıq, həm də istilik şüalandırır. Qaranlıqda
işıqsaçma xüsusiyyətinə malik işıldayan böcəklər, suda yaşayan bəzi canlılar və s.
təbii şüalanma mənbələridir.
İnsanların düzəltdikləri elektrik közərmə lampası, kerosin çırağı və s. isə süni işıq və
istilik mənbəyidir.
Şüanın qayıtması (əksetməsi) və udulması
Cisimdən şüalanan enerji digər cisimlərin səthinə çatdıqda onun bir hissəsi həmin
səth tərəfindən udulur, digər hissəsi isə əks olunur. Cisim şüalanan enerjini
udduqda onun daxili enerjisi artır və o qızır. Tünd və açıqrəngli səthlər müxtəlif
şüaudma qabiliyyətinə malikdir. Belə ki, tünd (qara) rəngli səthlər enerji şüalarını
daha yaxşı udur, açıqrəngli səthlər isə, əksinə, şüaları daha yaxşı əks etdirir.
Araşdırmada bunu istilik qəbuledicisi ilə yoxladınız: qəbuledicinin qara rəngli səthi
daha çox enerji udduğundan qutudakı havanın daxili enerjisinin və temperaturunun
artması nəticəsində havanın təzyiqi də artaraq manometrin qolundakı mayeni daha
çox aşağı sıxır. Qəbuledicinin ağ rəngli səthi isə şüaları daha çox əks etdirdiyindən
az enerji qəbul edir. Ondakı havanın daxili enerjisinin və temperaturunun az
dəyişməsi nəticəsində təzyiqi də az artır, manometrin qolundakı mayeni cüzi aşağı
sıxır. Cismin şüaudma xüsusiyyətinin onun səthinin rəngindən asılılığı texnika və
məişətdə geniş


istifadə olunur; məsələn, təyyarənin gövdəsi, adətən, gümüşü-ağ rənglə örtülür ki, o,
atmosferin yuxarı qatlarında uçarkən günəş şüalarını çox əks etdirsin və az qızsın.
Əksinə, Günəş enerjisindən qızdırıcı məqsədilə istifadə etmək üçün uyğun
qurğuların səthi tünd rənglə boyanır. Belə qurğulara günəş batareyalarını,
suqızdırıcıları və s.-ni misal göstərmək olar.
BİLİRSİNİZMİ?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
Şəkildə ocaq istisində əllərin və metal çubuğun qızdırılması təsvir edilmişdir. İstiliyin
istilikkeçirmə, konveksiya və şüalanma ilə verilməsi hansı rəqəmlə işarə edilmişdir? 
Cavabınızı əsaslandırın.
AÇAR SÖZLƏR 
Şüa 
Şüaudma 
Əks etdirmək 
Şüalanma
NƏ ÖYRƏNDİNİZ? 
_enerjinin bir cisimdən digərinə__(görünən və görünməyən) vasitəsilə verilməsidir.
Tünd və açıqrəngli səthlər müxtəlif__qabiliyyətinə malikdir. Belə ki, tündrəngli
səthlər şüalanan enerjini daha yaxşı udur, açıqrəngli səthlər isə, əksinə, şüaları daha
yaxşı__.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
Bütün cisimlər temperaturundan asılı olmayaraq enerji şüalandırır. Lakin cismin
temperaturu aşağı olduqda o, gözəgörünməz şüalar buraxır. Temperatur
yüksəldikcə cisim işıqlanmağa başlayır və görünən şüalanma yaradır: əvvəlcə
qırmızı, sonra narıncı, sarı və s. rəngdə işıqlanır. Təcrübədən müəyyən edilmişdir
ki, cismin temperaturu 5800°C olduqda o ən çox sarı rəngli şüalar buraxır. Bu
əlamətə əsasən, Günəşin səthindəki temperatur təyin olunmuşdur.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə