Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə17/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

kimi tanıtmalıdır və yaratdığı imici daim qoruyub saxlamağa 
çalışmalıdır.  Həmin  imicin  qalması  üçün  ən  vacib  şərtlərdən 
biri  tərcüməçinin  özünün  dil  və  ixtisas  hazırlığını  daim 
təkmilləşdirməsidir. Ştatda olan tərcüməçi isə adətən müəyyən 
bir müəssisədə işləyir və onun profilinə uyğun olaraq həmişə 
eyni  mövzuda  tərcümələr  edir.  O,  fəaliyyət  göstərdiyi 
müəssisənin digər əməkdaşları ilə eyni hüquqlara malik olur və 
özünü  oranın  tam  işçisi  sayır.  İngiliscə  ona  «a  staff 
interpreter/translator»,  «an  in-house  translator»  «a  salaried 
translator»  deyirlər.  Ştatlı  tərcüməçi  üçün  lazım  olan  bütün 
şəraiti işlədiyi təşkilat və ya müəssisə yaradır. Heç də təsadüfi 
deyil  ki,  tərcüməçi  yeganə  peşə  sahibidir  ki,  öyrəndiklərinə 
görə pul ödəmir, əksinə ona məvacib verilir. 
Ən yaxşı sifarişçiləri tərcüməçi ştatlı işçi kimi çalışarkən 
tanıyır,  tədricən  onlarla  əlaqə  qurur.  Tərcüməçi  sifarişçiyə 
özünü elə təqdim etməlidir ki, qarşısındakı şəxs onun peşəkar 
olduğunu duysun və qəbul etsin, onun öz vaxtına və zəhmətinə, 
eləcə  də  sifarişçinin  gözləntilərinə,  çəkdiyi  xərclərə  qiymət 
verdiyini görsün, keyfiyyətli tərcüməni təmin edəcəyinə əmin 
olsun. 
Mövzuya aid tapşırıq: 
Tərcüməçi  əməyinə  aid  aşağıdakı  sətirlərlə 
tanışlıqdan sonra bu peşə sahiblərinin ölkənizdəki  maddi 
və  mənəvi  durumu  haqqında  misallar  əsasında 
müqayisələr aparın. 
Hours of productive time 
During  one  hour  of  productive  time,  ...  an  interpreter 
makes at least 128 euros, based on a daily rate of 768 euros for 
6 hours. (93, 3). 
After  an  initial  starting  phase  a  freelancer  should  not 
work  more  than  2,000  hours,  otherwise  this  will  be  at  the 
expense of his family and health (93, 4). 
56 


4. TƏRCÜMƏÇİNİN PESƏ ETİKASI 
Biz  artıq  ayrı-ayrı  məqamlarda  tərcüməçilərin  etik 
qaydaları,  vəzifə  və  hüquqları  məsələsinə  toxunmuşduq. 
Olduqca  incə  məsələ  olduğundan  və  müasir  dövrdə 
cəmiyyətdə,  eləcə  də  biznes  aləmində  tərcüməçilərin 
mövqeyinə  birbaşa  təsir  etdiyinə  görə  onlardan  ayrıca  bəhs 
etməyi vacib sayırıq. Təsadüfi deyildir ki, Kanadada tərcümə 
fəaliyyəti üzrə qəbul edilmiş dövlət standartları 8 etik prinsip 
(1.  Dəqiqlik  və  sədaqət;  2.  Məxfilik;  3.  Qərəzsizlik;  4. 
Adamlara  hörmət;  5.  Tərcüməçi  rolunun  hüdudlarının 
gözlənilməsi; 6.Cavabdehlik; 7. Peşəkarlıq; 
8.
 
Davamlı  səriştə)  və  bunların  əsasında  47  standartı 
özündə ehtiva edir (21). 
Tərcüməçi  Cenifer  Hokinsin  «Təqdimat  və  ziyafət 
mərasimləri  üçün  dilmanclıq»  adlı  məqaləsində  peşəkar 
davranışın  bir  neçə  məqamına  (dəqiqlik,  geyim,  münasibət, 
hazırlıq,  ödənişin  tələb  olunması  və  s.)  toxunulur  (68). 
Ölkəmizdə bir sıra tərcüməçilərin xəbəri yoxdur ki, beynəlxalq 
təcrübəyə əsasən, orijinalı məxəz dildə çap olunmamış əsər ilk 
dəfə hədəf dildə çap olunarsa, mütərcim o əsərin həmmüəllifi 
sayılır.  Bəzi  həmkarlarımız  bilmirlər  ki,  uzaq  yerdə  təşkil 
olunan  tədbirdə  dilmanclıq  eləyən  tərcüməçilərin  səfərə  sərf 
olunan  vaxtın  miqdarından  asılı  olaraq  bir  və  ya  iki  gün 
istirahətdən  sonra  işə  başlamaq  hüquqları  var.  Aşağıda 
tərcüməçinin həftəlik iş saatına nəzər salaq: 
REST DAYS 
Rule 9 
The  employer  shall  allow  a  period  of  rest  after  travel 
according to the following schedule: 
57 


Travel time 
More than 10 hours, 
not more than 16 hours 
More than 16 hours 
Rest period 
24 hours 48 
hours 
Rest  periods  shall  be  included  in  the  duration  of  the 
contract and paid at full salary with full subsistence allowance 
(44). 
EİƏ  orada  həftəlik  iş  saatının  miqdarı  haqqında 
qaydadan məlum  olur ki,  tərcüməçi  həftə ərzində 40 saatdan 
artıq işləməməlidir. 
LENGTH OF WORKING WEEK 
Rule 4 
The  length  of  the  working  week  shall  not  exceed  40 
hours-  spread  over  5  or  6  days.  If,  owing  to  unforeseen 
circumstances, translators are called upon to work longer, they 
shall  receive  compensation  in  the  form  of  either  time  off  or 
remuneration for an equivalent length of time at the end of the 
contract (44). 
Yuxarıdakı  misallardan  aydın  olur  ki,  etik  qaydalar 
peşəkar  tərcüməçilərin  fəaliyyətinin  çox  vacib  məqamlarını 
əhatə edir. Azərbaycanda tərcüməçilərin etik qaydalarına əməl 
olunub-olunmaması  məsələsi  2005-ci  ildə  Azərbaycan  Dillər 
Universitetində  keçirilmiş  «Tərcümə  və  transmilli  proseslər» 
adlı  beynəlxalq  konfransda  xarici  ölkələrin  tərcüməçi 
təşkilatlarının  qəbul  etdiyi  silsilə  etik  kodekslər  baxımından 
ətraflı  təhlil  olunduğundan  həmin  məruzəyə  hazırlıq  üçün 
aparılmış qeydlərimizi bu kitaba daxil etməyi məqsədəmüvafıq 
hesab etdik (1). 
58 


4.1.
 
TƏRCÜMƏÇİ VƏ DİLMANCLARIN ETİK 
QAYDALARI 
Azərbaycan  müstəqillik  qazandığı  keçən  əsrin  90-cı 
illərindən  bəri  respublikamızın  ictimai,  siyasi,  iqtisadi  və 
mədəni  həyatında  baş  verən  mühüm  dəyişikliklər  fonunda 
ölkəmizə  diqqət  və  maraq  artmış,  müxtəlif  sahələr  üzrə 
beynəlxalq  əlaqələr  inkişaf  etməyə  başlamışdır.  Beynəlxalq 
aləmlə  genişlənən  əməkdaşlıq  tərəflərin  qarşılıqlı  əlaqə  və 
ünsiyyətini  yüksək  səviyyədə  qurmağı  zərurətə  çevirmişdir. 
Nəticədə tərcüməçiliyə və dilmanclığa tələbat artmış, bu peşə 
ilə  bağlı  bir  çox  suallar  ortaya  çıxmışdır.  Onların 
cavablandırılması vacibdir. 
Sualların  bir  qisminin  tərcüməçi  və  dilmancların 
gündəlik  iş  prosesində  qarşılaşdıqları  münasibətləri  əhatə 
etdiyini,  həmçinin  ölkəmizdə  müvafiq  tarixi  təcrübənin 
nisbətən məhdudluğunu nəzərə alsaq, məsələnin həllinə xarici 
ölkələrdə  tərcüməçi  və  dilmanclar  üçün  qəbul  olunmuş  etik 
qaydaların,  habelə  nizamnamələrin  təhlilindən  başlamağın, 
onlara  istinad  etməyin  səmərəli  olduğunu  görərik.  Müvafiq 
sənədlərin  təhlili  onların  əksəriyyəti  üçün  səciyyəvi  olan 
cəhətləri  ümumiləşdirməyə  imkan  verir.  Bunlar  nədən 
ibarətdir? 
Mütləq  etik  qaydalara  xas  olan  ən  ümumi  bir  cəhət 
tərcüməçi  qarşısında  məxfiliyin  gözlənməsi  üçün  qoyulan 
tələbdir. «Amerika Tərcüməçilər Birliyinin Peşə Etikası və İş 
Təcrübələri  üzrə  Qaydaları»na  əsasən  tərcüməçi  öz 
sifarişçilərinin maraqlarını özününkü kimi qorumalı və heç bir 
məxfi məlumatı açıb söyləməməlidir (52). 
«Sinxron  Tərcüməçilərin  Beynəlxalq  Birliyinin  Peşə 
Etikası  Qaydaları»nda  dilmanclar  vəzifə  borclarını  yerinə 
yetirərkən  əldə  etdikləri  məxfi  məlumatlardan  mənfəət 
məqsədilə  istifadədən  çəkindirilirlər.  Bu  sənəddə  yazılır: 
«Birliyin  üzvləri  ictimaiyyət  üçün  açıq  olmayan  istənilən 
toplantıda peşəkar səviyyədə yerinə yetirilən tərcümə 
59 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə