DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

Klapanlar müəyyən edilən iş ardıcıllığına uyğun olaraq avtomatik açılır: daxilolma
klapanından silindrə yanacaq qarışığı daxil olur, xaricetmə klapanından isə
yanacağın yanma tullantısı xaric edilir. Silindrin qapağında klapanlardan başqa, 9
alışdırma şamı da yerləşir. Alışdırma şamının yaratdığı elektrik qığılcımı yanacaq
qarışığını alovlandırır.
Daxiliyanma mühərrikində porşenin yuxarı və ya aşağı hər bir gedişi takt adlanır.
Mühərrikin bir tam işi dörd taktda baş verir. Bu səbəbdən belə mühərrik dördtaktlı
mühərrik adlanır:
I takt ─ sorma. Porşen aşağı hərəkət edir. Silindrdə seyrəlmə yaranır, 7 klapanı açılır
və yanacaq qarışığı silindrə sorulur. Sorma taktının sonunda 7 klapanı bağlanır. 8
klapanı da bağlıdır.
II takt ─ sıxılma. Porşen yuxarı hərəkət edərək yanacaq qarışığını sıxır. Sıxılma
zamanı yanacaq kəskin qızır. Sıxılma taktının sonunda, porşen yuxarı vəziyyətə
çatmağa az qalmış, şamın yaratdığı elektrik qığılcımı yanacaq qarışığını alışdırır.
III takt ─ işgörmə. Alışma nəticəsində yanacaq qarışığından ayrılan qazlar porşenə
böyük qüvvə ilə təsir edərək onu aşağı itələyir. Nəticədə dirsəkli vala bərkidilən
nazimçarx böyük sürətlə fırlanma hərəkəti alır. Nazimçarx ətaləti nəticəsində
fırlanmaqda davam edərək porşenin sonrakı taktlardakı hərəkətini təmin edir.
IV takt ─ xaricetmə8 klapanı açılır (7 klapanı bağlıdır), porşen yuxarı hərəkət edir
və yanma məhsulları silindrdən atmosferə xaric edilir. Taktın sonunda 8 klapanı
bağlanır və yenidən birinci takt – sorma taktı başlanır.


Beləliklə, daxiliyanma mühərrikində qızdırıcı – yanacaq məhsulunun özüdür; işçi
cisim – silindrdəki qazdır, o, istidən genişlənərək mexaniki iş görür; soyuducu –
atmosferdir.
Avtomobillərdə əsasən dördsilindrli daxiliyanma mühərriklərindən istifadə edilir. Bu
silindrlərin hər birində porşen növbə ilə dirsəkli vala fırlanma hərəkəti verir (b).
Böyük gücə malik səkkiz və on iki silindrli avtomobil mühərrikləri də mövcuddur.
Dizel mühərriki
Bu mühərrik də dördtaktlıdır. Lakin o, karbüratorlu mühərrikdən onunla fərqlənir ki,
birinci taktda silindrə yanacaq qarışığı deyil, hava sorulur. Silindrə daxil olan hava
ikinci taktın sonunda 15–20 dəfə sıxılır və onun temperaturu 500–600°C-yə qədər
yüksəlir. Üçüncü taktın sonunda silindrə xüsusi nasosla dizel yanacağı püskürülür.
Belə sıxılan və yüksək dərəcəyə qədər qızmış havaya püskürülən yanacaq dərhal
alışır. Alışma nəticəsində ayrılan qazlar porşenə böyük qüvvə ilə təsir edərək onu
aşağı itələyir. Dördüncü taktda xaricetmə klapanı açılır və işlənmiş qazlar atmosferə
xaric edilir. Dizel mühərrikinin karbüratorlu mühərrikdən bəzi üstünlükləri vardır:
– dizel mühərrikinin FİƏ-si daha yüksəkdir;
– o daha az yanacaq sərf edir;
– bu mühərrikdə daha ucuz yanacaqdan (dizel yanacağı) istifadə olunur;
– daha böyük dartı gücü yaratma imkanına malikdir. Belə üstünlüklərinə görə
tanklarda, traktorlarda, teplovoz və teploxodlarda, ağır yük avtomobillərində,
avtobuslarda və bəzi minik avtomobillərində dizel mühərriklərindən istifadə
edilir.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA
Daxiliyanma mühərrikini bir daha öyrənək
Təchizat: karbüratorlu daxiliyanma mühərrikinin modeli. 
İşin gedişi: 
Rəqəmlərə əsasən mühərrikin iş prinsipini araşdırın.
Nəticəni müzakirə edin:
Modeldə uyğun rəqəmlə mühərrikin hansı hissəsi təsvir edilmişdir?
Daxiliyanma mühərrikində qızdırıcı, işçi cisim və soyuducu nədir?
AÇAR SÖZLƏR 
Takt 
Daxiliyanma mühərriki 
Dördtaktlı mühərrik
NƏ ÖYRƏNDİNİZ? 
Yanacağın birbaşa silindrdə, mühərrikin özünün daxilində yandığı istilik mühərriki __.
Mühərrikin bir tam işi dörd __ baş verir. Bu səbəbdən belə mühərrik __ adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Karbüratorlu daxiliyanma mühərrikinin dizel mühərrikindən əsas fərqi nədir? 
2. Sorma taktında hansı fiziki proses baş verir? 
3. Sıxılma, işgörmə və xaricetmə taktlarının iş prinsipi nədən ibarətdir?


4.4. Reaktiv mühərrik
Fərz edək ki, siz astronavtsınız və kosmik stansiyanın çölündə təmir işləri
görürsünüz. Təsadüfən kəndir açılmış və siz yavaş-yavaş uzaqlaşan kosmik
stansiyadan 5–6 m aralıda, açıq kosmik fəzada asılı vəziyyətdə qalmısınız. 
Əlinizdə təmir alətlərindən savayı heç nə yoxdur. Stansiyaya qayıda bilməsəniz, uzun
müddət açıq kosmosda qalıb məhv ola bilərsiniz.
Kosmik boşluqda uzaqlaşan kosmik stansiyaya qayıtmaq üçün nə edərdiniz?
ARAŞDIRMA-1
Bu hansı istilik mühərrikinin modelidir?
Təchizat: sınaq şüşəsi, spirt lampası, tutqacı olan ştativ, mantar tıxac, su (40–50 ml)
və sap. 
İşin gedişi:
1.  Sınaq şüşəsinə su töküb ağzını tıxacla kip qapayın.
2.  Sınaq şüşəsini üfüqi vəziyyətdə ştativdən asıb spirt lampasının alovunda
qızdırın (a).
3.  Su qaynadıqdan sonra baş verən hadisəni yoldaşlarınızla müzakirə edin.


Nəticəni müzakirə edin:
Su buxarı tıxacı kənara atdıqda sınaq şüşəsini onun hərəkətinin əksi
istiqamətinə itələyən nədir (b)?
Eksperimentdə hansı enerji çevrilmələri baş verdi: su buxarının daxili enerjisi
nəyə sərf olundu?
Siz hansı istilik mühərrikini modelləşdirdiniz?
Apardığınız araşdırmada müşahidə etdiniz ki, qarşılıqlı təsirdə olan iki cisim (sınaq
şüşəsi və tıxac) bir-birindən itələnərək əks istiqamətlərə hərəkət edir.
Cisimdən bir hissə ayrılaraq hərəkət etdiyi zaman cismin özünün əks
istiqamətdə hərəkət alması reaktiv hərəkətdir.
Cisimlərə reaktiv hərəkət verən müasir istilik mühərriki – reaktiv mühərrikdir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə