DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

Hava nə qədər quru (rütubətsiz) olarsa, tənzifdəki su daha sürətlə buxarlanar və
nəm termometr daha aşağı temperatur göstərər - termometrlərin göstəriciləri
arasındakı fərq böyük olar.
Əgər havadakı su buxarı doymuş halda olarsa, tənzifdəki su buxarlanmaz və
termometrlərin göstəriciləri bərabərləşər.
Bu halda havanın nisbi rütubəti 100% olur. Deməli, termometrlərin göstəriciləri
arasındakı fərq havanın nisbi rütubətindən asılıdır. Quru və nəm termometrlərin
göstəriciləri arasındakı fərqə əsasən xüsusi psixrometrik cədvəl (bax: cədvəl 3.7.)
vasitəsilə havanın nisbi rütubəti təyin edilir.
Cədvəl 3.7. Psixrometrik cədvəl.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələni həll edin
Psixrometrik cədvəldən istifadə edərək dərslikdə təsvir olunan psixrometrin
göstəricisinə əsasən (bax: şək. b) havanın nisbi rütubətini təyin edin.
AÇAR SÖZLƏR 
Kondensasiyalı 
Buxarlanan su 
Psixrometr 
Şeh nöqtəsi 
Hiqrometr
NƏ ÖYRƏNDİNİZ? 
Havanın rütubəti__və__adlanan cihazlarla ölçülür. __hiqrometrlə bilavasitə__təyin
edilir. Psixrometrin iş prinsipi__soyumasına əsaslanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Havadakı su buxarı doymuş hala gələrsə, nisbi rütubət nəyə bərabər olar? 
2. Kondensasiyalı hiqrometrlə şeh nöqtəsi necə təyin edilir? 
3. Psixrometrlə havanın nisbi rütubəti necə təyin edilir?


ÇALIŞMA-5
1.  Hansı qabda isti çay daha gec soyuyar?
2.  Xüsusi ərimə istiliyinin fiziki mənası nədir?
1.  Xüsusi ərimə istiliyi - vahid kütləli kristalı ərimə temperaturunda əritmək
üçün nə qədər istilik miqdarı sərf olunduğunu göstərir.
2.  Xüsusi ərimə istiliyi - ixtiyari kütləli kristalı ərimə temperaturunda əritmək
üçün nə qədər istilik miqdarı sərf olunduğunu göstərir.
3.  Xüsusi ərimə istiliyi - vahid kütləli mayeni bərkimə temperaturunda bərk
hala gətirmək üçün mayedən nə qədər istilik miqdarı ayrıldığını göstərir.
4.  Xüsusi ərimə istiliyi - ixtiyari kütləli mayeni bərkimə temperaturunda bərk
hala gətirmək üçün mayedən nə qədər istilik miqdarı ayrıldığını göstərir.
A) Yalnız 3 
B) Yalnız 2 
C) 1 və 3 
D) 2 və 4 
Е) Yalnız 1
3. 
Şəkildə kristalın əriməsinin temperatur-zaman qrafiki verilir. Qrafikdə 3–4
hissəsi hansı prosesə uyğundur?
A) Ərimə 
B) Buxarlanma 
C) Kristalın qızması 
D) Ərintinin qızması 
Е) Bərkimə
4.  Açıq qabdakı su 0  temperaturda buxarlanırmı?
A) Xeyr, çünki su bu temperaturda donur. 
B) Bəli, çünki su bütün temperaturlarda buxarlanır. 
C) Xeyr, çünki su yalnız 100  temperaturda buxarlanır. 
D) Xeyr, çünki su yalnız 0  temperaturdan yüksək temperaturlarda


buxarlanır. 
Е) Bəli, yalnız suyun səthindəki təzyiq normal atmosfer təzyiqindən çox
böyük olduqda buxarlanır.


ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. 2,95 MC istilik miqdarı sərf etməklə ərimə temperaturunda götürülmüş nə
qədər qalayı əritmək olar (λ=59 kC/kq)?
A) 20 kq 
B) 30 kq 
C) 40 kq 
D) 50 kq 
E) 60 kq
2. Şəkildə mayenin kristallaşma prosesinin temperatur-zaman qrafiki verilir.
Qrafikdə, 3–2 hissəsi hansı prosesə uyğundur?
A) Ərimə 
B) Sublimasiya 
C) Kristalın qızması 
D) Bərk cismin soyuması 
Е) Kristallaşma
3. Ərimə temperaturunda götürülmüş 2 kq kütləli misi tam əritmək üçün nə
qədər istilik miqdarı lazımdır (λ=180 kC/kq)?
A) 180 kC 
B) 360 kC 
C) 240 kC 
D) 420 kC 
E) 300 kC
4. Maye buxarlandıqda və buxar kondensasiya etdikdə bu maddələr ətrafla
hansı istilik mübadiləsində olur?
1.  Maye buxarlandıqda ətrafa istilik verilir, buxar kondensasiya etdikdə ətrafdan
istilik alır.
2.  Maye buxarlandıqda ətrafdan istilik alır, buxar kondensasiya etdikdə ətrafa
istilik verir.
3.  Maye buxarlandıqda və buxar kondensasiya etdikdə ətrafdan istilik alır.
4.  Maye buxarlandıqda və buxar kondensasiya etdikdə ətrafa istilik verir.
5.  Maye buxarlandıqda və buxar kondensasiya etdikdə ətrafla istilik mübadiləsi
baş vermir.
5. Sabit temperaturda 1 kq kütləli spirtin buxara çevrilərkən aldığı istilik
miqdarını hesablayın (L = 9 · 10  C/kq).
A) 500 kC 
B) 600 kC 
C) 700 kC 
C) 800 kC 
E) 900 kC
5




4.1. İstilik mühərriki. 
       İstilik mühərrikinin faydalı iş əmsalı
Nəqliyyat növləri üçün ümumi olan nədir?
Bu nəqliyyat növlərində mexaniki hərəkət hansı enerjinin hesabına əldə olunur?
ARAŞDIRMA-1
Sadə istilik mühərriki
Təchizat: sınaq şüşəsi, spirt lampası, tutqacı olan ştativ, mantar tıxac, su (40–50
ml). 
İşin gedişi:
1.  Sınaq şüşəsinə su töküb ağzını tıxacla kip qapayın.
2.  Sınaq şüşəsini təsvirdəki kimi ştativə bərkidib spirt lampasının alovunda
qızdırın. Su qaynadıqdan sonra baş verən hadisəni izləyin.
Nəticəni müzakirə edin:
Sınaq şüşəsindəki su qaynadıqdan sonra nə müşahidə etdiniz?
Eksperimentdə hansı enerji çevrilmələri baş verdi: spirt alovunun sınaq
şüşəsindəki suya verdiyi istilik miqdarı nəyə sərf olundu?
XVIII əsrin əvvəllərində müxtəlif növ yanacaqların daxili enerjisi hesabına mexaniki
iş görən istilik mühərriklərinin yaradılması nəticəsində dünyada elmi-texniki inqilab


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə