DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45


Nəticəni müzakirə edin:
Sudakı termometr neçə dərəcəni göstərir?
Suda yerləşdirilən əşyaların temperaturları haqqında nə deyə bilərsiniz?
Bu əşyaların hər birinə ayrılıqda toxunduqda hansını daha isti hiss etdiniz?
Nə üçün tava, çaydan və qazanlar metaldan, dəstəkləri isə plastmasdan, yaxud
taxtadan hazırlanır?
İsti sudakı əşyaların hər biri “soyuq” cismə (əlimizə) toxunduqda ona istilik verir.
İstilikvermə zəif baş verirsə, əlimizin cismə toxunan hissəsində (taxta qaşıq,
plastmas və şüşə çubuq) temperaturun zəif yüksəlməsi hiss olunur; əgər
istilikvermə sürətli baş verirsə, əlimizlə cisimdə daha böyük istilik hiss edirik,
məsələn, metal qaşıqda. Əslində isə sudakı əşyaların hamısının temperaturu suyun
temperaturu ilə eynidir.
Cisimlərin temperaturları eynidirsə, onlar istilik tarazlığında olur.
Toxunan cisimlərin temperaturları müxtəlifdirsə, istilik tarazlığı yaranana qədər bu
cisimlər arasında istilik mübadiləsi baş verir.
Temperatur şkalaları
Bilirsiniz ki, cisimlərin temperaturu termometr adlanan cihazla ölçülür (bax: “Fizika –
6”, səh. 69). İxtiyari ölçü cihazı kimi termometr də şkalaya malikdir. Termometr
şkalasını qurmaq üçün temperaturun iki əsas istinad nöqtəsi götürülür, sonra isə bu
nöqtələrarası məsafə bərabər hissələrə bölünərək uyğun temperatur vahidinə görə
dərəcələnir. Məsələn, məişətdə
istifadə etdiyimiz termometr temperaturu Selsi dərəcə (0°C) ilə göstərir. Bu
termometr şkalasında 0°C normal atmosfer təzyiqində buzun ərimə temperaturu,
100°C isə normal atmosfer təzyiqində suyun qaynama temperaturu istinad
nöqtələri kimi götürülmüşdür. 
ABŞ və İngiltərədə istifadə edilən termometrlərin şkalası isə Farenheyt dərəcə t  ( )
vahidi ilə dərəcələnmişdir. Farenheyt şkalasına görə buzun ərimə temperaturu 32 ,
suyun qaynama temperaturu isə 212°F uyğundur. Selsi və Farenheyt şkalaları
F


arasında aşağıdakı münasibət var:
t°C = 5 
9 (t°F - 32)
və ya
t°F = 9 
5 t°C + 32.


1848-ci ildə ingilis fiziki Uilyam Tomson (lord Kelvin) temperaturun yeni şkalasını
təklif edir. Bu şkala mütləq temperatur və ya Kelvin şkalası adlanır. Mütləq
temperatur T hərfi ilə işarə edilir və onun vahidi kelvindir (K). Kelvin şkalasında sıfır
nöqtəsi (0 K) təbiətdə mümkün olan ən aşağı temperatur olub mütləq sıfır
temperaturu adlanır. Mütləq sıfır temperaturunda maddə mole- kulları istilik
hərəkətlərini dayandırır - molekulların orta kinetik enerjiləri sıfıra bərabər olur.
Selsi şkalasında mütləq sıfıra uyğun temperatur -273°C-dir (daha dəqiq - 273,15°C-
dir). Kelvin şkalasına görə buzun ərimə temperaturu 273 K, suyun qaynama
temperaturu isə 373 K-dir. Kelvin və Selsi şkalaları ilə ölçülən temperaturlar arasında
aşağıdakı münasibət mövcuddur:
T (K) = t (°C) + 273 və ya t(°C) = T(K) - 273.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
Cədvəli tamamlayın:

t (°C)
t (°F)
T (K)
1
36
96,8
309
2
...
32
...
3
...
...
253
AÇAR SÖZLƏR 
Mütləq sıfır 
İstilik mübadiləsi 
İstilik tarazlığı
NƏ ÖYRƏNDİNİZ? 
Cisimlərin temperaturları eynidirsə, onlar__olur. Toxunan cisimlərin temperaturları
Uilyam Tomson (lord Kelvin) 
(1824-1907) 
ingilis fiziki
İstilik hadisələrini tədqiq edən “Termodinamika” elm sahəsinin banilərindən
biridir.
F


müxtəlifdirsə, istilik tarazlığı yaranana qədər bu cisimlər arasında__baş verir. Kelvin
şkala- sında sıfır nöqtəsi təbiətdə mümkün olan ən aşağı temperatur
olub__temperaturu adlanır.


ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Suyun temperaturunu ölçmək üçün onun içərisinə daxil edilən termometr hansı
halda istilik alar, hansı halda istilik verər?
2.  Bədəninizin temperaturunu t (°F) və T (K) ilə ifadə edin.
3.  Kelvin şkalasında mənfi temperatur varmı? Nə üçün?
ÇALIŞMA-1
1.  Əlinizi otaqdakı yaş və quru taxta lövhəyə toxundurduqda nə üçün yaş taxta
lövhəni quru taxta lövhə ilə müqayisədə daha soyuq hiss edirsiniz?
2.  Selsi şkalasında buzun ərimə temperaturu ilə suyun qaynama temperaturu
arasındakı fərq 100°C-dir. Bu fərq Farenheyt və Kelvin şkalalarında uyğun olaraq
neçə t (°F) və T (K)-dir?
3.  Maddənin quruluşunun molekulyar baxımdan izahına görə temperatur hansı
fiziki kəmiyyətlərdən asılıdır?
4.  Bakıda qış aylarında havanın orta temperaturu -2°C, yay aylarında isə 33°C olur.
Bu temperaturları Farenheytlə ifadə edin.
5.  Təyyarə Yer səthindən 10 km yüksəklikdə uçur. Təyyarənin salonunda
temperatur 20°C, onun bortundan kənarda isə -58°C-dir. Temperaturlar fərqi
neçə t(°C) və T(K)-dır?
F
F


1.4. Daxili enerji
Çox qədimlərdə insanlar cisimləri bir-birinə sürtər və sürtünən yerə quru çöplər
yaxınlaşdırmaqla od əldə edərdilər. 
Çöpləri alovlandıran hansı enerjidir?
Mis məftili eyni yerdən dəfələrlə qatlayıb düzəldin. Bu zaman həmin yerin bir qədər
qalınlaşdığını və eyni zamanda xeyli qızdığını müşahidə edirsiniz.
Məftilin qatlanan yerinin qalınlaşmasının və qızmasının səbəbi nədir?
ARAŞDIRMA-1
Mexaniki enerji hara yox oldu?
Təchizat: plastilin kürə (diametri 6–8sm), metal lövhə, elektron termometr. 
İşin gedişi:
1.  Kürə və lövhənin temperaturlarını ölçüb iş vərəqində qeyd edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə