DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

baş verdi. Daxiliyanma mühərriki (karbüratorlu və dizel), buxar və qaz turbinləri,
reaktiv mühərrik istilik mühərriklərinin müxtəlif növləridir. Belə mühərriklər olmasa
idi, istilik elektrik stansiyaları, avtomobillər, təyyarə və kosmik raketlər, gəmi və
lokomotivlər, traktor və ekskavatorlar, bir çox maşın və qurğular da olmazdı.
İstilik mühərriki - yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən
qurğudur.


Bütün istilik mühərriklərinin iş
prinsipində ümumi qanunauyğunluq var
İstilik mühərrikləri üç hissədən ibarətdir: qızdırıcı (istilik mənbəyidir, o, yanacağın
yanmasından və s.-dən alına bilər), işçi cisim (buxar və ya yanacağın yanma
məhsulları) və soyuducu (ətraf mühit – atmosfer). Bu hissələr mühərrikin fasiləsiz
işləməsini təmin edir.
1.  Mühərrikin işləmə prosesində işçi cisim qızdırıcıdan müəyyən Q  istilik miqdarı
alır.
2.  Qızdırıcıdan alınan istiliyin bir hissəsi işçi cismin genişlənərək mexaniki iş (A)
görməsinə və mühərrikin hərəkət edə bilən hissələrinin (porşen, turbin valı və
s.) hərəkətə gətirilməsinə sərf olunur.
3.  İşçi cismin genişlənmə prosesi çox qısamüddətli olur. O hər dəfə
genişləndikdən sonra yenidən başlanğıc vəziyyətinə qaytarılmalıdır: işçi cisim
sıxılmalı və proses təkrarlanmalıdır. İşçi cismi sıxmaq üçün ondan soyuducuya
müəyyən Q  (Q  < Q ) miqdarı verilir. Deməli, bütün istilik mühərriklərində
yanacağın daxili enerjisinin yalnız (Q  - Q ) hissəsi işçi cismin gördüyü faydalı
işə (A ) sərf olunur:
A  = Q  - Q
Beləliklə, ixtiyari istilik mühərrikinin işi təkrarlanan tsikllərdən (yunanca “kiklos” -
dairə, qapalı proses) ibarətdir. Prosesi sxematik olaraq təsvirdəki kimi göstərmək
olar (a).
İxtiyari istilik mühərrikinin mühüm xarakteristikası onun faydalı iş əmsalıdır (FİƏ). Ə
qızdırıcının verdiyi ümumi enerjinin hansı hissəsinin faydalı işə sərf olunduğunu
göstərir.
1
2
2
1
1
2
f
f
1
2


Mühərrikin gördüyü faydalı işin onun qızdırıcıdan aldığı istilik miqdarına olan
nisbəti istilik mühərrikinin faydalı iş əmsalı adlanır.
FİƏ yunan hərfi η (eta) ilə işarə olunur və faizlərlə ifadə edilir:
η = A  
Q  · 100%
və ya
η = Q  - Q  
Q  · 100%
İstilik mühərrikinin FİƏ-ni artırmaq üçün onun qızdırıcıdan aldığı istilik miqdarını
artırmaq, soyuducuya verilən istilik miqdarını isə azaltmaq lazımdır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələləri həll edin
1.  İstilik mühərriki qızdırıcıdan 0,5 MC istilik alır, soyuducuya isə 0,4 MC istilik
miqdarı verir. İşçi cismin gördüyü faydalı iş nə qədərdir?
2.  Mühərrikin işçi cismi qızdırıcıdan 100 MC istilik miqdarı alaraq 40 MC mexaniki
iş görür. Mühərrikin FİƏ-ni təyin edin.
Nəticəni müzakirə edin:
İstilik mühərrikində yanacağın daxili enerjisinin hansı hissəsi işçi cismin faydalı
iş görməsinə sərf olunur?
Mühərrikin FİƏ-si nə deməkdir?
AÇAR SÖZLƏR 
Soyuducu 
İşçi cisim 
Faydalı iş əmsalı 
İstilik mühərriki 
Qızdırıcı
NƏ ÖYRƏNDİNİZ? 
Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən maşın __. Bütün istilik
mühərrikləri __ (istilik mənbəyi), __ (buxar və ya yanacağın yanma məhsulları) və __
(ətraf mühit – atmosfer) hissələrindən ibarətdir. Mühərrikin gördüyü faydalı işin
onun qızdırıcıdan aldığı istilik miqdarına olan nisbəti istilik mühərrikinin __ adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1.  Sınaq şüşəsi və spirt lampası ilə qurduğunuz sadə istilik mühərrikində (bax: 4.1,
araşdırma-1) yanacaq, qızdırıcı, işçi cisim və soyuducu nədən ibarətdir?
2.  İstilik mühərrikinin tsiklik işi hansı sxem üzrə təmin olunur?
3.  İstilik mühərrikinin FİƏ-si 50%-dir. Bu nə deməkdir?
f
1
1
2
1


4.  İstilik mühərrikində daxili enerjinin hamısını mexaniki enerjiyə çevirmək
mümkündürmü? Cavabınızı əsaslandırın.


4.2. Buxar turbini
Müasir texnika və istehsalatda elə istilik mühərriklərindən istifadə olunur ki, onun
vasitəsilə su buxarının daxili enerjisi mexaniki enerjiyə çevrilir.
Su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən qurğu nə adlanır və o
haralarda tətbiq edilir?
Belə qurğuda qızdırıcı, işçi cisim və soyuducu nə ola bilər?
ARAŞDIRMA-1
Bu hansı qurğunun modelidir?
Təchizat: kiçik kolba, içərisindən kiçikdiametrli boru keçirilmiş rezin tıxac, spirt
lampası, tutqacı olan ştativ, mantar tıxac, nazik dəmir mil, quş lələkləri, biz, mis və
ya alüminium məftil (50–70 sm), su (70–100 ml). 
İşin gedişi:
1.  Sınaq şüşəsinə su tökün, ağzını rezin tıxacla kip qapayıb ştativə bərkidin və spirt
lampasının alovunda qızdırın.
2.  Dəmir mili mantar tıxacdan keçirin. Biz vasitəsilə tıxacın səthində çevrə
boyunca 6 simmetrik dəlik açıb lələkləri ora batırın. Siz 6 pərli çarx hazırladınız
(a).
3.  Mis məftili iki yerə qatlayın və qatlanan hissəni oturacağa bərkidin, uclarını isə
əyərək haça düzəldin. Milin uclarını haçalarda elə yerləşdirin ki, çarx sərbəst
fırlana bilsin.
4.  Kolbadakı su qaynadıqdan sonra çarxın pərlərini borudan çıxan buxara
yaxınlaşdırın, baş verən hadisəni müşahidə və müzakirə edin (b).


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə