DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

4.  Buz tam əriyib kolbada yalnız su qaldıqda termometrin və saniyəölçənin
göstəricisini qeyd edin.
5.  Müşahidəni davam edin, suyun temperaturunun necə dəyişdiyini və bu
dəyişməyə sərf olunan müddəti qeyd edin.
Cədvəl 3.1.
Zaman (t, dəq)
0
1
2
3
4
5
6
...
Temperatur (t, °C)
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:
Buz hansı temperaturda əriməyə başladı?
Buzun ərimə prosesində temperatur necə dəyişdi?
Kolbada qalan suyun temperaturu hansı müddətdən sonra artmağa başladı?
Nə üçün?
Ərimə prosesində buzun daxili enerjisi necə dəyişdi?
Maddənin bərk haldan maye hala keçmə prosesi ərimə adlanır.
Bərk cismin əriməsi mürəkkəb fiziki prosesdir. Bu mürəkkəbliyi cədvəl 3.1-dəki
qiymətlərə əsasən qurduğunuz buzun temperatur-zaman qrafiki təsdiq edir (a).
Qrafikdən göründüyü kimi, buz müəyyən müddət -5°C temperaturdan 0°C ərimə
temperaturuna qədər qızır (qrafikdə: AB hissəsi), 0°C temperaturda isə əriməyə
başlayır. 
Qızdırıcının (spirt lampasının) fasiləsiz istilik verməsinə baxmayaraq, buz tam
əriyənə qədər bu temperatur dəyişməz qalır (qrafikdə: BC hissəsi).


Bəs verilən istilik miqdarı nəyə sərf olunur?
0°C temperatura qədər qızdırıldıqdan sonra buza verilən istilik miqdarı onun kristal
qəfəsinin dağılmasına sərf olunur. Zərrəciklər arasındakı cazibə xarakterli qüvvələr
onları əvvəlki vəziyyətdə saxlaya bilmir. Nəticədə kristal zərrəciklərinin nizamlı
düzülüşü nizamsız düzülüşə çevrilir: maddə maye halına keçir. Ərimə prosesində
temperaturun sabit qalması maddə zərrəciklərinin kinetik enerjisinin dəyişməz
qalması deməkdir. Maddə tamamilə maye halına keçdikdən sonra verilən istilik
miqdarı zərrəciklərin sürətini və kinetik enerjisini artırır, mayenin temperaturu
yüksəlir (qrafikin CD hissəsi). 
Müxtəlif maddələrlə aparılan çoxsaylı təcrübələrdən aşkar edilmişdir ki, hər bir
kristal maddə yalnız özünəməxsus müəyyən bir temperaturda əriyir (bax: cədvəl
3.2).
Kristal maddənin əridiyi temperatura ərimə temperaturu deyilir.
Mayeni müəyyən temperatura qədər soyutduqda o, bərk hala keçir.
Maddənin maye halından bərk hala keçmə prosesi kristallaşma və ya bərkimə
adlanır. Verilən maddənin kristallaşma temperaturu onun ərimə temperaturuna
bərabərdir.
Mayenin bərkidiyi temperatur bərkimə temperaturu adlanır.
Cədvəl 3.2. Bəzi maddələrin normal atmosfer təzyiqində ərimə temperaturu.
Maddə
t °C
Maddə
t °C
Maddə
t °C
Hidrogen
-259
Kalium
63
Alüminium
660
Oksigen
-219
Naftalin
80
Gümüş
962
Azot
-210
Natrium
98
Qızıl
1064
Spirt
-114
Qalay
232
Mis
1085
Civə
-39
Qurğuşun
327
Polad
1500
Buz
0
Kəhrəba
360
Dəmir
1539
Sezium
29
Sink
420
Volfram
3387
ər
ər
ər


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Mayenin bərkimə qrafikini “oxuyun”
Soyuducunun buz dolabına qoyulan suyun temperatur-zaman qrafiki verilir (b).
Nəticəni müzakirə edin:
Qrafikin AB hissəsi nəyi təsvir edir?
BC hissəsi hansı prosesə uyğundur? Nə üçün bu prosesdə temperatur sabit
qalır?
Qrafikin CD hissəsi nə deməkdir?
NƏ ÖYRƏNDİNİZ? 
Sxemi iş vərəqinə çəkin və nöqtələrin yerinə uyğun tərifləri yazın.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Ərimə prosesində maddəyə verilən istilik miqdarı nəyə sərf olunur?
2.  Qalayı polad qaşıqda, poladı isə qalaydan hazırlanan qaşıqda əritmək olarmı?
Nə üçün?
3.  Ərimə və bərkimə prosesinin hansında enerji udulur, hansında enerji ayrılır?


3.2. Xüsusi ərimə istiliyi
Məlumdur ki,
 bərk maddəni əritmək üçün ona istilik miqdarı verilir, maye
kristallaşdıqda isə ondan istilik miqdarı ayrılır.
Ərimə və kristallaşma (bərkimə) istiliyi nədən asılıdır?
ARAŞDIRMA-1
Ərimə istiliyi nədən asılıdır?
Təchizat: buz kristalları, qalay dənəcikləri (20 q), kolba (4 əd.), elektrik qızdırıcısı,
saniyəölçən.
İşin gedişi
I mərhələ:
1.  Kolbalardan birinə kütləsi 50 q, digərinə isə 100 q olan buz kristalları atıb eyni
qızdırıcıda qızdırın.
2.  Saniyəölçəni işə salıb kolbalardakı kristalların tam ərimə müddətlərini qeyd
edin.
II mərhələ
1.  Kolbalardan birinə 20 q buz kristalı, digərinə 20 q qalay dənəcikləri atıb eyni
qızdırıcıda qızdırın.
2.  Saniyəölçəni işə salıb kolbalardakı buz kristallarının və qalay dənəciklərinin tam
ərimə müddətlərini qeyd edin.


Nəticəni müzakirə edin:
Hansı kolbadakı cisimlərin əridilməsi üçün daha çox istilik miqdarı sərf olundu?
Araşdırmada bərk cisimləri əritmək üçün verilən istilik miqdarının nədən asılı
olduğunu aşkar etdiniz?
Ərimə temperaturunda götürülmüş kristal maddənin əriməsi üçün verilən
istilik miqdarı ərimə istiliyi adlanır.
Araşdırmada müəyyən etdiniz ki, ərimə istiliyi kristalın kütləsindən və növündən
asılıdır:
Q = λm.
Burada Q — ərimə istiliyi, m — cismin kütləsi, λ — maddənin xüsusi ərimə istiliyidir.
Xüsusi ərimə istiliyi 1 kq kütləli müxtəlif növ bərk cisimlərin ərimə temperaturunda
tam əriməsi zamanı udulan istilik miqdarını fərqləndirmək üçün istifadə olunan fiziki
kəmiyyətdir.
Düsturu
Ölçü vahidi
λ = Q 
m
[λ] = 1
kq
Tərifi
Tərifi
Maddənin xüsusi ərimə istiliyi - ədədi
qiymətcə 1 kq kristal maddəni ərimə
temperaturunda əritmək üçün lazım olan istilik
miqdarına bərabər olan fiziki kəmiyyətdir.
1 kiloqramda coul - elə xüsusi
ərimə istiliyidir ki, 1 kq kristal
maddəni əritmək üçün 1C istilik
miqdarı sərf olunsun.
Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Cədvəl 3.3-də bəzi maddələrin
xüsusi ərimə istiliyi verilir.
Cədvəl 3.3. Bəzi maddələrin xüsusi ərimə istiliyi.
Maddə
λ,kC/kq
Maddə
λ,kC/kq
Maddə
λ,kC/kq
Civə
12
Qızıl
67
Naftalin
150
Oksigen
14
Polad
84
Mis
210
Qurğuşun
25
Gümüş
87
Dəmir
270
Qalay
59
Sink
120
Buz
340
Hidrogen
59
Parafin
150
Alüminium
390


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə