DərsliYİNİZLƏ taniş olun!


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Hansı yerdə suyun qaynama temperaturu 100°C-dən: a) aşağıdır; b) yuxarıdır? 
Nə üçün? 
1. Dəniz səviyyəsində. 
2. Pirquluda (dəniz səviyyəsindən 1500 m yüksəklikdə). 
3. Soma şaxtasında (dəniz səviyyəsindən 2000 m dərinlikdə).
AÇAR SÖZLƏR 
Qaynama 
Doymayan buxar 
Doymuş buxar 
Dinamik tarazlıq 
Qaynama temperaturu
NƏ ÖYRƏNDİNİZ? 
Öz mayesi ilə__olan buxara __ deyilir. Öz mayesi ilə dinamik tarazlıqda olmayan
buxara_ deyilir. Müəyyən temperaturda mayenin bütün həcmində baş verən
buxarlanma prosesinə__ deyilir. Mayenin qaynadığı temperatur__ adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Doymuş buxarın təzyiqi və sıxlığı nədən asılıdır?
2.  Nə üçün maye qaynadıqda temperaturu dəyişmir?
3.  Hansı qabda su daha tez qaynayar: ağzıaçıq, yoxsa qapalı qabda? Nə üçün?
4.  Nə üçün xarici təzyiq artdıqda mayenin qaynama temperaturu artır, xarici
təzyiq azaldıqda isə qaynama temperaturu da azalır?


3.5. Xüsusi buxarlanma istiliyi
Mayeni buxarlandırmaq üçün ona müəyyən qədər istilik miqdarı verilir, buxar
kondensasiya etdikdə isə ondan istilik miqdarı ayrılır.
Bu istilik miqdarları nədən asılıdır?
Müxtəlif maddələrin maye halından qaz halına çevrilməsi üçün müxtəlif miqdarda
enerji tələb olunur. Bu enerji xüsusi buxarlanma istiliyi adlanan fiziki kəmiyyətlə
xarakterizə olunur.
ARAŞDIRMA-1
Buxarlanma istiliyi nədən asılıdır?
Məsələ
Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq suyu buxarlandırmaq üçün 2,3
MC, həmin miqdarda spirti buxarlandırmaq üçün 0,9 MC istilik miqdarı
vermək lazımdır. Kütləsi 2 kq olan suyu buxarlandırmaq üçün 4,6 MC,
həmin qədər spirti buxarlandırmaq üçün 1,8 MC istilik miqdarı tələb
olunur.
Nəticəni müzakirə edin:
Müxtəlif növ mayelərin buxarlanması üçün lazım olan istilik miqdarı nədən
asılıdır?
Sabit temperaturda mayeni buxara çevirmək üçün sərf olunan istilik
miqdarına buxarlanma istiliyi deyilir.
Araşdırmanın təhlilindən məlum olur ki, buxarlanma istiliyi mayenin növündən və
kütləsindən asılıdır:
Q = Lm.
Burada Q - buxarlanma istiliyi, m - mayenin kütləsi, L - mayenin xüsusi buxarlanma
istiliyidir.
Mayenin xüsusi buxarlanma istiliyi eyni kütləli müxtəlif mayeləri buxara çevirmək
üçün tələb olunan istilikləri fərqləndirməkdən ötrü tətbiq edilən fiziki kəmiyyətdir.
Düsturu
Ölçü vahidi
L = Q 
m
[L] = 1
kq
Tərifi
Tərifi
Maddənin xüsusi buxarlanma istiliyi - 1
kq mayeni buxarlandırmaq üçün sərf
olunan istilik miqdarına bərabər olan fiziki
1 kiloqramda coul - elə mayenin
buxarlanma istiliyidir ki, onun 1 kq-nı
buxarlandırmaq üçün 1C istilik sərf


kəmiyyətdir.
olunsun.


Xüsusi buxarlanma istiliyi mayenin növündən asılıdr. Cədvəl 3.5-də bəzi mayelərin
xüsusi buxarlanma istiliyi verilir.
Cədvəl 3.5. Bəzi maddələrin xüsusi buxarlanma istiliyi (qaynama temperaturunda
və normal atmosfer təzyiqində).
Maddə
L, MC/kq
Maye hava
0,2
Civə
0,3
Efir
0,4
Spirt
0,9
Maye ammonyak
1,4
Su
2,3
Sabit temperaturda verilən kütləli buxar kondensasiya edərkən ayrılan istilik miqdarı
həmin kütləli uyğun mayenin buxarlanması üçün tələb olunan istilik miqdarına
bərabərdir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələləri həll edin
1.  Xüsusi buxarlanma istiliyini təyin etmək üçün nəyi bilmək lazımdır?
2.  100°C temperaturda kütləsi 1 kq olan su buxarı kondensasiya edərkən nə qədər
enerji ayrılar?
3.  Gümüş buxarı 2466 K temperaturda kondensasiya edir. 500 q gümüş
kondensasiya edərkən nə qədər istilik ayrılar? Gümüşün xüsusi buxarlanma
istiliyi 2,34 Mc/kq-dır.
AÇAR SÖZLƏR 
İstilik miqdarı 
Kondensasiya 
Buxarlanma 
Buxarlanma istiliyi 
Xüsusi buxarlanma istiliyi
NƏ ÖYRƏNDİNİZ? 
Sabit temperaturda mayeni buxara çevirmək üçün sərf olunan istilik
miqdarına__deyilir. 1 kq mayeni buxara çevirmək üçün lazım olan istilik miqdarına


__deyilir. Sabit temperaturda verilən kütləli buxar __edərkən ayrılan__həmin kütləli
uyğun mayenin __üçün tələb olunan istilik miqdarına bərabərdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Nə üçün xüsusi buxarlanma istiliyi maddəni xarakterizə edir, cismi yox? 
2. Civənin xüsusi buxarlanma istiliyinin 0,3 MC/kq olması nə deməkdir? 
3. 5 kq suyu buxarlandırmaq üçün nə qədər istilik miqdarı lazımdır?


3.6. Havanın rütubəti
Havada həmişə su buxarı olur. O, Yer səthindəki suyun (okean, dəniz, göl və s.)
buxarlanmasından yaranır. İnsanların əhvali-ruhiyyəsi, heyvan və bitkilərin həyatı,
habelə texniki və tikinti obyektlərinin vəziyyəti havadakı su buxarının miqdarından
asılıdır. Havadakı su buxarının miqdarı havanın nəmliyini, başqa sözlə desək,
rütubətliyini müəyyən edir. 
Havanın rütubəti iki fiziki kəmiyyətlə xarakterizə olunur: mütləq rütubət və nisbi
rütubət.
Mütləq rütubət — ədədi qiymətcə havanın 1m  həcmindəki su buxarının
kütləsinə bərabər olan kəmiyyətdir:
ρ = m 
V
Burada ρ - mütləq rütubət (su buxarının sıxlığı), V - havanın həcmi, m - havada olan
su buxarının kütləsidir. 
1 m -dəki su buxarının kütləsi çox kiçik olduğundan o, qramlarla ifadə olunur.
Mütləq rütubətin vahidi metr kubunda qram qəbul edilmişdir:
Mütləq rütubətin ρ = 20
m  olması o deməkdir ki, 1m  havada 20 q su buxarı vardır.
Qeyd edək ki, yalnız mütləq rütubəti bilməklə verilən şəraitdə havadakı su buxarının
onun doyma halından nə dərəcədə fərqləndiyini təyin etmək olmur. Əgər Yer
kürəsinin atmosferindəki su buxarı doymuş olarsa, onun bütün səthi heç vaxt
qurumayan su damcıları ilə örtülərdi. Əksinə, su buxarı doymuş haldan çox-çox az
olarsa, təbiətə böyük ziyan vuran quraqlıq baş verər.
Verilmiş temperaturda su buxarının doymuş buxardan nə qədər fərqləndiyini göstərən
nisbi rütubət adlandırılan fiziki kəmiyyət qəbul edilmişdir.
Bakıda yaşayanların əksəriyyəti qışda
havadakı soyuqluğa, yayda isə istiliyə
çətinliklə dözür
Nə üçün Bakıda hətta 25°C istidə
insanların bir çoxu özlərini pis,
lakin Kürdəmirdə havanın daha
yüksək temperaturunda yaxşı hiss
edir?
3
3
3
3


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə