DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

Nisbi rütubət — verilmiş temperaturda havada olan su buxarının sıxlığının
həmin temperaturda doymuş su buxarının sıxlığına olan nisbətinin faizlərlə
ifadəsinə deyilir:
Burada φ - nisbi rütubət, ρ - verilən temperaturda havadakı su buxarının sıxlığı, ρ  -
həmin temperaturda havadakı doymuş su buxarının sıxlığıdır. İnsan dərisinin
səthindən suyun buxarlanma sürəti havanın nisbi rütubətindən asılıdır. Nisbi
rütubət artanda insan bədənindən suyun buxarlanması azalır. Nəticədə orqanizmin
istilik tarazlığı pozulur, nəfəs almaq çətinləşir və insan özünü pis hiss edir. Quru
havada isə su dəridən sürətlə buxarlanır, insan çox tərləyir, dodaqlar, nəfəs
yollarının selikli qişası quruyur və o özünü yenə də pis hiss edir. İnsan həyatı üçün
havanın nisbi rütubətinin 50-60% olması daha faydalıdır. Müxtəlif temperaturlarda
doymuş su buxarının ρ  sıxlığı cədvəl 3.6-da verilmişdir.
Cədvəl 3.6. Müxtəlif temperaturlarda doymuş su buxarının ρ  sıxlığı
t, °C
ρq/m
t, °C
ρq/m
t, °C
ρq/m
-5
3,2
7
7,8
15
12,8
0
4,8
8
8,3
16
13,6
1
5,2
9
8,8
17
14,5
2
5,6
10
9,4
18
15,4
3
6,0
11
10,0
19
16,3
4
6,4
12
10,7
20
17,3
5
6,8
13
11,4
30
30,3
6
7,3
14
12,1
50
83,0
Verilən temperaturda havadakı su buxarının ρ sıxlığı necə təyin edilir? Bu məqsədlə
şeh nöqtəsini bilmək lazımdır.
Şeh nöqtəsi — havadakı su buxarının doymuş buxar halına keçdiyi
temperatura deyilir.
0
0
0
3
3
3


Hava şeh nöqtəsinə qədər soyuduqda buxarın kondensasiyası başlanır: duman
əmələ gəlir, şeh düşür. Havadakı su buxarının sıxlığı şeh nöqtəsinə uyğun doymuş
buxarın sıxlığına bərabər olur.
Məsələləri_həll_edin'>ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA
Məsələləri həll edin
1.  Havanın nisbi rütubəti 80%, temperaturu 4°C-dir. Havadakı su buxarının sıxlığı
nə qədərdir? Həmin temperaturda doymuş su buxarının sıxlığı 6,4 q 
m  -dır.
2.  Həcmi 100 m  olan otaqda havanın temperaturu 20°C, rütubəti isə 60%-dir.
Havada neçə qram su buxarı var?
AÇAR SÖZLƏR 
Şeh nöqtəsi 
Mütləq rütubət 
Su buxarı 
Rütubət 
Nisbi rütubət
NƏ ÖYRƏNDİNİZ? 
Havadakı su buxarı__ilə xarakterizə olunur. __ədədi qiymətcə havanın 1 m
həcmindəki su buxarının kütləsinə bərabər olan kəmiyyətdir.__verilmiş
temperaturda havada olan__sıxlığının həmin temperaturda doymuş su buxarının
sıxlığına olan nisbətinin faizlərlə ifadəsinə deyilir. __havadakı su buxarının doymuş
buxar halına keçdiyi temperatura deyilir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. "Havanın mütləq rütubəti 9,5 q 
m -dır" nə deməkdir? 
2. Şeh düşməsi hansı şəraitdə baş verir? 
3. Rütubət insanın həyatında nə kimi rol oynayır? 
4. Nə üçün ətraf mühitin temperaturu yüksəldikdə havanın mütləq rütubəti artır?
3
3
3
3


3.7. Rütubəti ölçən cihazlar
Sinoptiklərin hava proqnozuna dair verdikləri xəbərlərdə bir qayda olaraq havanın
rütubətinə dair məlumatlar da yer alır.
Havanın rütubətinə dair məlumatlar necə əldə edilir?
Otağımızda, fizika kabinetində və ya həyətdəki havanın mütləq və nisbi
rütubətini təyin edə bilərikmi?
Havanın rütubəti xüsusi cihazlarla - hiqrometr və psixrometrlə ölçülür. Yunan sözü
olan 
“hiqros” - nəm, “psixros” isə soyuq deməkdir
Kondensasiyalı hiqrometr
Onunla bilavasitə şeh nöqtəsi təyin edilir. Kondensasiyalı hiqrometr metal
silindrdən (1) ibarətdir. Onun ön divarı cilalanır (2).
Silindrə tez buxarlanan maye - efir tökülür (3) və termometr (4) daxil edilir. Silindrlə
əlaqələndirilən boruya rezin kürəcik (5) birləşdirilir (a). Rezin kürəciklə silindrə hava
vurduqda efir sürətlə buxarlanır və silindr soyuyur. Bu zaman cilalanan divarın səthi
tərləyir - şeh damcıları yaranır.
Deməli, su buxarı doymuş buxara çevrilmişdir. Həmin an termometr şeh nöqtəsinə
uyğun temperaturu göstərir. Şeh nöqtəsi və havanın temperaturunu bilməklə xüsusi
cədvəllərin 
(bax: cədvəl 3.6 və 3.7) köməyi ilə havanın mütləq və nisbi rütubətini təyin etmək
olur.


ARAŞDIRMA-1
Verilən nümunəyə uyğun məsələni həll edin
Nümunə
Havanın temperaturu 20°C, hiqrometrlə təyin edilən şeh nöqtəsi
isə 8°C-dir. Havanın nisbi rütubətini təyin edin. 
İzahlı həll: 
Cədvəl 3.6-dan 20°C temperaturda havadakı doymuş su buxarının sıxlığı 
(ρ  = 17,3
) və 8°C temperaturdakı havada su buxarının sıxlığı (ρ = 8,3
) təyin edilir (8°C temperaturda havadakı su buxarı tamamilə doymuş
hala keçir). Daha sonra isə 20°C temperaturda havanın nisbi rütubəti
hesablanır:
Məsələ
Havanın temperaturu 18°C, hiqrometrlə təyin edilən şeh nöqtəsi
isə 10°C-dir. Havanın nisbi rütubətini təyin edin.
Nəticəni müzakirə edin:
Hansı temperaturda havanın nisbi rütubəti daha böyükdür: 20°C-də, yoxsa
18°C-də?
Psixrometr
Havanın nisbi rütubətini təyin etməyə imkan verən cihazlardan biri də psixrometrdir.
Onun iş prinsipi buxarlanan suyun soyumasına əsaslanır. Psixrometr iki eyni
termometrdən ibarətdir. Onlardan biri havanın temperaturunu ölçür. Digərinin civə
(və ya spirt) çəni ucu suya batırılan tənziflə sarınır. Buxarlanan su soyuduğundan bu
termometrin göstəricisi quru termometrin göstəricisindən aşağı olur (b).
0
3
3


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə