DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

Nəticəni müzakirə edin:
Qızdırılan sınaq şüşəsinin daxili divarının bənövşəyi rəng almasının səbəbi
nədir?
Təcrübədə hansı hadisəni müşahidə etdiniz?


AÇAR SÖZLƏR 
Buxarlanma 
Desublimasiya 
Sublimasiya 
Buxarəmələgəlmə 
Kondensasiya
NƏ ÖYRƏNDİNİZ? 
Maddənin maye halından qaz (buxar) halına çevrilmə prosesi__adlanır.
__ mayenin sərbəst səthindən baş verən buxarəmələgəlmədir. Buxarın mayeyə
çevrilmə prosesi__ adlanır.
__maddənin bərk haldan birbaşa qaz halına keçmə prosesidir.
__maddənin qaz halından birbaşa bərk hala keçmə prosesidir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Nə üçün dəniz və okean sularının səthinin neft təbəqəsi ilə çirklənməsi ekoloji
fəlakət adlanır?
2.  Nə üçün yağlı şorba gec soyuyur?
3.  Soyuq suyu şüşə butulkaya və saxsı dolçaya doldurdular. Hansı qabda su sərin
qalar, hansında isə qızar? Nə üçün?
4.  Çimərlikdə sudan çıxdıqda sərinlik hiss edirsiniz, nə üçün?
3.4. Doymuş və doymayan buxar. 
       Qaynama
Öyrəndiniz ki,
 maye ağzıbağlı qabda da buxarlanır.
Qapalı qabdakı mayenin buxarlanması həmin mayenin ağzıaçıq qabdakı
buxarlanmasından nə ilə fərqlənir?
Buxarın növləri
Buxarın iki növü var: doymuş və doymayan buxar. Ağzıbağlı qabda suyu tərk edən
molekullar su səthi ilə qapaq arasındakı fəzaya keçir. Bəzi molekullar yenidən
mayeyə qayıdır: qapaq bağlı olduğundan buxarın çox hissəsi kondensasiya edir və
mayeyə çevrilir.
Nəhayət, elə an gəlib çatır ki, vahid zamanda mayeyə qayıdan molekulların sayı
mayeni tərk edən molekulların sayına bərabər olur. Bu hal dinamik tarazlıq adlanır.
Dinamik tarazlıq halında qabdakı buxarın və mayenin miqdarı dəyişmir.
Öz mayesi ilə dinamik tarazlıqda olan buxara doymuş buxar deyilir.


Doymuş buxarın sıxlığı və təzyiqi nədən asılıdır? 
Fərz edək ki, ağzıbağlı qabda maye və onun doymuş buxarı vardır. Qab qızdırılır.
Temperatur artdıqca mayeni tərk edən molekulların sayı mayeyə qayıdan
molekulların sayından çox olur. Bu halda dinamik tarazlıq və buxarın doymuş halı
pozulur. Bir müddətdən sonra dinamik tarazlıq bərpa olur, lakin qapalı fəzanın vahid
həcminə düşən buxar molekullarının sayı artdığından doymuş buxarın sıxlığı artır.
Sıxlıq artdıqca buxarın təzyiqi də artır.
Doymuş buxarın sıxlığı və təzyiqi temperaturdan asılıdır: onlar temperatur
yüksəldikcə artır.
Ağzıaçıq qabda isə dinamik tarazlıq halı yaranmır, çünki mayeni tərk edən
molekulların çox hissəsi ətrafa yayılır. Belə buxar doymayandır.
Öz mayesi ilə dinamik tarazlıqda olmayan buxara doymayan buxar deyilir.
Qaynama
Evdə çaydandakı suyun qaynama prosesini çox müşahidə etmisiniz.
Qaynama prosesi necə baş verir?
Nə üçün su qaynayana qədər o, səs-küylə müşayiət olunur, qaynadıqda isə səs
azalır?
ARAŞDIRMA-1
Qaynama prosesi necə baş verir?
Təchizat: şüşə qab, elektrik qızdırıcısı, su, termometr, ştativ. 
İşin gedişi:
1.  Qızdırıcını işə salın. Qaba yarısından yuxarı su töküb qızdırıcının üzərinə qoyun.
2.  Termometri ştativə bərkidib qaba daxil edin, suyun temperaturunun necə
yüksəldiyini və bu zaman onun daxilində gedən prosesi müşahidə edin (a).
Nəticəni müzakirə edin:
Suyun qızması prosesində mayedəki qabarcıqların ölçüləri necə dəyişir və onlar
necə hərəkət edir?
Qaynama prosesində su daxilindəki qabarcıqlar özlərini necə “aparır”? Nə üçün?


Suyu qızdırdıqda bir neçə dəqiqədən sonra onun daxilində saysız qabarcıqların
yaranması müşahidə olunur. Onların yaranmasına səbəb suyun tərkibində həmişə
həll olmuş havanın və asılı bərk cisim hissəciklərinin olmasıdır. Su qızdıqca bu
qabarcıqlara maye buxarlanır. Qabarcıqlar qapalı olduğundan onlardakı buxar
doymuş buxardır. Mayenin temperaturu yüksəldikcə hər bir qabarcıqdakı buxarın
miqdarı artır, deməli, buxarın qabarcığın divarına göstərdiyi təzyiq də artır. Nəticədə
qabarcığın ölçüsü böyüyür və o, arximed qüvvəsinin təsiri ilə mayenin səthinə qalxır.
Qabarcıqlar mayenin nisbətən az qızmış təbəqəsinə gəldikdə onların daxilindəki
buxar kondensasiya edir. Qabarcıqlar həcmcə kiçilərək yox olub gedir. Bu proses
xüsusi səslə müşayiət olunur. 
Su müəyyən temperatura - normal atmosfer təzyiqində 100°C-yə qədər qızanda
konveksiya hesabına bütün maye həcmində temperatur eyni olur. Bu zaman yuxarı
qalxan qabarcıqların həcmi artıq kiçilmir, onlardakı doymuş buxarın təzyiqi
atmosfer təzyiqindən azca böyük olur və qabarcıqlar partlayaraq buxarı atmosferə
atır - qaynama baş verir.
əyyən temperaturda mayenin bütün həcmində baş verən buxarlanma
prosesinə qaynama deyilir.
Qaynama o zaman başlayır ki, qabarcıq daxilindəki doymuş buxarın təzyiqi mayenin
səthindəki xarici təzyiqə bərabər olur. Təcrübə göstərir ki, qaynama zamanı mayenin
və onun üzərindəki buxarın temperaturu dəyişmir.
Mayenin qaynadığı temperatur qaynama temperaturu adlanır.
Cədvəl 3.4-də normal atmosfer təzyiqində bəzi maddələrin qaynama temperaturu
verilmişdir.
Cədvəl 3.4. Bəzi maddələrin normal atmosfer təzyiqində qaynama temperaturu.
Maddə
t, °C
Maddə
t, °C
Hidrogen
-253
Civə
357
Oksigen
-183
Qurğuşun
1740
Efir
35
Mis
2567
Spirt
78
Dəmir
2750
Su
100
Qızıl
2950
Qaynama temperaturu mayeyə edilən xarici təzyiqdən asılıdır. Xarici təzyiq artdıqda
qaynama temperaturu yüksəlir, əksinə, xarici təzyiq azaldıqda qaynama
temperaturu da aşağı düşür.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə