DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

üçün tələb olunan istilik miqdarına
bərabər fiziki kəmiyyətdir.
kq-nı 1°C (və ya 1K) qızdırmaq üçün 1C
istilik miqdarı sərf olunsun.


Xüsusi istilik tutumu maddənin növündən asılıdır. Cədvəl 2.1-də bəzi maddələrin
təcrübədən təyin edilmiş xüsusi istilik tutumları verilir.
Cədvəl 2.1. Bəzi maddələrin xüsusi istilik tutumu.
Maddə
c, C 
kq · °C
Maddə
c, C 
kq · °C
Maddə
c, C 
kq · °C
Qızıl
130
Polad
500
Hava
1000
Civə
140
Çuqun
540
Bitki yağı
1700
Qurğuşun
140
Daş
800
Su buxarı
2000
Qalay
230
Şüşə
840
Buz
2100
Gümüş
250
Mərmər
840
Kerosin
2100
Mis
400
Kərpic
880
Spirt
2500
Dəmir
460
Alüminium
920
Su
4200
Xüsusi istilik tutumu ilə cismin kütləsinin hasilinə bərabər fiziki kəmiyyət maddənin
istilik tutumu (C) adlanır:
C = cm.
Diqqət! 
Q = cm (t  - t ) düsturu
cisimdən ayrılan istilik
miqdarını da
hesablamağa imkan
verir. Soyuyan cismin
son t  temperaturu
onun başlanğıc t
temperaturundan kiçik
olduğundan cismin
temperatur dəyişməsi
mənfi qiymət alır. Ona
görə də cisimdən ayrılan
istilik miqdarı da mənfi
qiymət alır ki, bu da
həmin cismin daxili
enerjisinin azalmasını
göstərir.
1
2
2
1


İstilik tutumunu hesablamaq üçün cismin qızmasına sərf edilən istilik miqdarını
temperatur dəyişməsinə bölmək lazımdır.
C = Q 
( - )
İstilik tutumunun vahidi coul böl dərəcə selsi və ya coul böl kelvindir:
[C] = [Q] 
[ / ] = 1C 
°C = 1C 
K'
istilik tutumu - ədədi qiymətcə verilmiş cismi 1°C (və ya 1K) qızdırmaq üçün sərf edilən
istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir.
BİLİRSİNİZMİ?
2
1
2
1
2.1 cədvəlindən göründüyü kimi, suyun xüsusi istilik tutumu çox böyükdür. Ona
görə də isti yay aylarında Xəzər dənizi böyük miqdar istilik udaraq qızır. Nəticədə
Xəzəryanı sahillərdə hava nisbətən sərin olur. Qışda isə əksinə, dəniz suyu
soyuyaraq ətrafa böyük miqdarda istilik verdiyindən Xəzəryanı sahillərdə hava
başqa yerlərə nisbətən mülayim keçir.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
Məsələləri həll edin
1.  Hansı cisim eyni şəraitdə 20ºC temperaturdan 100ºC temperatura qədər daha
tez qızar: 100 q kütləli polad, yaxud həmin kütləli alüminium? Nə üçün?
2.  Kütləsi 2 kq olan spirti 18ºC temperaturdan 43ºC temperatura qədər qızdırmaq
üçün nə qədər istilik miqdarı tələb olunar?
Verilir
Həlli
Hesablanması
m = 2 kq, 
 = 18°C, 
 = 43°C, 
C
 = 2500 
kq · °C'
Q = cm(t  - t ).
Q = 2500 · 2 · (43 - 18) X 

kq · °C · kq · °C = 125000C = 
= 125 kC.
Q - ?
Cavab: 125 kC.
3.  Kütləsi 0,05 kq olan cismin temperaturunu 200°C artırmaq üçün 4 kC istilik
miqdarı sərf olundu. Cisim hansı maddədən hazırlanmışdır?
NƏ ÖYRƏNDİNİZ? 
Sxemi iş vərəqinə çəkin və nöqtələrin yerinə uyğun fiziki kəmiyyətin düsturunu və
BS-də vahidini yazın.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Xüsusi istilik tutumu nəyə deyilir?
2.  Xüsusi istilik tutumunun BS-də vahidi nədir?
3.  120°C temperaturdan 20°C temperatura qədər soyuyarkən hansı cisimdən
daha çox istilik miqdarı ayrılar: 200 q kütləli çuqundan, yoxsa həmin kütləli
sudan? Nə üçün?
1
2
spirt
2
1


2.3. Yanacağın yanma istiliyi
İnsanlar çox qədim zamanlardan bu günümüzə qədər müxtəlif yanacaqların
yandırılmasından alınan istilik miqdarından qidanın bişirilməsində, otağın
qızdırılmasında, müxtəlif qurğuların hərəkətə gətirilməsində və s.-də istifadə edirlər.
Hazırda məişət və texnikada hansı yanacaq növlərindən istifadə olunur?
Yanacağın yanması zamanı ayrılan istilik miqdarı nədən asılıdır? Bu istilik
miqdarını hesablamaq olarmı?
ARAŞDIRMA-1
Yanacağın yanması zamanı ayrılan istilik miqdarı
Məsələ.
Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq benzinin tam yanmasından 44 ·
10 C, həmin kütləli quru odunun tam yanmasından 11 · 10 C istilik
miqdarı ayrılır. Kütləsi 2 kq olan benzinin tam yanmasından 88 · 10 C,
həmin kütləli quru odunun tam yanmasından isə 22 · 10 C istilik miqdarı
ayrılır.
Nəticəni müzakirə edin:
Müxtəlif növ yanacağın tam yanması zamanı ayrılan istilik miqdarı nədən
asılıdır?
Təbiətdə müxtəlif yanacaq növü mövcuddur: odun, torf, daş kömür, neft, təbii qaz,
spirt, benzin, dizel yanacağı, barıt və s. Lakin məişətdə elə yanacaq növlərindən
istifadə etmək əlverişlidir ki, onlar təbiətdə geniş yayılsın, asan əldə edilsin və
daşınsın, yanma zamanı böyük miqdarda istilik ayrılsın, tullantısı az və zərərsiz
olsun.
Yanacağın tam yanması zamanı ayrılan enerji yanacağın yanma istiliyi
adlanır.
Araşdırmanın təhlilindən məlum olur ki, yanacağın yanma istiliyi yanacağın
kütləsindən və növündən asılıdır:
6
6
6
6


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə