DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

İşin gedişi:
1.  Ştativləri masa üzərində bir-birinə yaxın yerləşdirin. Şüşə çubuğu parçaya
sürtməklə elektrikləndirib kürəyə toxundurun (d). Kağız lentin kürəyə cəzb
olunma səbəbini yoldaşlarınızla müzakirə edin.
2.  Kürəyə əlinizlə toxunub onu elektriksizləşdirin. Sonra metal çubuğu yun parçaya
sürtüb metal kürəyə toxundurun və kağız lentdə baş verən dəyişikliyi izləyin (e).
Nəticəni müzakirə edin:
Nə üçün elektriklənmiş şüşə çubuğu metal kürəyə yaxınlaşdırdıqda kağız lent
kürəyə cəzb olundu, lakin metal çubuğu yun parçaya sürtüb kürəyə
toxundurduqda kağız lent tərpənməz qaldı?
AÇAR SÖZLƏR 
Dielektriklər 
Elektrik yükləri 
Paylanma 
Keçiricilər
NƏ ÖYRƏNDİNİZ? 
Elektrik yükünü keçirən maddələr __ adlanır. Elektrik yükünü keçirməyən maddələr
__ adlanır. Keçiriciləri elektrikləndirdikdə elektrik yükləri onun bütün səthi boyu __.
Dielektriklərdə sürtünmə və ya toxunma ilə yaranan __ yarandığı yerdə də qalır,
hərəkət etmir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Hansı maddələr keçiricilər adlanır? Nümunə göstərin.
2.  Hansı maddələr dielektriklər adlanır? Nümunə göstərin.
3.  Keçiricini elektrikləndirmək üçün nə etmək lazımdır?
4.  Apardığınız araşdırma zamanı nə üçün yüklənmiş metal kürəyə əlinizlə
toxunduqda o yüksüzləşir və kağız lent başlanğıc vəziyyətinə qayıdır?


5.4. Elektrostatik induksiya
Saçınıza sürtməklə elektrikləndirdiyiniz darağı kağız qırıntılarına yaxınlaşdırdıqda
qırıntılar müəyyən məsafədən darağa cəzb olunur.
Elektriklənməyən qırıntıların elektriklənmiş darağa cəzb olunmasının səbəbi
nədir?
İki cismi bir-birinə və ya hansısa elektriklənmiş digər cismə toxundurmadan
əksişarəli yüklə elektrikləndirmək mümkündürmü?
ARAŞDIRMA-1
Cismin toxunma olmadan elektriklənməsi
Təchizat: dielektrik ştativ, ipək sapdan asılan alüminium giliz, ebonit (və ya şüşə)
çubuq, yun parça. 
İşin gedişi: elektriklənən ebonit çubuğu sapdan asılan gilizə yaxınlaşdırın və
müşahidə etdiyiniz hadisənin səbəbini yoldaşlarınızla müzakirə edin. 
Nəticəni müzakirə edin:
Elektrik cəhətdən neytral cismə elektriklənmiş çubuğu yaxınlaşdırdıqda nə üçün
o, çubuğa cəzb olunur (a)?
Araşdırmadan müəyyən etdiniz ki, cismi elektriklənmiş digər cismə toxundurmadan
da elektrikləndirmək mümkündür.
Cisimlərin toxunma olmadan elektriklənməsi təsirlə elektriklənmə və ya
elektrostatik induksiya adlanır.


Elektrostatik induksiya hansı səbəbdən baş verir?
Ebonit çubuğu elektrikləndirib, məsələn, müsbət yüklə, alüminium gilizə
yaxınlaşdırdıqda gilizdəki sərbəst elektronlar çubuğa doğru cəzb olunur. Nəticədə
gilizin çubuğa yaxın hissəsinə sərbəst elektronlar toplandığından mənfi yüklə
elektriklənir. Gilizin çubuqdan uzaq hissəsi isə elektron çatışmazlığından müsbət
yüklənir. Mənfi yüklər çubuğa daha yaxın yerləşdiyindən giliz çubuğa cəzb olunur
(b). 
Oxşar hadisə elektriklənmiş cismi yüksüz dielektrikə yaxınlaşdırdıqda da baş verir.
Bu zaman dielektrikin səthində müxtəlif işarəli yüklər yaranır: cismə yaxın


hissədə onunla əksişarəli yüklər yaranır. Bu səbəbdən dielektrik və cisim arasında
qarşılıqlı cəzbetmə hadisəsi baş verir. Qeyd edək ki, dielektrikin səthində elektrik
yükləri sərbəst elektronların hesabına deyil (dielektrikdə sərbəst elektron yoxdur),
dielektrik molekulunun fırlanması və ya formasını dəyişməsi hesabına yaranır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Elektrostatik induksiya
Məsələ
Dielektrik dayaq üzərində 1 və 2 metal lövhələr paralel yerləşdirilmişdir.
1 lövhəsinin yaxınlığına müsbət yüklə elektriklənmiş metal kürəcik
gətirilərsə:
1.  lövhələrdə elektrik yükü necə paylanar?
2.  2 lövhəsinin AB hissəsi hansı yüklə elektriklənər? Cavabınızı
əsaslandırın.
Açar sözlər 
Təsirlə elektriklənmə 
Elektrostatik induksiya
NƏ ÖYRƏNDİNİZ? 
Cisimlərin toxunma olmadan elektriklənməsi __ və ya __ adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Keçiricilərdə və dielektriklərdə baş verən elektrostatik induksiya hadisəsi
arasında fərq nədir?
2.  İpək sapdan asılan metal kürə müsbət yüklə elektrikləndirilmişdir.
Metal kürə:
1.  dielektrik dayaq üzərində yerləşən içərisi boş metal sferanın divarına
toxundurularsa (c);


2.  dielektrik dayaq üzərində yerləşən içərisi boş metal sferanın daxilində divarına
toxundurulmadan asılarsa (d), uyğun olaraq sfera necə yüklənər?
LAYİHƏ
Hansı hadisəni müşahidə edirsiniz?
Təchizat: rezin şar, alüminium folqadan hazırlanmış qırıntı, yun parça, kağız
vərəq (A4). 
İşin gedişi: alüminium qırıntılarını vərəq üzərinə səpin. Rezin şarı parçaya
sürtməklə elektrikləndirib qırıntılara yaxınlaşdırın.
Nəticəni müzakirə edin:
Müşahidə etdiyiniz hadisənin səbəbi haqqında esse hazırlayın.


5.5. Elektroskop. Elektrometr
Şüşə çubuğu ipək parçaya sürtdükdə hər iki cisim – həm şüşə çubuq, həm də ipək
parça elektriklənir.
Elektriklənən bu cisimlərin ümumi elektrik yükünün miqdarı necə dəyişir?
Elektroskop
Cisimlərin yüklənməsini laboratoriya şəraitində müşahidə etmək üçün istifadə
olunan ən sadə cihaz elektroskopdur (yunanca “elektron” + “skopeo” – müşahidə
etmək, aşkarlamaq). Onun iş prinsipi yüklənmiş cisimlərin qarşılıqlı təsirinə
əsaslanır. Elektroskopun əsas hissəsi – ucuna nazik kağızdan (və ya alüminium
folqadan) hazırlanan iki “yarpaq” yapışdırılmış metal çubuqdan ibarətdir. Çubuq
dielektrik tıxacdan keçirilib cihazın gövdəsində yerləşdirilmişdir. Gövdə iki tərəfdən
şüşə ilə örtülmüşdür (a). Yüklənmiş cismi metal çubuğa toxundurduqda çubuq və
kağız yarpaqlar eyniadlı yüklə elektrikləndiyindən lentlər bir-birindən itələnir.
Elektroskop nə qədər çox yüklənərsə, lentlər daha böyük bucaq altında meyil edər.
ARAŞDIRMA-1
Elektroskopun hazırlanması
Təchizat: ağzı geniş şüşə butulka (və ya şüşə banka), rezin tıxac (və ya polietilen
qapaq), metal mil (və ya mismar), nazik kağız lent (2 əd.), yapışqan, qələm (b). 
İşin gedişi:
1.  Metal mili tıxacdan keçirin və onun ucuna kağız lentləri yapışdırın.
2.  Tıxacı bankaya geydirin və metal mili elə tənzimləyin ki, kağız lentlər bankanın


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə