DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

Bərkimə prosesində maye daxili enerjisinin bir hissəsini ətraf mühitə verir. Ona görə
də maye bərkiyərkən enerjisi azalır.


Enerjinin saxlanması qanununa əsasən, verilən kütləli mayenin kristallaşması
prosesində ayrılan istilik miqdarı eyni kütləli həmin maddənin bərk haldan maye
halına keçməsi prosesində aldığı istilik miqdarına bərabərdir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələni həll edin
Verilmiş kütləli qurğuşunun temperaturunun onun aldığı istilik miqdarından asılılıq
qrafikinə əsasən qurğuşunun yalnız əriməsinə sərf olunan istilik miqdarını təyin
edin.
AÇAR SÖZLƏR
Ərimə istiliyi 
Xüsusi ərimə istiliyi 
Ərimə temperaturu 
Kristal
NƏ ÖYRƏNDİNİZ? 
_ götürülmüş__maddənin əriməsi üçün verilən istilik miqdarı__adlanır. Maddənin__
1 kq kristal maddəni ərimə temperaturunda əritmək üçün lazım olan istilik
miqdarına bərabər olan fiziki kəmiyyətdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Ərimə temperaturunda götürülmüş kristal cismin əriməsi üçün lazım olan istilik
miqdarı necə hesablanır?
2.  Civənin xüsusi ərimə istiliyi 12 kC 
kq-dır. Bu nə deməkdir?
3.  Kristalın xüsusi ərimə istiliyi nədən asılıdır?


3.3. Buxarəmələgəlmə və kondensasiya
ARAŞDIRMA-1
Maddənin halında hansı dəyişiklik baş
verdi?
Təchizat: kolba, stəkan, şüşə boru keçirilən tıxac, su (50 ml), spirt lampası, metal
lövhə, kibrit, ştativ (2 əd.). 
İşin gedişi: 
1. Kolbanı ştativə bərkidin, içərisinə yarıya qədər su töküb ağzını tıxacla qapayın. 
2. Spirt lampasını yandırıb suyun qaynamasına və buxarın yaranmasına nail olun (a).
3.  Şüşə borudan çıxan su buxarının qarşısına ştativdən asılmış dəmir lövhə və
onun altında stəkan yerləşdirin.
4.  Suyun buxarlanma prosesini bir neçə dəqiqə müşahidə edin.
Nəticəni müzakirə edin:
Buxar soyuq metal lövhəyə toxunduqda nə üçün yenidən suya çevrildi?
Təcrübə prosesində maddənin halında hansı dəyişiklik baş verdi? Nə üçün?
Bəzən qaynar çayı içərkən onu
nəlbəkiyə tökür, şorba dodaqlarımızı
“yandırdıqda” qaşığa üfürür, isti yay
günlərində isə yelpikdən istifadə
edirik.
Bu məişət hadisələrində ümumi
cəhət nədir?
İçərisində isti su olan qabı qapaqla
örtüb bir neçə dəqiqədən sonra
qapağı qaldırdıqda onun alt səthində
su damcıları görərsiniz.
Bu damcılar qapağın alt səthində
necə əmələ gəldi?


Gündəlik müşahidələr göstərir ki, açıq qabdakı ətrin, spirtin, suyun və digər
mayelərin miqdarı tədricən azalır. Buna səbəb mayelərin buxarlanmasıdır.
Maddənin maye halından qaz (buxar) halına çevrilmə prosesi buxar-
əmələgəlmə adlanır.
Buxarəmələgəlmənin iki növü var: buxarlanma və qaynama.
Buxarlanma
Buxarlanma - mayenin sərbəst səthində baş verən buxarəmələgəlmədir.
Buxarlanma necə izah olunur? 
Məlumdur ki, maye molekulları müxtəlif sürətlərlə xaotik hərəkət edir. Belə
hərəkətdə olan molekullar bir-biri ilə toqquşmaqla kinetik enerjilərini bir- birinə
verir, nəticədə bəzi molekulların sürəti xeyli artır. Mayenin səthinə yaxın olan və
kifayət qədər böyük sürət almış molekullar qonşu molekulların cazibəsinə üstün
gələrək mayeni tərk edir. Mayenin sərbəst səthini tərk edən molekullar onun
üzərində buxar əmələ gətirir. 
Molekulların mayenin sərbəst səthindən xaricə çıxma prosesi həmin mayenin
buxarlanmasıdır. Buxarlanma prosesində mayeni kinetik enerjisi böyük olan
molekullar tərk edir, qalan molekulların isə orta kinetik enerjisi azaldığından maye
soyuyur. 
Deməli, buxarlanma prosesində mayenin daxili enerjisi azalır. Bunu sadə təcrübədə
sınaqdan çıxarmaq olar: əlinizə bir neçə damcı odekolon damcıladın - dərhal əlinizin
həmin hissəsində sərinlik hiss edirsiniz. Buxarlanan odekolon soyumaqla yanaşı,
əlinizdən də bir qədər istilik miqdarı alır. Buxarlanma mayenin istənilən
temperaturunda baş verir, lakin onun sürəti müxtəlif səbəblərdən asılıdır:
buxarlanmanın sürəti mayenin növündən asılıdır. Məsələn, şüşə lövhə
üzərinə eyni miqdarda su, spirt və günəbaxan yağı damcılatdıqda əvvəlcə
spirt, sonra isə su tamamilə buxarlanır. Yağın tam buxarlanması isə
günlərlə davam edə bilər;
buxarlanmanın sürəti mayenin səthinin sahəsindən asılıdır. Məsələn,
stəkandakı çayı nəlbəkiyə tökdükdə daha tez buxarlanaraq soyuyur;
buxarlanmanın sürəti mayenin temperaturundan asılıdır. Məsələn,
qızdırıcı yaxınlığına qoyulmuş stəkandakı su masa üzərində olan
stəkandakı suya nisbətən daha tez buxarlanır;
buxarlanmanın sürəti hava cərəyanından və rütubətdən asılıdır.
Məsələn, eyvandan asılan yaş paltardakı su eyni temperaturlu küləkli
havada küləksiz havaya nisbətən daha tez buxarlanır.


Kondensasiya
Molekulların mayenin səthini tərk etməsi ilə yanaşı, eyni zamanda əks proses də baş
verir: maye səthində xaotik hərəkət edən molekulların bir hissəsi yenidən maye
səthinə qayıdır.
Buxarın mayeyə çevrilmə prosesi kondensasiya adlanır.
Kondensasiya prosesində buxardan enerji ayrılır.
bilirsinizmi?
Bərk cisimlər də buxarlanırmı?
Bərk cisimlərin buxarlanma prosesi sublimasiya, əks proses isə desublimasiya
adlanır.
Sublimasiya —maddənin bərk haldan birbaşa qaz halına keçmə prosesidir.
Məsələn, “quru buz ” (CO  bərk halda) mayeləşmədən buxarlanır. Bəzi bərk
cisimlər, məsələn, naftalin sublimasiya etdiyinə görə biz onun iyini hiss edirik.
Desublimasiya — maddənin qaz halından birbaşa bərk hala keçmə prosesidir.
Məsələn, şaxtalı havada pəncərə şüşələrində qırovun əmələ gəlməsi: qırov
havada olan su buxarının birbaşa buza çevrilməsindən yaranır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Buxarlanmanın sürəti nədən asılıdır?
Təchizat: sınaq şüşəsi, spirt lampası, yod kristalları, kibrit, ştativ. 
İşin gedişi:
1.  Sınaq şüşəsinə yod kristallarını töküb ştativə bərkidin.
2.  Spirt lampasını yandırıb sınaq şüşəsini qızdırın və yod kristallarının halında baş
verən dəyişikliyi müşahidə edin (b).
Kondensasiya buxarın mayeyə toxunmadığı halda da baş verə bilir. Buna misal
buludların əmələ gəlməsidir: Yer səthindən qalxan su buxarının molekulları
atmosferin nisbətən soyuq təbəqələrində qruplaşaraq kiçik su damcıları yaradır.
Bu damcılar isə səmada “süzən” buludları əmələ gətirir.
2


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə