DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

AÇAR SÖZLƏR 
İstilikkeçirmə 
Maddə daşınması 
Enerji
NƏ ÖYRƏNDİNİZ? 
__cismin bir hissəsindən digər hissəsinə, yaxud bir-birinə toxunan bir cisimdən
digərinə verilməsi prosesi adlanır. İstilikkeçirmədə yalnız enerji daşınır, __baş
vermir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Nə üçün havanın istilikkeçirməsi misin istilikkeçirmə qabiliyyətindən çox-çox
aşağıdır?
2.  Daxili enerjinin istilikkeçirmə ilə dəyişməsində nə daşınır?
3.  Soyuq qışda elə il olur ki, tarlalardakı payızlıq taxıl sahələri donmur, elə il də olur
ki, donur. Nə üçün? Cavabınızı əsaslandırın.
4.  Metalların yaxşı istilikkeçirmə qabiliyyətindən hansı məqsədlər üçün istifadə
edilir? Misallar göstərin.


1.7. Konveksiya
Alovun üzərində nə axını müşahidə
edirsiniz? Nə üçün o yuxarı qalxır?
Nə üçün qızdırıcı radiatorlar, adətən,
otağın aşağı hissəsində yerləşdirilir?
Nə üçün radiatorlar bir çox hallarda
“qabırğalı” formada hazırlanır.
Pəncərənin kip bağlanmasına
baxmayaraq, qışda ayaqlarımız bəzən
üşüyür. Nə üçün?
Kibrit çöpünü yandırıb alovunu
fənərlə işıqlandırın və divarda
kölgəsini alın
ARAŞDIRMA-1
Fırlanğıcı hərəkət etdirən nədir?
Təchizat: alüminium folqa (10*10 sm), karandaş, qayçı, gecə lampası, nazik ip.
Fırlanğıcın hazırlanması: folqadan diametri 10 sm olan dairə kəsin. Dairə üzərində
karandaşla 12 bərabər nöqtə qeyd edib mərkəzə doğru radius boyunca 7-8 sm
uzunluqlu xətlər çəkin və qayçıyla həmin xətləri kəsin (a)Alınan ləçəklərin uclarını
dairə müstəvisinə perpendikulyar olmaqla əks tərəflərə azca qaldırın. Dairənin
mərkəzindən dəlik açın və oradan ipin bir ucunu keçirib dairənin əks tərəfində düyün
vurun-fırlanğıc hazırdır.


İşin gedişi: 
İpin sərbəst ucundan tutaraq fırlanğıcı lampanın üzərində 5-8 sm hündürlükdə asın,
lampanı yandırın (b) və baş verən hadisəni izləyin.
Nəticəni müzakirə edin:
Nə üçün lampanı yandırdıqda onun üzərində asılan fırlanğıc hərəkət etməyə
başladı? Cavabınızı əsaslandırın.


Qazlarda konveksiya
Qızdırıcı cihaza yaxın durduqda ondan isti havanın yayıldığını, yəqin ki, hiss
etmisiniz. Belə istilikvermə prosesini əlinizi yanan lampaya yaxınlaşdıranda da
duyursunuz. Bütün bu hadisələrdə qızdırıcı, yaxud lampa yaxınlığındakı havanın
qızma prosesi baş verir. 
Nəticədə qızmış hava genişlənir və onun sıxlığı ətrafdakı soyuq hava kütləsinin
sıxlığına nəzərən azalır. Soyuq hava kütləsi qızmış hava kütləsinə Arximed qüvvəsi
ilə təsir edərək onu yuxarı itələyir. İsti hava kütləsinin yerinə isə soyuq hava axır -
qaz axını baş verir (c). Beləliklə, qızdırıcının yaxınlığında yaranan hava seli araşdırma
zamanı müşahidə etdiyiniz fırlanğıcı hərəkətə gətirir və s.
Enerjinin maye və qaz axını (maddə daşınması) ilə köçürülmə prosesi konveksiya
adlanır.
Bəzən konveksiya prosesində yaranan maye və qaz axını konvektiv axın da
adlandırılır. 
Bərk cisimlərdə istilikvermə maddə daşınması ilə baş vermədiyindən (molekulyar
quruluş əsasında) konveksiya hadisəsi də baş vermir.
Mayelərdə konveksiya
Mayedə də istilikvermə maddə daşınması vasitəsilə həyata keçirilir. Bu belə baş
verir: mayenin qızdırılan təbəqəsinin molekulları istilik hərəkətləri nəticəsində
müxtəlif istiqamətlərə yayılaraq həmin hissəni genişləndirir. Nəticədə bu təbəqənin
sıxlığı azalır və mayenin həmin təbəqəsinə təsir edən ağırlıq qüvvəsi onu əhatə edən
mayenin digər təbəqələri tərəfindən təsir edən qaldırıcı Arximed qüvvəsindən kiçik
olur.


Nəticədə mayenin qızmış təbəqəsi yuxarı qalxır, onun yerinə isə mayenin soyuq
təbəqəsi enir - maye axını yaranır (d). Proses qabdakı bütün mayenin eyni dərəcədə
qızmasına qədər - istilik tarazlığı yaranana qədər davam edir.
Təbiətdə konveksiya
Qalın qar örtüyü torpağı donmadan qoruyur. Səbəb qar dənələri arasında qalan
havanın istiliyi pis keçirməsidir. Lakin qarla örtülməyən torpaq da hava qatı
altındadır, bəs nə üçün çılpaq (qarsız) torpaq soyuqdan donur? Buna səbəb havanın
istilik izolyasiyasını daim neytrallaşdıran konveksiyadır. Belə ki, torpaqla istilik
təmasında olan hava həmişə konvektiv hərəkətdə olur: torpaqdan qalxan nisbətən
isti hava atmosferin yuxarı qatlarında soyuyur və yenidən torpağa qayıdır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Mayedə konveksiya
Təchizat: ağzı enli şüşə banka, soyuq su (1 litr), kiçik saxsı kolba, rəngli isti su (20
ml).
İşin gedişi:
1.  Bankaya yarıdan yuxarı soyuq su tökün.
2.  Kolbanı rəngli isti su ilə doldurun, ağzını barmağınızla qapayıb soyuq su olan
bankanın dibində yerləşdirin və ağzını açın.
Nəticəni müzakirə edin:
Nə üçün kolbadan çıxan rəngli isti su vulkan püskürməsi kimi soyuq suyun
səthinə qalxır?
Müşahidə etdiyiniz bu istilikvermə prosesi hansı üsulla baş verir? Cavabı


əsaslandırın.


AÇAR SÖZLƏR 
Konvektiv axın 
İstilik tarazlığı 
Konveksiya
NƏ ÖYRƏNDİNİZ? 
Enerjinin maye və qaz axını (maddə daşınması) ilə köçürülməsi prosesi__adlanır.
Konveksiya prosesində yaranan maye və qaz axını__da adlandırılır. Konveksiya
prosesi__yaranana qədər davam edir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Nə üçün bərk cisimlərdə konveksiya baş vermir? 
2. Şəkildə otaqdakı havanın konvektiv axın sxemi təsvir edilmişdir. Prosesi izah edin. 
3. Təbiətdə konveksiyaya aid nə kimi nümunələr göstərə bilərsiniz? 
4. Nə üçün maye və qazları bir qayda olaraq altdan qızdırırlar?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə