DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

Yanacağın daxili enerjisini qaz şırnağının kinetik enerjisinə çevirən və qaz
şırnağının reaksiya qüvvəsinə bərabər dartı qüvvəsi yaradan istilik mühərriki
reaktiv mühərrikdir.
İki növ reaktiv mühərrik mövcuddur: raket mühərriki və hava reaktiv mühərriki.
1.  Raket mühərriki – öz işində ətraf mühitdən, məsələn, atmosfer havasından istifadə
etməyən reaktiv mühərrikdir. Mühərrikdə yanacaq və oksidləşdirici maddədən
istifadə olunur. Bu maddələr mühərriklə birlikdə daşınır. Mühərrikin yanma
kamerasına (qızdırıcıya) nasoslar vasitəsilə yanacaq və oksidləşdirici vurulur.
Yanacaq qarışığının alışmasından kamerada yüksək təzyiq və temperatura
malik yanma məhsulları olan qazlar (işçi cisim) yaranır. Qaz şırnağı raketin
soplosundan böyük təzyiqlə atmosferə (soyuducu) atılır, nəticədə atılan qaz
kütləsinin reaktiv təsiri yaranır: raket qaz şırnağının reaksiya qüvvəsinə bərabər
böyük dartı qüvvəsi alır (c).
2.  Hava reaktiv mühərriki – yanacağı özü ilə daşıyan, oksidləşdiricisi isə atmosfer
havası olan reaktiv mühərrikdir (d).


Kompressordan yanma kamerasına (qızdırıcı) temperaturu 200°C olan sıxılmış hava
vurulur, eyni zamanda yüksək təzyiqdə maye yanacaq (kerosin) püskürülür.
Yanacağın yanması nəticəsində işçi cisim olan hava 1500 — 2000°C temperatura
qədər qızır. İstidən kəskin genişlənən hava və digər yanma məhsulları olan qaz
şırnağı böyük sürətlə xaricetmə soplosuna tərəf axır. Bu zaman o, turbinin pərləri
arasından keçməklə öz daxili enerjisini turbinin fırlanmasına sərf edir, nəticədə
onun temperaturu 550°C-yə qədər azalır. 
Turbinin aldığı mexaniki enerjinin bir hissəsi isə təyyarə (və ya gəmi) pərlərini
fırladaraq dartı qüvvəsi yaradır. İşlənmiş hava və yanma məhsulları isə atmosfer
təzyiqinə yaxın təzyiq və 
≈ 500 m 
san sürətlə xaricetmə soplosundan atmosferə atılır (bax: şək. d).
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Bu hansı hərəkətdir?
Təchizat: rezin şar, leska (tilov ipi, 12–15 m), borucuq (şirə içmək üçün istifadə
olunan), skoç (yapışqanlı lent). 
İşin gedişi:
1.  Leskanı borucuqdan keçirin. Sonra onu otaq boyunca tarım çəkərək uclarını iki
tərpənməz nöqtəyə, məsələn, pəncərə və qapı dəstəyinə bağlayın.
2.  Şara hava doldurub skoçla borucuğa bərkidin (e).
3.  Şarın boğazını açın və baş verən hadisəni müşahidə edin (f).
Nəticəni müzakirə edin:
Rezin şara hərəkət verən nədir?
Hansı hərəkəti modelləşdirdiniz?


BİLİRSİNİZMİ?
AÇAR SÖZLƏR 
Reaktiv mühərrik 
Daxili enerji 
Reaktiv hərəkət
NƏ ÖYRƏNDİNİZ? 
Cisimdən bir hissə ayrılaraq hərəkət etdiyi zaman cismin özünün əks istiqamətdə
hərəkət alması__. Yanacağın__qaz şırnağının kinetik enerjisinə çevirən və qaz
şırnağının reaksiya qüvvəsinə bərabər dartı qüvvəsi yaradan istilik mühərriki__.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Reaktiv hərəkət nədir? 
2. Reaktiv mühərrikin digər istilik mühərriklərindən başlıca fərqi nədədir? 
3. Reaktiv mühərrikdə qızdırıcı, işçi cisim və soyuducu nədir?
İnsanın reaktiv mühərriklə ilk uçuşu 1633-cü ildə türk ixtiraçısı Ləgəri Həsən
Çələbi tərəfindən uğurla həyata keçirilmişdir. Ləqəri barıt doldurulmuş
kameraya malik primitiv raketlə 20 san müddətinə 300 m hündürlüyə qalxmış və
kürəyinə bağladığı “qanadların” köməyi ilə suya enmişdir (rəsm əsəri; müəllifi:
Şükrü Çağlayan; yeri: Yaşılköy Hava Komandanlığı Muzeyinin kitabxanası). 
tr.wikipedia.org/wiki/lagarı hasan çelebi.


4.5. İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi
Arif atası ilə avtomobil salonunda gəzməkdə davam edirdi. Gördülər ki, eyni
avtomobilin biri 9000 manat, digəri isə 9500 manatdır. Satıcıdan bu qiymət fərqinin
səbəbini soruşduqda məlum oldu ki, birinci avtomobildə katalitik neytralizator
(işlənən yanacaq tullantısını təmizləyən qurğu) yoxdur. Ata yenə Arifdən soruşdu:
“Sən hansını alardın?” “Mən ucuzunu alardım”, - deyə Arif cavab verdi.
Siz hansı avtomobili alardınız: ucuzunu, yoxsa bahalısını? Nə üçün?
İstilik mühərrikləri hansı ekoloji problemlər yaradır? Bu problemləri aradan
qaldırmaq üçün nə təklif edərdiniz?
ARAŞDIRMA-1
Hansı mühərrik ətraf mühiti daha çox çirkləndirir?
Şəkildə dizel və karbürator mühərrikli avtomobillər təsvir olunmuşdur. Bu
mühərriklərin xaricetmə borusundan atmosferə atılan yanma məhsullarının
miqdarını diqqətlə araşdırın.
Nəticəni müzakirə edin:
Hansı mühərrik ətraf mühiti daha çox çirkləndirir: dizel mühərriki, yoxsa
karbüratorlu mühərrik?


İstilik mühərrikləri bir növ enerjinin müəyyən hissəsini (adətən, 30 - 40%-ni) digər
növ enerjiyə çevirir, qalan hissəsini isə ətraf mühitə xaric edir. Xaric edilən bu enerji
ətraf mühitə ciddi zərər vurur: birincisi, yanacağın yanması üçün atmosferdən külli
miqdarda oksigen udulur, ikincisi, böyük istilik miqdarı ayırmaqla Yer səthinə yaxın
atmosfer qatının temperaturunu yüksəldir, üçüncüsü, külli miqdarda yanma
məhsulları tullamaqla atmosferi, su və torpağı çirkləndirir, dördüncüsü, yüksək səs-
küy yaradır və s. Tədqiqatçılar müxtəlif nəqliyyat vasitələrinin ətraf mühitə
vurduqları zərərin payını aşağıdakı kimi müəyyənləşdirmişlər
Mütəxəssislər atmosferə xaric olunan zərərli tullantıların miqdarını azaltmaq
məqsədilə xüsusi katalitik neytralizatorlar hazırlamışlar. Bu qurğu atmosferə atılan
dəm qazının (CO) miqdarını 80%, azot oksidinin (NO ) miqdarını isə 50% azaldır.
Hazırda nəqliyyat vasitələrinin istilik mühərriklərinin zərərli nəticələri ilə mübarizə
bir neçə istiqamətdə aparılır:
1.  İstilik mühərriklərinin təkmilləşdirilməsi: eyni mexaniki enerjini daha az yanacaq
yandırmaqla əldə etmək.
2.  Yanacağın tam yanmasına nail olmaq, məsələn, benzinin əvəzinə təbii və ya
maye qazdan istifadə etmək.
3.  Elektromobillərin təkmilləşdirilməsi və kütləvi istifadəsi.
4.  Avtomobillərə günəş batareyalarının tətbiqi.
5.  Maqnit “yastıqlı” qatarlarda elektromühərriklərin tətbiqi və s.
İstilik elektrik stansiyalarında tətbiq edilən mühərriklər də ətraf mühitə böyük ziyan
vurur. Bu stansiyalar canlı orqanizmlərə zərərli olan maddələr xaric etməklə yanaşı,
Yer atmosferinin qlobal istiləşməsinə “yardım” edir. 
Ona görə də bu gün insanın qarşısında duran əsas vəzifə - sağlam təbii yaşayış
mühitini yaratmaq problemini həll etməkdir. Problemin həll yollarından
x


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə