DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

Nəticəni müzakirə edin:
Hansı təsvirdə cismin daxili enerjisinin dəyişməsi yalnız mexaniki işgörmə ilə
baş verir? Bu halda daxili enerjinin dəyişməsi nəyə bərabərdir?
Hansı təsvirdə cismin daxili enerjisinin dəyişməsi yalnız istilikvermə ilə baş
verir? Bu halda daxili enerjinin dəyişməsi nəyə bərabər olar?
Hansı təsvirdə cismin daxili enerjisinin dəyişməsi həm işgörmə, həm də
istilikvermə ilə baş verir? Bu halda daxili enerjinin dəyişməsi nəyə bərabər olar?
Hansı halda cismin daxili enerjisi artır, hansı halda azalır?
Daxili enerjinin dəyişməsi yalnız mexaniki işgörmə, yalnız istilikvermə, eyni zamanda
həm işgörmə və həm də istilikvermə ilə baş verə bilər:
- Cismin və ya bir neçə cisimdən ibarəsistemin daxili enerjisi yalnız mexaniki
işgörmə ilə dəyişirsə, daxili enerjinin dəyişməsi görülən işə bərabərdir:

U = A.


- Sistemin daxili enerjisi yalnız istilikvermə ilə dəyişirsə, daxili enerjinin
dəyişməsi cismə verilən istilik miqdarına bərabərdir:

U = Q.
- Sistemin daxili enerjisi eyni zamanda mexaniki işgörmə və istilikvermə
nəticəsində dəyişirsə, daxili enerjinin dəyişməsi görülən iş ilə istilik miqdarının
cəminə bərabərdir:

U = A + Q.
Bu, istilik proseslərində enerjinin saxlanması qanununun ifadəsidir.
Sistemin daxili enerjisinin artması və
azalması proseslərində onun daxili
enerjisinin dəyişməsini necə
hesablamaq olar?
Uyğun proseslərdə sistemin daxili enerjisinin dəyişməsi aşağıdakı kimi müəyyən
olunur:


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələni həll edin
Qalındivarlı qaba havavurma prosesində görülən mexaniki iş 2 · 10 C-a bərabər
olduqda tıxac atılır.
Bu zaman:
1.  qabdakı havanın daxili enerjisi nəyin hesabına dəyişdi: mexaniki işgörmə, yaxud
istilikvermə?
2.  qabdakı havanın daxili enerjisinin dəyişməsi neçə couldur?
3.  qabdakı havanın daxili enerjisi necə dəyişdi: artdı, yaxud azaldı? Cavabınızı
əsaslandırın.
AÇAR SÖZLƏR 
Daxili enerjinin dəyişməsi 
Enerjinin saxlanması 
İstilik miqdarı 
Mexaniki işgörmə
NƏ ÖYRƏNDİNİZ? 
Sistemin daxili enerjisi eyni zamanda __və istilikvermə nəticəsində
dəyişirsə,__görülən iş və__cəminə bərabərdir. Bu, istilik proseslərində__qanunudur.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Hansı halda cismin daxili enerjisi azala bilər?
2.  İstilik prosesləri üçün enerjinin saxlanması qanunu necə ifadə olunur?
3.  Qazı 5,5 kC mexaniki iş görməklə sıxdılar. Sıxılma prosesində ətrafa 3,3 kC istilik
miqdarı verildi. Qazın daxili enerjisinin dəyişməsini hesablayın. Bu prosesdə
qazın daxili enerjisi artdı, yoxsa azaldı?
4.  ∇U = A və ∇U = -A düsturları nəyi ifadə edir? Bu proseslərə misallar göstərin.
5.  ∇U = Q və ∇U = -Q düsturları nəyi ifadə edir? Bu proseslərə misallar göstərin.
7


2.5. İstilik balansı tənliyi
Ana 8-ci sinifdə oxuyan Nəzrinə belə bir işdə yardım göstərməyi xahiş etdi: 
- Nəzrin, körpə Arifi yuyundurmaq üçün vannaya temperaturu 18°C, kütləsi isə 10 kq
olan su tökmüşəm. İndi vannaya 88°C temperaturunda nə qədər isti su əlavə
etməliyəm ki, suyun son temperaturu 38°C olsun?
Nəzrin anaya yardım etmək üçün nəyi bilməlidir?
O, əlavə ediləcək isti suyun kütləsini hansı düsturla hesablaya bilər?
Temperaturları müxtəlif olan iki cisim bir-birinə toxunduqda onlar arasında
istilikvermə prosesi baş verir: isti cisim soyuyaraq daxili enerjisinin bir hissəsini
soyuq cismə verir, soyuq cisim isə bu enerjini alaraq bir qədər qızır. Cisimlər
arasında istilikvermə onların temperaturları bərabərləşənə qədər davam edir. Bu iki
cisimdən ibarət sistem təcrid olunmuş sistemdirsə, - kənar cisimlər istilikvermədə
iştirak etmirsə (kənar cisimlərə istilik verilmir və kənar cisimlərdən istilik alınmır),
sistemin ümumi daxili enerjisi dəyişmir, saxlanır:
U  = U
və ya
U
 - U  = 0.
Burada  — sistemin başlanğıc daxili enerjisi, U
 — sistemin son daxili enerjisidir.
Bu o deməkdir ki, təcrid olunmuş sistemdəki isti cismin (və ya cisimlərin) verdiyi
istilik miqdarının (Q
) mütləq qiyməti sistemdəki soyuq cismin (və ya cisimlərin)
aldığı istilik miqdarına () bərabər olur:
|Q
| = Q
(2) bərabərliyi istilik balansı tənliyi adlanır və (1) ifadəsi ilə birlikdə enerjinin
saxlanması qanununu ifadə edir:
Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verirsə, bu
sistemin daxili enerjisi saxlanılır.
Qeyd edək ki, təcrid olunmuş sistemlərdə cismin aldığı və ya verdiyi istilik miqdarını,
habelə cismin xüsusi istilik tutumunu təyin etmək üçün kalorimetr adlanan cihazdan
istifadə edilir (a).
0
son
son
0
(1)
0
son
ver
al
ver
al.
(2)


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə