DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

2.6. 
PRAKTİK İŞ.
 Cismin xüsusi istilik tutumunun
təyini
İşin məqsədi: metal silindrin xüsusi istilik tutumunun təcrübi təyin edilməsi. 
Təchizat: kalorimetr, laboratoriya termometri, tərəzi, çəki daşları, menzurka,
alüminium və mis silindrlər, qarmaqlı məftil, su, süzgəc kağız, elektrik çaydanı.
İşin gedişi:
1.  Kalorimetr stəkanının kütləsini tərəzidə çəkin. Ona 200 q soyuq su töküb
temperaturunu ölçün. Bu həm suyun, həm də kalorimetrin başlanğıc
temperaturlarıdır.
2.  Elektrik çaydanını işə salıb içərisindəki suyu qaynadın.
3.  Alüminium silindrin kütləsini tərəzidə ölçün, sonra isə onu qarmaqlı məftillə
qaynar suya batırın. Bir qədər gözləyin və silindri sudan cəld çıxarın, süzgəclə
qurulayıb kalorimetrə tam batırın. Kalorimetrin qapağını örtün. Silindrin
başlanğıc temperaturu qaynar suyun temperaturuna bərabərdir, yəni 100°C-yə.
4.  Qarışdırıcı ilə suyu bir dəqiqə qarışdırın və termometrin göstəricisi
sabitləşdikdə suyun son temperaturunu qeyd edin.
5.  Bütün ölçmələrdən alınan ifadələri iş vərəqinə köçürdüyünüz aşağıdakı
cədvəldə qeyd edin:
6.  Bütün ölçmələrdən sonra istilik balansı tənliyi istilikvermə prosesində iştirak
edən üç cisim üçün yazılır: su, metal silindr və kalorimetr stəkanı. Beləliklə: 
|Q | = Q  + Q
.
c
su
kal


Burada  - qızdırılan metal silindrin verdiyi istilik miqdarı (hesablamada mənfi
qiymət alınır),  - suyun aldığı istilik miqdarı, Q
 - kalorimetrin aldığı istilik
miqdarıdır.
Qaynar sudan çıxarılan 100°C temperaturlu silindri kalorimetrə batırdıqda suyun və
kalorimetr stəkanının aldığı istilik miqdarı uyğun olaraq:
Burada  və θ - suyun və kalorimetrin başlanğıc və son temperaturudur. Alüminium
silindrin soyuyarkən verdiyi istilik miqdarı:
|| = |c m (θ - )|
və ya
 = c m ( - θ).
Burada  və θ - silindrin başlanğıc və son temperaturu,  isə onun xüsusi istilik
tutumudur. İstilik balansı tənliyinə görə:
Buradan silindrin xüsusi istilik tutumu təyin edilir:
7.  Təcrübədən alüminiumun xüsusi istilik tutumu üçün aldığınız ifadəni onun
cədvəl qiyməti ilə müqayisə edin.
8.  Təcrübəni mis silindr üçün təkrarlayın.
c
su
kal
1
c
c
c
2
c
c
c 2
2
cis


ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1.  İstilik tutumu 490C 
°C olan cismi 18°C-dən 52°C temperatura qədər qızdırmaq üçün nə qədər
istilik miqdarı tələb olunar?
A) 34300 C 
B) 25480 C 
C) 8820 C 
D) 16660 C 
E) 7 C
2.  Uzunluğu 100 m, eni 6 m və dərinliyi 2 m olan hovuzdakı suyu 16°C-dən
25°C temperaturuna qədər qızdırmaq üçün nə qədər istilik miqdarı tələb
olunar 
( = 4200 
kq·°Cρ  = 1000 kq 
)?
A) 45360 MC 
B) 4536 MC 
C) 453,6 MC 
D) 4,536 MC 
E) 45,36 MC
3.  Spirt lampası vasitəsilə 400 q kütləli polad lövhəni qızdırarkən kütləsi 2 q
olan spirt yandı. Bu zaman lövhənin temperaturu nə qədər dəyişdi 
(c
 = 500 
kq·°Cq
 = 28MC 
kq)?
A) 280°C 
B) 28°C 
C) 2800°C 
D) 2,8°C 
E) 0,28°C
4.  Kütləsi 50 kq olan yanacaq tam yandıqda 1450 MC istilik miqdarı ayrıldı.
Bu hansı yanacaqdır?
A) Quru odun 
B) Daş kömür 
C) Torf 
D) Spirt 
E) Yanar süxur
5.  Kütləsi  = 200 q, temperaturu  = 40°C olan suyu, kütləsi  = 300 q və
temperaturu  = 10°C olan su ilə qarışdırdıqda qərarlaşmış temperaturu
təyin edin.
A) 22°C 
B) 69°C 
su
su
3
pol
spirt
1
1
2
2


C) 36°C 
D) 18°C 
E) 30°C



3.1. Ərimə və bərkimə
Bilirsiniz ki,
 eyni maddə üç aqreqat halında ola bilir: bərk, maye və qaz halında. Qış,
payız və yaz aylarında havanın temperaturu 0°C olduqda qar və buz əriyir - mayeyə
çevrilir, lakin eyni zamanda həmin temperaturda su donur - bərkiyir. Şimalda və
Antarktidada -40°C temperatura qədər şaxta olur. Belə aşağı temperaturda civə
termometrindən istifadə edilmir (çünki civə -39°C-də donur), bərkimə temperaturu -
114°C olan spirt termometrindən istifadə edilir.
Maddənin aqreqat halı dəyişdikdə onun:
a) daxili enerjisi necə dəyişir? 
b) molekullarının enerjisi və düzülüşü necə dəyişir? 
c) temperaturu necə dəyişir?
ARAŞDIRMA-1
Buzun əriməsi
Təchizat: buz kristalları (soyuducunun buz dolabında hazırlanmış), kolba,
termometr, spirt lampası (və ya başqa qızdırıcı), ştativ, kibrit, dəliyi olan tıxac,
saniyəölçən.
İşin gedişi:
1.  Kolbaya temperaturu -5°C olan buz kristalları atın, termometr yerləşdirib tıxacla
qapayın.
2.  Kolbanı ştativə bağlayın və spirt lampasının alovunda qızdırın.
3.  Buzun əriməyə başladığı temperaturu iş vərəqinə çəkdiyiniz 3.1 cədvəlinə qeyd
edin və saniyəölçəni işə salın.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə