DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

biri alternativ enerji mənbələrindən - Günəş, külək, dəniz qabarmaları və s. enerji
mənbələrindən istifadə etməkdir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Bakı şəhərinin atmosferi nə dərəcədə təmizdir?
Məsələ
Aparılan praktik araşdırmalardan müəyyən edilmişdir ki, karbürator
mühərrikli bir minik avtomobili il ərzində atmosferdən 40 t oksigen udur,
əvəzində isə atmosferə yanma məhsulları ilə birlikdə 800 kq dəm qazı
(CO), 40 kq azot oksidi və 200 kq karbohidrogen xaric edir. 2014-cü ilin
məlumatına görə, Bakı şəhərinin küçələrində hər gün 750000 minik
avtomobili hərəkət edir. Bu avtomobillər il ərzində ətraf mühitə nə qədər
zərər vurur?
Nəticəni müzakirə edin:
Bakı şəhərindəki minik avtomobilləri tərəfindən il ərzində udulan oksigen qazı,
xaric edilən dəm qazı və azot oksidinin miqdarı nə qədərdir?
Avtomobillərin bu zərərli təsirlərini azaltmaq üçün nə təklif edərdiniz?
AÇAR SÖZLƏR 
Oksigen udulur 
Tullantılar 
Səs-küy 
İstilik miqdarı 
Yanacağın yanması
NƏ ÖYRƏNDİNİZ? 
İstilik mühərriklərindən xaric edilən __ ətraf mühitə ciddi zərər vurur: birincisi, __
üçün atmosferdən külli miqdarda __, ikincisi, böyük __ ayırmaqla Yer səthinə yaxın
atmosfer qatının temperaturunu yüksəldir, üçüncüsü, külli miqdarda yanma
məhsulları tullamaqla atmosferi, su və torpağı çirkləndirir, dördüncüsü, yüksək __
yaradır və s.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  İstilik mühərrikləri atmosferə hansı zərərli maddələri tullayır?
2.  İstilik mühərriklərinin zərərli nəticələrini necə azaltmaq olar?
3.  Bakı şəhərinin hansı hissəsində hava daha çirklidir?
4.  Ətraf mühiti qorumaq məqsədilə hansı avtomobili alardınız: karbüratorlu,
yoxsa dizel mühərrikli? Nə üçün?


ÇALIŞMA-6
1.  Nə üçün sualtı gəmidə onun suyun altında üzdüyü rejimdə daxiliyanma
mühərrikindən istifadə olunmur?
2.  Dördtaktlı mühərrikdə dirsəkli valın iki tam dövründə daxilolma və xaricetmə
klapanları uyğun olaraq neçə dəfə açılır?
3.  Şəkildə dördtaktlı mühərrikin silindrinin kəsiyi təsvir edilmişdir. Sorma və
xaricetmə taktları hansı rəqəmlə işarə edilmişdir?
4.  Hansı istilik mühərrikində yüksək temperatura qədər qızdırılmış buxar və ya qaz
şırnağı porşen, sürgü qolu və dirsəkli val olmadan mühərrikin valını fırladır?
5.  Kosmik raket yolun çox hissəsini Yer atmosferindən kənarda qət edir. Raketin
havasız fəzada hərəkət etməsinin səbəbini izah edin.
6.  İstilik mühərriki qızdırıcıdan 0,8 MC istilik alır, soyuducuya isə 0,6 MC istilik verir.
Bu mühərrikin FİƏ-si nə qədərdir? Aldığınız ifadə nə deməkdir?


ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. Buxar turbininin FİƏ-si 35%-dir.
Bu o deməkdir ki ...
1.  ...yanacağın tam yanması zamanı ayrılan enerjinin 65%-i faydalı işin
görülməsinə sərf olunur.
2.  ...yanacağın tam yanması zamanı ayrılan enerjinin 35%-i faydalı işin
görülməsinə sərf olunur.
3.  ...yanacağın tam yanması zamanı ayrılan enerjinin 65%-i mühərrikin
hissələrinin daxili enerjisinə çevrilir.
4.  ...yanacağın tam yanması zamanı ayrılan enerjinin 35%-i mühərrikin
hissələrinin daxili enerjisinə çevrilir.
5.  ...yanacağın tam yanması zamanı ayrılan enerjinin 35%-i buxarın daxili
enerjisinə çevrilir.
2. Karbüratorlu mühərrikdə silindrə verilən yanacaq qarışığı nədən ibarətdir?
A) Maye yanacağın müxtəlif növlərindən 
B) Püskürülən kerosin və havadan 
C) Hava və benzin buxarından 
D) Maşın yağı və benzindən 
E) Su, maşın yağı və benzindən
3. Hansı şəkildə işgörmə taktı təsvir edilmişdir?
A) 1 və 3
B) yalnız 2
C) yalnız 3
D) yalnız 4
E) 2 və 4


4. Reaktiv mühərrikdə qızdırıcı, işçi cisim və soyuducu nədir?
1.  Qızdırıcı - yanma kamerası, işçi cisim - yanacağın yanma məhsulları,
soyuducu - atmosfer
2.  Qızdırıcı - yanacağın yanma məhsulları, işçi cisim - yanma kamerası,
soyuducu - atmosfer
3.  Qızdırıcı - atmosfer, işçi cisim - yanma kamerası, soyuducu - yanacağın
yanma məhsulları
4.  Qızdırıcı - atmosfer, işçi cisim - yanacağın yanma məhsulları, soyuducu -
yanma kamerası
5.  Qızdırıcı - yanacağın yanma məhsulları, işçi cisim - atmosfer, soyuducu -
yanma kamerası
5. İstilik mühərrikində qızdırıcının vəzifəsi nədir?
A) Daxili enerjini mexaniki enerjiyə çevirmək 
B) İstifadə olunmayan enerjini kənarlaşdırmaq 
C) Mexaniki enerjini daxili enerjiyə çevirmək 
D) Yanacaq qarışığını yandırmaq 
E) İstiliyi işçi cismə vermək



5.1. Cisimlərin elektriklənməsi. 
       Elektrik yükü
Quru və təmiz saçınızı daradıqdan sonra darağı doğranmış kağız qırıntılarına
yaxınlaşdırın. Bu zaman qırıntıların darağa cəzb olunduğunu müşahidə edirsiniz.
Qələmi saçınıza sürtüb nazik su şırnağına və ya şam alovuna yaxınlaşdırdıqda
şırnağın və ya alovun qələmə doğru meyil etdiyi müşahidə olunur.
Nə üçün saçınıza sürtdüyünüz daraq kağız qırıntılarını özünə cəzb edir?
Su şırnağının və ya şam alovunun saça sürtülən qələmə doğru meyil etməsinin
səbəbi nədir?
ARAŞDIRMA-1
Sürtünmədən cisimlər hansı yeni xassə kəsb etdi?
Təchizat: plastmas ştativ, ucuna rezin tıxac geydirilən metal mil, sapa bağlanmış
alüminium folqadan hazırlanan kiçik silindr (alüminium giliz), şüşə çubuq, yun
parça, sancaq. 
İşin gedişi:
1.  Metal mili ştativə bərkidin. Sapın sərbəst ucunu rezin tıxaca batırılan sancağa
bağlayın (a).
2.  Şüşə çubuğu və yun parçanı növbə ilə sapdan asılan alüminium gilizə
yaxınlaşdırın və nə baş verdiyini izləyin.
3.  Şüşə çubuğu yun parçaya sürtüb əvvəlcə çubuğu, sonra isə parçanı növbə ilə
sapdan asılan gilizə yaxınlaşdırın və baş verən hadisəni izləyin (b və c).


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə