DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

Əks prosesdə də qanunauyğunluq ödənir:
Müxtəlif kütləli cisim soyuduqda böyük kütləli cisim ətrafdakı cisimlərə daha çox
istilik miqdarı verir.
- Hansı halda daha çox istilik miqdarı tələb olunur: otaq temperaturunda (məsələn,
t =18°C olan 100 q suyu isitdikdə (məsələn, t =50°C temperatura qədər), yaxud
həmin suyu qaynama temperaturuna qədər qızdırdıqda (t =100°C)? Əlbəttə, otaq
temperaturunda olan 100 q suyu qaynama temperaturuna qədər qızdırdıqda daha
çox istilik miqdarı tələb olunar.
Bu zaman suyun temperatur dəyişməsi daha böyük olur:

t = t  - t  = 100°C - 18°C = 82°C
Cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı həmin cismin temperatur
dəyişməsindən asılıdır.
- Başlanğıc temperaturları eyni olan hansı cismi eyni temperatura qədər qızdırmaq
üçün daha çox istilik miqdarı tələb olunar: 200 q suyu, yaxud 200 q günəbaxan
yağını? 
Təcrübələr göstərir ki, bərabər kütləli müxtəlif cisimləri eyni temperatura qədər
qızdırmaq üçün onlara müxtəlif istilik miqdarı vermək lazımdır. Bu o deməkdir ki:
Cismin temperaturunu müəyyən qədər dəyişdirmək üçün tələb olunan istilik
miqdarı həmin cismi təşkil edən maddədən asılıdır.
Qeyd. 
İxtiyari fiziki
kəmiyyətin dəyişməsi
bu kəmiyyət
qarşısında yunan
hərfi delta ( )
yazılmaqla işarə
olunur. Məsələn,
əgər cismin
başlanğıc halındakı
temperaturu t ,
istilik
mübadiləsindən
sonrakı temperaturu
t  olmuşdursa, bu
halda onun
temperatur
dəyişməsi belə
yazılır:
1
2
2
2
1


Beləliklə:
Cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı (və ya soyuyarkən ayrılan istilik
miqdarı) bu cismin kütləsindən, onun temperaturunun dəyişməsindən və cismi
təşkil edən maddədən asılıdır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
İstilik miqdarı cismin materialından asılıdır
Təchizat: elektrik plitəsi (qızdırıcı), yastı alüminium qab, laboratoriya stəkanı (2 əd.
150 q-lıq), su (2 l), bitki yağı (100 q), laboratoriya termometri (2 əd.), menzurka.


İşin gedişi:
1.  Stəkanlardan birinə 100 q su, digərinə 100 q bitki yağı töküb, 1-ci araşdırmada
olduğu kimi, alüminium qabda yerləşdirin (b).
2.  Termometrləri stəkanlara daxil edin, 1 dəq gözləyin və mayelərin ilk
temperaturunu qeyd edin; o eynidir.
3.  Qızdırıcını işə salın, stəkanlardakı mayeləri qızdırmağa başlayın, 5 dəq sonra
termometrlərin göstəricilərini qeyd edin.
Nəticəni müzakirə edin:
Bu eksperimentdə də hər iki stəkana eyni vaxtda eyni istilik miqdarı verdiniz, nə
müşahidə etdiniz?
Verilən mayeləri müəyyən temperatura qədər qızdırmaq üçün ona verilən istilik
miqdarı nədən asılıdır?
AÇAR SÖZLƏR 
İstilik miqdarı 
Kütlə 
Maddə 
Temperatur dəyişməsi
NƏ ÖYRƏNDİNİZ? 
İstilikvermə prosesində cismin aldığı və ya verdiyi enerji __. Cismi qızdırmaq üçün
tələb olunan istilik miqdarı (və ya soyuyarkən ayrılan istilik miqdarı) bu cismin __,
onun __ və cismi təşkil edən __ asılıdır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Daxili enerjinin istilikvermə ilə dəyişməsi hansı fiziki kəmiyyətlə xarakterizə
olunur? 
2. Nə üçün cismin temperaturu dəyişdikdə onun daxili enerjisi dəyişir? 
3. Cisim soyuyarkən ayrılan istilik miqdarı nədən asılıdır? 
4. İstilik miqdarının hansı vahidlərini bilirsiniz?


2.2. Xüsusi istilik tutumu
Bilirsiniz ki
, cisim qızdırılarkən ona verilən, soyudularkən ondan ayrılan istilik
miqdarı həmin cismin kütləsindən, temperatur dəyişməsindən və hazırlandığı
maddədən asılıdır.
Bu asılılığı necə ifadə etmək olar?
ARAŞDIRMA-1
İstilik miqdarı kütlə və temperatur dəyişməsindən necə asılıdır?
Məsələ 1.
Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq suyun temperaturunu 1ºC
artırmaq üçün 4200 C, həmin kütləli kerosinin temperaturunu 1ºC
artırmaq üçünsə 2100 C istilik miqdarı tələb olunur. 2 kq suyun
temperaturunu 1ºC artırmaq üçün 8400 C, həmin kütləli kerosinin
temperaturunu 1ºC artırmaq üçünsə 4200 C istilik miqdarı sərf olunur.
İstilik miqdarı cismin kütləsindən necə asılıdır?
Məsələ 2.
Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq suyun temperaturunu 10ºC
artırmaq üçün 42000 C, həmin kütləli kerosinin temperaturunu 10ºC
artırmaq üçünsə 21000 C istilik miqdarı tələb edilir. İstilik miqdarı cismin
temperatur dəyişməsindən necə asılıdır?
Cismi qızdırarkən ona verilən istilik miqdarı bu cismin kütləsindən və temperatur
dəyişməsindən düz mütənasib asılıdır:
Q~m∇t
və ya
Q = cmt = cm( - )
Burada Q —istilik miqdarı, m — cismin kütləsi,  — cismin başlanğıc temperaturu,
 — cismin son temperaturu, c — mütənasiblik əmsalı olub xüsusi istilik tutumu
adlanır:
Düsturu
Ölçü vahidi
c = Q 
m(t  - t )
[c] = 1C 
kq · °C = 1C 
kq · K'
Tərifi
Tərifi
Xüsusi istilik tutumu - 1 kq kütləli
maddəni 1°C (və ya 1K) qızdırmaq
1 kiloqram dərəcədə coul - elə maddənin
xüsusi istilik tutumudur ki, bu maddənin 1
2
1
1
2
2
1


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə