DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

İşin gedişi:
1.  Qurğunu şəkildə təsvir edildiyi kimi ştativə bağlayın (b). Bu zaman əqrəbin
şkalanın sağ 
(və ya sol) kənar hissəsində olmasına diqqət edin.
2.  Spirt lampasını yandırıb bimetal çubuğu 1–2 dəq qızdırın və əqrəbin
yerdəyişməsini izləyin.
3.  Lampanı söndürüb daha 1–2 dəq müşahidəni davam etdirin.
Nəticəni müzakirə edin:
Bimetal çubuğu qızdırdıqda və soyutduqda əqrəb yerini necə dəyişdi?
Təcrübədən hansı nəticəyə gəldiniz?
Cisimlərin əksəriyyəti qızdırıldıqda genişlənir. Bunu cismi təşkil edən molekul və ya
atomların orta kinetik enerjisinin artması ilə izah etmək olar; məsələn, bərk cismin
atomlarının orta kinetik enerjiləri artanda onlar daha böyük amplitudla rəqsi hərəkət
edir. Bunun üçün onlara daha böyük fəza tələb olunur. Nəticədə bərk cisim
genişlənir. Maye və qazların istidən genişlənməsinin


də səbəbi onlardakı molekulların istilik hərəkətlərinin orta kinetik enerjisinin artması
nəticəsində daha geniş həcmə yerlərini dəyişmələridir.
Cismi soyutduqda isə əks proses baş verir: molekulların istilik hərəkətlərinin orta
kinetik enerjiləri azalır. Nəticədə bərk cisimlərdə atomların rəqsi hərəkətlərinin
amplitudları kiçilir, maye və qazlarda isə molekullar bir-birindən çox uzaqlaşmır və
cisimlərdə sıxılma baş verir.
Qeyd edək ki, istehsalatda metalların istidən genişlənmə xassəsi ciddi nəzərə alınır.
Belə ki, bərk cisimlərin istidən genişlənməsi böyük təsir qüvvələri ilə müşayiət
olunur. Nəticədə polad relslər əyilə, burazlar qırıla, metal körpülər dağıla bilər. Bunu
nəzərə alaraq belə qurğuların hissələrinə sərbəst uzanma və ya qısalma imkanları
verilir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
Mayelərin istidən genişlənməsini yoxlayaq
Təchizat: kiçik kolba, rənglənmiş su (1l), ortasından kiçik diametrli şüşə boru
keçirilmiş tıxac, spirt lampası (və ya şam), alışqan, ştativ.
İşin gedişi:
1.  Kolbanı ştativə bərkidib su ilə doldurun və tıxacla kip qapayın. Boruya iki ədəd
rezin halqa geydirin və onlardan birini borudakı suyun ilk səviyyəsində
yerləşdirin (c).
2.  Spirt lampasını kolbanın altında yerləşdirib yandırın və borudakı suyun
səviyyəsində baş verən dəyişikliyi izləyin.
3.  Bir müddətdən (2–3 dəq sonra) lampanı söndürüb ikinci rezin halqanı borudakı
suyun yeni səviyyəsində yerləşdirin (d). Müşahidəni su soyuyana qədər davam
etdirin.


Nəticəni müzakirə edin:
Kolbanı qızdırdıqda borudakı suyun səviyyəsi necə dəyişdi?
Kolbadakı su soyuduqdan sonra onun borudakı səviyyəsi necə dəyişdi?
Təcrübədən hansı nəticəyə gəldiniz?
AÇAR SÖZLƏR 
Qaz 
Rəqsi hərəkət 
İstilik hərəkəti 
Bərk cisim 
Orta kinetik enerji 
İstidən genişlənmə
NƏ ÖYRƏNDİNİZ? 
__ atomlarının __ artanda onlar daha böyük amplitudla __ hərəkət edir. Nəticədə
bərk cisim __. Maye və __ istidən genişlənməsinin səbəbi onlardakı molekulların __
orta kinetik enerjisinin artmasıdır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Bərk cisimlərin istidən genişlənməsinin səbəbi nədir?
2.  Nə üçün soyudulduqda cisimlərin həcmləri kiçilir?
3.  Nə üçün neft (və ya qaz, su) kəmərinin bəzi hissəsində borular düz deyil, “Π
formasında qaynaq edilir?


LAYİHƏ
Nə üçün rezin şar butulkaya soruldu?
Təchizat: şüşə butulka, rezin şar, isti və soyuq su kranı, sap. 
İşin gedişi:
1.  Butulkaya isti su doldurun (a).
2.  Bir neçə dəqiqədən sonra suyu boşaldın və dərhal butulkanın boğazına rezin
şar keçirin.
3.  Butulkanı soyuq su şırnağının altına tutun (b) və şarın butulkanın içərisinə
tədricən sorulduğunu izləyin (c).


Nə üçün butulkanı soyutduqda rezin şar onun içərisinə soruldu?
Əsaslandırılmış cavab yazın.


1.3. İstilik tarazlığı. Temperatur şkalaları
Termometr otaq havasının temperaturunun 20°C olduğunu göstərir.
Otaqdakı masanın, masa üzərindəki vərəq, karandaş, qələm, metal xətkeş və
s. əşyaların temperaturunu necə müəyyən etmək olar?
Termometri bu əşyaların hər birinə ayrılıqda toxundurmaqmı lazımdır?
Bu suallara cavab vermək üçün hər bir əşyanın temperaturunu ayrı-ayrılıqda
ölçməyə ehtiyac yoxdur. Havanın uzun müddət otaqdakı bütün əşyalarla təmasda
olması nəticəsində istilik tarazlığı yaranır.
İstilik tarazlığında cisimlərin molekullarının uzun müddət qarşılıqlı təsirləri nəticəsində
onların orta kinetik enerjilərinin bərabərləşməsi baş verir: böyük enerjili molekullara
malik “isti” cisim öz istiliyinin bir hissəsini kinetik enerjisi kiçik olan molekullara malik
“soyuq” cismə verir. Cisimlər arasındakı belə istilik mübadiləsi onların molekullarının
orta kinetik enerjiləri bərabərləşənə qədər davam edir.
ARAŞDIRMA
Hansı daha istidir?
Təchizat: enli banka, isti su, təxminən eyni ölçüdə metal və taxta qaşıq, şüşə və
plastmas çubuq, laboratoriya termometri. 
İşin gedişi:
1.  Bankaya yarıdan yuxarı isti su tökün və termometri ora daxil edin.
2.  Qaşıq və çubuqları ucları kənarda qalmaqla şəkildəki kimi suda yerləşdirib 5–6
dəq termometrin göstəricisini müşahidə edin.
3.  Bankaya, qaşıq və çubuqlara ayrı-ayrılıqda toxunun. Termometrin göstəricisi və
sudakı əşyaların istilikləri haqqında hiss etdiklərinizi müzakirə edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə