DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

2.  Lövhəni döşəmədə yerləşdirin və kürəni 1,5 m hündürlüyündən onun üzərinə
sərbəst buraxın.
3.  Kürə lövhənin səthinə düşüb dayanır. 
Bu zaman:
1.  onların qarşılıqlı təsirindən sonrakı temperaturlarını ölçüb iş vərəqində
qeyd edin;
2.  kürənin necə deformasiya etməsinə diqqət yetirin.


Nəticəni müzakirə edin:
Sərbəstdüşmə halında kürədə hansı enerji çevrilməsi baş verir?
Kürə lövhənin səthinə düşərək dayandı, bu zaman kürənin mexaniki enerjisi yox
oldumu? Demək olarmı ki, enerjinin saxlanması qanunu pozuldu?
Kürə lövhənin səthinə düşdükdən sonra onun formasında hansı dəyişiklik baş
verdi?
Qarşılıqlı təsirdən sonra kürə və lövhənin temperaturunun yüksəlməsindən,
kürənin formasının deformasiyaya məruz qalmasından hansı nəticəyə gəlmək
olar?
Cismi (plastilin kürəni) yuxarı qaldırıb saxladıqda o, potensial enerji alır. Kürə
sərbəst buraxıldıqda onun döşəmədən olan hündürlüyü tədricən azalır, lakin sürəti
artır - kürənin potensial enerjisi azalır, kinetik enerjisi isə artır. Kürənin döşəmədəki
lövhəyə zərbə anında bütün mexaniki enerjisi kinetik enerjiyə çevrilir. Lakin lövhəyə
dəydikdə plastilin kürə ona “yapışaraq” tərpənməz qalır. Kürə həm potensial, həm
də kinetik enerjisini itirir – “Mexaniki enerjinin saxlanması qanunu pozuldu!?”
Mexaniki enerji hara yox oldu?
Lövhəyə zərblə dəyərək onun səthinə yapışan plastilin kürənin molekulları
“həyəcanlanır”. Bu, kürənin deformasiya etməsi və temperaturunun yüksəlməsi ilə
müşayiət olunur. Temperaturun yüksəlməsi molekulların orta kinetik enerjilərinin
artması, deformasiyası isə molekullararası məsafələrin və qarşılıqlı təsirlərin
dəyişməsi deməkdir. Beləliklə, plastilin kürənin mexaniki enerjisi birdəfəlik itmir, o,
cismin daxili enerjisinə - molekulların kinetik enerjisinə və molekulların qarşılıqlı
təsirinin potensial enerjisinə çevrilir.
Daxili enerji - cismi təşkil edən molekulların kinetik və qarşılıqlı təsirinin potensial
enerjilərinin cəmidir.
Daxili enerji U hərfi ilə işarə edilir və BS-də vahidi couldur (1C).
Cismin tam enerjisi - onun mexaniki və daxili enerjisinin cəmidir:
E = E
 + U = E  + E  + U.
Daxili enerji nədən asılıdır?
Daxili enerji cismin temperaturundan asılıdır. Molekulların hərəkət sürəti (orta
kinetik enerjisi) nə qədər böyük olarsa, cismin temperaturu da bir o qədər
yüksək olar. Temperatur yüksəldikdə cismin daxili enerjisi artır, temperatur
aşağı düşdükdə cismin daxili enerjisi də azalır.
Daxili enerji cismin aqreqat halından asılıdır. Bərk, maye və qaz hallarında cismin
molekulları həm istilik hərəkətinin xarakterinə, həm də aralarındakı məsafəyə
görə fərqlənir. Bu səbəbdən molekulların həm orta kinetik enerjisi, həm də
qarşılıqlı təsir potensial enerjisi fərqlənir.
Daxili enerji cismin kütləsindən asılıdır.
Mex
K
p


Cismin kütləsini ondakı bütün molekulların ümumi kütləsi təşkil edir. Daxili enerji
cismi təşkil edən bütün molekulların orta kinetik və potensial enerjilərinin cəmindən
ibarət olduğuna görə digər bərabər şəraitdə (temperaturun və təzyiqin sabit
qiymətlərində) kütləsi böyük olan cismin daxili enerjisi də böyükdür.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
Hansı kolbadakı havanın daxili enerjisi yüksəkdir?
İki eyni kolba manometrlərə birləşdirilmişdir. Kolbalardan biri içərisində isti su olan
qaba, digəri isə soyuq su olan qaba daxil edilir. Müəyyən edin: 
1. Hansı qabdakı su daha istidir? 
2. Hansı kolbadakı havanın daxili enerjisi artdı, hansında - azaldı? Nə üçün?
AÇAR SÖZLƏR 
Daxili enerji 
Mexaniki enerji 
Cismin kinetik enerjisi 
Cismin molekulunun orta kinetik enerjisi 
Cismin potensial enerjisi 
Cismin molekulunun potensial enerjisi
NƏ ÖYRƏNDİNİZ? 
Sxemi iş vərəqinə çəkin və verilən açar sözlərdən istifadə edərək onu tamamlayın. 
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Hansı enerji cismin daxili enerjisidir? 
2. Cismin tam enerjisi nədən ibarətdir? 
3. Cismin daxili enerjisi nədən asılıdır? 
4. Mexaniki enerjinin daxili enerjiyə çevrilməsinə aid misallar söyləyin.


1.5. Daxili enerjinin dəyişmə üsulları: 
       mexaniki işgörmə və istilikvermə
ARAŞDIRMA-1
Hava alışqanı
Təchizat: porşenlə təchiz olunmuş qalındivarlı orqşüşə (plek- siqlas) sınaq şüşəsi,
kibrit başlığından ovulan kükürd tozu. 
İşin gedişi:
1.  Porşeni çıxarıb silindrin dibinə kükürd tozu səpin.
2.  Porşeni silindrə daxil edib dəstəyini zərblə aşağı itələməklə silindrdəki havanı
birdən sıxın.
Nəticəni müzakirə edin:


Porşeni zərblə itələdikdə nə müşahidə etdiniz?
Kükürd tozunu alışdıran nədir? Nə üçün bu sadə cihaz “Hava alışqanı” adlanır?
Mexaniki iş görməklə cismin daxili enerjisini dəyişmək (artırmaq və ya azaltmaq)
olar; məsələn, ovuclarımızı bir-birinə sürtdükdə əlimizin, taxtanı kəsdikdə mişarın
sürətlə qızmasına səbəb sürtünmə qüvvəsinin gördüyü mexaniki iş nəticəsində
cisimlərin daxili enerjisinin artmasıdır. “Hava alışqanı” ilə apardığınız araşdırmada
bunu əyani olaraq yoxladınız. Porşeni zərblə aşağı


itələdikdə silindrdəki hava üzərində mexaniki iş görülür - o sıxılır. Nəticədə havanın
temperaturu kəskin yüksəlir: havanın daxili enerjisi artır və o, kükürd tozunu
alışdırır.
Cisim üzərində mexaniki iş görüldükdə onun daxili enerjisi artır, cisim özü iş
gördükdə isə onun daxili enerjisi azalır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
Qabda duman
Təchizat: qalındivarlı şüşə qab, rezin tıxac, şlanq, hava nasosu, ip. 
İşin gedişi:
1.  Qaba az miqdarda su töküb tıxacla möhkəm qapayın. Qabdakı havanın
rütubətli olması üçün onu bir neçə dəfə silkələyin.
2.  Tıxacı iplə qaba bağlayın və qabı hava nasosu ilə əlaqələndirin (a).
3.  Qaba tıxac atılana qədər hava vurun və baş verən hadisəni diqqətlə izləyin (b).
Nəticəni müzakirə edin:
Tıxac hansı cismin gördüyü iş hesabına atıldı?
Nə üçün tıxac atıldıqdan sonra qabda duman yaranır? Qabdakı havanın
soyumasına səbəb nədir?
Araşdırma belə izah olunur: qaba hava vurmaqla iş görülür. Qabdakı molekulların
miqdarı çoxalır, onların sürətləri və qarşılıqlı təsirləri artır. Nəticədə havanın daxili
enerjisi və temperaturu yüksəlir. Sonra sıxılmış hava tıxacı itələməklə iş görür, bu
zaman onun daxili enerjisi azalır və qabdakı havanın temperaturu aşağı düşür -
qabda duman yaranır.
Cismin daxili enerjisini mexaniki 
iş görmədən dəyişmək olarmı?
Çaydanı soyuq altlıq üzərinə qoyduqda bir müddətdən sonra ondakı su soyuyur.
Çaydanı pilətədə qızdırdıqda isə, əksinə, suyun temperaturu yüksəlir


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə