DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

1.  Şüalanma istilikvermənin digər növlərindən nə ilə fərqlənir?
2.  Nə üçün yayda ağ, qışda isə tündrəngli paltarlara üstünlük verilir?
3.  Nə üçün hislə örtülən qar təmiz qara nisbətən daha tez əriyir?
4.  Hansı torpaq günəş şüaları altında daha yaxşı qızır: qara torpaq, yaxud qızılı?
Cavabınızı əsaslandırın.


ÇALIŞMA-2
1.  Şəkildə termosun kəsiyi təsvir edilmişdir. O, arasından havası çıxarılmış ikiqat
divarlı kolbadan ibarətdir. Kolbanın səthi parlaq gümüşü təbəqə ilə
örtülmüşdür. Nə üçün kolba parlaq təbəqə ilə örtülür və ikiqat divarlı hazırlanır?
2.  Bəzi quşlar, məsələn, Sibir xoruzu, tetra quşu, kəklik və s. quşlar qar komasında
gizlənir, orada bir neçə sutka qalırlar. Belə yuvada quşlar nə üçün donmur?
3.  Sınaq şüşəsində hava qızdırılır (a), su isə qaynadılır (b). Lakin əlimiz yüksək
temperatur hiss etmir, nə üçün? Cavabınızı əsaslandırın.
4.  Yer ətrafında hərəkətdə olan kosmik stansiyada qızdırılan cisimdən istiliyi
ötürmək çətindir, nə üçün?
5.  Vakuumda yerləşən iki cisim arasında istilik mübadiləsi hansı üsulla baş verir:
konveksiya, şüalanma, yaxud istilikkeçirmə?


ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. Cisim enerjini udmaqdan çox, şüalandırarsa, onun daxili enerjisi və
temperaturu necə dəyişər?
A) Cismin daxili enerjisi artar, temperaturu azalar. 
B) Cismin daxili enerjisi azalar, temperaturu azalar. 
C) Cismin daxili enerjisi artar, temperaturu artar. 
D) Cismin daxili enerjisi azalar, temperaturu artar. 
E) Cismin daxili enerjisi dəyişməz, temperaturu dəyişməz.
2. Temperaturları 20°C (I cisim) və 65°C (II cisim) olan iki cisim arasında istilik
mübadiləsi nəticəsində bu cisimlərin daxili enerjiləri necə dəyişər?
A) I cismin daxili enerjisi artar, II cismin daxili enerjisi azalar. 
B) I cismin daxili enerjisi azalar, II cismin daxili enerjisi artar. 
C) I cismin daxili enerjisi dəyişməz, II cismin daxili enerjisi azalar. 
D) I cismin daxili enerjisi artar, II cismin daxili enerjisi dəyişməz. 
E) I cismin daxili enerjisi dəyişməz, II cismin daxili enerjisi dəyişməz.
3. Hansı fiziki kəmiyyətin dəyişməsi cismin daxili enerjisinin dəyişməsinə
səbəb ola bilər (müqavimət və sürtünmə qüvvəsinin təsiri nəzərə alınmır)?
A) Cismin potensial enerjisinin. 
B) Cismin kinetik enerjisinin. 
C) Cismin sürətinin. 
D) Cismin temperaturunun. 
E) Cismin Yerdən olan məsafəsinin.
4. Hansı cisimdə konveksiya mümkün deyildir?
A) Yalnız mayedə. 
B) Yalnız qazda. 
C) Yalnız bərk cisimdə. 
D) Maye və qazda. 
E) Bərk cisim və mayedə.
5. Şəkidə qış aylarında havanın orta temperaturu -5°C, yay aylarında isə 28°C
olur. Bu temperaturları Kelvinlə ifadə edin.
A) 278 K və 301 K. 
B) 278 K və 245 K. 
C) 268 K və 301 K. 
D) 268 K və 245 K. 
E) 5 K və 29 K.
6. Cismin temperaturu onu təşkil edən molekulların ... asılıdır.
A) sayından. 
B) ölçüsündən. 
C) düzülüşündən. 
D) aralarındakı məsafədən. 
E) sürətindən.



2.1. İstilik miqdarı
Fincandakı ilıq çayı qızdırmaq üçün, adətən, onun üzərinə bir qədər qaynar su əlavə
edirik. Bu zaman ilıq çay ilə qaynar suyun temperaturları tarazlaşana qədər onlar
arasında istilik mübadiləsi baş verir - mayelərin daxili enerjiləri dəyişir.
İstilik mübadiləsi zamanı fincandakı
çay və suyun daxili enerjisi necə
dəyişir: hansı mayenin daxili enerjisi
azalır, hansının daxili enerjisi artır? Nə
üçün?
Mayenin daxili enerjisinin nə qədər
artdığı və ya nə qədər azaldığını təyin
etmək olarmı?
Cisimlər arasında istilikvermə ilə baş verən daxili enerjinin dəyişmə prosesi istilik
miqdarı adlanan fiziki kəmiyyətlə xarakterizə edilir.
İstilik miqdarı —istilikvermə prosesində cismin aldığı və ya verdiyi enerjidir.
İstilik miqdarı Q hərfi ilə işarə olunur və BS-də vahidi couldur:
[Q] = 1C.
BİLİRSİNİZMİ?
İstilik miqdarının kalori adlanan digər vahidi də vardır. Kalori – 1 q kütləli suyu
1°C qızdırmaq üçün tələb olunan istilik miqdarıdır. Coul ilə kalori arasında
münasibət belədir:
1 kal ≈ 4,19 C.
Kaloridən (və ya kilokaloridən), adətən, ərzağın energetik əhəmiyyətini
qiymətləndirmək üçün istifadə olunur. Belə ki, ərzaqda kalorinin miqdarı
orqanizmin ondan aldığı enerjinin miqdarı ilə təyin edilir. Orqanizm kalorini
ərzaqdakı zülal, piy, karbohidrat kimi tərkib hissələrdən alır.


İstilik miqdarı nədən asılıdır?
ARAŞDIRMA-1
İstilik miqdarı kütlədən necə asılıdır?
Təchizat: elektrik plitəsi (qızdırıcı), yastı alüminium qab (18–24 sm diametrli),
laboratoriya 
stəkanı (2 əd. 150 q-lıq), su (2 l), laboratoriya termometri (2 əd.), menzurka. 
İşin gedişi:
1.  Stəkanlardan birinə 100 q, digərinə 50 q su töküb alüminium qabda yerləşdirin.
Sonra isə alüminium qaba birinci stəkandakı mayenin səviyyəsindən azca yuxarı
olmaqla su töküb elektrik plitəsinin üzərinə qoyun (a).
2.  Termometrləri stəkanlara daxil edin, 1 dəq gözləyin və suların ilk
temperaturunu qeyd edin; o eynidir.
3.  Qızdırıcını işə salın və stəkanlardakı suyu su vannasında qızdırmağa başlayın. 5
dəq gözləyin və stəkanlardakı termometrlərin göstəricilərini qeyd edin.
Nəticəni müzakirə edin:
Hər iki stəkana eyni vaxtda eyni istilik miqdarı verdiniz, bu zaman nə müşahidə
etdiniz?
Eksperimentdən hansı nəticəyə gəlmək olar: verilən mayeni müəyyən
temperatura qədər qızdırmaq üçün ona verilən istilik miqdarı nədən asılıdır?
Araşdırmadan məlum oldu ki, eyni vaxtda stəkanlardakı sular eyni miqdarda istilik
almalarına baxmayaraq, böyük kütləli su kiçik kütləli suya nəzərən daha az qızır.
Verilən cismi müəyyən temperatura qədər qızdırmaq üçün tələb olunan istilik
miqdarı bu cismin kütləsindən asılıdır.
Bu o deməkdir ki, müxtəlif kütləli cismi eyni temperatura qədər qızdırmaq üçün böyük
kütləli cismə daha çox istilik miqdarı vermək lazımdır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə