DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

6.11. Elektrik cərəyanının işi. Coul-Lens qanunu
Siz bilirsiniz ki,
 naqildən elektrik cərəyanının keçməsi özünü müxtəlif təsirlərlə
(istilik, maqnit, kimyəvi) büruzə verir. Bu təsirlərin hər birində elektrik cərəyanının
enerjisi başqa növ enerjiyə (daxili, mexaniki, kimyəvi) çevrilir. Enerjinin çevrilmə
prosesi isə işgörmənin nəticəsidir. Deməli, naqildən keçən elektrik cərəyanı iş görür.
Elektrik cərəyanının gördüyü işi təyin etmək üçün nəyi ölçmək lazımdır?
Məlumdur ki, elektrik sahəsinin gördüyü iş naqilin en kəsiyindən keçən q elektrik
yükünün miqdarından və bu naqilin uclarındakı U gərginliyindən asılıdır:
A = qU.
Naqilin en kəsiyindən keçən yükün miqdarı cərəyan şiddəti ilə yükün keçmə
müddətinin hasilinə bərabər olduğundan: q = It, elektrik cərəyanının gördüyü iş
aşağıdakı kimi olar:
A = IUt. 
(1)
Dövrə hissəsində cərəyanın işi cərəyan şiddəti, bu hissənin uclarındakı
gərginlik və işin görülməsinə sərf olunan zamanın hasilinə bərabərdir.
İş BS-də coulla ölçüldüyündən sonuncu düsturdan alınır:
1C = 1 A · V [dot} san.
(1) düsturunda U = IR və ya I = U 
(Om qanununa əsasən) ifadələri nəzərə alınarsa, elektrik cərəyanının gördüyü işi:
A = I Rt, 
(2) 
A = U  
Rt 
(3)
kimi yazmaq olar. Ardıcıl birləşmədə cərəyan şiddəti eyni olduğundan (2)
düsturundan, paralel birləşmədə isə gərginlik eyni olduğundan (3) düsturundan
istifadə etməəlverişlidir.
Enerjinin saxlanması qanununa əsasən, tərpənməz metal naqildə cərəyanın
gördüyü iş yalnız onun daxili enerjisinin artmasına - naqilin qızmasına sərf olunur.
Nəticədə naqildən Q istilik miqdarı ayrılır:
A = Q .
2
2


Buradan alınır ki:
Q = IUt.
Araşdırmalardan iki qanunauyğunluq müəyyən olunmuşdur:
1.  Ardıcıl birləşdirilmiş naqillərdən cərəyan keçdikdə ayrılan istilik miqdarı bu
naqillərin ümumi müqaviməti ilə düz mütənasibdir (cərəyan şiddəti
dəyişmədiyindən):
Q = l Rt.
Kəmiyyətlər arasındakı bu münasibəti təcrübi olaraq ilk dəfə ingilis alimi C.Coul və
rus alimi E.Lens kəşf etdiyindən o, Coul-Lens qanunu adlandırılmışdır:
Cərəyanlı naqildə ayrılan istilik miqdarı cərəyan şiddətinin kvadratı, naqilin
müqaviməti və cərəyanın keçmə müddətinin hasilinə bərabərdir.
2.  Paralel birləşdirilmiş naqillərdən cərəyan keçdikdə ayrılan istilik miqdarı bu
naqillərin ümumi müqavimətindən tərs mütənasib asılıdır (gərginlik
dəyişmədiyindən):
Q =  
Rt
2
2
Ceyms Coul 
(1818-1889) 
İngilis fiziki 
Elektrik cərəyanının istilik effektlərini öyrənmişdir. BS-də onun şərəfinə enerji
vahidi - coul qəbul edilmişdir.
Lens Emili Xristianovic 
(1804-1865) 
Rus fiziki 
Elektromaqnit sahəsini araşdırmış, maqnit təsiri ilə yaranan cərəyanın
istiqamətini müəyyənləşdirmiş, elektrik cərəyanının istilik təsirini öyrənmişdir.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA
Məsələni həll edin
Məsələ
Müqavimətləri R  = 40 Om və R  = 60 Om olan rezistorlar dövrəyə paralel
birləşdirilmişdir. Dövrədəki cərəyan şiddəti 2 A-dir. Hər bir rezistordakı
cərəyanın 
1 dəqiqədə gördüyü işi təyin edin.
Məsələnin həllinin hansı ardıcıl “addımlarla” həyata keçirilməsi əlverişlidir?
AÇAR SÖZLƏR 
Ardıcıl birləşmə 
Gərginlik 
Cərəyanın işi 
Paralel birləşmə 
Müqavimət 
İstilik miqdarı
NƏ ÖYRƏNDİNİZ? 
Dövrə hissəsində__cərəyan şiddəti, bu hissənin uclarındakı _ və işin görülməsinə
sərf olunan zamanın hasilinə bərabərdir.__naqillərdən cərəyan keçdikdə
ayrılan___bu naqillərin ümumi müqaviməti ilə düz mütənasibdir. _ naqillərdən
cərəyan keçdikdə ayrılan istilik miqdarı bu naqillərin ümumi müqavimətindən tərs
mütənasib asılıdır. Cərəyanlı naqildə ayrılan istilik miqdarı cərəyan şiddətinin
kvadratı, naqilin__və cərəyanın keçmə müddətinin hasilinə bərabərdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Elektrik cərəyanının gördüyü işin üç düsturunu yazın və onlardan hansı halda
istifadə etməyin əlverişli olduğunu izah edin.
2.  Cərəyan şiddəti 2 A olan naqildə cərəyan 5 san ərzində 100 C iş görür. Naqilin
uclarındakı gərginlik nəyə bərabərdir?
1
2


3.  Cərəyan mənbəyinə (düzləndiriciyə) paralel olaraq iki lampa birləşdirilmişdir.
Açarı qapadıqda lampalardan biri parlaq, digəri zəif işıqlandı. Hansı lampada
cərəyanın gördüyü iş böyükdür? Nə üçün?


6.12. Elektrik cərəyanının gücü
Bir çox elektrik avadanlıqlarının üzərində və ya təlimatlarında elektrik enerjisinin
istehlakçıları üçün başqa məlumatlarla yanaşı, mühüm bir xarakteristika da qeyd
edilir: elektrik gücü. Məsələn, elektrik lampalarının üzərində 15 Vt, 40 Vt, 60 Vt və s.,
televizorun məlumat lövhəsində 40 Vt, elektrik ütüsünün üzərində 1200 Vt, elektrik
çaydanlarında isə 1000 Vt və ya 1400 Vt yazılır.
Hansı lampanı otaqdan asmaq lazımdır ki, o, parlaq işıqlansın? Hansı elektrik
çaydanında su daha tez qaynayar?
Elektrik cərəyanının gücü hansı fiziki kəmiyyətlərdən asılıdır?
Elektrik cərəyanının gücü - elektrik enerjisinin verilmə yeyinliyi və ya elektrik
enerjisinin digər enerji növlərinə çevrilmə yeyinliyini göstərən fiziki kəmiyyətdir
Elektrik cərəyanının gücü cərəyanın gördüyü işin bu işi görməyə sərf olunan
zamana nisbətinə bərabərdir:
P = A 
t
(1)
Burada P - cərəyanın gücüdür. (1) ifadəsində A = I · U · t düsturunu nəzərə alsaq:
P = IUt 
t = IU . (2)
Elektrik cərəyanının gücü cərəyan şiddəti ilə gərginliyin hasilinə bərabərdir.
Elektrik cərəyanının gücü BS-də vatt (Vt) ilə ifadə olunur.
Vt = 1 C/san.
Güc düsturundan göründüyü kimi, 1Vt = 1· V.
Elektrik cərəyanının gücü (1) və (2) düsturları ilə yanaşı, (3) və (4) düsturları ilə də
hesablana bilir:
P =  
R
(3)
P = I R. 
(4)
İxtiyari birləşmədə xarici dövrədəki (cərəyan mənbəyindən kənar dövrə) cərəyanın
gücü dövrənin ayrı-ayrı hissələrinin gücləri cəminə bərabərdir. Elektrik işlədicisinin
gücünü bilməklə verilən müddətdə elektrik cərəyanının gördüyü işi hesablamaq
olar:
A = Pt. 
(5)
2
2


Bu iş işlədicinin cərəyan mənbəyindən aldığı W elektrik enerjisinə bərabərdir.
Məsələn, 
gücü P = 1800 Vt olan elektrik qızdırıcısı bir ay ərzində (30 sutka) fasiləsiz işlədikdə
onun cərəyan mənbəyindən aldığı enerji:
W = Pt = 1800 Vt · 3600 san · 24 · 30 = 46,656 · 10 C = 4665600 kC
olar. 
Çox vaxt elektrik enerjisi hesablanarkən onun qiyməti coulla deyil, kilovat-saatla
ifadə edilir:
Kilovat-saat — gücü 1 kVt olan elektrik cərəyanının 1 saatda gördüyü işə
bərabərdir:
1 kVt · saat = 1000 Vt · 3600 san = 3600 kC.
Beləliklə, elektrik qızdırıcısı bir ay ərzində:
W = 4665600 · 1 kVt · saat 
3600 = 1296kVt · saat,
elektrik enerjisi işlətmişdir. Nəzərə alsaq ki, bu gün respublikamızda 1 kVt · saat
elektrik enerjisi 6 qəpikdir (0,06 man), gücü 1800 Vt olan elektrik qızdırıcısının bir ay
ərzində fasiləsiz işlətdiyi enerji üçün
0,06 man · 1296 = 77 man 76 qəp
ödənməlidir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA
Məsələni həll edin
Məsələ
Həyətyanı sahəni işıqlandırmaq üçün istifadə edilən gücü 150 Vt olan
lampanı gündüzlər söndürmək unudulduğundan o, fasiləsiz şəkildə bir ay
yanılı vəziyyətdə qalmışdır. Hər 1 kVt x saat enerjinin qiymətinin 6 qəpik
olduğunu nəzərə alaraq ayın tamamında bu lampanın istifadə etdiyi
elektrik enerjisi üçün nə qədər ödəniş edilməlidir?
AÇAR SÖZLƏR 
Cərəyan şiddəti 
Kilovat-saat 
Cərəyanın gücü 
Görülən iş
NƏ ÖYRƏNDİNİZ? 
Elektrik__cərəyanın__bu işi görməyə sərf edilən zamana nisbətinə bərabərdir.
Elektrik cərəyanının gücü__ilə gərginliyin hasilinə bərabərdir.__- gücü 1 kVt olan
elektrik cərəyanının 1 saatda gördüyü işə bərabərdir.
8



ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Otaqda böyük enerji sərf edən elektrik işlədicisi (məsələn, elektrik mühərriki,
burğu, qızdırıcı və s.) işə salındıqda şəbəkəyə birləşdirilmiş lampaların
közərmələri zəifləyir. Nə üçün?
2.  Kilovat-saat nədir? Onu elektrik enerjisinin BS-dəki vahidi ilə müqayisə edin.
3.  Nə üçün közərmə lampasının teli və elektrik qızdırıcısının spiralı çox qızır, lakin
onları cərəyan mənbəyinə birləşdirən naqillər isə soyuq qalır?
4.  Şəkildə rezistorlardan ibarət ardıcıl (a) və paralel dövrə hissələrinin (b) sxemi
təsvir edilir. Bu dövrə hissələrindən keçən cərəyanın gücünü müqayisə edin.
ÇALIŞMA-11
1.  Yük avtomobilinin lampası 3,5 A cərəyan şiddətinə və 12 V gərginliyə
hesablanmışdır. Lampa 5 dəq ərzində nə qədər enerji sərf edər?
2.  Hansı halda elektrik cərəyanının gücü böyükdür: cərəyan şiddəti 1,6 A və
gərginlik 12 V olduqda, yoxsa cərəyan şiddəti 550 mA və gərginlik 0,6 kV
olduqda?
3.  Elektrik qızdırıcısı uzunluğu 10 m, en kəsiyinin sahəsi 0,25 mm  olan nixrom
məftildən hazırlanan spiraldan ibarətdir. Qızdırıcı 220 V gərginlik mənbəyinə
qoşularsa, spiraldan keçən cərəyanın gücü nəyə bərabər olar?
4.  Şəkildə iki elektrik dövrəsinin sxemi təsvir edilir. Verilənlərə əsasən, hansı
dövrədə cərəyan şiddətinin və müqavimətin böyük olduğunu təyin edin.
5.  Şəkildə təsvir edilən dövrələrdən birində iki eyni lampa ardıcıl, digərində isə
paralel qoşulmuşdur. Hansı halda cərəyanın gücü daha böyükdür? Hər iki
dövrənin uclarındakı gərginlik eynidir.
2


ƏLAVƏ OXU
6.13. Eloktrik cərəyanının canlı orqanizmə təsiri 
         və tətbiqləri
Elektrik cərəyanının canlı orqanizmə mənfi təsiri
İnsan bədəni naqildir, elektrik cərəyanını keçirir. Bədənin ayrı-ayrı toxumalarının
cərəyan keçirməsi müxtəlifdir. Sümük maddəsi, dəri örtüyü və birləşdirici toxumalar
cərəyanı pis keçirir. Bu hissələrin xüsusi müqaviməti çox böyük olub 10 -10  Om∙m
tərtibindədir. Onurğa beyni mayesi, qan zərdabı, qan və sinir-əzələ toxuması isə
cərəyanı yaxşı keçirən hissələrdir. Bu hissələrin xüsusi müqaviməti 0,6-0,7 Om∙m
arasında dəyişir.
İnsan bədənində cərəyan ionlarla yaranır. Bunlar dəmir, kalsium, fosfor, kalium,
natrium və digər kimyəvi elementlərin ionlarıdır. Cərəyanın insan bədənindən
keçməsi bir sıra fizioloji hadisələrlə müşayiət olunur. Bədəndən cərəyan keçdikdə
qıcıqlanma, əzələ yığılması, tənəffüs pozğunluğu, iflicolma və hətta ölüm hadisəsi
ola bilər. Cərəyanla zədələnmənin nəticəsi insan bədənindən keçən cərəyan
şiddətindən, cərəyanın xarakterindən (sabit və ya dəyişən cərəyan olmasından),
cərəyanın bədəndən keçmə müddətindən və yolundan asılıdır. Cərəyanın ürəkdən
və beyindən axması olduqca təhlükəlidir.
6.3 cədvəlində yaşlı insanda əl-əl və əl-ayaq istiqamətində axan cərəyan təsirlərinin
cərəyan şiddətindən asılılığı göstərilmişdir.
Cədvəl 6.3.
Cərəyan
şiddəti 
(mA)
Cərəyan təsirləri
Sabit cərəyan
Dəyişən cərəyan (v = 50 Hs)
2-3
Hiss olunmur
Əlin barmaqlarının güclü titrəməsi
5-10
Qızma hiss olunur
Ağrılar hiss olunur. Əllər qıc olur
12-15
Qızma güclənir
Barmaqlarda və əllərin sümüklərində
güclü ağrılar. 5-10 san dözümlüdür
20-25
Qızmanın daha da
güclənməsi. Əllərin əzələləri
azca yığılır
Əllər iflic olur, onları naqildən ayırmaq
olmur. Nəfəsalma çətinləşir. 5 san
dözümlüdür
50-80
Əllərin əzələləri yığılır.
Nəfəsalmanın iflici. Ürək fəaliyyətinin
7
2


Nəfəsalma çətinləşir
pozulması
90-110
Nəfəsalmanın iflici
Nəfəsalmanın iflici. 3 san və daha çox
davam etdikdə ürəyin iflici. Ölüm


Cədvəldən görünür ki, cərəyan şiddətinin 100 mA qiymətində ölüm hadisəsi ola
bilər. Bədənin müqaviməti sabit deyil. Müqavimət insanın halından, onun
dərisindən, dəridə tərin olub-olmamasından asılıdır. Quru və bərkləşmiş dərinin
müqaviməti çox böyük, nazik, incə və nəm dərinin müqaviməti isə kiçikdir. Bir əlin
barmaqlarından digər əlin barmaqlarına qədər quru dərinin müqaviməti təqribən
10  Om-dur. Əllər tərli olduqda isə müqavimət 1500 Om tərtibindədir. Bu
müqavimətlərə uyğun ölüm halı yarada bilən gərginlikləri hesablayaq:
U
 = 100 · 10  A · 10  Om = 10000 V; 
U
 = 100 · 10  A · 1500 Om = 150 V.
Elektrik cərəyanının canlı orqanizmə müsbət təsiri
Elektrik cərəyanının insan orqanizminə mənfi təsiri ilə yanaşı, müsbət təsiri də ola
bilər. Təbabətdə elektrik cərəyanından müalicə məqsədilə istifadə edirlər. Məsələn,
elektrodları xəstənin bədəninə qoyub ondan zəif sabit cərəyan buraxırlar. Bu,
ağrıkəsici effekt göstərir, qan dövranını yaxşılaşdırır. Beyini elektrik cərəyanı ilə
qıcıqlandırmaqla bir sıra əsəb xəstəliklərini müalicə edirlər.
5
quru
-3
-5
yaş
-3


Elektrik cərəyanından zərərçəkənlərə ilk yardım
Elektrik dövrələri ilə işləyərkən çox ehtiyatlı olmalı və müəyyən təhlükəsizlik
qaydalarına əməl etmək lazımdır. Bu qaydalar hər bir fizika kabinetində var.
ARAŞDIRMA
Aşağıdakı şəkildə elektrik cərəyanı “vuran” adamın cərəyan xəttindən
uzaqlaşdırılması və ona ilk yardım təsvirləri verilir. Onları araşdırın və şərh edin.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Bədənin hansı hissələri cərəyanı yaxşı keçirir?
2.  Cərəyanın insan bədənindən keçməsi hansı hadisələrlə nəticələnə bilər?
3.  Cərəyanla zədələnmənin nəticəsi hansı amillərdən asılıdır?
4.  Cərəyan şiddətinin hansı qiymətində ölüm hadisəsi baş verə bilər?
5.  İnsan bədəninin müqaviməti nədən asılıdır?
6.  Hansı cərəyanın - sabit, yoxsa dəyişən cərəyanın insan orqanizminə təsiri daha
güclüdür.
7.  Təsvirləri şərh edin.


ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. Cərəyan şiddəti-zaman qrafikinə əsasən 10 san müddətində naqilin en
kəsiyindən keçən yükün miqdarını hesablayın.
A) 4 Kl 
B) 8 Kl 
C) 1,25 Kl 
D) 0,125 Kl 
E) 16
2. Elektrik lampasının şərti işarəsi hansıdır?
3. Şəkildə təsvir edilən milliampermetrin göstəricisi və bir bölgüsü nə
qədərdir?
A) 300 A; 20 A 
B) 0,3 A; 0,2A 
C) 30 A; 1A 
D) 300 A; 10A 
E) 0,3 A; 0,02A
4. Şəkildə ampermetrin eyni elementlərdən ibarət elektrik dövrəsinə
müxtəlif birləşməsi təsvir edilir. Ampermetrlərin göstəriciləri arasında hansı
münasibət doğrudur?
A) I  = I  = I
B) I  > I  > I  
C) I  < I  < I
1
2
3
1
2
3
1
2
3


D) I  = I  > I
E) I  = I  < I
5. R = 40 Om və I = 4 A olarsa, voltmetrin göstəricisini hesablayın.
A) 160V 
B) 10 V 
C) 20 V 
D) 5 V 
E) 150 V
1
3
2
1
3
2


6. Naqilin müqavimətini hansı cihazların köməyi ilə təyin etmək olar?
7. Müqavimətləri 3 Om və 6 Om olan
iki naqil dövrəyə paralel birləşdirilmişdir. Dövrənin ümumi müqaviməti nəyə
bərabərdir?
A) 4 Om 
B) 2 Om 
C) 2,5 Om 
D) 3 Om 
E) 5 Om
8. Uclarındakı gərginlik 3 V olan naqildə cərəyan 3 san ərzində 18 C iş görür.
Naqildəki cərəyan şiddəti nəyə bərabərdir?
A) 2 A 
B) 1 A 
C) 3 A 
D) 5 A 
E) 2,5 A
9. 20 Om müqaviməti olan naqildən 5 A cərəyan şiddəti keçir. 10 dəq ərzində
naqildən nə qədər istilik miqdarı ayrılır?
A) 250 kC 
B) 300 kC 
C) 100 kC 
D) 150 kC 
E) 30 kC
1. Termometr 
2. Voltmetr 
3. Xətkeş 
4. Saat 
5. Manometr 
6. Ampermetr
A) 2 və 5 
B) 1 və 3 
C) 2 və 6 
D) 1 və 4 
E) 3 və 6


Murquzov Mirzəli İsmayıl oğlu 
Abdurazaqov Rasim Rəşid oğlu 
Əliyev Rövşən Mirzə oğlu 
Əliyeva Dilbər Zirək qızı
Fizika 
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik
Dil redaktoru: K.Abbasova 
Rəssamlar: M.Hüseynov, E.Məmmədov 
Korrektor: A.Məsimov
www.bakineshr.az 
e-mail: bn@bakineshr.az
Kağız formatı: 70 x 100 / . 
Fiziki çap vərəqi: 12,5. 
Çapa imzalanmışdır: 22.06.2015. 
Tirajı: 112 500.
1
16

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə