DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

Toxunduqdan sonra cisimlərin hər ikisi elektrik cəhətdən neytrallaşır və onlar
arasında cəzbetmə itir:
q'  = 0; q'  = 0.
Burada  və (-q ) - iki cismin toxunmadan əvvəlki elektrik yüklərinin miqdarı, q'  və q'
- həmin cisimlərdə toxunmadan sonra qalan yüklərin miqdarıdır.
Diqqət.
Əgər elektriklənmiş keçirici kürəciklərin ölçüləri müxtəlifdirsə, onlar
toxunduqda sistemin ümumi elektrik yükünün çox hissəsi böyük ölçülü
kürəciyə verilir. Metal cisimlərin torpaqlama (cismin Yerlə
əlaqələndirilməsi) üsulu elektrik yüklərinin yenidən paylanmasının bu
qaydasına əsaslanmışdır. Yer kürəsi nəhəng olduğundan bütün
torpaqlanan cisimlər elektrik yüklərini itirir.
II hadisə: cisimlər arasında qarşılıqlı cəzbetmə qarşılıqlı itələmə ilə əvəz olunur. Bu
o zaman baş verir ki, toxunan cisimlərin elektrik yüklərinin mütləq qiymətləri
fərqlidir. Toxunma zamanı cisimlərin əksişarəli yükləri neytrallaşır, artıq qalan bir
işarəli yük (müsbət və ya mənfi yük) cisimlər arasında paylanır və onlar itələnir.
Beləliklə, baxılan hadisələrdən və apardığınız araşdırmalardan belə bir nəticə çıxır:
elektrik yükünə malik iki cisim toxunduqda onlar arasında yük mübadiləsi baş verir -
yüklər işarələri nəzərə alınmaqla toplanır.
Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükü bu sistemdəki yüklərin
cəbri cəminə bərabər olur və əgər sistem qapalıdırsa, yüklərin cəbri cəmi sabit
qalır:
q  + q  + q  + ... + q  = const.
Elektrik cəhətdən qapalı sistemlərdəki cisimlərin elektrik yüklərinin cəbri
cəmi dəyişməz qalır.
Bu, təbiətin mühüm qanunlarından olub elektrik yükünün saxlanması qanunudur.
Qanunu 1843-cü ildə ingilis alimi Maykl Faradey kəşf etmişdir.
Elektrik cəhətdən qapalı sistem-ətraf mühitdən elektrik yükü daxil olmayan və ətraf
mühitə elektrik yükü verilməyən sistemdir.
1
2
1
2
1
2
1
2
3
n
Maykl Faradey 
(1791-1867) 
İngilis fiziki 


Elektrik hadisələrinə dair bir neçə qanun kəşf etmişdir.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-3
Kürəciklərdə nə qədər yük qaldı?
Verilən nümunəyə uyğun məsələni həll edin.
Nümunə.
Bir-birindən uzaqda yerləşən iki eyni ölçülü metal kürəcikdən birinin yükü
q  = 9e, digərinin yükü q  = -15e -dir. Kürəcikləri toxundurduqdan sonra
yenə əvvəlki məsafəyə qədər uzaqlaşdırdılar. Onlarda qalan q'  və q'
yüklərini təyin edin.
Verilir
Həlli
 = 9e
 = -15e
q'  - ?,q' -
?,
q =  + q
Kürəciklər eyni olduğundan onların hər birində ümumi yükün yarısı
qalır:
q'  = q'  = q 
2 =  +  
2
Hesablanması
q'  = q'  = 9e + (-15e
2 = -6e 
2 = -3e.
Cavab: q'  = -3e ; q'  = -3e
Məsələ
Bir-birindən uzaqda yerləşən iki eyni metal sferadan birində q = 26e,
digərində isə q  = -12e elektrik yükü var. Sferaları toxundurub yenə
əvvəlki məsafəyə uzaqlaşdırdılar. Onlarda qalan q'  və q'  yüklərini təyin
edin.
Nəticəni müzakirə edin:
Bu sferaları yenidən toxundurub ayırdıqda nə müşahidə olunar? Nə üçün?
AÇAR SÖZLƏR 
Yüklərin cəbri cəmi 
Elektrik yükünün saxlanması qanunu 
Qapalı sistem 
Elektrik yükü
NƏ ÖYRƏNDİNİZ? 
Toxunan cisimlərdən ibarət sistemin ümumi __ bu sistemdəki __ bərabər olur.
Elektrik cəhətdən __ cisimlərin elektrik yüklərinin cəbri cəmi dəyişməz qalır. Bu, __.
1
2
1
2
1
2
1
2
1
2
1
2
1
2
1
2
1
2
1
2
1
2


ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Cisimdəki elektrik yükünü sonsuz azaltmaq olarmı, nə üçün?
2.  Elektrik yükünün saxlanması qanunu hansı şəraitdə ödənir?
3.  Dielektrik dayaq üzərində olan iki eyni A və B metal kürəciyi şəkildəki kimi
yerləşdirilmişdir. A kürəciyi +q yükünə malikdir, B kürəciyinin isə yükü sıfırdır.
Onları toxundurub sonra əvvəlki vəziyyətlərinə qaytardıqda kürəciklərin hər
birinin elektrik yükü nəyə bərabər olar?


5.7. Elektrik yüklərinin qarşılıqlı təsiri: 
       Kulon qanunu
Apardığınız çoxsaylı araşdırmalardan məlum oldu ki, elektriklənmiş cisimlər birbiri
ilə qarşılıqlı təsirdə olur: eyni işarəli elektrik yükünə malik cisimlər arasında itələmə,
əksişarəli yüklərə malik cisimlər arasında isə cazibə xarakterli qarşılıqlı təsir qüvvəsi
yaranır.
Bu qarşılıqlı təsir kəmiyyətcə necə xarakterizə olunur?
O hansı fiziki kəmiyyətlərdən asılıdır?
1785-ci ildə fransız fiziki Şarl Kulon elektriklənmiş cisimlər arasında yaranan
qarşılıqlı təsir qüvvəsinin asılı olduğu kəmiyyətləri müəyyən edir. O, sükunətdə olan
iki nöqtəvi elektrik yükünün qarşılıqlı təsir qüvvəsini burulma tərəzisi vasitəsilə
ölçmüşdür.
Ölçüləri aralarındakı məsafəyə nəzərən çox kiçik olan cisimlərdəki elektrik
yükləri nöqtəvi elektrik yükləri adlanır.
Nöqtəvi yüklərin modeli kimi Kulon yüklənmiş kiçik kürəciklərdən istifadə etmişdir.
Burulma tərəzisi nazik elastik məftildən asılmış şüşə çubuqdan ibarətdir. Çubuğun
bir ucunda B metal kürəsi, digər ucunda isə onu tarazlaşdıran C kürəsi vardır. Qaba
tərpənməz A kürəsi də daxil edilmişdir. A və B kürələrinə eyniadlı yüklər verilir. Bu
zaman B kürəsi itələnir və şüşə çubuq müəyyən bucaq qədər dönür. Çubuğun
dönmə bucağına görə A və B kürələrinin qarşılıqlı təsir qüvvəsi müəyyən edilmişdir.
Kulon kürələrin arasındakı məsafəni və yüklərin miqdarını dəyişməklə müəyyən
etmişdir ki, nöqtəvi yüklərin qarşılıqlı təsir qüvvəsi onlar arasındakı məsafədən və
yüklərin modulları hasilindən asılıdır. Kulonun təcrübələri elektrostatikanın mühüm
qanununun kəşfinə gətirdi:
Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsi yüklərin
modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs
mütənasibdir:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə