DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

Nəticəni müzakirə edin:
Siz hansı qurğunun modelini hazırladınız?
Bu qurğuda enerji çevrilməsi hansı ardıcıllıqla baş verdi?
Hazırladığınız qurğuda qızdırıcı, işçi cisim və soyuducu nədir?
İstehsalat və texnikaya tətbiq olunan ilk istilik mühərriki buxar turbinidir.
Buxar turbini – su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən istilik
mühərrikidir.
Ən sadə buxar turbini val (1), vala geydirilən disk (2), diskin çənbərinə bərkidilən
pərlərdən (3) və soplo (4) adlanan borudan ibarətdir (c). Val və pərləri olan disk
birlikdə buxar turbininin rotoru adlanır və o, xüsusi korpusda yerləşdirilir. Sadə
görünməsinə baxmayaraq, buxar turbini mürəkkəb quruluşlu istilik maşınıdır. Onun
iş prinsipi sxematik olaraq şəkildə göstərilmişdir (d). Qızdırıcıdan (5) verilən istilik
miqdarı buxar qazanındakı (6) suyu qaynadır.


Yaranan buxar (işçi cisim) borudan keçərkən buxar qızdırıcısında (7) bir daha 
qızdırılaraq təzyiqi ≈ 3 · 10 Pa, temperaturu isə 500°C-yə çatdırılır.
Buxar soploya daxil olaraq genişlənir və daxili enerjisi istiqamətlənmiş buxar
şırnağının kinetik enerjisinə çevrilir. Soplodan çıxan böyük kinetik enerjiyə malik
buxar şırnağı turbinin pərlərinə təsir etməklə öz enerjisinin bir hissəsini ona verir və
rotoru böyük sürətlə fırladır. İşlənmiş buxar kondensator (8) adlanan xüsusi qurğuda
soyudularaq suya çevrilir və nasosla (9) yenidən qazana vurulur.
Müasir buxar turbinlərinin rotoru bir deyil, onlarca diskdən ibarətdir. Hər diskin
yaxınlığında bir neçə soplo yerləşdirilir (e). Soplolardan çıxan buxar bu pərlərə təsir
etməklə diski 50 san  tezliklə (3000 dövr/dəq) fırlanmağa məcbur edir.
7
-1


Buxar turbini müasir istilik və atom elektrik stansiyalarında əvəzolunmaz istilik
mühərrikidir. Buxar turbininin FİƏ-si 40%-dir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
İstilik elektrik stansiyasının sxemi
Şəkildə istilik elektrik stansiyasının (İES) sxemi təsvir edilmişdir. Rəqəmlərə və ox
işarələrinə əsasən stansiyanın iş prinsipini araşdırın.
Nəticəni müzakirə edin:
İES-in rəqəmlərə uyğun hansı hissələri təsvir edilmişdir?
Buxar turbinində qızdırıcı, işçi cisim və soyuducu nədir?
AÇAR SÖZLƏR 
Buxar 
Buxar turbini 
Buxar qazanı 
Kondensator 
İstilik mühərriki
NƏ ÖYRƏNDİNİZ? 
__ su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən __. Turbinin əsas hissəsi
qızdırıcıdan, __ , işçi cisim olan __ və soyuducu qurğu __ ibarətdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Buxar turbini hansı əsas hissələrdən ibarətdir? 
2. Buxar turbininin iş prinsipini izah edin. 
3. Buxar soplodan 500°C temperaturda çıxır, kondensatora isə 300°C temperaturda
daxil olur? Buxarın temperaturunun aşağı düşməsinə səbəb nədir?


LAYİHƏ
Mətbəxdə “buxar turbini”
Təchizat: çaydan, quş lələklərindən hazırladığınız 6 pərli çarx, mis və ya
alüminium məftil (50–70 sm). 
İşin gedişi:
1.  Məftilin uclarında halqa düzəldib çaydanın lüləyinə şəkildə təsvir edildiyi
kimi bağlayın.
2.  Çarxın dəmir milini məftilin halqalarına geydirib sərbəst fırlana bilməsinə
nail olun.
3.  Çaydana yarıdan aşağı su töküb qaynadın. Lüləkdən çıxan buxar pərli çarxı
hərəkətə gətirir.
Hazırladığınız “buxar turbininin” iş prinsipinə dair esse hazırlayın.
Buxar turbinində qızdırıcı, işçi cisim və soyuducunun nə olduğunu
qeyd etməyi unutmayın.


4.3. Daxiliyanma mühərrikləri
Ata avtomobil almağa Arifi də gətirmişdir. Arif baxır ki, eyni avtomobilin biri 11000
manat, digəri isə 14000 manatdır. Satıcıdan avtomobillərdəki qiymət fərqinin
səbəbini soruşduqda məlum olur ki, ucuz avtomobilin mühərriki benzinlə, baha
avtomobilin mühərriki isə dizel yanacağı ilə işləyir. Ata soruşdu: “Sən hansını alardın
oğlum?”, “Mən ucuzunu alardım”, – deyə Arif cavab verdi.
Siz hansı avtomobili alardınız? Nə üçün?
Benzinlə işləyən mühərrik dizel yanacağı ilə işləyən mühərrikdən nə ilə
fərqlənir?
Nə üçün avtomobillərdə buxar mühərriklərindən istifadə edilmir?
Uzaq yolumuzu yaxınlaşdıran, ağır yükümüzü daşıyan avtomobillərin, demək olar,
hamısını hərəkətə gətirən – daxiliyanma mühərrikləridir.
Daxiliyanma mühərriki – yanacağın birbaşa silindrdə, mühərrikin özünün
daxilində yandığı istilik mühərrikidir.
İlk porşenli daxiliyanma mühərrikini 1860-cı ildə fransız mühəndisi Etyen Lenuar
(1822–1900) ixtira etmişdir. Hazırda daxiliyanma mühərrikinin iki növü mövcuddur:
karbüratorlu mühərrik (1876-cı ildə alman mühəndisi Otto Nikolaus (1832–1891)
ixtira etmişdir) və dizel mühərriki (1897-ci ildə alman mühəndisi Rudolf Dizel (1858–
1913) ixtira etmişdir). 
Karbüratorlu mühərrikdə yanacaq qarışığı (benzinin hava ilə qarışığı) mühərrikdən
kənarda yerləşən karbürator adlanan xüsusi qurğuda hazırlanır və oradan
mühərrikin silindrinə daxil olur. Dizel mühərrikində isə yanacaq qarışığı birbaşa
mühərrikin özündə hazırlanır. 
Daxiliyanma mühərrikinin özündən əvvəlki istilik mühərriklərindən başlıca
üstünlüyü – nisbətən kiçik ölçü və kütləyə malik olmaqla böyük dartı qüvvəsi
yaratmasıdır. Bu səbəbdən o artıq 130 ilə yaxındır ki, nəqliyyat vasitələrində
(avtomobil, traktor, teplovoz), aviasiyada və gəmiçilikdə (dizel-teploxod, kater və s.)
geniş tətbiq olunur.
Daxiliyanma mühərrikinin quruluş və iş prinsipi
Karbüratorlu daxiliyanma mühərriki aşağıdakı hissələrdən ibarətdir (a). Yanacaq
qarışığı mühərrikin 1 silindrində yanır. Silindrdəki 2 porşeni 3 sürgü qoluna
birləşdirilmişdir. Porşenin irəliləmə hərəkəti sürgü qoluna geydirilən 4 çarx qolu
vasitəsilə 5 dirsəkli vala fırlanma hərəkəti verir. Vala isə metaldan hazırlanmış
nazimçarx bərkidilir (bax: şək. b). Porşen yuxarı hərəkət etdikdə o, silindrin qapağına
çatmır. Ona görə də silindrin qapağı ilə porşen arasında həmişə boş fəza - 6 yanma
kamerası olur. Silindrin qapağı 7 (daxilolma) və 8 (xaricetmə) klapanları ilə təchiz
edilmiş iki kanalla əlaqələndirilmişdir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə