G İ R İ Ş
İnsan özü üçün nə varsa - hava, su, maddi nemətlər, sənaye
üçün xammal və s.-ni təbiətdən alır və istifadə edir. Bu
sərvətlərdən yüz illərdən bəri kortəbii istifadə olunması
nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz
qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha
da kəskinləşmişdir. Belə ki, dünya əhalisinin sayının artması,
onun tələbatının genişlənməsi. Yer sərvətlərinin istifadəsinin
durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı,
nəqliyyat sahələrində yeni texnologiyanın tətbiqi və istehsalının
genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi,
beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və
genişlənməsi göz qabağındadır. Bu və ya digər amillər ətraf
mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı
əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb
olmuşdur.
Hazırda ekoloji tarazlığı, onun mürəkkəb və bir-biri ilə sıx
bağlı mexanizmlərini bilmədən, yəni ekoloji biliyə dərindən
yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə
etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı
proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya və
ətraf mühiti mühafizə elminə tələbat və maraq günü-gündən artır.
Müasir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alimlərin,
mütxəssislərin, müəssisə və dövlət rəhbərlərinin diqqət
mərkəzindədir.
L^kologiya yunan sözüdür (oykos-ev, yaşayış məskəni,
logiya-elm). Bu sözü ilk dəfə zoologiya elmində (1866) alman
bioloqu Ernst Hekkel işlətmişdin)
Cəmiyyətlə təbii mühitin qarşılıqlı təsiri indiyə kimi
kortəbii baş vermişdir. Bu gün məlum olmuşdur ki, cəmiyyət
təbiətin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməli, kortəbii
qarşılıqlı təsirdən şüurlu istiqamətləndirməyə keçməlidir.
Bəşəriyyət
indi daha başa
düşür ki, təbiətin imkanları, indiki və gələcək nəsillərin maraqları
nəzərə alınmadan biosferin ehtiyatlarını və yerin başqa
sərvətlərini intensiv və kortəbii mənimsəmək olmaz.
Son illərdə ekologiyaya həsr olunmuş elmi ədəbiyyatda
antropogen
amillərin insan, bitki və
heyvan orqanizminə təsirinin
məhdudlaşdırılması və normativləşdiril- məsi məsələlərinə ciddi
fikir verilir.
Son dövrlərdə bütün bəşəriyyəti narahat edən ekoloji
problemlərə Azərbaycan Respublikasında da böyük diqqət verilir
və onların həlli üçün hərtərəfli tədbirlər görülür. Bu gün ətraf
mühitin mühafizəsi və ekologiya elminin əhəmiyyəti
konstitusiyada, prezident fərmanlarında, hökumət qərarlarında öz
əksini tapmışdır. Sözsüz ki, Azərbaycanın sabit inkişafı ekoloji
problemlərin həllindən də çox asılıdır.