Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

ekosistemlərin  kasadlaşniası  və  deqradasiyası  nəticəsində 
biosferin  buferliyinin  (tarazlığının)  pozulması  müşahidə  olunur 
və s. 
Ekologiya  elminin  son  vəzifələri  və  ya  nəticələri 
aşağıdakılardan  ibarət  olmalıdır;  müasir  və  gələcək  nəsilləri 
sağlam ətraf mühitlə təmin etmək üçün elmi əsaslar hazırlamaq; 
təbii ehtiyatların mühafizəsi və tullantısız texnologiyanın ekoloji 
əsaslarını aşkar etmək; optimal və etibarlı fəaliyyət göstərən süni 
(antropogen)  ekosistemləri  yaratn  aq,  ekoloji  təhsil  və  ekoloji 
mədəniyyətə  bütün  səviyyələrdə  yiyələnmək.  Əsaslı  ekoloji 
tədqiqatlar  məhz  bu  vəzifələrin  həyata  keçirilməsi  istiqamətinə 
yönəlmişdir. Buna görə də ekologiya elmi qanunauyğun sürətdə 
elmin ön sırasında durur. 
1.2.
 
Coğrafi ekologiya elminin təkmilləşmə mərhələləri 
Bəşəriyyətin  müasir  həyatını  ekoloji  biliksiz  təsəvvür 
etmək  çətindir.  İndi  dünyanın  bütün  ölkələrində  ekoloji 
problemlər  öyrənilir,  inkişaf  etdirilir  və  nəticələri  həyata  tətbiq 
olunur. 
Ali  məktəb  tələbələri  üçün  ekologiya  elmi  yeni  anlayış 
deyil.  Hər  kəs  ailəsindən,  uşaq  evindən  və  bağçadan  başlamış 
indiyə qədər ekologiya sözünü tez-tez eşitmiş, oxumuş və ekoloji 
tədbirlərin  həyata  tətbiq  olunmasında  bu  və  ya  digər  dərəcədə 
iştirak etmişdir. Artıq indi hər kəs öz əməlləri qarşısında ekoloji 
tələblər  qoymalıdır,  hamının  ekoloji  mədəniyyəti,  ekoloji 
dünyagörüşü  və  ekoloji  məsuliyyəti  olmalıdır.  Müstəqil 
Azərbaycanımızda  ekologiyanı  öyrənmək  və  tətbiq  etmək 
ümumxalq  işi  hesab  edilir.  Coğrafi  ekologiya  təbiət  -  əhali  - 
istehsal münasibətlərini ayrılıqda və qarşılıqlı təsirdə öyrənir. 
Təbiət dedikdə ilk növbədə Yer planeti nəzərdə tutulur. 
Yer planeti və onunla Kainatın əlaqəli sistemləri nəzərdə tutulur. 
Artıq bilirsiniz ki, təbiət materiyanın bir 


hissəsidir: 
qazlardan, mayelərdən, şüalardan, bərk 
cisimlərdən,  dalğalardan  (cansız  təbiət)  və  canlılardan  ibarətdir. 
Canlılar cansızlardan əmələ gəlmişdir. Cansız təbiəti təşkil edən 
kimyəvi  elementlər  əsasən  canlıların  tərkib  hissəsidir.  Lakin 
cansız  ilə  canlı  arasında  çoxlu  fərq  var.  Canlıların  bədəni 
hüceyrədən və ya hüceyrə qruplarından təşkil olub, cansızların isə 
hüceyrəsi  yoxdur.  Canlılar  qidalanır,  cansızlar  isə  qidalanmır. 
Canlılar  tənəffüs  edir,  yəni  bir  qazı  alıb,  başqa  qazı  buraxır, 
onların  mübadiləsi  prosesində  enerjinin  forması  dəyişir.  Lakin 
cansız predmetə hansı qaz daxil olursa, həmin qaz da çıxır, heç bir 
mübadilə getmir. 
Canlılar  qıcıqlanır,  cansız  isə  heç  nəyin  təsirindən 
qıcıqlanmır.  Canlıların  sayca  çoxalması  onların  xırda  hissələrə 
bölünməsindən  ibarətdir.  Lakin  canlılar  yeni  keyfiyyətli  nəsil 
verir.  Ata-ananın  övladı  onların  heç  biri  demək  deyil,  yeni 
keyfiyyətli varlıqdır. Canlıların ifrazat etmək xüsusiyyəti var, yəni 
ətraf mühitdən aldıqlarını mənimsəyir, artıq hissəni qaytarır. Bunu 
cansızlar edə bilmir. 
Cansız  təbiət.  Maddələr  mübadiləsi  etməyən  və  yeni 
nəsil verə bilməyən nə varsa, hamısı cansız (fiziki) təbiətə aiddir. 
Materiya  maddələrdən,  maddələr  molekullardan,  onlar 
isə  atomlardan  ibarətdir.  Maddələrin  atomlarının  xassələrinin 
öyrənilməsi kainatın çox sirrlərini açmağa imkan yaratmışdır. 
Canlı təbiət. Canlı təbiətin yaranmasında cansız təbiət də 
iştirak  edir.  Həyat  -  materiyanın  maddələr  mübadiləsindən  və 
özünəoxşar  təbii-təkrar  istehsaldan  ibarətdir.  Burada  nuklein 
turşuları və zülallar əsas yer turur. 
Beləliklə,  həyatın  mənşəyi  və  inkişafı  dənizdə  üzvi 
molekullarmdan ibarət «bulyonun» əmələ gəlməsi, ilk biokimyəvi 
strukturun yaranması, molekullarm 
10 


polimerləşməsi və makromolekulların özünübərpa proseslərindən 
ibarət  olmuşdur.  Məhz  bundan  sonra  həyat,  seçim,  molekul 
səviyyəli  təkamül,  sadə  canlı  sistem  (müasir  hüceyrənin 
orqanizmləri  kimi),  nəhayət,  primitiv  hüceyrədən  ibarət 
orqanizmlər əmələ gəlmişdir. 
Beləliklə,  nəsil  vermək,  böyümə,  inkişaf,  maddə,  enerji 
və  informasiya  mübadiləsində  iştirak  etmək  bioloji  həyatın 
əsasını təşkil edir. Bunun üçün isə daxili və xarici mühitdən ibarət 
sistemlərin  yaranması  zəruridir.  Onları  coğrafiya  ilə  yanaşı 
biologiya, kimya elmləri də öyrənir. 
Orqanizin və mühit. Materiyanın heç də hər yeri mühit 
deyil.  Həyat  olmayan  məkana  (Ay,  Ulduz,  Günəş  və  s.)  mühit 
demək olmaz. Onlar cansız faktor rolunu oynaya bilər və mühitin 
formalaşmasına təsir edirlər. 
Mühitsiz  həyat  yoxdur.  Deməli,  mühit  yalnız  Yer 
planetinə məxsusdur. Mühit - orqanizmə təsir edən canlı və cansız 
amillərin  cəmindən  ibarətdir.  Mühit  iki  böyük  hissəyə  ayrılır: 
daxili  mühit  və  xarici  (ətraf)  mühit.  Daxili  mühit  -  orqanizmə 
onun  özünün  içərisindən  olan  təsirlərin  cəmi,  ətraf  mühit  isə 
orqanizmə kənardan edilən təsirlərin cəmidir. Mühit müxtəlifdir, 
lakin onun ən geniş forması xarici mühitdir. 
Ətraf mühit 4 böyük hissəyə ayrılır: su, torpaq, hava və 
orqanizm.  Onların  makro,  mezo  və  mikro  ekosistemləri 
formalaşır. 
Hər  hansı  ətraf  mühit  ekoloji  sistemlərdən  ibarətdir 
(ekosistem).  Ekosistem-konkret  məkanda  cansız  və  canlı 
komponentlərin  qarşılıqlı  əlaqəsi  nəticəsində  fəaliyyət  göstərir. 
Təbiətin  təkamülü  prosesində  əmələ  gəlmiş  sistemə  təbii 
ekosistem,  insanın  yaratdığı  sistemə  isə  antropogen  ekosistem 
deyilir. Məkan baxımından ekosistem üçün məhdudiyyət yoxdur. 
Bulaq,  çay,  göl,  dəniz,  okean  və  s.  -  təbii  ekosistemlərə 
hidrokomplekslər,  okeanarium,  şəhərlər,  kanallar  və  s. 
antropogen ekosistemlərdir. Quru sahələrin də ekosistemləri təbii 
və antropogen, kiçik və böyük olur. 
11 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə