DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

və o qaynayır. Buz parçalarını stəkana atdıqda su soyuyur. Bütün bu misallarda
cisimlər hərəkətsizdir - mexaniki iş görülmür; lakin onlardan bəziləri qızır - daxili
enerjiləri artır, bəziləri isə soyuyur - daxili enerjiləri azalır.
Beləliklə, müxtəlif temperaturlu iki cisim toxunduqda onlar arasında istilik
mübadiləsi baş verir: istilik temperaturu yüksək olan cisimdən temperaturu aşağı
olan cismə verilir. Nəticədə istilik verən cismin daxili enerjisi azalır, istilik alan cismin
isə daxili enerjisi artır.
İstiliyin isti cisimdən (və ya cismin hissəsindən) soyuq cismə (və ya cismin
hissəsinə) verilmə prosesi istilikvermə adlanır.
İstilikvermənin üç növü var: istilikkeçirmə, konveksiya və şüalanma.
AÇAR SÖZLƏR
Daxili enerji 
İstilikvermə 
Mexaniki iş
NƏ ÖYRƏNDİNİZ? 
Cisim üzərində__görüldükdə onun daxili enerjisi artır, cisim özü iş gördükdə isə
onun__azalır. İstiliyin daha çox qızmış cisimdən (və ya cismin hissəsindən) az qızmış
cismə (və ya cismin hissəsinə) verilməsi prosesi__adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Nə üçün kanatla cəld sürüşmək təhlükəlidir?
2.  Cisim üzərində iş görülərsə, onun temperaturu və daxili enerjisi necə dəyişər?
3.  Cismin daxili enerjisi hesabına iş görə bilməsinə nümunə göstərin.
4.  İstilikvermə ilə daxili enerjinin dəyişmə üsulu mexaniki işgörmə üsulundan nə
ilə fərqlənir?


1.6. İstilikkeçirmə
Bu hadisədə istilik mübadiləsi
hansı toxunan cisimlər arasında
baş verir?
İstilik mübadiləsi zamanı hansı
cismin daxili enerjisi azalır,
hansının daxili enerjisi artır?
Qaşığın daxili enerjisinin
dəyişməsi hansı üsulla baş verir?
Qaşığı içərisində isti çay olan stəkana
saldıqda həm onun suda olan hissəsi,
həm də sudan kənarda qalan hissəsi
qızır.
ARAŞDIRMA-1
Daxili enerjinin dəyişməsi necə baş verdi?
Təchizat: dəmir çubuq, kiçik mismar (4–5 əd.), parafin (və ya plastilin), şam (və ya
spirt lampası), ştativ, kibrit.
İşin gedişi:
1.  Dəmir çubuğu ştativə bərkidin və mismarları aralarındakı məsafə eyni olmaqla
parafinlə onun üzərinə yapışdırın.
2.  Şamı yandırıb çubuğun sərbəst ucunu qızdırın və mismarların qopub düşmə
ardıcıllığını izləyin.
Nəticəni müzakirə edin:
Dəmir çubuğun daxili enerjisi hansı istiqamətdə və necə dəyişir? Cavabınızı
əsaslandırın.
Dəmir çubuğun daxili enerjisinin dəyişməsini molekulyar baxımdan necə izah
edərdiniz?
Bütün bərk cisimlərdə olduğu kimi, dəmir çubuqda da atomlar müəyyən tarazlıq


vəziyyətləri ətrafında rəqsi hərəkət edir. Çubuğun şam alovuna toxunan ucunu
qızdırdıqda metalın atomlarının rəqsi hərəkət sürətləri və rəqs amplitudları artır. Bu
atomlar qonşu atomlarla qarşılıqlı təsirdə olaraq öz daxili enerjilərinin bir hissəsini
onlara verir. Beləliklə, istilikvermə prosesi bütün çubuq boyu baş verdiyindən o
tədricən qızır. Bərk cisimlərdə atomlar enerjilərinin bir hissəsini verməklə heç də
tarazlıq yerlərini dəyişmir - cisimdə maddə daşınması baş vermir.
Enerjinin cismin bir hissəsindən digər hissəsinə, yaxud bir-birinə toxunan bir
cisimdən digərinə verilməsi prosesi istilikkeçirmə adlanır. İstilikkeçirmədə yalnız
enerji daşınır, maddə daşınması baş vermir.


Müxtəlif maddələrin istilikkeçirmə qabiliyyəti müxtəlifdir. Metallar təbiətdə istiliyi ən
yaxşı keçirən maddələrdir, lakin onların istilikkeçirmələri eyni deyildir. 
Mayelərin istilikkeçirməsi metalların istilikkeçirməsinə nisbətən azdır, lakin qazların
istilikkeçirməsi daha zəifdir. Bu onunla izah olunur ki, verilən enerji hesabına qazın
molekulları arasındakı məsafə artır. İstilikkeçirmə molekulların kinetik enerjilərinin
bir-birinə ötürülməsidir, odur ki, molekullararası məsafə artdığından enerji
mübadiləsi də zəifləyir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
Müxtəlif metalların istilikkeçirməsi müxtəlifdir
Təchizat: eyni ölçüdə dəmir və mis çubuq, kiçik mismar (8-10 əd.), parafin (və ya
plastilin), şam (və ya spirt lampası), ştativ (2 əd.), kibrit. 
İşin gedişi:
1.  Dəmir və mis çubuqları ayrı-ayrılıqda ştativə bərkidin və mismarları aralarındakı
məsafə eyni olmaqla parafinlə onların üzərinə yapışdırın.
2.  Çubuqları şəkildə təsvir edildiyi kimi yerləşdirib sərbəst uclarını şamla qızdırın
və mismarların qopub düşmə ardıcıllığını izləyin.
Nəticəni müzakirə edin:
Hansı metalın istilikkeçirməsi daha yaxşıdır? Cavabı əsaslandırın.
ARAŞDIRMA-3
Maye və qazların istilikkeçirməsi
Təchizat: sınaq şüşəsi (2 əd.), buz parçası, bir stəkan su, tıxac, nazik metal mil,
qayka, spirt lampası, tutqacla təchiz olunmuş ştativ. 
İşin gedişi: 
I mərhələ.
1.  Sınaq şüşəsinə yarıdan yuxarı su töküb içərisinə buz parçası salın. Buz səthə
qalxmasın deyə onun üzərinə qayka atın.


2.  Sınaq şüşəsini şəkildə təsvir edildiyi kimi ştativə bərkidin və yuxarı hissədən
spirt lampası ilə qızdırın (a).
3.  Suyun hansı hissəsinin qaynadığını və bu zaman buz parçasının əriyib-
ərimədiyinə diqqət yetirin.
Nəticəni müzakirə edin:
Sınaq şüşəsindəki suyu qızdırdıqda nə müşahidə etdiniz?
Nə üçün suyun qızdırılan hissəsinin qaynamasına baxmayaraq buz parçası
ərimədi?
Mayenin istilikkeçirmə qabiliyyəti haqqında hansı nəticəyə gəldiniz?
II mərhələ.
1.  Quru sınaq şüşəsini ortasından metal mil keçirilmiş tıxacla qapayın.
2.  Milin kənarda qalan ucundan tutub sınaq şüşəsini spirt lampasında qızdırın (b).
Nəticəni müzakirə edin:
Sınaq şüşəsini qızdırdıqda metal milin də eyni zamanda isindiyini hiss
etdinizmi? Nə üçün? Cavabınızı əsaslandırın.
BİLİRSİNİZMİ?
Hava mis cisimlə müqayisədə istiliyi 20000 dəfə zəif keçirir. Vakuumda isə atom
və molekul olmadığından onun istilikkeçiriciliyi sıfıra bərabərdir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə