DərsliYİNİZLƏ taniş olun!


Q - yanacağın yanma istiliyi, m



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

Q = qm.
Burada Q - yanacağın yanma istiliyi, m - yanacağın kütləsi, q — yanacağın xüsusi
yanma istiliyidir.


Yanacağın xüsusi yanma istiliyi eyni kütləli müxtəlif növ yanacaqların tam yanması
zamanı ayırdıqları istiliyi fərqləndirmək üçün istifadə olunan fiziki kəmiyyətdir:
Düsturu
Ölçü vahidi
q = Q 
m, 
burada q - yanacağın xüsusi yanma
istiliyi, m - yanacağın kütləsi, Q -
yanacağın yanma istiliyidir.
[q] = 1 
kq
Tərifi
Tərifi
Yanacağın xüsusi yanma istiliyi - 1 kq
kütləli yanacağın tam yanarkən ayrılan
istilik miqdarına bərabər fiziki
kəmiyyətdir.
1 kiloqramda coul - elə yanacağın
xüsusi yanma istiliyidir ki, bu yanacağın
1 kq-ı tam yandıqda 1C istilik miqdarı
ayrılsın.
Yanacağın xüsusi yanma istiliyi yanacağın növündən asılıdır. Cədvəl 2.2-də bəzi
yanacaq növlərinin təcrübədən təyin edilmiş xüsusi yanma istiliyi verilir.
Cədvəl 2.2. Bəzi yanacaq növlərinin xüsusi yanma istiliyi.
Yanacaq
q, MC 
kq
Yanacaq
q, MC 
kq
Yanacaq
q, MC 
kq
Bant
3,8
Spirt
28
Kerosin
41
Quru odun
11
Daş kömür
29
Dizel yanacağı
43
Torf
11
Ağac kömür
31
Benzin
44
Şist 
(yanar süxur)
15
Məişət qazı
32
Propan
48
Metanol
23
Mazut
40
Hidrogen
120


İnsan orqanizmində maddələr mübadiləsi qəbul edilən qidanın “yanması”
prosesində ayrılan enerji hesabına saxlanılır. Qidanın yanması dedikdə ondakı zülal,
yağ və karbohidratların oksidləşməsi reaksiyaları nəzərdə tutulur. Beləliklə, insan
orqanizmində yanacaq onun hazır şəkildə qəbul etdiyi qidadır. Qida məhsulları da
yanacaqlar kimi müxtəlif xüsusi yanma istiliyinə malikdir (cədvəl 2.3). ·
Cədvəl 2.3. Bəzi qida məhsullarının orqanizmdə xüsusi yanma istiliyi.
Qida məhsulları
q, MC 
kq
Qida məhsulları
q, MC 
kq
Qida məhsulları
q, MC 
kq
Təzə xiyar
0,5
Qatıq
2,7
Dondurma
8
Yerkökü
1,7
Süd
2,8
Buğda çörəyi
9,3
Çiyələk
1,7
Balıq
3,5
Qoyun əti
9,6
Alma
2
Kartof
3,7
Bal
15
Üzüm
2,4
Toyuq əti
5,4
Şəkər
17
Qarağat
2,5
Yumurta
7
Kərə yağı
32,7
Gilənar
2,7
Mal əti
7,5
Günəbaxan yağı
39
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələləri həll edin
1.  Yanacağın xüsusi yanma istiliyini təyin etmək üçün nəyi bilmək lazımdır?
2.  Həcmi 0,8 l olan kerosinin tam yanması zamanı nə qədər istilik miqdarı ayrılar 
(P
 = 800kq 
)?
3.  Sizin yaşda olan məktəblinin orqanizminin gün ərzində qəbul etdiyi qidanın
yanmasından alacağı enerji norması 1,2 MC təşkil edir. Gün ərzində 200 q qatıq,
100 q buğda çörəyi, 
100 q təzə xiyar, 100 q üzüm, 100 q toyuq əti, 50 q kərə yağı və 100 q dondurma
qəbul etmisinizsə, bu, itirdiyiniz enerjini təmin edərmi (hesablamalar üçün
lazım olan əlavə məlumatı 2.3 cədvəlindən götürün)? Cavabınızı əsaslandırın.
kerosin
3


AÇAR SÖZLƏR 
Yanma istiliyi 
Xüsusi yanma istiliyi 
Yanacaq
NƏ ÖYRƏNDİNİZ? 
__tam yanması zamanı ayrılan enerji yanacağın__ adlanır. Yanacağın__- 1 kq kütləli
yanacağın tam yanarkən ayrılan istilik miqdarına bərabər fiziki kəmiyyətdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Yanacağın hansı növlərini tanıyırsınız?
2.  Yanacağın tam yanması zamanı ayrılan enerji hansı düsturla hesablanır?
3.  Kərə yağının xüsusi yanma istiliyi 32,7 MC 
kq nə deməkdir?
4.  20 kq daş kömürün tam yanması zamanı nə qədər istilik miqdarı ayrılar?
ÇALIŞMA-3
1.  Kütləsi 250 q olan polad çubuğa 8 kC istilik miqdarı verdikdə o, 80°C
temperatura qədər qızdı. Çubuğun başlanğıc temperaturunu təyin edin
(hesablamalar üçün lazım olan əlavə məlumatı 2.2 cədvəlindən götürün).
2.  Həcmi 3 l olan çaydan temperaturu 16°C olan su ilə doldurulub qaz plitəsinin
üzərinə qoyuldu. Bir müddətdən sonra su qaynadı. Suya verilən istilik miqdarını
hesablayın (hesablamalar üçün lazım olan əlavə məlumatı cədvəldən götürün).
3.  Kütləsi 0,5 kq olan məmulatı 10°C-dən 90°C-yə qədər qızdırmaq üçün 16000C
istilik miqdarı sərf edildi. Məmulatın xüsusi istilik tutumunu təyin edin. Məmulat
hansı maddədən hazırlanmışdır?
4.  5 l mazutun tam yanması prosesində nə qədər istilik miqdarı ayrılar? Mazutun
sıxlığı 
890 kq 
 -dir.
5.  Konfet qutusunda yazılmışdır: 100 q-ın kalorililiyi 580 kkal. Ərzağın kalorililiyini
coulla ifadə edin.
3


2.4. İstilik proseslərində enerjinin saxlanması
qanunu
Bütün istilik prosesləri cismin daxili enerjisinin dəyişməsi ilə izah edilir.
Cismin daxili enerjisinin dəyişməsi hansı səbəbdən baş verə bilər?
ARAŞDIRMA-1
Daxili enerjinin dəyişməsi nəyə bərabərdir?
Şəkildəki təsvirləri araşdırın: 
- Manometrlə birləşdirilən, içərisində hava olan kolba eyni zamanda qızdırılır və
səthi parça ilə sürtülür (a). 
- Rezin pozan şam alovunda qızdırılır (b), kağız üzərindəki xətti pozur (c), Günəş
şüaları ilə işıqlandırılır (d). 
- Fincandakı çay soyuyur (e).


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə